Aban aban iş olmaz, bəsləməsən qız olmaz


uşaqsini :uşaq kimi). danla atıb günlə batam, uşaqsini yerdə yatam. (uşaqsini



Yüklə 4,74 Mb.
səhifə19/59
tarix09.10.2018
ölçüsü4,74 Mb.
#73059
1   ...   15   16   17   18   19   20   21   22   ...   59
uşaqsini :uşaq kimi).

danla atıb günlə batam, uşaqsini yerdə yatam. (uşaqsini: uşaq kimi).

danlamayın ol kimi aşqa uya, deyiplər sevgi, kilimi suya bıraxar.

danma söyləsən, dinmə bilməsən.

danmaq haçan olumluğa yol açmış.

danmaq ilə qanmağa yol açılmaz.

danmaq ilə qanmağa yol açılmaz.

danmaq kimi öğrətib, sən olasan ikinci, çalış öğrəş birindən, ta olasan ilkinci.

dar ağacın quranlar, nə vermişlər yaşama, bu yolda sən çalışsan, ölməyin yeğ yaşama!.

dar ağacın yıxanlar, dar başına çıxmasın, başda gücün gəzənlər, el yazısın yazmasın.

dar börk başı sıxar, pis arvad ürəyi.

dar geyməyən, gen geyməz, gen geyməyən, heç geyməz.

dar quran, dara çəkilir.

dar olur sıxır, gen olur çıxır.

dar yer pis gün, çıxmazlara düşəli, sınağ düşdü, doslar sındı yar qaçdı.

dara çıxmaq, yol açmaz. dar yıxılsa, asılmaz.

darağ toka girməz. (toka: bükük. bürkük. sıx. tünlük yer. pırtlaşıq, qarışıq yer). (hər işin özəlliyin gör).

darda qalan qurt, ıslağ olan it yatamaz!.

dardan asılanın evində, kəndirdən danışmazlar.

dargündə tutan dosd əli doslar yaşasın.

darı (darıq) göz çıxarar (kiçikliynə, azlığınaqarşın, etgili, güclü olan).

darığ verdim, oğun aldım, oğun verdim çörək aldım, çörək verdə al sağın: yarıt, rəhmət qazan. (oğn > un). (sağın: yarıt, rəhmət).

darığ verdim, oğun aldım, oğun verdim çörək aldım, çörək verdə al sağın: yarıt, rəhmət qazan. (oğn > un). (sağın: yarıt, rəhmət).

darıxan qınki çata barçağına. (qınki: çətinki).

darıxan yolun çaşdı, darıxmayan yola başdır.

darıxırsın yarığın bul.

darıxış düşsə içə, nisgil olur!. (darıxış: darıxma).

darıxış kişi aşırar, dözüm daşırır.

darıxış üstünə ağrı tapılan adlanıri sonçu ölüm.

darıxış, düğünlərin açılmazından, arzıların armanlığından doğur. (armanlığından: ərəməgindən. əl çatmazlığından).

darıxma çox nol sırayladır, çatırsa sıran alıbda gedər. (nol: suvarma sırası. su dovu).

darıxma özləm nisgil yaşamdandır, unutmaki həpsi sevgidən doğur.

darıxma özləm nisgil yaşamdandır, unutmaki həpsi sevgidən doğur.

darıxma özləm nisgil yaşamdandır, unutmaki həpsi sevgidən doğur.

darıxma özləm nisgil yaşamdandır, unutmaki həpsi sevgidən doğur.

darıxma! darıxan çaşır, qəmə bulaşır.

darıxmadan baxınca, tünlükdə, ay görünər. (tünlükdə: damda olan tüstülük, baca).

darıxmağın nәdәni, yürüməz işlər olur. (yürüməz: yürüməyən. yolunda olmayan).

darıxmaqsa unutmaq, uzaqlıqdan pöhrələnən bir sonuc.

darıxmayan darlığa, çata bilər varlığa.

darın varsa, dərmana yürü, pulun varsa, bazara yürü. (darın: dartın. dartılmalı nərsə).

darqanın sözü evdə keçməz. (hamı qarşındakın olduğu yerdən görər).

darlıq, qaranlıqdır, genlik, yasanlığdır (yarağlıqdır).

dart üzmə, it yıxma. (it: itələ). (bur qırma, itələ yıxma, öldürmə).

dartğın könül buldunsa, dartın onu alasın. (dartın: çalış). (dartğın: tutqun). (dartğın könül buldunsa, dartın onu açasan). (tutqun könüllü kimsəyə ucradın, rasladınsa, çalış onu kövrəsən, boşaldasan, yoğşadasan).

dartıq olsa sağa, sola, təlbələnər, düşməz yola. (dartıq: əğim. çəkiş. kişiş). (təlbələnər: səndələnər. dəngəsin əldən verər).

dartılan ip, üzülə bilər.

dartılmasa, bərkinməz.

dartılmış yay, tez gec boşalar.

dartın dartan utanmaz. (dartın dartan: olanın verən). (varın verən utanmaz).

dartın dartan utanmaz. (varın verən usanmaz).

dartışla yar seçilməz, acıqlı su içilməz. (acıqlı: çox şor).

dartqıl qonağ gəlincə, uğra yolun gedincə. (dartmaq: pəziralıq edmək). (uğra: xoş görüşlü ol. qulluğunda ol).

daş atan bəlli, baş tutan bəlli, burda sən nəçisən.

daş atana, çörək at, narla belə, heyva at, bir tikəni qanmıyan, məncə yavaş, yaddan at!. (Araz Təbrizli).

daş atanda özləri, baş tutanda. bir əllə vurur, bir əllə tutur. ayağla vurur, ağızla yığır. qonşu atır, qonşu tutur. sağ tutur, sol vurur. bir ortadı, sağda kəsir, solda. sağ göz görür, sol göz yumur. ağız deyir, sol göz görür, sağ göz qıyır.

daş atdınsa aş güdmə. (daş atıbsan aş güdmə).

daş atıb, başın tutmaq.

daş atırsa bir dəli, başın gizlət kal əli.

daş atırsa bir dəli, başın gizlət kal əli.

daş atısan palçığa, sıçradırsan üzüngə, söğüş söymə özgüyə, kölgə salar güzgüyə.

daş bağlamş ürəyinə, dil öcünü alacaq, sırtıq quzqun yağunu, iç ölkədən qoğacaq. (quzqun: ləş yeyən qarqa). (ürəginə daş bağlamaq: qutarnıqlı qərar vermək. bir oy sanı qılmaq, aşırmaq üçün dönülməz cıdamla, dözümlə tutu tutunmaq (müsəmməm olmaq).

daş başdan qılıc keçdi, qələm keçmədi. (daş başlıdan qılıc keçdi, qələm keçmədi). (daş başdan: daşa dönmüş başdan) (qələm: söz).

daş başı unutmuş, baş daşı yox.

daş başlıdan qılıc keçdi, qələm keçmədi. (daş başdan qılıc keçdi, qələm keçmədi). (daş başdan: daşa dönmüş başdan) (qələm: söz).

daş bərkini dağdan al, yemək dadın yağdan al. (bərkini: sərtini). (yağdan: yağlı, yaxımlı olandan).

daş bilən vurduğuvu, aş bilən vur.

daş bir yerdə qalsa gövərər.

daş böyükdür təprәnmәz, başla işlə daşı əz.

daş çəkisiz tükan yox, yoxsa xanım ev eşiyi quran yox.

daş dağa güvənər, iyid ürəyə.

daş daşa baş başa uyar.

daş daşa baş başa uyar.

daş daşa söykənip duvar olur.

daş daşa söykənir.

daş daşa söykənir.

daş daşı sındırar.

daş daşınan, - doğan doğanla, - sırça sıçaynan, - sərçə sərçəynən olsa, nə biri sınır - nədə biri qırılır, - nə inciyib ülkür, - nədə üşənür (oğulur).

daş dəğməmiş gəzməsə ayaq, daş düşdü başa olunca yataq.

daş dəğməmiş gəzməsə ayaq, daş düşdü başa olunca yataq.

daş durduğu yerdə ağırdır, təprətirsən, yüngül gələcək.

daş düşdüyü yerdə ağır olar.

daş düşdüyü yerdə ağır, ya çığır ya bağır.

daş kimi bərk, göy kimi uca ol.

daş kişiyə, daş başa dönməz, kişi daşa, baş daşa dönər:.

daş qatı, baş qatı, baş daşdan qatı.

daş qazanda, aş pişər. (dışı daş, içi yaş). (yol yorağı bilsə kişi, daş durumda, görər işi). (yol yorağın tapa bilsən, bərk çətin, güc ortamdada, qolaylıq yarada bilirsin).

daş qıran, dağ yarar.

daş qızar, aş pişər, hər nə, yoluna düşər. (hər nəyin yolu var, geniş otaq, yolu dar). (birdə bu deyim, kişini, iş içində dözümə, tələsməməyə çağırır).

daş mum olmaz, yağı (düşman) dosd.

daş nə qədər yuxarı qalxsa, genədə toprağa düşəcək.

daş olursun, qırıq könül yapırsın, olda topraq, qızıl güllər saçırsın!.

daş salısan quyuğa, gumbuldamaz iş olmaz (daş salsan quyuya, bulduraman (pılomb səsi kimi səs çıxarmq). (buldurayıb buldura, kəssək düşsə quyuğa).

daş su götürməz, dibinə batar, su daş götürər, üzünə çıxar. (yaşamda daş olma, su ol!!!!).

daş su götürməz, dibinə batar, su daş götürər, üzünə çıxar. (yaşamda daş olma, su ol!!!!).

daş ürəklər yaşalmaz, öldür ürək, yaşam bul. (yaşalmaz: ölünməz. yumşanmaz). {ürək öldürən, yaşam bulur. (öldürmək: sulatmaq. yumşatmaq)}.

daş üsdə əkin bitməz.

daş yeməklə, daşlıq olmaz, quş daşlığı, daşdan boş olmaz (boşalmaz).

daş yəşərməz, keçirsədə yaz, olda topraq qoxur güllər saç!.

daş yonular diş bilən, yaşam onar iş bilən.

daş, bir yerdə qalsa gövərər.

daş, daşa söykənir duvar olur.

daş, daşı sındırar.

daşa dedim əridi, başa dedim səridi. batsın belə bir baş ki ağızda dili yoxdu.

daşa dönsün o baş ki, dilsiz qalıb.

daşa gedən daşa çıxar, başa gedən başa. (seçdiyin yolun barağı bəlli).

daşa söykən, başla öğrən. (öğrən: örgən). (hər işdə bilik, yaraq gərəkir).

daşaqa yox, başaqa bax. (daşşaqa yox, başşaqa bax) (başaq: baş. ağıl).

daşaqlanmaqdansa, başaqlan: qızıb yügürməkdənsə, başıvı işə sal.

daşçılıqla, başçılıq olmaz, çomaqilə, çobanlıq. (daşçılıqla: hər gələnə daş atmaqla).

daşda gərək, başda gərək.

daşdan bərk, oddan isti.

daşdan qan çıxmaz. (dışarda aradığın içindədir. kəndivə güvən).

daşdan qatıq, güldən nazık. (tapmaca). (adam).

daşdanda od çıxar.

daşdı, aşdı, başdı, üçü sövdalaşdı.

daşdı, duvardan yana, otdu, davardan yana, illərdi gözləyirəm, bir xoş salığdan yana. (salığdan: xəbərdən). (süleyman həziyev).

daşı aş, aşı daş edən arvad.

daşı çox, başı yox. (baş: ağıl).

daşı daşı, yetməmiş yaşı.

daşı ısıranmayan (dişləyənməyən) öpsün gərək. (daşı ısrumasa, öpmüş gərək: daşa dişin batmazsa, öpməlisən).

daşı ısrumasa, öpmüş gərək. (daşa dişin batmazsa, öpməlisən).

daşıma su ile dəğirman dönmez.

daşıma su ilə, dəğirman dönməz.

daşıma suyuyla dəyirman dönməz.

daşıma suyuyla dəyirman dönməz.

daşın baş qırması, başın boşluqundan, daşın toxluğundandır.

daşın görmə, aşın ye (nankor olma).

daşın gözü olmaz.

daşın gözü olmaz.

daşınan baş (daş ilə baş), əzəldən yoldaş.

daşqa çönəndə yol gösdərən çox olur. (daşqa: araba).

daşqa ilə dovşan tutulmaz.

daşqaçı gözlü olsa, kor atıda yönətər.

daşqaçısı bilgin ölkənin, başçısı, daşqaçı olar.

daşqanı at çəkər, kölgəsin it.

daşqanın təkəri, atın yəhəri.

daşqasını at çəkәr, kölgəsini it çəkər.

daşqınlığın sonu şaşqınlığdır.

daşla könül yaşamış, daşdan könül patlamış.

daşlanaram tüm sevgilər yönündən, yalqız qalıb umat çönmüş yazım var. (daşlanaram: atılaram). (umat: umay. bəxt).

daşlar ağır çəkiylə, kişi ağır söziylə, min duymaqdan yeğ basar, kişi görsə göziylə.

daşlara börk qoyan yerdə, başlar börksüz qalar. (kələmə börk qoyan yerdə, kəllələr börksüz qalar).

daşlı yerdən su şarıldar.

daşlıq suyu saxlaşar, qumluq suyu soğraşar.

daşsa süzsə, içərdəki bəlgürür, açıq ağız, içindəkin aldurur.

daşşağı çalpaqdan, elə uğur dammaz. (qıtmır, çinis, pulakıdan, elə xeyir gəlməz.

daşürək yok, ürəkdaş olun.

datsız suyu qaynatmaqla aş olmaz.

davalı evdə qazan qaynamaz.

davar gəbərsə, piçaq tapılar.

davar yığma yığraşu, oyun qılma qarğaşu, yaşam sürmə dartaşu. (davar: mal. devlət) (yığraşu: birbiri üsdə yığma) (oyun: beynin. fikrin) (qarğaşu: qarma qarışıq) (dartaşu: çəkişlə. mücadilə ilə).

davarlının yeyənləri çox olur, davar getdi yeyənləri yox olur. (davarlı: varlı).

davarlının yeyənləri çox olur, davar getdi yeyənləri yox olur. (davarlı: varlı).

davası məndən, duvası səndən.

davası məndən, duvası səndən.

davranış dəğər, çağunla gəzər. (əxlaq, dəğər çağdan çağa dəğişər).

davurlu evdə qazan qaynamaz. (davalı evdə qazan qaynamaz).

dayağdan qurtulub, toxmağa tutulma.

dayaq yeyər köprü üsdə kəttə olursa dəvə. (kəttə: yekə).

dayaq, ağrıyan yerə dəğər.

dayan gəldim, durma gəldim. (ölüm carı kişi qulağına iki çeşitdə çatar, bir bölümü ''dayan gəldim'' eşidər, bir bölümü ''durma gəldim''). (carı: çağrısı). birinci bölümü 'ölüm aldadar', çün ölüm gəlirəm deməz, ikinci bölüm ölüm gəlmədən ön işlərin bitirər, mənə tay.

dayan, dirən, döz, yaşamında olmaz söz.

dayanmağı seçən son, gücsüzlüyə yol qalmaz. (seçimində ardağ (ciddi) dursan var gücün üzə çıxacaq).

dayaz (axmaq) kişi xanımın gözəlliyinə, dayaz xanım kişinin gücünə, puluna aldanar!.

dayaz sular, haylı küylü axar.

dayça ösür at olur, fasca ösür tat olur. (ösür: böyür. böyürür).

daz gəliyi börkçüyə. (keçəlin güzəri börkçü tükanıdır).

daz keçəldən xoşlanar, dərdli dərdin boşlanar. (boşlanar: tökər. danışar).

daz, dazı görsə, başı qaşınar.

de dosduva desin dosduna, bilik gəlsin bilik üstünə.

dedi çalış duru saxla gönlüvü, keçən sönmüş, doğan günə güllü ol.

dedi –çıx ged əkil evindən. - sölədiki-qorxum yoxdu!!!!!!!!!!!!!!!! əkilləm!!!!!!!!!!!!!!!!!!.

dedi neyçün dodaq üzrə qonuşubdur gülüşün, dedi dərtdir acırır küydürür içdən içimi. (acırır: acı gördürür).

dedikodunu öcərləri yaratar, başqafalar yayratar, kütbeyinlər inanar. (öcər: öcür: öcçü. kinli. intiqamçı). (başqafa: başıboş. hovan. abdal. axmaq).

dedilər bitir yaşın, dedim işim qalır, dedilər dosların var, dedim bir çoxu yatır.

dedilər əzrail uşaq paylayır, dedi bizimkin almasın, batasıdan uşaq gözlənməz.

dedilər sıxıntılar keçədir, yarın gəlir, ömür bitdi keçən yoxdur, gələn yoxdur. təkcə açar, qapılar açar –kəndivə güvən.

dedilər var dərmanı minbir, olursa dərdi min, minbirinci dərdivə sözdür gəlir dərmanuva. (evrən gözəl dil ilə). (dil: söz).

dedilərsə baş gətir, sən börk apar.

dedim turuza üyə ol, olusan dadın biləsən, olmusan, özün biləsən. (turuz. com).

dediyin ağgün sənə, yaşatdın qarasın mənə.

dediyin işivə uysun, duyduğun içivə.(içivə: diləyivə. niyyətivə).

dediyin min qıl, qıldığın bir de. (qıldığın aytdın bir, aytdığın min qıl). (aytdın: dedin). (aytdığın: dediyin). (yapdığın bir kərə desən, dediyin min kərə yaxcı qıl). (kişiyə biçən dəyər söz olur, edirsə tutar çönü min olur).

degirman sırayladı, devir dönər, sıra düşər bizədə, bu gün dönür tərsinə, bu tərsinə, tərsə gedər genədə.

degirman sırayladı, devir dönər, sıra düşər bizədə, bu gün dönür tərsinə, bu tərsinə, tərsə gedər genədə.

degirmanlar sırayla, sıra düşər bizədə.

degirmanlar sırayla, sıra düşər bizədə.

değiliz kimlər kimi sıradan, sağuş olsun türk yaratmış yaradan. (sağuş: şükr. həmd).

değirmende doğan siçan göy kükrəğindən (kükrəyindən. gürlemesinden) qorxmaz.

değirmende doğan siçan, göy kükresindən (gürlemesinden) qorxmaz.

deliye geçit yoklatırlar. (geçit, dar boğaz, yolun daraldığı yerleri). Akıllı insanlar aklı kısa, kullanılmaya müsait insanları en tehlikeli işlerde kullanırlar. (Bayram Özdemir).

deliye her gün düğün bayram. (Düğün, toy, bayram, şenlik eğlenme, ortak kutsal günler). Delinin sorumluluk duygusu olmadığı için, ister başına kötü bir iş gelsin, ister gelmesin her gün eğlenceli ve neşelidir. Deli gibi davranan normal insanlar için de söylenir. (Bayram Özdemir).

dem qarpızın sarısı, qoca ilə qarısı.

demə gizin dosduna, dosdun belə dosdu var.

demə qalsın yarın gələr yaparsan, yarın yetər dün işində qalarsan.

demə mənim üçün qapılar qapandı heçin. (heçin: asla). -yaşamda ölmədən ön tam qapılar açılıb qapana bilər.

demə varımdır, alarlar!.

demə yol üsdə gor qazanlar var, de: - yol üsdə qazıqlar var.

Demədiyin sözün ağasısan, dediyin sözün qulu. (Araz Gunduz).

deməli sözü ayt, deyilməzdən qayt. (ayt: de). (deməli sözü ayta qıl, deyilməzdən qayta qıl). (deyilməsi pis olan sözdən qayıt, demə).

deməmiş gələn, yeməmiş gedər.

deməyi məndən, yozmağı səndən.

deməz qulunc olar, deyər gülün olar. (qulunc: sancı).

demisən qulunc olusan, deyirsən gülünc olusan. (qulunc: sancı).

demişdi hər dan səninləyəm, mənimlə olsan əgər.

demişlər sürmür uzun sevgidə ömür, sevən sevəni gördükcə umur. (gördükcə umur: doymur).

demişlər yaxcılıq edip suya sal, yaramazdan yaxcılıq öğütün al. (demişlər eylüğ edip suya sal, yaramazdan eyülük öğütün al).

demişlər, -sən eşşək ol palan tapılar.

demişlər. -oddan çıxarsan ilanı, əl qoluva dolaşar.

demişlər. -üç nəyi kötü günlərində dənə. -dostunu, əşini, səbrivi. iyi səslənir.
ama ama ama!!!. kötü gün yetmədən öncə onları SINA.
dosduva əşivə güvənib QALMA, GÖZLƏMƏ (DÖZMƏ, SƏBR EDMƏ).

demişlərki ''əldən qoyma, əldən keçir''.

demişlərki ormandan gələr odun, götürməzlər ki ormanə odun.

Deniz dalgasız, gönül sevdasız olmaz. En sakin denizde de dalga olur, hiç kimseyi sevmese de her insanın başından küçük bir sevda geçmiştir. En azından bir çocukluk aşkı, ilk mektep aşkı vs. geçmiştir. (Bayram Özdemir).

desələr son günüdür evrənivin, çəkmərəm əl ətəyindən əlinin.

deşiğinə sığmır sıçan, quyruğa bağlır soğan.

deşik harda, sıçan orda.

deşik mıncıq yerdə qalmaz, dəliklisi evdə. (deşik: ötlü).

deşik suda bəlgürür.

deşiki böyük, düymə balaca.

deşikli qab suda bəllənir, bilimisiz kişi işdə.

deşilməyən, eşilməyən, dəğişməyə nə vardı?.

deveyi düğünə çağırmışlar, -“dabanım yırtıq, oynayamam, dodağım yırtıq, yırlayamam. “ demiş. (yırlayamam: ötəməm. oxuyamam).

devirmanım devrənir, dəni olsa çeğnənir. (devirman: < dəgirman. degirman).

devlət uslunun nökəridir, yavanın ağası. (uslunun: ağıllının).

devlət, adamın ayağına gəlməz. {devlət, zenginlik, güç kuvvet, talih, Zenginlik güç ve kuvvet insanın başına kendiliğinden gelmez. İnsanın çalışıp gayret etmesiyle elde edilir. (Bayram Özdemir)}.

devlətin qorumayan, elinin gününə qalar.

devlətin malı dəniz, yeməyən domuz: Kötü tiynetli kişiler için devletin tükenmeyen malı vardır. Fırsatını bulunca yemek gerekir. Devletin malını yemeyen kötüdür. (Bayram Özdemir).

devlətlər dik gəlib, yan gedər.

devlətlinin karnı gen gerek. Devlet yöneticileri geniş olmalı, hoşgörülü olmalı, her söze kulak asmamalı. Kin gütmemeli. (Bayram Özdemir).

devran dönər durar bilməz, yağsa yağış axar durmaz, qar yağırsa əriyər, dərin dərya qurub çönәr dәriyә. (durar bilməz: qərar, sübat tanımaz). (dərya: böyük çay).

devranın işini gör, aslanı ac tülkünü tox tutur. (devranın işini gör, aslanı ac, tülküsü tox).

devranın işini gör, aslanı ac, tülküsü tox.

devrim, çevrim aşxanadan başlamaz.

devrim, çevrim aşxanadan başlamaz.

deyən bilmir, bilən dinmir.

deyən eləmədi, eləyən demədi.

deyəndən bir umarlar, dinləyəndən iki.

deyəni boşla, dedigi yoxla. (gəpirdiyi kimi yox, gəpirgilən sözü tut).

deyərsin, söz çıxar, döğərsin, göz çıxar.

deyiblər ''düz'' gedən ''duzağa''da düşər ''duzlağa''da.

deyildi keçdi, yazıldı qaldı.

deyilən sirri biri deyər, mini basdırar, on mini açar.

deyilən söz, atılan oxa bənzər.

deyillər bəlanın min qapısı var, xeyrin (uğurun) bir. sən min bir qapını açıq qoy, uğur öz qapısında gələr.

deyillərin, ağacı (gəmiyi) yox, acısı çox, tanığı yox olar. dedinin, ağacı (gəmiyi) var, acısı yox, tanığı çox.

deyilməmiş söz dil yaxmaz.

deyingən dinə bilməz, dinməsə dözə bilməz.

deyingən dinə bilməz, dinməsə dözə bilməz. (dinəmək: durmaq). (dinə bilməz: deməkdən dura bilməz).

deyiplər ''düz'' gedən ''duzağa''da düşər ''duzlağa''da.

deyir dayan yoruldun, dincivi al yol durur, yaşın bitər iş bitməz.

deyir dayan yoruldun, dincivi al yol durur, yaşın bitər iş bitməz.

deyirki dəliyəm dələcəm. (dələcəm: dələciyəm).

deyirlər ''pulunu köpəytkicə, bilimin köpəyt. (paranı çoğaltıncaya, elmini çoğalt). (ama, varlıq, bolluq, toxluq ilim bilimə qoşul yaradır, yerin daraltmır).

deyirlər, gerçək öldürər, - gerçəyin piçağı yox öldürə. bırak (ama) ayrılıq ölütçüldür, inanmırsız! onda düşməmişsiniz!!.

deyirlər. -adamın başına nə bəla gəlsə, dilindən gələr.


demirlərki: yalğu yılxıdan ayıran dildir. (insanı heyvandan ayıran dildir).

dədəmoğlu ayıqqıl. çağalıq ötmüş yaşlıqda ötür, yaşlılıq yetir. (ayıqqıl: oyağ ol. yaddan çıxarma). (çağalıq: uşaqlıq). (yaşlıqda: gənclikdə). (yaşlılıq: qocalıq).

dəgirman gəzəklə, toy bəzəklə. (gəzəklə: sırayla).

dəgirman kəzin verən günacı, su kəzin verən, ilacı.

dəgirman sıçanı gurultudan qorxmaz.

dəgirmana gedir, nə dəni var, nə çuvalı.

dəgirmandan küsən, çuvalın boş aparar.

dəğər ata çaxrı it, dəğməz itə çaxrı at. (çaxrı: şərabi göz).

dəğər biçsən kəndivə, tanıq olsan bilgivə, yaşın keçər könülcə, durmuş gülər üzüvə..

dəğər biçsən kəndivə, tanıq olsan bilgivə, yaşın keçər könülcə, durmuş gülər üzüvə..

dəğər bilməz, könlə girməz, girsə könlə, duzun bilməz.

dəğər bulmaz yox olmazkən olan yaxcı.

dəğər ölçəyi yerinə görə dəğişir, bir daraqda ölçülməz. (ölçəyi: me'yarə).

dəğər ölçəyi yerinə görə dəğişir, bir daraqda ölçülməz. (ölçəyi: me'yarə).

dəğər ölçüsü, don biçdirər. (ölçüsü: əyarı). (verdiyin dəğər donuna dəğər). (biçdiyin dəğər, donun biçdirər). (özgələr sənin dəğər biçdiyivə görə don biçərlər).

dəğər verən ağlatmaz.

dəğər vermiş kişiyə, sözü işi düşünü. (düşünü: düşüncəsi).

dəğərlər itəndə, dəğişiklər dəğərə minər!.

dəğərlərin üstünü, sağlı əğin uslu baş. (əğin: tən).

dəğərsiz dəğərə minsə, dərək, dərəkə gedər. (qədir gedər cəhənnəmə).

dəğgin (yetgin) yemiş budağda durmaz.

dəğirman bildiyin edər, çax çaxı başı ağrıdar.

dəğirman dinləmədən bildiyin edmiş.

dəğirman doğulu siçan, göy kükrəşindən qorxmaz. (dəğirman doğulu: dəğirmanda doğmuş) (kükrəşindən: gurultusundan).

dəğirman iki daşdan, sevişmə iki başdan.

dəğirman qatırrasa, dən qutarır, daş daşı yeyib sındırdı. (qatırramaq: qatırlamaq. 1. iti davranmaq. iti qılınmaq. 1. yeyin yeyin gedmək, təprəşmək. tiz, tiz olmaq).

dəğirman qatırrasa, dən qutarır, daş daşı yeyib sındırdı. (qatırramaq: qatırlamaq. 1. iti davranmaq. iti qılınmaq. 1. yeyin yeyin gedmək, təprəşmək. tiz, tiz olmaq).

dəğirman öz işindedir,caxcax baş ağrıdır.

dəğirman sırayla dönər, biri iner, biri miner.

dəğirman, çaxçaxanı güdməz.

dəğirmançı qırılsa, dəğirmanı yıxılmaz. (dəğirmançını qırsanda, dəğirmanı yıxmamalısın).

dəğirmanı çöğürən kim, dəğirmanla çönən kim. (çöğürmək: çevirmək. çöğgürmək. işlətmək. çalışdırmaq).

dəğirmanın gurrası, xərməndə yox hurrası.

dəğirmanlar fırlanar, evrən çönər sırlanar, sıra gələr bizədə, tələsmə sən görərsən. (sırlanar: sır, boya, don dəğişər).

dəğişə bilməyirəm mən səni bil heç nəyilə, gedisən ged qalısan qal bu açıq yol sən üçün.

dəğişə bilməyirəm mən səni bil heç nəyilə, gedisən ged qalısan qal bu açıq yol sən üçün.

dəğişənməsən, böyüyənməsən, böyüyənməsən, yaşayanmasan.

dəğişib don aya dönmüş günəşim.

dəğişmədən duranmaz. (tapmaca). (evrən. dünya).

dəğişmədən durmamış. (tapmaca). (evrən. dünya).

dəğişmədən köprüyə, çıxmaz sözü ərənin. (iş çətinliyə, son dərcəyə, dar yerə yetişmədən, kişilər ara, dalaş çətin çıxar).

dəğişmədir durmanın siri, dəğişmədən durmadi diri.

dəğişmədir durmanın siri, dəğişmədən durmadi diri.

dəğişmək qolay deyil, dəğişsəndə qolaylqla olan deyil.

dəğişmələr seçimdən doğur.

dəğişmələri boyun olmayan, boynu üzülər.

dəğişməli dünya yox, dəğişməlisən özün.

dəğişməyə güc saxla, qeyim otur az laxla.

dəğişməyə güc saxla, qeyim otur az laxla.

dəğişməyən toplum, atılar!.

dəğişməyi istəmədən, dəğintilər yaşamıvı dəğişməz. (dəğintilər: şanslar. təsadüflər).

dəğişməyi istəmədən, dəğintilər yaşamıvı dəğişməz. (dəğintilər: şanslar. təsadüflər).

dəğişməyi istəyən, dəğintilər yardımı. (dəğintilər: şanslar. təsadüflər).

dəğişməzi unutsən, yalnız ölmüş dəğişməz.

dəğişməzi unutsən, yalnız ölmüş dəğişməz.

dəğişsəndə dünyavı, dünya dəğişmiyəcək.

dəğmə (ras gələ) kişi öz olmaz,, yadla yağuq düz olmaz: hər gələnə öz demə, hər gedəni, qov demə.

Dəğmə bana, dəğməyim sana: sana zarar verməyənə səndə dokunma, zarar verme. (Bayram Özdemir).

dəğmə kişi öz olmaz, yadla yağuq düz olmaz.


Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə