Tarixi-dini abidələri
Alban məbədi (500-cü il) – Həsənriz kəndi (İNV № 280)
Alban məbədi (1283-cü il) – Həsənriz kəndi (İNV № 279)
Alban məbədi (V-IX əsrlər) – Vəng kəndi
Alban kilsəsi (V-VII əsrlər) – Çərəkdar kəndi
Alban məbədi (614-cü il) – Kolataq kəndi (İNV № 270)
Müqəddəs Yaqub kilsəsi (635-ci il) - Kolataq kəndi (İNV № 269)
Alban məbədi (672-ci il) – Qocaqot kəndi (İNV № 278)
Alban məbədi (698-ci il) – Qocaqot kəndi (İNV № 277)
Alban məbədi (713-cü il) – Dəstəgir kəndi (İNV № 4498)
Alban məbədi (718-ci il) – Qasapet kəndi (İNV № 4485)
Kilsə (1894-cü il) – Qasapet kəndi (İNV № 4486)
Kilsə (1898-ci il) – Maqadiz kəndi (İNV № 4488)
Kilsə (1668-ci il) – Dovşanlı kəndi (İNV № 4482)
Kilsə (XVII əsr) – Dəvədaşı (Poqosoqomer) kəndi (İNV № 4483)
Qırmızı məbəd (XVII əsr) – Qozlu kəndi (İNV № 4484)
Urek məbədi (1279-cü il) – Talış kəndi (İNV № 4489)
Alban kilsəsi (VIII-IX əsrlər) – Tərtər çayının Bulanıq çayı ilə qov-
şağında
Alban məbədi (X əsr) – Çormanlı (Qarnakar) kəndi (İNV № 274)
Alban kilsəsi (XI əsr) – Çormanlı (Qarnakar) kəndi (İNV № 275)
Kilsə (1883-cü il) – Maxrataq kəndi (İNV № 4490)
Məbəd (1881-ci il) – Maxrataq kəndi (İNV № 4491)
Məbəd – Maxrataq kəndi (İNV № 4492)
Məbəd – Şaplar kəndi (İNV № 4493)
Məbəd – Şaplar kəndi (İNV № 4479)
Məbəd (XIII əsr)– Vəngli kəndi (İNV № 4478)
Məbəd – Kiçan kəndi (İNV № 4480)
Məbəd (1251-ci il)– Smakaok kəndi (İNV № 4481)
Alban məbədi (XII əsr) – Çıldıran kəndi (İNV № 272)
Qırmızı məbəd (XIII əsr) – Çıldıran kəndi (İNV № 273)
“Xatırvank” məbədi (1204-cü il) – Qozlu kəndi (İNV № 276)
Məscid (XIX əsr)
Məscid (XVIII-XIX əsrlər) – Başlıbel kəndi
Məscid (XIX əsr) - Otaqlı kəndi
KƏLBƏCƏR RAYONU
43
Ziyarətgahları
Qəbristanlıqlar (3 ədəd) orta əsrlər – Qasapet kəndindən 5-6 kim
aralı (İNV № 5844)
Qoç daşlar piri – Əsir kəndi yaxınlığında
Seyid Əsədullahın ziyarətgahı (XIX əsr) – Söyüdlü yaylağı
Seyid Bağır ağanın ocağı – Başlıbel kəndi
Seyid Əliabbas ağa ziyarətgahı – Başlıbel kəndi
Seyid Əhməd ağa ocağı
Tarixi memarlıq abidələri
Dovşanlı nekropolu (son tunc ilk dəmir dövrü) – Araçadzor kəndi
(İNV № 1228)
Balıqaya nekropolu (son tunc ilk dəmir dövrü) – Sırxavənd kəndi
(İNV № 1229)
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi (İNV № 6155)
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) - Zar kəndi (İNV № 6156)
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) - Zar kəndi (İNV № 6157)
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) - Zar kəndi (İNV № 6158)
Daş at fiquru – Zəylik kəndi - (İNV № 6159)
Celabert qalası – Qasapet kəndi (İNV № 4487)
Lök qalası (VII-VIII əsrlər) – Qanlıkənd kəndi
Uluxan qalası (VII-IX əsrlər) – Qaracanlı kəndi
Qalaboynu qalası (VIII-IX əsrlər) – Qalaboynu kəndi
Comərd qalası (VIII-IX əsrlər) – Comərd kəndi
Keşikçi qalası (VIII-IX əsrlər) – Qamışlı kəndi
Urud abidələrinin xronoloji sayı (1478-1610) – Zar, Zeylik, Keşdək
kəndləri
Tağlı daş körpü (XIX əsr) – Soyuqbulaq kəndi
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
44
LAÇIN RAYONU
Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir.
Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qu-
badlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respub-
likamızın təbii sərvətlərilə zəngin guşələrindəndir. Ərazisində dünyada
nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox
sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli
mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır.
1924-cü ildə təsis edilmiş rayonun ərazisi 1883 kvadrat kilometr ol-
muşdur. 1992-ci il mayın 18-də erməni qəsbkarları tərəfindən işğal olu-
nandan sonra rayon əhalisi məcburi köçkün kimi respublikamızın 64
şəhər və rayonunda məskunlaşmışdır. İşğal zamanı yüzlərlə günahsız
insan şəhid edilmiş, yaralanmış, 1200-dən artıq körpə yetim qalmış, ra-
yonun bir çox tarixi-dini abidəsi məhv olunmuşdur.
Rayon ərazisindəki Ağoğlan çayı sahilində IX əsrdə inşa edilmiş və
uzun müddət fəaliyyət göstərmiş Ağoğlan monastır kompleksi yerləşir.
Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastır məharətli kons-
truktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi
yer tutur. Monastır binasının daxili həcmi üç hissədən ibarətdir. Daşlar-
dan hörülmüş açıq dam örtüyünü saxlayan hündür daş sütunlar silind-
rik formalı tağbəndlərlə tamamlanır. Məbədin daxili sahəsini işıqlandır-
maq üçün divarlarda ensiz və uzunsov pəncərələr vardır.
Laçın rayonunun Malıbəy kəndində aşkarlanmış üç at heykəlli
qəbir daşında (XVI-XVII əsrlər) və Almazzisxevndə yerləşən (XIV əsr)
at heykəlli abidənin bud tərəfində həkk olunan üç üfüqi və bir şaquli
xətt çox maraqlıdır. Qarabağ abidələrindəki epiqrafik məlumatlardan
və təsviri incəsənət motivlərindən Cənubi Qafqazda Azərbaycan xal-
qının təşəkkülündə mühüm rol oynamış qədim türk tayfalarının
məskunlaşmasını müəyyən etmək olar. Laçın rayonunun Malıbəy,
Güləbird, Cicimli kəndlərində at heykəlli qəbir daşlarında günəş simvo-
lunun və əlində quş tutmuş insanın təsvirləri vardır. Məlumdur ki, Hu-
may quşu qədim türk xalqlarının tanrısı olmuşdur və bunun abidələrin
üzərində təsviri, güman ki, abidələri dağılmaqdan qorumaq məqsədi
daşıyırdı. Laçın rayonunun Cicimli kəndində 1790-1791-ci ildə çaylaq
daşından düzbucaqlı planda tikilmiş məscid binası da olmuşdur.
LAÇIN RAYONU
45