Ön sözün müəllifi:
Mübariz Qurbanlı
Redaktor:
Gündüz
İsmayılov
Nahid Məmmədov.
İŞĞAL ALTINDAKI TARİXİ-DİNİ ABİDƏLƏRİMİZ
Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2015, 96 səh.
ISBN: 978 - 9952 - 490 - 95 - 4
© N.Məmmədov, 2015
İki əsrdən artıqdır Azərbaycan xalqına qar-
şı davam edən erməni təcavüzünün qurbanları
təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə
ölçülən tarixi mədəni abidələrimiz, müqəddəs
ocaqlarımız və məbədlərimizdir. Bu gün tarixən
erməni təcavüzünün qurbanı olmuş dini-mədəni
abidələrimizin ümumi sayını müəyyənləşdirmək
və onlar barədə tam məlumat toplamaq qeyri-
mümkündür. Çünki XIX əsrdən etibarən Qara-
bağa və Qərbi Azərbaycan ərazilərinə köçürülən
ermənilər müxtəlif vaxtlarda, amma mərhələ-
mərhələ öncə azərbaycanlıların torpaqlarını,
sonra da orada yaşayan soydaşlarımızı, daha
sonra abidələrimizi təcavüzə məruz qoymuşlar.
XX əsrin əvvəllərində, 1905, 1918-ci illərdə bu
təcavüz aktiv fazada aparılmış, nəhayət, 1988-
ci ildən etibarən kulminasiya nöqtəsinə çatmış-
dır. Tarixi abidələr xalqın keçmişinə işıq tutan,
onun yaddaşını həmişə təzə saxlayan, canlı
arxivdirlər. Tarixi-dini abidələr isə xalqın təkcə
tarixi deyil, həm də mənəvi, ruhani yaddaşını
hifz edən müqəddəs məkanlardır. Bu baxımdan
ermənilərin tarixi-mədəni abidələri, o cümlədən
məbədlərimizi məhv etmələri başadüşüləndir.
Onlar bu yolla bizim minilliklər ərzində yaşadı-
ğımız torpaqlardan həm tarixi keçmişimizi, həm
də mənəvi yaddaşımızı məhv etmək istəyirlər.
1993-cü ildə xalqın ən çətin günündə
hakimiyyətə qayıdan Ümummilli Lider Heydər
Əliyev bu siyasəti çox yaxşı anlayır, ermənilərin
azərbaycanlılara qarşı törətdikləri işğalçılıq,
deportasiya və soyqırımı faktlarını dünyaya
bəyan edirdi. 1997-ci il dekabrın 18-də Ulu
Öndər “1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik tor-
paqlarından kütləvi surətdə deportasiyası haq-
qında” Fərman imzaladı. Fərmanda deyilir:
“Son iki əsrdə Qafqazda azərbaycanlılara qar-
şı məqsədyönlü şəkildə həyata keçirilmiş et-
nik təmizləmə və soyqırımı siyasəti nəticəsində
xalqımız ağır məhrumiyyətlərə, milli faciə
və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-
mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət
nəticəsində azərbaycanlılar indi Ermənistan ad-
landırılan ərazidən – min illər boyu yaşadıqları
öz doğma, tarixi-etnik torpaqlarından didərgin
salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış,
xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə
və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.
Fərmanda SSRİ Nazirlər Sovetinin 1947-
ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10
mart tarixli 754 saylı qərarlarına toxunulur və
bu qərarların Azərbaycan xalqına qarşı tarixi
cinayət aktı kimi dəyərləndirilir. Heydər Əliyev
1948-1953-cü illər ərzində 150 mindən çox
azərbaycanlının Ermənistan SSR ərazisindəki
doğma yurdlarından kütləvi surətdə və zorakı-
lıqla sürgün edilməsini, genosidə məruz qalma-
sını qətiyyətlə pisləyirdi.
Ulu Öndər bu məsələdə faydası ola biləcək
hər kəsin, xüsusilə tarixçilərin, elmi ictimaiyyətin
səfərbər olmasını, xaqımızın başına gətirilmiş soy-
ÖN SÖZ
3
qırımı, deportasiya və işğalçılıq faktlarını dəqiq
tədqiq edib dünya ictimaiyyətinin diqqətinə
çatdırılması məqsədi ilə Dövlət Komissiyasının
yaradılması vacibliyini bildirirdi: “Təəssüflər ol-
sun ki, biz tarixin müxtəlif mərhələlərində belə
hadisələri lazımi qədər təhlil edə bilməmişik
və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz
səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bun-
ların nəticəsində də 1988-ci ildə Ermənistan
Azərbaycana təcavüz edibdir”.
Daha sonra münaqişənin həlli üçün bö-
yük fədakarlıq nümayiş etdirən Umum-
milli Lider Heydər Əliyev diqqəti bir daha
ermənilərin təcavüzkar siyasətinə və qanlı
cinayətlərinə cəlb edərək 1998-ci il martın 26-da
“Azərbaycanlıların soyqırımı haqqında” Fərman
imzaladı. Fərmanda deyilirdi: “1813-cü və 1828-
ci illərdə imzalanan Gülüstan və Türkmənçay
müqavilələri Azərbaycan xalqının parçalanması-
nın, tarixi torpaqlarımızın bölünməsinin əsasını
qoydu. Azərbaycan xalqının bu milli faciəsinin
davamı kimi onun torpaqlarının zəbti başlandı.
Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək
ermənilərin kütləvi surətdə Azərbaycan torpaq-
larına köçürülməsi həyata keçirildi. Soyqırımı
Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir
hissəsinə çevrildi”.
Fərman ermənilərin azərbaycanlılara qarşı
törətdikləri soyqırımı siyasətinin tarixi xronika-
sını, səbəblərini və mahiyyətini açıqlayırdı. Ulu
Öldər bu Fərmanla dünyanın bir daha dönüb
tarixi həqiqətlərə açıq gözlə baxmasını, qərəzi,
təəsübkeşliyi, ikili standartları kənara qoyma-
sını tələb edirdi. Fərmanda ümumiləşdirilərək
31 mart azərbaycanlıların soyqırımı günü kimi
qəbul edildi.
Əfsuslar olsun ki, hələ də dünya birliyinin
qətiyyətsizliyi və Ermənistanın qeyri-konstruktiv
mövqeyi nəticəsində danışıqlar prosesi uzanır.
Problemin həllini tapmaması Dağlıq Qarabağ
və işğal altındakı ətraf rayonlarda Azərbaycanın
tarixi mədəni irsinə qarşı təcavüzün getdikcə ge-
niş vüsət alması ilə müşayət olunur. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2 avqust
2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq
edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix
və mədəniyyət abidələrinin siyahısı”, “Ölkə
əhəmiyyətli daşınmaz tarix və mədəniyyət
abidələrinin siyahısı” və “Yerli əhəmiyyətli daşın-
maz tarix və mədəniyyət abidələrinin siyahısı”na
əsasən işğal olunmuş ərazilərdə dövlət qeydiy-
yatında olan tarix və mədəniyyət abidələrinin
ümumi sayı 900-dən çoxdur. Heç şübhəsiz ki,
bu siyahıya alınmayan, lakin əzəli torpağımız
Qarabağdakı varlığımızın, milli kimliyimizin
maddi sübutları olan minlərlə tarixi abidəmiz,
dəyərimiz vardır. Bəzi məlumatlara görə dövlət
qeydiyyatında olmayan abidələrin sayı 1500-dən
artıqdır, beynəlxalq əhəmiyyətli abidələrin sayı
onlarladır, qəbiristanlıqların sayı 900-dən ar-
tıqdır. Qarabağda tarixi-dini abidələrlə yanaşı,
yüzlərlə mədəniyyət abidəmiz – kitabxanaları-
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
4