Cənab Prezident keçirdiyi bütün görüşlərdə
bu fikirləri açıq şəkildə səsləndirir. Tərəf
müqabillərindən bu riyakarlığa, ikili standartla-
ra son qoyulmasını tələb edir.
Prezident İlham Əliyevin 10 aprel 2015-
ci il tarixində Nazirlər Kabinetinin iclasında
söylədiyi fikirlər çox əhəmiyyətlidir. O, müna-
qişənin uzanmasından danışarkən Qarabağın
əzəli Azərbaycan torpağı olmasını sübut edən
bir məqama toxundu: “Mən bunu dəfələrlə
demişəm, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil
heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti
tarixi Azərbaycan torpaqları üzərində qurulub.
Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bü-
tün toponimlər Azərbaycan mənşəlidir. Bunu
bilmək üçün XX əsrin əvvəllərində çar Rusiya-
sında tərtib olunan xəritələrə baxmaq kifayətdir.
Orada bir dənə də erməni toponimi tapmaq
mümkün deyil. İndiki Ermənistanda bütün
kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar da-
şıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və
biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür
mümkün deyil. Bu, bizim strateji hədəfimizdir
və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışaca-
ğıq”.
Bizim “hücum diplomatiyamız”ın içində
işğal olunmuş torpaqlarımızda Ermənistanın
törətdiyi vəhşiliklərin - tarixi, dini və mədəni
abidələrə qarşı vandalizmi, terrorizmi dünya
ictimaiyyətinə çatdırmaq əsas yerlərdən birini
tutur. Bununla bağlı Azərbaycan dövləti, diaspor
təşkilatları, o cümlədən Heydər Əliyev Fondu da
böyük işlər görür. Tərtib olunan bu foto-kitabın
da əsas məqsədi erməni vandalizmi barədə dün-
ya ictimaiyyətini bir daha məlumatlandırmaqdır.
Ümid edirik ki, tarixi Azərbaycan torpağı olan
Qarabağdakı mədəni və mənəvi irsimiz barədə
tutarlı mənbələrdən birinə çevriləcək bu kitab
həqiqətin carçısı qismində də çıxış edə biləcəkdir.
Mübariz Qurbanlı
Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
ÖN SÖZ
7
AĞDAM RAYONU
Ağdam rayonu 1930-cu ildə yaradılmışdır. Rayon Aran Qarabağla
Dağlıq Qarabağın birləşdiyi ərazidə yerləşir. Ağcabədi, Bərdə, Tərtər,
Ağdərə, Əsgəranla qonşudur. Ağdam rayonunun ərazisi 1150 kvadrat
kilometr olub, 65 yaşayış məntəqəsini əhatə edir. Rayon ərazisinin 88%-i
1993-cü il iyul ayının 23-də ermənilər tərəfindən işğal edilmişdir.
XX əsrin 50-ci illərindən sonra aparılan tədqiqat işləri buranın qədim
insanların yaşayış məskənlərindən olduğunu sübut etmişdir. Üçoğlantəpə
adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların bu
ərazidə Eneolit dövründə (e. ə. IV-VI minillik) məskunlaşmağa başladığı
müəyyən edilmişdir.
Rayonun ərazisində aşağıda göstərilmiş siyahıya daxil etmədiyimiz
qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri vardır. Bu-
radakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqan-
lar və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Ra-
yonun onlarla tarixi yaşayış məskənləri Eneolit dövründən günümüzə
kimi gəlib çatmışdır. Bu maddi-mənəvi abidələr müxtəlif bölgü əsasında
qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, “Azərbaycan Respublika-
sının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət
abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edil-
mişdir. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust
2001-ci il tarixli 132 №-li qərarı ilə dünya və ölkə əhəmiyyətli daşınmaz
Tarix və Mədəniyyət abidələrinin siyahısına salınaraq inventarlaşdırıl-
mışdır.
Tədqiqatçı alim Rəşid Göyüşov ərəblərin Azərbaycanı fəth etdikdən
sonra İslamı ən son qəbul edən bölgənin Ağdam olduğunu qeyd etmiş-
dir.
Xaçındərbətli kəndində 1314-cü ildə inşa edilmiş Qutlu Musa oğlu
türbəsi, Kəngərli kəndində XIV əsrə aid türbə, Ağdam şəhərində XIX
əsrdə memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən inşa
olunmuş məscid, Boyəhmədli kəndində dua edən insan şəklində daş
heykəl, Çəmənli kəndində məşhur övliyalardan olan Seyid Lazım Ağa-
nın məqbərəsi rayonun tarixi-dini abidələrinin zənginliyindən xəbər
verən milli-mənəvi sərvətlərimizdəndir.
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
8
AĞDAM CÜMƏ MƏSCİDİ
(AĞDAM ŞƏHƏRİ)
Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilmişdir. Memarı
Kərbəlayi Səfixan Qarabaği olan məscid iki minarəli və ikimərtəbəlidir.
Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan
minarələr isə kərpicdən hörülmüşdür.
***
Mərkəz gümbəzə dayaq olan dörd sütun daxili məkanın həm tən
ortasında kvadrat, həm də yan tərəflərdə iki mərtəbəli eyvanlar yaradır.
İbadət zalına baxan və qadınlar üçün nəzərdə tutulan bu eyvanlar da öz
növbəsində yuxarıdan gümbəzlərlə örtülür. Burada da az qala hər detal-
da İslam incəsənəti üçün mühüm olan mürəbbe (dördbucaqlı) və dairə
münasibətlərinə rast gəlmək olar. İbadət zalı mehrabın kənarlarından
və eyvanlardan açılan pəncərələrlə işıqlandırılır. Mehrab tağçasının
üzərində binanın dekor tərtibini verən ustad Məhəmməd Nəqqaş
Təbrizinin adı və təmir olunduğu il, hicri təqvimlə 1331-cü il (miladi
1913) tarixi həkk olunmuşdur. Mənbələrdə göstərilir ki, Ağdam Cümə
məscidinin divarlarını ilkin variantda Kərbəlayi Səfixanın dostu nəqqaş
Məhəmməd Şükuhi işləmişdir. Məscidin giriş qapısı Səfəvi memarlığı
üçün xarakterik olan iri tağ portalın içindədir.
***
Memar Kərbəlayi Səfixan Qarabaği 1817-ci ildə doğulmuş, 1910-
cu ildə vəfat etmişdir. Onun Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli
şəhərlərində, eləcə də Ukraynanın Odessa və Türkmənistanın Aşqabad
şəhərlərində ucaltdığı məscidlər bu gün də memarlıq nümunələri hesab
olunur. Kərbəlayi Səfixan Qarabaği sayəsində “Qarabağ məscid memar-
lığı” adlı üslub formalaşmış və bu üslubu başqa heç bir digər üslublarla
səhv salmaq mümkün deyil.
***
Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunmuş və Azərbaycan memarlığının incilərindən sayılan Ağdam
Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin
AĞDAM RAYONU
9
Dostları ilə paylaş: |