mız, muzeylərimiz,
mədəni irsimiz də təcavüzə
məruz qalıb. Bütün bu vəhşiliklərə, işğal altında
qalan torpaqlarımızdakı insanlıq və mülkiyyət
əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdıl-
masına görə Ermənistan və separatçı Dağlıq Qa-
radağ rejimi məsuliyyət daşıyır.
İşğal altındakı torpaqlarımızda tərəfimizdən
təsbit olunmuş tarixi-dini abidələrin təqribi
sayı 403-dür. Onlardan 67-si məscidlər, 144-ü
məbədlər,
1
192-i ziyarətgahlardır.
2
Ermənilərin tarixi-dini abidələrimizə qarşı
vandal təcavüzü müxtəlif istiqamətlərdə aparı-
lır. Milli mənsubiyyəti və qədim tarixi milli, dini
ənənəni özündə ehtiva edən abidələr tamami ilə
uçurulur. Bu abidələrin erməniləşdirilməsinə,
özgələşdirilib dəyişdirilməsinə cəhd edilir. İş-
ğal altındakı müsəlman dini kimliyinə aid
olan abidələr, o cümlədən digər mədəniyyət
göstəriciləri dağıdılır, təhqir olunur. Son illərdə
məscidlərdə mal-qara və digər heyvanların sax-
lanılması faktı Qərb ölkələrinin fotomüxbirləri
tərəfindən də lentə alınmış və bütün dünya
ictimaiyyəti bu kadrlarla tanış olmuşdur. Ən ağırı
odur ki, tarixi Alban məbədləri erməniləşdirilib
qriqoryanlaşdırılır.
Məsələn, erməni təcavüzünə məruz qalmış
istər İslam, istərsə də Alban irsinə dair tarixi-
dini abidələrdən İrəvan “Şah Abbas” məscidi,
1
Alban irsinə aid kilsələr, sovmələr və monastırlar.
2
Pirlər, türbələr, ocaqlar, məqbərələr.
“Buğakar” ziyarətgahı, “Ağadədə” ziyarətgahı
tamamilə uçurulub; İrəvan “Göy” məscidi,
“Cəfərabad” türbəsi özgələşdirilib-dəyişdirilib;
“Yuxarı Gövhər Ağa” məscidi (Şuşa), “Aşağı
Gövhər Ağa” məscidi (Şuşa), “Saatlı məscidi”
(Şuşa), Ağdam Cümə məscidi dağıdılaraq təhqir
olunub; “Ağoğlan” məbədi, “Xudavəng” məbədi
(Kəlbəcər rayonu), “Tatev” məbədi, “Gəncəsər”
məbədi erməniləşdirilib-qriqoryanlaşdırılıb.
Dinşünaslarımızın qeyd etdiyini görə, ila-
hi dinlərin hər birində məbəd dağıtmaq böyük
günah hesab edilir. Lakin görünən odur ki,
ermənilər Tanrı məbədlərini dağıtmaqla xristian
ehkamlarını da pozmaqdan çəkinmirlər. İncildə
bu barədə deyilir: “Kim Allahın məbədini məhv
edirsə, Allah onu məhv edəcək, çünki Allahın
məbədi müqəddəsdir…” (İncil, Korinflilərə I
məktub, 3/17).
Eyni zamanda, Qurani-Kərimdə də buyu-
rulur: “Allahın məscidlərində Onun (Allahın)
adının çəkilməsinə maneçilik törədənlərdən və
onların xarab edilməsinə (dağılmasına) çalışan-
lardan daha zalım kim ola bilər? Halbuki onlar
oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli
idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə
böyük əzab gözləyir!” (Qurani-Kərim, Bəqərə,
114).
Ermənilər işğal etdikləri ərazilərdəki qə-
dim Azərbaycan abidələrini məhv edir, yerli
topo nimləri planlı şəkildə dəyişdirirlər. Onların
vandal davranışları Beynəlxalq səviyyədə təsbit
ÖN SÖZ
5
olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni
dəyərlərin qorunması haqqında” 1954-cü il Ha-
aqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi
haqqında” 1992-ci il Avropa Konvensiyasının,
“Ümumdünya mədəni və təbii irsin mühafizəsi
haqqında” YUNESKO-nun 1972-ci il Konvensi-
yasının tələblərinə ziddir.
Bütün cəhdlərinə baxmayaraq, ermənilər
tarix yazısını dəyişdirə bilməyəcəklər. Çünki,
gerçək tarix yalnız həqiqətdən keçir, həqiqət isə
birdir: Qarabağ Azərbaycanın tarixi torpağı, ay-
rılmaz tərkib hissəsidir.
Təəssüf olsun ki, işğalçıların Azərbaycan
torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair
BMT Təhlükəsizlik Şurasının 822 saylı, 853
saylı, 874 saylı, 884 saylı qətnamələrinə bax-
mayaraq, bu tələb elə kağız üzərində də qalır.
BMT kimi nüfuzlu təşkilatın Qarabağ məsələsi
ilə bağlı qəbul etdiyi qətnamələrin icrasız qal-
ması Azərbaycana qarşı ikili standartlı siyasi
münasibətin göstəricisidir.
Heç şübhəsiz ki, münaqişənin bu günədək
uzanması təhlükəli vəziyyət yaradır. Bölgədə
sülhün pozulması, müharibənin başlama-
sı ATƏT-in söykəndiyi təməl prinsiplərinə
ziddir, bütöv
lükdə, beynəlxalq aləmdə möv-
cud olan sülh və təhlükəsizliyin yaradılması
istiqamətində atılan addımlara uyğun deyil.
Ona görə də, beynəlxalq birlik Ermənistanın iş-
ğalçılıq siyasətinə son qoyulması istiqamətində
ciddi addımlar atmalıdır.
Beynəlxalq hüququn norma və prinsipləri
ərazi bütövlüyünü və suverenliyi ön plana çəkir.
Ərazi bütövlüyü və suverenlik məsələsi də bu
danışıqlarda Azərbaycan tərəfinin irəli sürdüyü
başlıca fikirdir. O da məlumdur ki, danışıqlar za-
manı erməni diplomatiyasının faktiki olaraq da-
lana dirəndiyini görürük. Dövlətimizin ədalətli,
obyektiv mövqeyi qarşısında ermənilər hansısa
başqa fikir ortaya qoya bilmir. Bütün hallarda
Ermənistan tərəfindən Azərbaycan torpaqla-
rının işğalı faktı göz önündədir və bunu inkar
etmək mümkün deyil. Ona görə də, danışıqlar
zamanı hələ ki, müəyyən nəticəyə gəlinməməsi
məhz Ermənistanın qeyri-konstruktiv mövqedən
çıxış etməsi ilə bağlıdır.
Ölkə başçısı cənab İlham Əliyev ərazi bü-
tövlüyümüzün bərpası üçün fəal səy göstərir.
O, hər zaman münaqişənin beynəlxalq hü-
quq normaları, Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində öz həllini tapmalı olduğunu bildi-
rir. Cənab Prezidentimizin dediyi kimi bunun
başqa yolu ola bilməz: “İkili standartlara son
qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü başqa
ölkələrin ərazi bütövlüyündən az əhəmiyyət da-
şımır. Əgər Qərb dünyası postsovet məkanında
münaqişələrin ərazi bütövlüyü çərçivəsində
həll olunmasını tələb edirsə, bizim münaqişə
də öz həllini bu prinsiplər üzərində tapmalıdır.
Amma bizə gəldikdə görürsünüz ki, münasibət
fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır,
ədalətsizlikdir”.
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
6