FÜZULİ RAYONU
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-
ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında
1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayon
mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu
və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə
etmişdir.
1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi
münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır.
Rayonun ərazisi 1390 kvadrat kilometrdir. Tərkibinə bir şəhər və
78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı
qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil ol-
maqla, 58 kənd işğal olunmuşdur.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir.
Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx
Babı Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə
aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının
ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə
aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar.
Qarğabazar
Karvansarası
FÜZULİ RAYONU
27
Karvansara 1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin
mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olun-
muşdur. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metr-
dir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı
ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər.
Onun memarı məlum deyil.
Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü me-
marlıq ənənələrinin oxşarıdır. Girişin sağ və sol tərəflərində gözətçi otaq-
ları qarşısında iki böyük sal daş vardır. Görünür, gözətçilər həmin daşların
üstündə dayanıb, karvansaraya daxil olan karvanların yüklərinə baxırmış-
lar. Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir.
Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq
abidəsini mal tövləsinə çevirmişlər.
Qarğabazar
(Hacı Qiyasəddin)
məscidi
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
28
Qiyasəddin məscidi Qarğabazar kəndində, Şah Abbas karvansarasın-
dan yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi
də adlandırmışdır. Hacı Qiyasəddin Ağa Dizaği 1633-cü ildə Dizaq ma-
halının Qarğabazarı kəndində anadan olmuşdur. Sayılıb seçilən Hacı
Qiyasəddin Qarğabazarı kəndinin kəndxudası olmuşdur. Deyilənlərə
görə o, qurucu və xeyirxahlığı ilə seçilib. O, hicri-qəməri 1095-ci (miladi
1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdir. Həmin məscidin
qapı çatı üzərindəki kitabədə yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli
bəndəsi Hacı Qiyasəddin tikdirib. h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-
cü illərə təsadüf edir.
Məscidin planı
Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş material-
ları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəkilindədir.
Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olun-
mamışdır. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa
edilmişdir. Həmin məbəd Hacı Qiyasəddin məscidi adlanır. Tarixi abidə
kimi qorunur.
FÜZULİ RAYONU
29
HACI ƏLƏKBƏR MƏSCİDİ (İNV №4208)
Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın
ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Me-
mar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır. Kitabədə
məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi
miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir. Bu dini ocaq
Hacı Ələkbər məscidi adlandırılmışdır. Hacı Ələkbər xeyriyyəçi olub.
O, bu məscidin inşası üçün vəsait ayırıb və Şuşadan ustalar dəvət edib.
Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı
Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən
birincisinin qənşərində dəfn etmişdir.
1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən iş-
ğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdür.
Xeyirxah işlərinə
hörmət və ehtiram
əlaməti olaraq yerli
camaat Hacı Ələkbər
bəyi öz tikdirdiyi
məscidin ibadət zalının
sol pəncərələrindən
birincisinin qənşərində
dəfn etmişdir.
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
30
MİRƏLİ TÜRBƏSİ
Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan
qülləvari türbə xalq arasında Mirəli türbəsi adı ilə tanınır. Türbənin iç
quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir.
Üzərində kitabə və ornament olmasa da inşaat texnikası və həcm-
məkan quruluşuna görə, onun Elxanilər dövründə - XIII əsrin sonu
XIV əsrin əvvəllərində tikildiyi şübhə doğurmur.
FÜZULİ RAYONU
31
Tarixi-dini abidələri
Məscid (XVII əsr) – Qarğabazar kəndi (İNV № 4212)
Məscid (XVIII əsr) – Qoçəhmədli kəndi (İNV № 4228)
Məscid (XIX əsr) –Qaçar kəndi (İNV № 4216)
Məscid (XIX əsr) –Dədəli kəndi (İNV № 4214)
Məscid (XIX əsr) – Mərdanlı kəndi (İNV № 4217)
Məscid (1889-cu il) – Horadiz qəsəbəsi (İNV № 4220)
Məscid (XX əsr) – Horadiz qəsəbəsi (İNV № 4221)
Məscid (XIX əsr) – Böyük Bəhmənli kəndi (İNV № 4211)
Məscid (XIX əsr) – Yuxarı Veysəlli kəndi (İNV № 4225)
Məscid (XIX əsr) – Aşağı Diləğarda kəndi (İNV № 4227)
Sərdərli məscidi (XIX əsr) – Qoçəhmədli kəndi (İNV № 4231)
Məscid (XIX əsr) - Gecəközlü kəndi (İNV № 4223)
Məscid (XIX əsr) – Qoçəhmədli kəndi (İNV № 4233)
Məscid (XVIII əsr) – Qaradağlı kəndi (İNV № 4237)
Məscid (XIX əsr) – Qaraxanbəyli kəndi (İNV № 4240)
Məscid (XIX əsr) – Qorqan kəndi (İNV № 4205)
Məscid (XIX əsr) – Bəy Pirəhmədli kəndi (İNV № 4239)
Ziyarətgahları
Məngələn ata piri – Qoca kəndi
Mirami piri – Dilgəradə kəndi
İbrahim türbəsi (XVIII əsr) – Aşağı Aybasanı kəndi
Palıd ocağı – Böyük Bəhmənli kəndi
İmamzadə ocağı (XIX əsr) – Horadiz qəsəbəsi (İNV № 4222)
Yel piri – Pirəhmədli kəndi
Sarı baba ocağı – Qoçəhmədli kəndi
İlan ocağı – Sadarlı kəndi
Pirocaq ocağı – Qacar kəndi
Cəlil türbəsi (XIX əsr) – Qarğabazar kəndi
Arqalı türbəsi (XIII əsr) – Aşağı Veysəlli kəndi
Türbə (XIII əsr) – Əhmədallar kəndi
Türbə (XVIII əsr) – Qarğabazar kəndi (İNV № 4213)
Türbə (XIX əsr) – Seyidəhmədli kəndi (İNV № 4226)
Üzərində kitabə və
ornament olmasa
da inşaat texnikası
və həcm-məkan
quruluşuna görə,
onun Elxanilər
dövründə - XIII
əsrin sonu XIV əsrin
əvvəllərində tikildiyi
şübhə doğurmur.
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
32
Dostları ilə paylaş: |