Bu tikililərdən beşi əsas, digərləri köməkçi xarakteri daşıyır. Məbəd
kompleksinə daxil olan bu abidələrin heç də hamısı dövrümüzədək yaxşı
vəziyyətdə çatmamış, yaşca daha qədim olanları nisbətən uçmuşdur.
Binaların inşası zamanı əsasən yerli qara bazalt daşdan, bişmiş
kərpicdən və əhəng məhlulundan istifadə edilmişdir. Damları isə kirəmit
və səliqə ilə kəsilmiş daşlarla örtülmüşdür. Maraqlısı odur ki, üstü günbəz
kimi inşa edilmiş binaların tikintisində ağac materialından istifadə olun-
muşdur. Məbəd binalarında pəncərə oyuqları da mövcuddur. Həmin
oyuqların yuxarı hissəsi nalşəkilli formada düzəldilmişdir.
Monastıra daxil olan tikililərin divarlarında yağlı boya ilə çəkilmiş
çoxlu şəkillər və yazılar həkk edilmişdir. Kompleksin ətrafı digər alban
monastırlarında olduğu kimi möhkəm divarlarla əhatələnmişdir.
Kompleksə daxil olan Arzu Xatun kilsəsi öz monumentallığı ilə seçi-
lir. Bu məbəd 1214-cü ildə Alban knyazı Vaxtanqın xanımı Arzu Xatun
Arcruni tərəfindən ərinin və iki oğlunun xatirəsinə inşa etdirilmişdir.
Düzbucaqlı şəklində inşa edilmiş kilsənin qapısının hər iki tərəfində
xırda otaqlar vardır. Binanın mərkəzində böyük bir alın hissənin
KƏLBƏCƏR RAYONU
37
üstündə qübbə ucaldılmış, qübbənin üstü isə konusvari damla örtülmüş-
dür. Kilsənin fasadı səliqə ilə yonulmuş daşla üzlənmiş, daşların üstündə
qabartma və oyma şəklində çox incə naxışlar işlənmişdir. Məbədin şərq
fasadında daş üzərində Vaxtanqın, cənub fasadında isə Arzu Xatunun və
iki oğlunun təsvirləri həkk edilmişdir.
Torpaqlarımız işğal edildikdən sonra “Xudavəng” məbədi də
dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Düşmən, abidədəki
Alban kilsəsinə aid xaç və yazıları balta ilə çaparaq yox etmiş, beləliklə,
tarixi saxtalaşdırmağa çalışmışdır. Onlar öz təbliğatlarında bu məbədini
erməni kilsəsi kimi təqdim edir, xalqımızın maddi-mədəni irsini özünün-
küləşdirirlər.
“GƏNCƏSƏR” MƏBƏDİ
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
38
“Gəncəsər” (İNV № 10) keçmiş Ağdərə rayonunun Vəngli kəndində,
Xaçın çayının sol sahilində yerləşən XIII əsr xristian Alban monastırıdır.
Orta əsrlərdə monastır Alban Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur.
Məbəd Gəncədağ dağında tikilmiş və adını da buradan almışdır.
Dağın adı isə ərəb dilindəki kənisə - “məbəd” və Azərbaycan dilindəki
“dağ” sözündəndir. Kənisə sözünün ərəb dilində olması orada ərəblərin
yaşaması ilə əlaqədar deyil. Bu o deməkdir ki, XII əsrdə Azərbaycan
dilində kənisə (kənsə, gənzə) sözü vardı və Azərbaycan dilindən həmin
söz dağın adına keçmişdir.
Kənisə - “məbəd” sözü respublikamızda Kənzə, Kənzəçay (Ordu-
bad rayonu), Kənizədağ (əslində Kənisədağ) İsmayıllı rayonunda və b.
toponimlərdə qalmışdır.
Bu məbəd Artsax hökmdarı Həsən Cəlal və oğlu tərəfindən 1216-
1265-ci illərdə tikilmişdir. Monastrın özündə saxlanan epiqrafikanın
köməyilə məlum olur ki, indiki, mövcud məbədin tikintisinə Həsənin
atası Vaxtanqın vəsiyyəti ilə 1216-cı ildə başlanmışdır. 1261-ci ildə mon-
qollar tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal
Dövləni oğlu knyaz Atabəy gətirib “Gəncəsər” məbədində dəfn etmişdir.
Bu məbəd 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Provaslav Kilsəsi Si-
nodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xris-
tianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox
alban din xadimləri bu məbəd kompleksinin ərazisində dəfn edilmişlər.
Həsən Cəlalın qəbrinin üstündə belə bir yazı var: “Ulu knyaz Cəlal öz va-
lideyninin vəsiyyətini yerinə yetirərək 665-ci ildə (1216-cı ildə) bu gözəl və daş
(kapital) kilsəni tikdi və onu bütün mümkün şəkillərlə (bəzəklərlə) dövrələyərək
687-ci ildə (1238-ci il) özünün və arvadı Məmkanın iradəsi ilə onu bitirdi”.
Monastrın daxilində, kupelin altındakı yazı və Kirakos Qandzaketsinin
məlumatı da bunu təsdiq edir.
1240-cı ildə tikilmiş abidə pak edilmişdir (müqəddəs su səpilmişdir):
Yazıya görə: “Bu kilsə 689-cu ildə (1240) Alban Katolikosu Ter-Nersesin patri-
arxlığı dövründə pak edilib”.
Bu məbəd 1511-ci
ildən 1836-cı ilədək,
yəni Rusiya Provaslav
Kilsəsi Sinodunun
rəsmi qərarı ilə
Alban kilsəsi ləğv
edilənədək diofizit
alban xristianlarının
iqamətgahı olmuşdur.
KƏLBƏCƏR RAYONU
39
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
40
Həsən Cəlalın arvadı Məmkan bu kilsənin darvazaları yanında
gözəl bir qavit tikdirmişdir. Əvvəlcə “Gəncəsər” Cəlali knyazlarının,
alban katalikosları və Xaçının mühüm şəxslərinin dəfn edildiyi yer
olmuşdur. Orada alban katalikoslarının iqamətgahları, vardapetlər
məktəbi, əlyazmaların saxlandığı kitabxana və s. da yerləşmişdir.
Qəbirüstü abidələrin üzərindəki bəzi yazılar: “Bu 1102-ci (1653) il Al-
ban katalikosu Qriqorinin qəbridir”. “Bu Cəlal Dolanın nəslindən olan 1149-cu
il (1700) alban katalikosu Yereminin qəbridir”. “Bu alban katalikosu Yesaynın
qəbridir... 1177 (1728)”.
Hətta, XVII əsrin sonunda da yerli əhali “Gəncəsər”i alban adlan-
dırırdı. Ruhani Apav monastrın damını bərpa edib orada belə bir yazı
qoymuşdur: “... Aqvan Gəncəsərin müqəddəs taxtında bizim saf niyyətlə ve-
rilmiş vəsaitlərimizdən istifadə edib kilsələrin damlarını və dağılmış divarlarını
tikdilər”.
“Gəncəsər” və onun camaatının XIII əsr Alban kilsəsinin sonrakı
tarixini öyrənmək üçün çox mühüm sənəddir. Abidədə bir çox diofizit
elementləri var ki, bunlar da XIII əsrdə Alban katolikosluğunun başqa
kilsələrə tabe olmaq istəməməsini bir daha təsdiq edir.
Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli,
heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementləri onun
çoxəsrlik ənənələri olan Azərbaycan Albaniyası memarlığına aid olduğu-
nu təsdiq edir.
“Gəncəsər” məbədinin orta əsrlərdə mülkü vardı. Bu mülkdə
yerləşən kəndlilərin əhalisi məbədə mənsub idi. 1825-ci ilə aid arxiv
sənədlərində göstərilir ki, 4 ailədən ibarət Ballıqaya və 55 ailədən ibarət
Vəngli kəndlərinin istifadə etdiyi torpaqlar “Gəncəsər mülkü”, həm də
Güzlək və Dizak adlanır. Sənəddə qeyd olunur ki, Ballıqayanın əhalisi
təmiz türklərdir (azərbaycanlılardır), amma Vənglidə ermənilər də ya-
şayır, onları məbədin kahini Sərkis xaricdən gətirmişdir.
“Gəncəsər” və onun
camaatının XIII
əsr Alban kilsəsinin
sonrakı tarixini
öyrənmək üçün çox
mühüm sənəddir.
Abidədə bir çox
diofizit elementləri
var ki, bunlar da
XIII əsrdə Alban
katolikosluğunun
başqa kilsələrə tabe
olmaq istəməməsini bir
daha təsdiq edir.
KƏLBƏCƏR RAYONU
41
Dostları ilə paylaş: |