Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə107/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   101   102   103   104   105   106   107   108   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
189 
 
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN YANĞIN TƏHLÜKƏSİZLİYİ 
 
Qüvvədə  olan  qanunvericiliyə  uyğun  olaraq  təhsil  müəssisələrində-ali,  orta,  xüsusi  ixtisas 
internat  məktəbləri,  lisey,  kollec,  uşaq  bağçaları  və  sair  obyektlərdə  yanğın  təhlükəsizliyinin  təmin 
edilməsində cavabdehlik həmin müəssisələrin rəhbərlərinin üzərinə düşür. 
Təhsil müəssəilərinin rəhbərləri məktəblilər, tələbələr, professor və müəllim heyəti, elmi işçilər, 
xidməti  heyət  tərəfindən  yanğın  təhlükəsizliyi  qaydalarının  öyrənilməsini  və  ona  riayət  edilməsini, 
yanğın-texniki minimum üzrə yanğına qarşı təlimatın və dərslərin keçirilməsini təşkil etməli, könüllü 
yanğın  drujinasını  yaradaraq  onun  fəaliyyətini  qanunvericiliyin  tələblərinə  uyğun  olaraq  təmin 
etməlidirlər. 
Təhsil  müəssəilərinin  rəhbərləri  tədris,  istehsalat,  laboratoriya,  inzibati,  köməkçi  və  digər 
otaqlarda,  anbarlarda  siqaret  çəkilməsi  üçün  xüsusi  yerlərin  ayrılmasını  təmin  etməli,  yanar 
materialların,  yanar  mayelərin  və  turşuların  müəyyən  edilən  miqdarda  saxlanılmasına,  açıq  alovla 
işlərin aparılmasına, habelə bütün xidməti heyət və tələbələr tərəfindən yanğına qarşı müəyyən edilən 
rejimə riayət edilməsinə müntəzəm nəzarət etməlidirlər. 
Hər  bir  təhsil  müəssisəsində  ildə  bir  dəfədən  az  olmayaraq  bütün  xidməti  heyətlə,  tələbə  və 
məktəblilərlə yanğın zamanı hərəkətlərə və təxliyyə planına dair praktiki məşğələlər keçirilməlidir. 
Fakültələrin,  kafedraların,  elmi-tədqiqat  müəssisələrinin,  laboratoriyaların,  məktəblərin,  uşaq 
bağçalarının, sexlərin, anbarların, istehsalat sahələrinin, elektron-hesablama mərkəzlərinin, arxivlərin, 
kitabxanaların  və  digər  struktur  bölmələrin  yanğın  təhlükəsizliyinə  cavabdehliyi  onların  rəhbərləri 
daşıyırlar.  Onlar  müəyyən  edilmiş  yanğına  qarşı  rejimə  riayət  edilməsini,  qızdırıcı,  havadəyişmə, 
elektrik  qurğularının  texniki  vəziyyətinə  nəzarət  olunmasını,  və  yanğın  baş  verməsinə  səbəb  ola 
biləcək halların aşkar edilməsini, onların aradan qaldırılması üçün dərhal tədbirlər görülməsini təmin 
etməlidirlər. 
Təhsil müəssisəsinin ərazisi daim təmiz vəziyyətdə saxlanılmalı, bütün məişət tullantıları xüsusi 
ayrılmış sahələrə yığılmalı və mütəmadi olaraq daşınıb aparılmalıdır. Təhsil müəssisələrində mövcud 
yanğınsöndürmə  qurğuların  və  vəsaitlərin  daim  istifadə  üçün  yararlı  vəziyyətdə  saxlanılması  təmin 
edilməlidir. 
Bütün bina və qurğulara, su mənbələrinə, habelə yanğın avadanlıqlarına və qurğularına gedən 
yollar  daim  maneəsiz  olmalıdır.  Bina  və  qurğular  arasındakı  yanğına  qarşı  ara  məsafələrdə 
materialların, avadanlıqların habelə qablaşdırılmış materialların yığılmasına, nəqliyyat vasitələri üçün 
dayanacaq  kimi  istifadə  edilməsinə  icazə  verilməməlidir.  Yanğın  avtomobillərinin  hərəkətinə  maneə 
törədə  biləçək  yol  və  keçidlərin  ayrı-ayrı  sahələrinin  təmiri  zamanı  yanğından  mühafizə  xidmətinə 
mütləq xəbər verilməlidir. 
Dövlət  yanğın  nəzarəti  qurumları  ilə  razılaşdırılmamış  layihə  əsasında  təhsil  müəssisəsini 
ərazisində hər hansı tikinti və yenidənqurma işlərinin aparılmasına icazə verilmir. 
Təhsil müəssisələrinin binalarınnın həyətində və yaxınlığında asan alışan və yanar mayelər olan 
çənlərin,  sıxlaşdırlmış  və  maye  qaz  balonlarının  saxlanması,  həmçinin  tonqalların  yandırılması 
qadağandır. 
Təhsil müəssisələrinin binalarında, otaqlarında, pilləkən qəfəslərində iş, anbar və digər təyinatlı 
otaqların  yerləşdirilməsi,  habelə  insanların  hərəkətinə  maneə  törədən  avadanlıqların,  əşyaların 
yerləşdirilməsi qadağandır. 
Təhsil  müəssisəsinin  zirzəmi  və  yarımzirzəmi  otaqlarında  partlayış  təhlükəli  maddə  və 
materiallar, tezalışan və yanar mayelər, habelə zirzəmi otaqlarında partlayış-yanğın təhlükəli proseslər 
aparılan laboratoriyalar yerləşdirmək, çardaq otaqlarında və texniki mərtəbələrdə hər hansı bir maddə 
və materiallar saxlamaq olmaz. 
Çardaq  otaqlarının  və  texniki  mərtəbələrin  qapıları  daim  qıfılla  kilidlənməli,  qıfılın  açarı  isə 
sutkanın  istənilən  vaxtında  götürülməsi  mümkün  olan  əlverişli  yerdə  saxlanılmalıdır.  Çardaq 
otaqlarının və texniki mərtəbələrin taxta konstruktiv elementləri üç ildə ən azı bir dəfə oda davamlı 
məhlulla hopdurulmalıdır. 
Yüksək mərtəbəli binalarda yanğına və tüstüyə qarşı sistemlər daim saz vəziyyətdə saxlanılmalıdır. 
Təhsil müəssisələrində otaqların yuyulub təmizlənilməsində benzin, kerosin və digər asanalışan 
yanar  mayelərdən  istifadə  etmək,  hər  hansı  otağın  divarlarına,  tavanına  yanar  və  yandıqda  zəhərli 
maddələr ayrılan materiallardan üzlük çəkmək olmaz. 


   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
190 
 
Açıq alovdan istifadə etməklə donmuş su və kanalizasiya borularını qızdırmaq yolverilməzdir. 
Təmir  işləri  dövründə  təhsil  müəssisəsinin  və  yataqxananın  binasında  yaşayan  adamları  köçürmədən 
od və digər yanğın təhlükəli işlər aparmaq, pəncərələrdə açılmayan dəmir barmaqlıqların quraşdırmaq, 
cərəyan altında olan elektrik cihazlarını və qurğularını nəzarətsiz saxlamaq olmaz. 
Təhsil  müəssisələrində  Tikinti  Norma  və  Qaydalarının  tələblərinə  uyğun  olaraq  təhsil 
müəssisələri  yanğın  xəbərverici  və  yanğınsöndürmə  qurğuları,  tüstüyə  qarşı  müdafiə,  yanğın  barədə 
xəbərdar  etmə  və  qəza  işıqlandırma  sistemləri  ilə  təchiz  edilməlidir.  Hər  bir  təhsil  müəsissə  üçün 
köçürmə yollarının sayı, oradakı keçidlərin, dəhlizlərin və qapıların eni Tikinti Norma və Qaydalarının 
tələblərinin müvafiq bəndələrinə uyğun olmalıdır. 
Hər  bir  təhsil  müəssisəsi  üçün  yanğm  zamanı  insanların  və  əşyaların  köçürülməsi  üçün 
«Köçürmə  Planı»  hazırlanmalıdır.  İnsanların  binadan  köçürülməsini  pisləşdirən  konstruktiv-
planlaşdırma  qərarlarının  qəbul  edilməsi  qadağandır.  Bütün  əsas  və  ehtiyat  qapıları  binadan  çıxış 
istiqamətinə doğru maneəsiz açılmalıdır. 
Pilləkən  qəfəslərin,  əsas  və  ehtiyat  çıxışların,  keçidlərin  əşyalarla,  qurğularla  tutulması, 
tamburlarda və pilləkən qəfəslərində anbar tikmək, eləcə də əşyaların saxlanılması qadağandır. Təhsil 
auditoriyalarının,  siniflərin,  mühazirə  və  idman  zallarının,  yataqxanaların,  habelə  uşaqlar  və 
məktəblilər  üçün  nəzərdə  tutulan  otaqların  pəncərələrində  dəmir  barmaqlıqların  quraşdırılması 
qadağandır. 
Dəhlizlərin,  pilləkən  qəfəslərinin  və  digər  təxliyə  yollarının  düzəldilməsində,  bəzədilməsində 
sintetik, taxta, habelə ağac lifli materiallardan istifadə etmək olmaz. 
Köçürmə yollarında, eləcə də kütləvi insanlar olan digər otaqlarda olan xalça və ayaq altlıqlar 
döşəməyə möhkəm bərkidilməlidir. Yandıqda zəhərli maddə ayrılan materiallardan olan xalça və ayaq 
altlıqlarından istifadə etmək qadağandır. 
Məktəblərin  və  məktəbəqədər  uşaq  müəssisələrinin  birinci  mərtəbələri  yalnız  ibtidai  sinifdə 
oxuyan və kiçik yaş qrupuna aid uşaqların yerləşdirilməsi üçün ayrılmalıdır. 
Təhsil  müəssisələrində  bütün  elektrik  qurğuları  və  cihazlarının  istismarı  zamanı  «Elektrik 
Qurğularının  Quraşdırılması  Qaydaları»-nın  tələblərinə  əməl  olunmalıdır.  Təhsil  müəssisələrində 
Elektrik qurğuları və cihazlarının yanğına qarşı vəziyyətinə cavabdeh olan şəxs təyin edilməli, onlar 
otaqların  yanğın  və  partlayış  təhlükəli  kateqoriyasından  və  ətraf  mühitin  şəraitindən  asılı  olaraq 
elektrik  naqilərinin,  mühərriklərin,  işıqlandırıcıların  və  digər  qurğuların  düzgün  seçilib  tətbiq 
olunmasına  nəzarət  etməli,  qısaqapanmaların, artıq  yüklənmələrin,  habelə  yanğın  və  alışmaya  səbəb 
ola  biləcək  digər  qəza  rejimlərinin  qabaqcadan  xəbərdar  edilməsi  məqsədi  ilə  elektrik  qurğularının 
vəziyyətinə mütəmadi olaraq nəzarət etməlidirlər. 
Yanğınsöndürmə və yanğın xəbərverici siqnalizasiya qurğularının texniki vəziyyətinə və onların 
daima  istifadəyə  yararlı  vəziyyətdə  saxlanılmasına  nəzarət  olunmalıdır.  Yanğın  və  alışmaların 
qarşısının  alınması  üçün  müəyyən  edilmiş  müddətlərdə  kabel  və  naqillərin  qoruyucu  örtüyünün 
gərginliyə qarşı müqaviməti, naqillərin birləşmə yerlərinin etibarlılığı, elektrik naqillərinin iş rejimi və 
onların  torpaqla  birləşdirilməsi  yoxlanılmalıdır.  Bütün  elektrik  qurğuları  yanğın  və  alışmaya  gətirib 
çıxara biləcək qısaqapanma və digər qəza rejimlərindən müdafiəedici aparatlarla mühafizə edilməlidir. 
Təhsil müəssisələrində müvəqqəti elektrik şəbəkələrinin quraşdırılması və istismarı qadağandır. 
Müstəsna  hallarda  tikinti  təmir  və  qəza  işləri  aparılan  sahələrdə  müvəqqəti  elektirik  şəbəkəsindən 
istifadə etmək olar. 
Otaqların  isidilməsi  üçün  qeyri-standart  elektrik  qızdırıcı  sobalarından  və  elektrik  közərmə 
lampalarından  istifadə  etmək,  sonluqları  örtüksüz  elektrik  naqillərini  cərəyan  altında  saxlamaq,  bir 
neçə cərəyan qəbuledicilərinin bir elektrik mənbəyinə qoşmaq yanğın təhlükəsi yaradır. 
Təhsil  müəssisələrində  isitmə  sistemlərinin  yanğına  qarşı  vəziyyətinə  cavabdeh  olan  şəxs  qış 
mövsümü başlamazdan əvvəl qazanxana və yerli isitmə cihazlarını diqqətlə yoxlamalıdır. Nasaz soba 
və  isitmə  cihazları  istismara  buraxılmamalıdır.  İsitmə  mövsümü  başlamazdan  əvvəl  və  isitmə 
mövsümü dövründə bütün tüstü bacaları və sobalar hisdən, qurumdan təmizlənməlidir. 
Tikinti-quraşdırma, təmir, qaynaq və digər odlu işlərin aparıldığı zaman yanğın təhlükəsizliyinə 
cavabdehlik bu işlərin aparaıldığı təhsil müəssisəsinin rəhbərinin üzərinə düşür. 
Təhsil  müəssisəsinin  rəhbərliyi  tərəfindən  yanğın  su  hovuzlarının,  cənlərin,  su  kəməri 
şəbəkəsinin  və  hidrantların  saz  və  işlək  vəziyyətdə  olması,  müvafiq  normalara  cavab  verməsi  təmin 
edilməlidir.  Su  hovuzlarının  daim  saz  vəziyyətdə  saxlanılması  üçün  onların  zibillənməsinə  yol 
verliməməlidir. Yanğın su hovuzlarında, cənlərində hesablanmış miqdarda suyun olmasına mütəmadi 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə