Афаг Ялийева



Yüklə 3,93 Mb.
səhifə13/17
tarix23.01.2018
ölçüsü3,93 Mb.
#21895
1   ...   9   10   11   12   13   14   15   16   17

8.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Əhməd bəy Cavanşirin tərcümeyi-halı»
Rus dilində. Yazılış tarixi 20 sentyabr, 1944-cü il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Beş şagird dəftərindən ibarətdir. Başlıqda «Bioqrafiə Axmedbeka Djevanşir» qeyd olunmuşdur. Dəftərlərdən birinin üzərində isə «O Qəur-arxskoy kanave. Vospominaniə Qamida x. Mamedkulizade» yazılmışdır. Əhməd bəy Cavanşirin 1828-ci ildə Bakıda anadan olması, onun atası Cəfərqulu bəy, babası Məmməd bəy Cavanşirlər haqda və 1918-ci ilə qədər olan hadisələrdən bəhs olunur.
Ölçüsü: 14,5x21,5 sm; həcmi: 5 dəftər; fond 6, s.v. 386*.
9.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Mirzə Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin)

tərcümeyi-halı»

I
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mü­rək­kəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. İki şagird dəf­tərindən ibarətdir. Başlıqda «Bioqrafiə Mirza-Dja­li­la Mamedkulizade (Molla Nasreddin)» qeyd olunmuşdur. C.Məm­mədquluzadənin təqribən 1865-66-cı ildə anadan ol­ma­sı, ailəsi, təhsili, müasirləri, «Qeyrət» mətbəəsinin açılma­sı, «Molla Nəsrəddin» jurnalının nəşri və s. barəsindədir.


Ölçüsü: 14,5x21 sm; həcmi: 2 dəftər; fond 6, s.v. 377*.

10.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Mirzə Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin)

tərcümeyi-halı»

II
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Cizgili vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər ərəb rəqəmləri ilə nömrələnmişdir. İki şagird dəftərindən ibarətdir. Başlıqda «Bioqrafiə Mirza-Djalila Mamedkulizade (Molla Nasreddin)» qeyd olunmuşdur. Hər dəftərin sonunda «Qamida x.» qeyd edilmişdir. C.Məmmədquluzadənin pasporta görə 1869-cu ildə anadan olması, 1932-ci ildə vəfat etməsi, təhsili, müasirləri, babasının 40-cı illərdə Xoydan (İran) Naxçıva­na gəlməsi, atası, Həlimə xanım, Nazlı xanım, uşaqları və s. ba­rəsindədir.


Ölçüsü: 17x21 sm; həcmi: 2 dəftər; fond 6, s.v. 378*.
11.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Mirzə Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin)

tərcümeyi-halı»

III
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Saya vərəqlərin bir üzünə qara rəngdə makina ça­pı ilə yazılmışdır. Dəftərin I vərəqində «Bioqrafiə Mirza-Dja­lila Mamedkulizade (Molla Nasreddin)» qeyd olun­muşdur. Sonda «Qamida xanum» qeyd edilmişdir. C.Məm­məd­quluzadənin pasporta görə 1869-cu ildə anadan olması, 1932-ci ildə vəfat etməsi, təhsili, müasirləri, babasının 40-cı il­lərdə Xoydan (İran) Naxçıvana gəlməsi, atası, Həlimə xanım, Nazlı xanım, uşaqları və s. barəsindədir.


Ölçüsü: 22,5x29,5 sm; həcmi: 11 vərəq; fond 6, s.v. 389*.

12.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Mirzə Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin)

tərcümeyi-halı»

IV
Rus dilində. Yazılış tarixi 2 may, 1935-ci il, Bakı. Cizgili və­rəqlərin bir üzünə bənövşəyi mürəkkəb və qara karandaşla yazılmışdır. Vərəqlər ərəb rəqəmləri ilə nömrələnmişdir. Dəf­tərin üzünə qəhvəyi rəngdə üz yapışdırılmışdır. Dəftərin I vərəqində «Bioqrafiə Mirza-Djalila Mamedkulizade (Mol­la Nasreddin)» qeyd olunmuşdur. Sonda «Qamida xa­num Mamedkulizade. 2-qo maə 1935 q., q. Baku» qeyd edilmişdir. C.Məmmədquluzadənin təqribən 1866-67-ci ildə anadan olması, təhsili, müasirləri, babasının 40-cı illərdə Xoy­dan (İran) Naxçıvana gəlməsi, atası, «Qeyrət mətbəəsinin yaranması, 1906-1907-ci il hadisələrinə kimi yazır.


Ölçüsü: 14,5x20,5 sm; həcmi: 38 vərəq; fond 6, s.v. 390*.
13.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

(1920-ci ildə bizim İrana vahiməli qaçışımız

haqqında xatirələrim)

I
Rus dilində. Yazılış tarixi yanvar, 1936-cı il, Bakı. Cizgili və­rəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. On şa­gird dəftərindən ibarətdir. Başlıqda «Moi vospominaniə o naşem paniçeskom beqtstve v İran v 1920 qodu», hər dəf­tərin üz vərəqində «1920 qod. Moi vospominaniə. V ru­kopisi Q.x.», son vərəqində isə «Qamida xanum. Ənvarğ, 1936 q., q. Baku» qeyd olunmuşdur. 1920-ci ldə İrana getdikdən sonra orada görüşdükləri insanlar və gördükləri işlər barəsində yazır.


Ölçüsü: 14,5x21 sm; həcmi: 10 dəftər; fond 6, s.v. 379*.

14.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

(11 iyun, 1920-ci ildə bizim İrana qaçışımız)

II
Rus dilində. Yazılış tarixi 27 dekabr, 1935-ci il, Bakı. Ciz­­gili vərəqlərin bir, bəzənsə hər iki üzünə qara karandaşla yazılmışdır. Səkkiz şagird dəftərindən ibarətdir. Başlıqda «Naşa beqtstva v Persiö 1920 qod. 11 iönə», I dəftərin üz vərəqində isə «tri tetradi bioqrafii Mirza Djalila sda­la Ali-Nazimu v okt. 1935 q. 149 straniü, 15 tetradey «Moi vospominaniə s 1905 qoda po 1913 qod sdala Ali Nazimu 3-qo dekabrə. Qamida x.» qeyd edilmişdir. 1920-21-ci illərin xatirələridir.



Ölçüsü: 14,5x21 sm; həcmi: 8 dəftər; fond 6, s.v. 380*.
15.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

(1921-ci il, iyun ayından sonrakı xatirələrim)

III
Rus dilində. Yazılış tarixi 1935-ci il, Bakı. Cizgili və­­­rəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəq­lər nömrələnmişdir. On altı şagird dəftərindən iba­rətdir. Baş­lıqda «Vospominaniə Q.x. Mamedkulizade. 1921 qod s iönə» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağ­­­lı iyun, 1921-1931-ci illərin xatirələridir.



Ölçüsü: 16,5x20,5 sm; həcmi: 16 dəftər; fond 6, s.v. 380*.
16.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

(1920-1921-ci il xatirələrim)

IV
Rus dilində. Yazılış tarixi 1935-ci il; dekabr, 1935-ci il; fevral, 1936-cı il, Bakı. Cizgili vərəqlərin hər iki üzünə bənöv­şəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İyir­mi beş şagird dəftərindən ibarətdir. Başlıqda «Vospomina­niə Q.x. Mamedkulizade. 1920 i 1921 qod» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağlı 1920-21-ci illərin xatirələridir.


Ölçüsü: 14,5x21 sm; həcmi: 25 dəftər; fond 6, s.v. 381*.
17.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

V
Rus dilində. Yazılış tarixi oktyabr, 1935-ci il; yanvar, 1936-cı il; 18 fevral, 1936-cı il, Bakı. Cizgili vərəqlərin bir üzünə bənövşəyi mürəkkəb və qara karandaşla yazılmışdır. İyirmi şagird dəftərindən ibarətdir. Başlıqda «Moi vospomi­naniə» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağlı 1905-1921-ci illərin xatirələridir.


Ölçüsü: 14,5x20,5 sm; həcmi: 20 dəftər; fond 6, s.v. 382*.
18.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

VI
Rus dilində. Yazılış tarixi 1935-1936-cı illər, Bakı. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. İyirmi beş müxtəlif ölçülü şagird dəftərindən ibarətdir. Başlıqda «Moi vospominaniə» qeyd olunmuşdur. C.Məm­məd­quluzadə ilə bağlı 1905-1913-cü illərin xatirələridir.


Ölçüsü: 14,5x21,5 sm – 17x21 sm; həcmi: 25 dəftər; fond 6, s.v. 383*.
19.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

VII
Rus dilində. Yazılış tarixi 1 mart, 1936-cı il; 1937-ci il; fevral, 1937-ci il; 27 fevral, 1937-ci il, Bakı. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. On bir şa­gird dəftərindən ibarətdir. Başlıqda «Moi vospominaniə» qeyd olunmuşdur. C.Məmmədquluzadə və Həmidə xa­nı­mın atası Əhməd bəy Cavanşir haqdadır. 1914-1920, 1923-1925-ci illərin xatirələridir.


Ölçüsü: 17x21 sm; həcmi: 11 dəftər; fond 6, s.v. 384*.
20.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

(Rəhmətlik atam Əhməd bəy Cavanşirin

dilindən eşitdiyiklərim)

VIII
Rus dilində. Yazılış tarixi 24 sentyabr, 1944-cü il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Altı şagird dəftərindən ibarətdir. Başlıqda «Zapisala so slov pokoynoqo otüa Axmed­beka. Qamida x. Mamedkulizade» qeyd olunmuşdur. Hə­midə xanımın atası Əhməd bəy Cavanşir haqdadır.


Ölçüsü: 14,5x21,5 sm; həcmi: 6 dəftər; fond 6, s.v. 384*.

21.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

IX
Rus dilində. Yazılış tarixi 1935-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. On yeddi şagird dəftərindən ibarətdir. Başlıqda «Moi vospominaniə» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağlı 1905-08, 1910-13-cü illərin xatirələridir.



Ölçüsü: 15x21 sm; həcmi: 17 dəftər; fond 6, s.v. 385*.
22.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

X
Rus dilində. Yazılış tarixi 1933-cü il, Bakı. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəb və qara karandaşla yazılmışdır. Dəftərin üzü tünd qəhvəyi rəngdədir. Səhifələr nöm­rələnmişdir. Sonda «Moi vospominaniə. Qamida x., 1933 q., Baku» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağ­lı 1905-07-ci illərin xatirələridir.



Ölçüsü: 14,5x20,5 sm; həcmi: 36 vərəq; fond 6, s.v. 386*.
23.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

(1907-1908-ci illərin xatirələri)

XI
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəb və qara karandaşla yazılmışdır. Üzərində «Dnevnik» sözü həkk olunmuş qırmızı rəngdə qalın cildi var. Dəftə­rin I vərəqində «Moi vospominaniə 1907/08 q.» qeyd olun­muşdur. 1907-1908-ci illərin xatirələridir.


Ölçüsü: 15,5x21,5 sm; həcmi: 35+17 (boş) vərəq; fond 6, s.v. 386*.
24.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

(1921-1922, 1926-1927, 1931-ci illərin xatirələri)

XII
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Cizgili vərəqlərin hər iki üzünə qara karandaşla ya­zılmışdır. Dəftərin üz vərəqində «Moi vospominaniə. 1921, 22, 26, 27, 31 qod» qeyd olunmuşdur. C.Məm­məd­qu­lu­zadə ilə bağlı 1921, 1922, 1926, 1927 və 1931-ci illərin xa­tirələridir. Xatirə 1921-ci ildə İrandan Bakıya gəlişləri ilə başlayır.


Ölçüsü: 14,5x21 sm; həcmi: 18 vərəq; fond 6, s.v. 386*.
25.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

XIII
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mü­rək­kəblə yazılmışdır. Üç şagird dəftərindən ibarətdir. Baş­lıq­da «Moi vospominaniə» qeyd olunmuşdur. C.Məmməd­qu­luzadə ilə bağlı 1905-1930-cu illərin xatirələridir.



Ölçüsü: 16,5x21 sm; həcmi: 3 dəftər; fond 6, s.v. 387*.
26.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

XIV
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İki şagird dəftə­rindən ibarətdir. Başlıqda «Moi vospominaniə» qeyd olun­muşdur. Həmidə xanımın atası Əhməd bəy Cavanşir ba­rə­sindədir. 1885-1887-ci illərin xatirələridir.



Ölçüsü: 17x21 sm; həcmi: 2 dəftər; fond 6, s.v. 387*.
27.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

XV
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Dəftərin üz və­rəqində «Moi vospominaniə» qeyd olunmuşdur. Həmidə xanımın atası Əhməd bəy Cavanşir barəsindədir. 1884-1918-ci illərin xatirələridir.



Ölçüsü: 16,5x20,5 sm; həcmi: 11+1 (boş) vərəq; fond 6, s.v. 387*.
28.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

(Rəhmətlik babam və atamın tərcümeyi-halı.

Rəhmətlik atamın dilindən eşitdiklərim)

XVI
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mü­rək­kəblə yazılmışdır. Dəftərin üz vərəqində «Bioqrafiə po­koynoqo deda i otüa. Vospominaniə i so slov pokoyno­qo otüa Axmedbeka» qeyd olunmuşdur. Atası Əhməd bəy Cavanşir və babası Cəfərqulu bəy barəsindədir.


Ölçüsü: 14,5x21 sm; həcmi: 10 vərəq; fond 6, s.v. 387*.


29.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

(11 iyun, 1920-ci ildə bizim İrana vahiməli

qaçışımız haqqında xatirələrim)

XVII
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Başlıqda «Moi vospominaniə o naşem paniçeskom beqtstve v İran v 1920 qo­du 11 iönə» qeyd olunmuşdur. Sonda «K 101 straniüe v tet­radke» qeyd edilmişdir. 1920-ci ilin xatirələridir.


Ölçüsü: 20,5x30,5 sm; həcmi: 70 vərəq; fond 6, s.v. 389*.
30.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

XVIII
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Başlıqda «Moi vospominaniə» qeyd olunmuşdur. 64-cü səhifədən başlanır. 1921-ci ildə Təbrizdə nəşr olunan «Molla Nəsrəddin» jurnalında «Mozalan», «Dəli», «Molla Nəsrəddin» imzaları ilə dərc edilmiş məqalələr, 82-ci səhifədə «Bizim İrandan qayıtmağımız» adlı xatirəsi, C.Məmməd­qulu­za­də­nin ailə üzvlərilə 1923-1931-ci il məktublaşmaları, sonda isə Mir­zə Cəlilin xəstəliyi və vəfatı barəsində xatirələri verilmişdir.


Ölçüsü: 21x30,5 sm; həcmi: 62 vərəq; fond 6, s.v. 389*.


31.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

XIX
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Vərəqlərin nömrələnməsi zamanı 60-dan sonra 70 vurulmuşdur. Başlıq­da «Moi vospominaniə. Vospominaniə. Q.x. Mamedkuliza­de» qeyd olunmuşdur. Bəzi vərəqlərin ya yuxarı, ya da aşa­ğı hissəsinə makinada yazılmış hissə əlavə olaraq yapışdı­rıldığı üçün vərəqin ölçüsü də böyümüşdür. 54-cü səhifədən sonra mətn boyu bir çox yerlər qara karandaş və göy mü­rəkkəblə bu (X) şəkildə pozulmuşdur. C.Məmməd­qu­lu­za­dənin pasporta görə 1869-cu ildə anadan olması, 1932-ci il­də vəfat etməsi, təhsili, müasirləri, babasının 40-cı illərdə Xoy­dan (İran) Naxçıvana gəlməsi, atası, Həlimə xanım, Naz­lı xanım, uşaqları və s. barəsindədir.


Ölçüsü: 20,5x29,5 sm; həcmi: 220 vərəq; fond 6, s.v. 390*.
32.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

(Bərdə çariçəsi Nüşabə. Ermənilərin tarixi sənədlərindən.

Atam Əhməd bəyin dediklərindən)

I
Rus dilində. Yazılış tarixi 23 noyabr, 1930-cu ildən – 19 de­kabr, 1931-ci il, Şuşa. Cizgili vərəqlərin hər iki üzünə bənöv­şəyi mürəkkəblə yazılmışdır. Dəftərin I vərəqində «Bar­din­skaə üariüa Nuşabe. İz armənskix istoriçeskix doku­mentov. So slov otüa Axm. b.» qeyd olunmuşdur. O vaxt­lar İrəvan xanlığının paytaxtı olan Bərdə şəhərinin çariçəsi Nüşabə xanımın hökmdarlığı, Makedoniyalı İsgəndər və s. tarixi hadisələr barəsindədir.



Ölçüsü: 15x21,5 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 409*.

33.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Xatirələrim»

(Bərdə çariçəsi Nüşabə. Ermənilərin tarixi

sənədlərindən. Atam Əhməd bəyin dediklərindən)

II
Rus dilində. Yazılış tarixi 25 sentyabr, 1944-cü il, Bakı. Cizgili vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Dəftərin I vərəqində «Bar­dinskaə üariüa Nuşabe. İz armənskix istoriçeskix dokumentov. So slov otüa Axmed beka», «1930, 12 dek. Sel. Albend» qeyd olunmuşdur. O vaxtlar İrəvan xanlığının paytaxtı olan Bərdə şəhərinin çariçəsi Nüşabə xanımın hökmdarlığı, Makedoniyalı İsgəndər və s. tarixi hadisələr barəsindədir.



Ölçüsü: 16,5x20,5 sm; həcmi: 12 vərəq; fond 6, s.v. 409*.
34.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Sabir haqqında xatirələrim»
Rus dilində. Yazılış tarixi 3 noyabr, 1936-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili dəftər vərəqlərinin hər iki üzünə qara karandaşla yazılmışdır. Dəftərin I vərəqində «Vospominaniə o Sabire» qeyd olunmuşdur. Sonda bənövşəyi mürəkkəblə Azərbaycan dilində ərəb əlifbası, latın əlifbası ilə və rus dilində Sabirin Həmidə xanıma həsr olun­muş iki beyt qəzəli yazılmışdır. Mətn üzərində bənövşəyi mü­rəkkəblə düzəliş edilmişdir. Özünün və C.Məm­məd­qu­lu­zadənin 1910-cu ildə Sabirin xəstəliyi dövründə ona yardım­çı olması və şairin 1911-ci il iyulun 13-də Şamaxıda vəfatı ba­rəsindədir.

Ölçüsü: 17x21 sm; həcmi: 6 vərəq; fond 6, s.v. 388*.
Həmin dəftərin arasında adı və tarixi bilinməyən qəzet par­çası vardır. Rus dilində yazılmışdır. Ə.Haqverdiyevin ölü­münün 3 illiyinə həsr olunmuş məqalənin müəllifi Ə.Şə­rifdir. Məqalə Ə.Haqverdiyevin həyat və yaradıcılığı barə­sin­də yazılmışdır.
Ölçüsü: 41x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 388*.
35.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Tərcümeyi-hal»
Rus dilində. Yazılış tarixi 25 mart, 1930-cu il, Şuşa. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Başlıqda «Bioqrafiə» qeyd olunmuşdur. Məmmədbəyin nə­vəsi, Cəfərqulu bəyin oğlu Əhməd bəy Cavanşirin 1828-ci il, martın 2-də Kəhrizlidə anadan olması, ilk təhsilini molla­xanada alması, 1843-cü ildə Mehdiqulu xanla Peterburqa get­məsi, I Nikolayın istəyi ilə təhsil alıb işləməsi, Qafqazın tarixi, arxeologiya və etnoqrafiyası haqda əsərlərinin olması və yazılarının altında həmişə özünün tam adını göstərməsi barəsindədir.
Ölçüsü: 20,5x34 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 447*.
36.QEYD
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və hara­da yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qa­ra karandaşla yazılmışdır. Həmidə xanımın «Molla Nəsrəd­dinlə» bağlı qeydləridir.
Ölçüsü: 11x31,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 357*.
37.QEYD
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Cizgili qoşa vərəqin bir üzünə bənövşəyi karandaş­la yazılmışdır. Həmidə xanımın C.Məmmədquluzadə haq­qında yazdığı «Xatirələrim»in 37-ci səhifəsinə əlavədir. C.Məm­mədquluzadənin 1925-ci ildə «Molla Nəsrəddin» jur­nalının 2-ci nömrəsində dərc olunan «Yas çavuşu» adlı ki­çik məqaləsindəki qadın obrazı barəsindədir.

Ölçüsü: 21x14,5 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 407*.
38.QEYD
Rus dilində. Yazılış tarixi 27 fevral, 1937-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Həmidə xanımın C.Məmmədquluzadə haqqında yazdığı «Xatirələrim»in 63-cü səhifəsinə əlavədir. C.Məmmədquluzadə ilə məhsuldar torpaq icarəyə götürmələri, əkmələri, mayın sonu-iyunun əvvəllərindəki Gəncə üsyanı barəsindədir.

Ölçüsü: 21x18,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 407*.
39.QEYD
Rus dilində. Yazılış tarixi 6 dekabr, 1936-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır. Həmidə xanımın C.Məmməd­qu­lu­za­də haqqında yazdığı «Xatirələrim»in 118-ci səhifəsidir. 4 yan­­var, 1932-ci il – yəni C.Məmmədquluzadənin vəfatı gü­nü barəsindədir.
Ölçüsü: 20,5x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 408*.
40.QEYD
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə ya­zılmışdır. Dəftərin vərəqləri nömrələnmişdir. Mətn boyu Azərbaycan dilində ərəb əlifbası ilə şeir parçaları vardır. H.Məm­mədquluzadə tərəfindən müxtəlif səhifələrə verilən qeydlər İbrahim-Xəlil xanın böyük oğlu, Azərbaycanın böyük şairlərindən olan «Azərbaycan tutisi» imzalı Əbülfət-xan (Cavanşir) barəsindədir.
Ölçüsü: 15x21,5 sm; həcmi: 4+4 (boş) vərəq; fond 6, s.v. 409*.
41.MİRZƏ ŞƏRİF MİRZƏYEV

«Qafqazda türk mətbuatı tarixinə dair xatirələrim»

(Tarixi materiallar)
Rus dilində. Yazılış tarixi 24 dekabr, 1925-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəb (1-182 s.) və qara rəngdə makina çapı (183-202 s.) ilə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Başlıqda «Vospominaniə iz istorii törkskoy peçati na Kavkaze. (İstoriçeskie materialı)» qeyd olunmuşdur. Mətn üzərində bənövşəyi mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır. Üç fəsildən ibarətdir. I fəsil «Materialı dlə istorii törkskoy peçati na Kavkaze», II fəsil «1904-1906 q.q. Əzık ofiüialğnıx dokumentov», III fəsil isə «1906-1918 q.q. Period vıpravleniə i ukrepleniə törkskoy peçati» adlanır. Tiflis Senzura Komitəsində Şərq dilləri üzrə ilk türk senzor olan M.Ş.Mirzəyevin 1906-1918-ci illər ərzində olan məruzə, məxfi sərəncamlar, tarixi arayışlar, XIX-XX əsr türk mətbuatının inkişafına mane olan faktlar barəsində sənədli xatirələridir.

Ölçüsü: 22x33,5 sm; həcmi: 202+2 (boş) vərəq; fond 6, s.v. 456*.

TƏRCÜMƏLƏR


1.ARMƏNSKİE İ MUSULĞMANSKİE

JENHİNI
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara karandaşla yazıl­mışdır. Başlıqda «Statğə iz jur. Molla Nasr. za 1907 q. Armənskie i musulğmanskie jenhinı» qeyd olunmuşdur. C.Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalında 1907-ci il, 20-ci sayında dərc olunan «Erməni və müsəlman öv­rətləri» məqaləsinin Azərbaycan dilindən tərcüməsidir. Hə­midə xanım ədib haqqında rus dilində yazdığı «Xatirələrim» əsəri üçün tərcümə etmişdir.
Ölçüsü: 20x28,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 178*.
2.ARMƏNSKİE İ MUSULĞMANSKİE

JENHİNI
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır. Başlıqda «Armənskie i musulğmanskie jenhinı» qeyd olunmuşdur. C.Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalında 1907-ci il, 20-ci sayında dərc olunan «Er­mə­ni və müsəlman övrətləri» məqaləsinin Azərbaycan dilindən tərcüməsidir. Həmidə xanım ədib haqqında rus dilində yazdığı «Xatirələrim» əsəri üçün tərcümə etmişdir.
Ölçüsü: 20,5x29 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 407*.
3.BAFTAÇİ ŞAX ABBAS
Rus dilində. Yazılış tarixi 10 fevral, 1941-ci il. Harada ya­zıl­dığı qeyd edilməmişdir. Nağıl Həmidə Məmmədquluzadə tərəfindən Azərbaycan dilindən rus dilinə tərcümə edilmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Vərəq­lər nömrələnmişdir. Sonda «10 fevral 1941. Həmidə x.» qeyd olunmuşdur. Əsərin müəllifi göstərilməmişdir.

Ölçüsü: 20,5x30,5 sm; həcmi: 21 vərəq; fond 6, s.v. 454*.
4.VTOROE PİSĞMO MOLLA NASREDDİNA

K ŞEYX-ULĞ-İSLAMU
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Saya vərəqin hər iki üzünə qara karandaşla yazıl­mış­dır. II vərəq yarıdan eninə kəsilmişdir. Başlıqda «2-oe pisğ­­mo k Şeyx-ulğ-İslamu. Molla Nasr.» qeyd olunmuş­dur. C.Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalında 1907-ci il, 22-ci sayında «Molla Nəsrəddin» imzası ilə dərc olu­­nan «Qafqaz Şeyx-ül-İslamına iki dənə açıq məktub (ikin­ci məktub)» məqaləsinin Azərbaycan dilindən tərcüməsidir. Həmidə xanım ədib haqqında rus dilində yazdığı «Xati­­rələrim» əsəri üçün tərcümə etmişdir.
Ölçüsü: 23x28 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 178*.
5.KRASNOE UTRO
Rus dilində. Yazılış tarixi 21 may, 1936-cı il, Bakı. Nağıl Hə­midə Məmmədquluzadə tərəfindən Azərbaycan dilindən rus dilinə tərcümə edilmişdir. Cizgili vərəqlərin hər iki üzü­nə bənövşəyi mürəkkəblə yazılmışdır. Sonda «Perevela Qa­mida xanum Mamedkulizade. 21 may 1936 q., Baku» qeyd olunmuşdur. Əsərin müəllifi göstərilməmişdir.

Ölçüsü: 17x21 sm; həcmi: 11+1 (boş) vərəq; fond 6, s.v. 387*.
Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə