Афаг Ялийева



Yüklə 3,93 Mb.
səhifə12/17
tarix23.01.2018
ölçüsü3,93 Mb.
#21895
1   ...   9   10   11   12   13   14   15   16   17

19.PROQRAM
Azərbaycan dilində kiril əlifbası ilə. Bakı. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.

Məzmunu: C.Məmmədquluzadənin anadan olmasının 100 il­liyinə həsr edilmiş 1967-ci il, 29 may – 5 iyun tarixlərində ke­çiriləcək yubiley tədbirlərinin proqramıdır.
Ölçüsü: 10,5x15,5 sm; Həcmi: 20 səhifə; fond 6, s.v. 594*.
20.SƏNƏD
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 5 sent­yabr, 1930-cu il, Naxçıvan. Saya vərəqin bir üzünə qara rəng­də makina çapı ilə yazılmışdır. Sənəd 8 nəfərin (M.Ə.Əsə­dullazadə, R.Babayev, M.Ə.Seyidov, H.Əlizadə, M.Nə­sirli, H.Əliyev, Ə.Abbasov, M.Qərimov) imzaları ilə təs­diqlənmişdir.

Məzmunu: Danilyanın dəfələrlə içkili olduğu ilə bağlı mə­qalə yazılması qərara alınır. «Bisavad» imzası ilə «Xəstə mü­dir» başlıqlı həmin məqalədə yazılanlar təsdiqlənir.

Ölçüsü: 21,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 506.
21.ŞƏHADƏTNAMƏ TALONU
Rus dilində. Yazılış tarixi 5 may, 1928-ci il. Harada yazıl­dığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara makina ça­pı ilə yazılmışdır. 1 oktyabr, 1928-ci ilə kimi qüvvədə oldu­ğu qeyd edilmişdir. XMK-nın möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: Xalq Maarif Komissarlığı (V.Yakovlev) tərəfin­dən Zakatala Pedaqoji Qadın Texnikumunun tələbəsi olan Pa­kizə Kəngərliyə dəmir yolu və daxili su yollarından 50% gü­zəştlə istifadə etmək üçün verilmişdir.
Ölçüsü: 17x24,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 435*.
22.TƏMİMNAMƏ
Vərəqin bir üzündə Azərbaycan dilində ərəb əlifbası ilə, di­gər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi 6 mart, 1926-cı il, Moskva. Azərbaycan dilində olan mətn sa­ya vərəqə bənövşəyi mürəkkəblə, rus dilində isə olan mətn göy rəngdə makina çapı ilə yazılmışdır. Sənəd Baş Mətbuatın müdiri Lebedev-Polyanskinin, nəzarət şöbəsinin müdiri Re­doliskinin, katib Uşakovun və Azərbaycan mətbuatının ka­tibi Axund-zadənin imzaları ilə təsdiqlənmişdir.

Məzmunu: Bütün vilayət, əyalət, ölkə və baş mətbuat mü­dir­lərinə ünvanlanan sənədə əsasən, dərc olunacaq materialla­ra informasiya şöbəsinin və Baş Mətbuat İdarəsinin siyasi nə­zarətinin icazəsinin vacibliyi barəsindədir.

Ölçüsü: 22,5x17 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 503*.

23.VƏSİQƏ
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 3 fevral, 1926-cı il, Kəhrizli. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Şuranın sədri Əkbər Qurbanovun imzası ilə təsdiqlənmişdir.

Məzmunu: Kəhrizli Kənd Şurasının sədri tərəfindən İsma­yıla gözü ilə bağlı şikayətinə görə Bakıya həkimə getməsi üçün verilmişdir.

Ölçüsü: 21x17 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 500*.
24.VƏSİQƏ
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 mart, 1928-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mü­rəkkəblə yazılmışdır. «Molla Nəsrəddin» jurnalının katibi Əli Nəzminin imzası və redaksiyasının möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: «Molla Nəsrəddin» jurnalı redaksiyası tərəfindən Lənkəranda yaşayan Əziz Qafarova jurnalın intişarında həqiqətən çalışdığı üçün verilmişdir.

Ölçüsü: 20x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 502*.
25.YOXLAMA
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 8 okt­yabr, 1930-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya və­rəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Sə­nəd 6 nəfərin (M.Ə.Əsədullazadə, Ə.Abbasov, M.Qə­ri­mov, M.Ə.Rəhimov, H.Əliyev, M.Ə.Seyidov) imzaları ilə təs­diqlənmişdir.

Məzmunu: Fəhlələr üçün nəzərdə tutulan yeməkxanada Da­nilyanın dəfələrlə içki içdiyini və saat 10-12 radələrində hə­qiqətən çox içkili olduğuna şahidlik edirlər.
Ölçüsü: 21x15,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 507*.

«MOLLA NƏSRƏDDİN»

JURNALI REDAKSİYASININ

KONTOR KİTABÇALARI VƏ QOVLUQLARI


1.ABUNƏ KİTABÇASI
Rus dilində. Yazılış tarixi 1928, 1929, 1930, 1931-ci illər. Ciz­gili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazıl­mışdır. Qəhvəyi rəngdə qalın cildi var. Cildin üzərində «Kni­qa podpisçikov s 15 noəbrə 1928 q. i 1929 i 1930 qod, 31 qod» qeyd olunmuşdur. Həmin illər üzrə olan abunə­çi­lərin siyahısı və haqq-hesabı verilmişdir. Mətnin bir çox yer­ləri qırmızı karandaşla bu (X) şəkildə pozulmuşdur.
Ölçüsü: 23x35,5 sm; həcmi: 74 vərəq; fond 6, s.v. 341.
2.ABUNƏ KİTABÇASI
Rus dilində. Yazılış tarixi qeyd edilməmişdir. Cizgili vərəq­lərin hər iki (bəzən bir) üzünə bənövşəyi mürəkkəb və qır­mızı karandaşla yazılmışdır. Qara rəngdə qalın cildi var. Abu­nəçilərin siyahısı və haqq-hesabı verilmişdir. Mətnin bə­zi yerləri qırmızı karandaşla bu (X) şəkildə pozulmuşdur. Kitabçanın arasında ağ sapla bir-birinə tikilmiş yazılı vərəqlər (26,5x36,5 sm) var.
Ölçüsü: 22,5x31 sm; həcmi: 30+10 (boş) vərəq; fond 6, s.v. 343.
3.ABUNƏ SİYAHILARI
Azərbaycan dilində latın, ərəb əlifbası ilə və rus dilində. Yazılış tarixi 1927-31-ci illər. Müxtəlif ölçülü vərəqlərə qara və bənövşəyi mürəkkəblə yazılmışdır. İri qovluqda 1927-1931-ci illər ərzində «Molla Nəsrəddin» jurnalına abunə olu­nanların siyahıları, aylar üzrə maaş cədvəllərinin siyahıla­rı, haqq-hesab sənədləri, «Kəndli qəzeti»nin abunə vərəqə­si, qəbz və fakturaları «Molla Nəsrəddin» jurnalının 1927-ci il 52-ci (2 nüsxə) və 1928-ci il 51-ci nömrələrinə ağ sapla tikilmişdir.
Ölçüsü: müxtəlif; həcmi: çox; fond 6, s.v. 348*.
4.ABUNƏÇİLƏRİN SİYAHI KİTABÇASI
Rus dilində. 1917-ci il. Cizgili vərəqlərin hər iki üzünə qa­ra mürəkkəblə yazılmışdır. Qəhvəyi rəngdə qalın cildi var. Cildin üzərində qara rəngdə makina çapı ilə «Podpisnaə kniqa jurnala «Molla-Nasr-Gddin» za 1917 qod» qeyd olunmuşdur. 1917-ci ildə Azərbaycanda, 49-cu səhifədən başlayaraq isə xaricdə «Molla Nəsrəddin» jurnalı abunə­çilərinin siyahısı və haqq-hesabı verilmişdir. Mətnin bir çox yerləri qırmızı və göy karandaşla bu (X) şəkildə pozulmuşdur.
Ölçüsü: 22,5x35 sm; həcmi: 111 vərəq; fond 6, s.v. 335.
5.XARİCDƏ YAŞAYANLARIN ABUNƏ-SATIŞ

KİTABÇASI
Rus dilində. 1930-cu il. Cizgili vərəqlərin hər iki üzünə bə­növşəyi mürəkkəblə yazılmışdır. Qəhvəyi rəngdə qalın cil­di var. Cildin üzərində «Kniqa podpisnoy prodaji inoqo­rodney 1930 qoda» qeyd olunmuşdur. Həm Azərbaycanda, həm də xaricdə olan abunəçilərin 1930-31-ci illər üzrə si­yahısı və haqq-hesabı verilmişdir.
Ölçüsü: 22,5x35 sm; həcmi: 64+9 (boş) vərəq; fond 6, s.v. 342.
6.KASSA KİTABÇASI
Rus dilində. Yazılış tarixi 1 avqust, 1925-ci ildən – 29 fev­ral, 1928-ci il. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi və qara mürəkkəblə yazılmışdır. Tünd qəhvəyi rəngdə qalın cil­di var. Cildin üzərində «Molla Nasreddin. Kassovaə kni­qa s 1 avqusta 1925 qoda i 1926 q., 1927 q. do 29 fevr. 1928 qoda» qeyd olunmuşdur. «Molla Nəsrəddin» jurnalının illər üzrə ayrılmış haqq-hesabı yazılmışdır. Mətndə qırmızı mürəkkəb və qara karandaşla bəzi qeydlər edilmişdir.
Ölçüsü: 23x36 sm; həcmi: 132+6 (boş) vərəq; fond 6, s.v. 337.
7.KOMMUNİSTLƏRİN ÜNVANLARI QEYD

OLUNAN KİTABÇA
Rus dilində. Yazılış tarixi 1928-1929-cu illər. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Qəhvəyi rəngdə qalın cildi var. Cildin üzərində «Adresa ot Kommunista za 1928 i 1929 qod» qeyd olunmuşdur. 1928, 1929, 1930-cu illərdə olan kommunist abunəçilərin siyahısı və haqq-hesabı verilmişdir. Mətnin bir çox yerləri qırmızı və göy karandaşla bu (X) şəkildə pozulmuşdur.

Kitabçanın sonuncu səhifəsinə saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmış siyahı yapışdırılmışdır. AKF (b) XI Qurultayının və XX Bakı konfransının 1932-ci il­də Türk mədəniyyəti sarayında keçirilmiş sərginin siyahısı verilmişdir. Siyahını sərginin rəhbəri Şərifov tərtib etmişdir.


Ölçüsü: 22,5x35,5 sm; həcmi: 35+2 (boş) vərəq; fond 6, s.v. 339.
8.QOVLUQ
Qovluqda «Kommunist» qəzetinin redaksiyası və baş kan­torunun və «Molla Nəsrəddin» jurnalının müxtəlif sənəd­ləri saxlanılır.
Ölçüsü: müxtəlif; həcmi: çox; fond 6, s.v. 344*.

9.QOVLUQ
Qovluqda 1930-31-ci illərə aid müxtəlif rayonlardan «Mol­la Nəsrəddin» jurnalı abunəçilərinin siyahı cədvəlləri, əma­nət kassası ilə hesablaşmalar, «Toxmaq» qəzeti, «Molla Nəs­rəddin jurnalının 1928-ci il 36-cı nömrəsi, Ümumittifaq Sin­dikat Kağız Sənayesinə dair və müxtəlif haqq-hesab sənəd­ləri saxlanılır.
Ölçüsü: müxtəlif; həcmi: çox; fond 6, s.v. 345*.
10.QOVLUQ
Qovluqda «Ulduz» Bədii Foto-sinkoqrafiya tərəfindən «Molla Nəsrəddin» jurnalı redaksiyasına 1929-1930-cu illərə aid göndərilən hesab vərəqələri, «Molla Nəsrəddin» jurna­lı və «Toxmaq» qəzetindən bir neçə ədəd saxlanılır.

Ölçüsü: müxtəlif; həcmi: çox; fond 6, s.v. 346*.
11.QOVLUQ50
I qovluqda «Molla Nəsrəddin» jurnalı abunəçilərinin si­ya­hısı, qəbzləri, Elektrotok fakturaları, poçt talonları, Poliq­raf Sənaye Trestinin fakturaları və içərisində haqq-hesab yazı­lan bir cizgili ümumi dəftər saxlanılır.

II qovluqda elan və abunə haqda şəhdətnamə, «Molla Nəs­rəddin» jurnalının qəbzləri, sifariş vərəqəlri «Yeni yol» mət­bəəsinin fakturaları və digər sənədlər saxlanılır.


Ölçüsü: müxtəlif; həcmi: çox; fond 6, s.v. 347.


12.QOVLUQ
Qovluqda «Molla Nəsrəddin» jurnalının bank qəbzləri, Döv­lət Bankının çek kitabçası, müxtəlif qəbzlər saxlanılır.
Ölçüsü: müxtəlif; həcmi: çox; fond 6, s.v. 349*.
13.QOVLUQ
Qovluqda istifadə olunmamış poçt kartoçkaları, konvertlər, «Molla Nəsrəddin» jurnalının təliqələri saxlanılır.
Ölçüsü: müxtəlif; həcmi: 23 ədəd; fond 6, s.v. 350*.
Abunə'>14.QOVLUQ
Bu qovluqda müxtəlif qəbzlər sazlanılır:

Abunə qəbzləri. Azərbaycan dilində latın əlifbası ilə. Sa­ya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Üz qabığı göy rəngdədir. Kitabçanın hər biri 25 vərəq­dən iba­rətdir. İstifadə olunmamışdır.

Məzmunu: Qəbzdə «Molla Nəsrəddin» jurnalının hansı nöm­­rəsindən, neçə aylıq, neçə nüsxə, ümumi məbləğini, abu­­nəçinin ünvnanını, imzasını bildirən bölgülər əks olunmuşdur.

Ölçüsü: 21,5x11 sm; həcmi: 18 ədəd – hər biri 25 vərəq; fond 6, s.v. 351*.
Abunə qəbzləri: Azərbaycan dilində ərəb əlifbası ilə. Ağ sapla bir-birinə tikilmiş saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Üz qabığı yoxdur. İstifadə olun­mamışdır.

Məzmunu: Qəbzdə «Molla Nəsrəddin» jurnalının hansı nömrəsindən, neçə aylıq, neçə nüsxə, ümumi məbləğini, abunəçinin ünvnanını, imzasını bildirən bölgülər əks olunmuşdur.

Ölçüsü: 21,5x11 sm; həcmi: 1 ədəd – 47 vərəq; fond 6, s.v. 351*.

Abunə qəbzləri: Azərbaycan dilində ərəb əlifbası ilə. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazıl­mışdır. Üz qabığı göy rəngdədir. İstifadə olunmuş 57 vərəq cı­rılaraq yalnız darkənarı saxlanılmış və üzərində qara karan­daşla qeydlər edilmişdir. Qalanları isə istifadə olunmamışdır.

Məzmunu: Qəbzdə «Molla Nəsrəddin» jurnalının hansı nömrəsindən, neçə aylıq, neçə nüsxə, ümumi məbləğini, abunəçinin ünvnanını, imzasını bildirən bölgülər əks olunmuşdur.

Ölçüsü: 23x12 sm; həcmi: 1 ədəd – 57+42 (istifadəsiz) vərəq; fond 6, s.v. 351*.
Çek kitabçası: Həm Azərbaycan dilində ərəb əlifbası ilə, həm də rus dilində. Saya vərəqin bir üzünə göy rəngdə makina çapı ilə yazılmışdır. Qəbzin bödgüləri isə bənövşəyi və qırmızı mürəkkəblə doldurulmuşdur. Üz qabığı göy rəngdədir. Kitabçanın üzərində bənövşəyi rəngdə «Azerbaydjanskiy Selğsko-Xozəystvennıy Bank» kimi ştamr vardır.

Məzmunu: Azərbaycan Kənd Təsərrüfatı Bankında C.Məm­mədquluzadə 538 №-li çek kitabçasından qəbz № 061151-dən 061156-ya kimi 1929-1931-ci illərdə Dobrode­ye­və, oğlu Ənvər və Midhətə ödəyərək istifadə etmişdir. Qəbz № 061157-dən 061175-ə kimi isə istifadəsiz qalmışdır.

Ölçüsü: 22,5x10,5 sm; həcmi: 1 ədəd – 7+19 (istifadəsiz) vərəq; fond 6, s.v. 351*.
15.«MOLLA NƏSRƏDDİN» JURNALI

REDAKSİYASININ HESAB KİTABÇASI
Rus dilində. Yazılış tarixi 1929-cu il. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Qəhvəyi rəngdə qalın cildi var. I vərəqdə «Kniqa liüevıx sçetov re­daküii jurnala «Molla-Nasreddin» s 1 ənvarə 1929 q.» qeyd olunmuşdur. 1929, 1930-cu illərin haqq-hesabı verilmişdir.
Ölçüsü: 22,5x35,5 sm; həcmi: 63+32 (boş) vərəq; fond 6, s.v. 340.
16.NƏŞRİYYAT KİTABÇASI
Rus dilində. Yazılış tarixi 1925-1926-cı illər. Cizgili vərəq­lərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Boz rəngdə qalın cildi var. Cildin üzərində «İzdatelğstvo», Azərbaycan dilində ərəb əlifbası ilə isə «Molla Nəsrəddin nəşriyyatı» qeyd olunmuşdur. «Molla Nəsrəddin» nəşriyyatının 1925-1926-cı illərdə «Sirkə», «Molla Fəzləli», «Baqqal Məşədi Rəhim», «Ölülər», «Şeir bülbülləri» kitabçalarından hansı kitab köşkünə, neçə ədəd verdiyi və onların haqq-hesablarına dair qeydlər edilmişdir. Kitabçada çoxlu boş buraxılmış səhifələr vardır.
Ölçüsü: 22x35 sm; həcmi: 14+33 (boş) vərəq; fond 6, s.v. 336.
17.TƏBRİZ ŞƏHƏRİNİN ABUNƏ DƏFTƏRİ
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi qeyd edilməmişdir. Ağ sapla bir-birinə tikilmiş saya vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Üz vərəqində «Dəftəri-abuneyi-şəhri-Təbriz» qeyd olunmuşdur. Hər səhifə qara karandaşla 32 xanaya bölünmüşdür. Xanalarda 212 abunəçinin sıra nömrəsi, familiyası, ünvanı və qəbz nömrəsi göstərilmişdir. Sondan vərəqlərin bir hissəsi cırılıb götürülmüşdür.
Ölçüsü: 22,5x35 sm; həcmi: 36+2 (boş) vərəq; fond 6, s.v. 334.

18.YERLİ ABUNƏÇİLƏRİN SİYAHI KİTABÇASI
Rus dilində. Yazılış tarixi 1925-1926-cı illər. Cizgili vərəqlərin hər iki (bəzən bir) üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Qara rəngdə qalın cildi var. Cildin üzərində qara mürəkkəblə «Kniqa mestnoy podpiski za 1925 i 1926 qod jurnala «M.Nasreddin»» qeyd olunmuşdur. Səhifələr qara karandaşla nömrələnmişdir. 1925, 1926, 1927, 1928, 1929, 1930-cu illərdə olan abunəçilərin siyahısı və haqq-hesabı verilmişdir. Əvvəlindən yazılı vərəqlərin bir hissəsi cırılmışdır. Mətndə qara və qırmızı karandaşla bəzi düzəliş və əlavələr edilmişdir. Kitabçanın içərisində olan ayrıca vərəq bükümlərinin biri ağ, digəri isə qara sapla tikilmişdir.
Ölçüsü: 23x35,5 sm; həcmi: 145+7 (boş) vərəq; fond 6, s.v. 338.

«MOLLA NƏSRƏDDİN» JURNALI

REDAKSİYASINA YAZILMIŞ MƏQALƏLƏR


I
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. 2 nüsxədən ibarət surətdir. «K» imzası ilə ya­zılmış məqalənin başlığında «Kopiə so statği napeçatan­noy v № 237 qazetı «Bakinskiy raboçiy» ot 1930 q., pod zaqlaviem «na samolet» Molla Nasr-Gddin» qeyd olun­muşdur. Məqalədə «Molla Nəsrəddin» jurnalının cə­halə­tə, savadsızlığa qarşı mübarizədə əvəzsiz rolundan danışılır.
Ölçüsü: 21x24,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 465.
II
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə qara karandaşla iki müəllimin şəkili çəkilmiş rəsmə verilən mətn isə göy mürəkkəblə yazılmışdır. 2 fəsildən ibarətdir. M.İsgəndərzadənin «M.İ.» imzası ilə yazılmış məqaləsində ictimaiyyət və ədəbiyyat müəllimi H.Seyfullayevlə hərbi müəllim H.İsmayılovun məktəbin həyətində tələbələr qarşısında əlbəyaxa olmasından danışılır.
Ölçüsü: 14,5x19,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 466.
III
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Qəza şöbə mü­diri «M.H.Münşizadə» imzası ilə yazılmış məqalənin baş­lığında «Camaat həvəsdən düşür» qeyd olunmuşdur. Üzə­rində Az.OZFAN-ın Azərbaycan Ədəbiyyatı Kabinetinin ştampı və M.Münşizadənin imzası vardır. Məqalədə 1905-ci ildən çıxan «Molla Nəsrəddin»51 jurnalını oxuyan hər kəs öz pis əməlini həmin aynada görüb ibrət almasından da­nışılır. Eyni zamanda mövhumatla mübarizə edən ayrıca rəsm­li bir jurnalın dərc olunmasını təklif edir.
Ölçüsü: 24x49 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 467.
IV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 21 aprel, 1929-cu il. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Ə.Qəmküsarın qardaşı Rzaqulu Nəcəfovun «R.N.» imzası ilə yazılmış məqaləsinin başlığında «Əliqulu Qəmküsar» qeyd olunmuşdur. Məqalədə Ə.Qəm­kü­sa­rın ölümündən 10 il keçməsinə baxmayaraq Azərbaycan Pro­letar Yazıçıları Cəmiyyəti və Azərnəşr tərəfindən onun əsər­lərinin bir yerə toplanılıb nəşr edilməməsindən danışılır. Hə­min məqalə sonradan «R.N.» imzası ilə «Dan ulduzu» qə­zetinin 4-cü sayında nəşr olunmuşdur.

Ölçüsü: 7,5x45 və 11,5x35,5 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 468*.
V
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi qeyd edilməmişdir. «Dan ulduzu» qəzetinin 4-cü sayının yalnız 15-16-cı səhifələridir. Rzaqulu Nəcəfovun «R.N.» imzası ilə yazılmış məqaləsinin başlığında «Əliqulu Qəmküsar» qeyd olunmuşdur. Məqalədə Ə.Qəmküsarın ölümündən 10 il keçməsinə baxmayaraq Azərbaycan Proletar Yazıçıları Cə­mi­yyəti və Azərnəşr tərəfindən onun əsərlərinin bir yerə top­lanılıb nəşr edilməməsindən danışılır. Həmin məqalənin əl­yazması yuxarıda göstərilmişdir.

Ölçüsü: 24x33 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 468*.
VI
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 15 aprel, 1931-ci il, Xıllı. Cizgili vərəqin hər iki üzünə yaşıl mü­rək­kəblə yazılmışdır. «5 müxbir» imzası ilə yazılmış məqalənin başlığında «Nervinli müdir» qeyd olunmuşdur. Sonda Xıllı kəndli müxbirlərinin adları açıqlanır: Əbdülhüseyn Zamanov, Musa Əsədov, Qaraş Mustafayev, Əhmədağa İbra­himov və Hüseynəli Qədimov. Məqalədə Xıllı Kolxoz Ca­vanlar məktəbinin müdiri Cahangir İsmayılovun tələbələri dö­yüb-söyməsindən danışılır.
Ölçüsü: 22x31 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 469.
VII
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 30 mart, 1931-ci il, Kəmərli dairəsi. Cizgili vərəqin hər iki üzü­nə qara mürəkkəblə yazılmışdır. 3 nəfərin imzası ilə yazıl­mış məqalənin başlığında «Molla əmiyə» qeyd olunmuşdur. Son­­da həmin 3 nəfərin adları açıqlanır: Söllu dəmir kolxozu­nun üzvləri Abbas Mehdiyev, K.Məmidov və Basarkeçər Zod kolxozunun üzvü Əli Usubov. Məqalədə 40 nəfərdən 20 manatdan yığılıb göndərilməsinə baxmayaraq, hələ də və­siqələrini ala bilməmələrindən danışılır.
Ölçüsü: 16x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 470*.

BAŞQALARININ YAZDIĞI

TƏRCÜMEYİ-HAL VƏ XATİRƏLƏR


1.ALYOŞA MJAVANADZE

«Mirzə Cəlil haqqında xatirələrim»
Rus dilində. Yazılış tarixi 6 dekabr, 1944-cü il. Harada ya­zıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mü­rəkkəblə yazılmışdır. Başlıqda «Vospominaniə o Mirza Dja­lile» qeyd olunmuşdur. 1925-ci ildə anası ilə Bakıda olar­kən Mirzə Cəlilin evində yaşadığı vaxt «Molla Nəsrəddin» jurnalının növbəti nömrəsinin nəşri işində ona necə kö­mək etməsindən yazır.
Ölçüsü: 22x29 sm; həcmi:1 vərəq; fond 6, s.v. 353*.
2.CƏLAL

«Mirzə Cəlil (Molla Nəsrəddin) haqqında xatirələrim»
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi və hara­da yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qa­ra rəngdə makina çapı ilə yazılmışdır. 1921-ci ilin əvvəlində dayısının onu Bakıya oxumağa gətirməsindən və yayda Kəhrizlidə dayısı ilə birlikdə istirahət etməsindən yazır.
Ölçüsü: 22,5x30,5 sm; həcmi: 3+1 (boş) vərəq; fond 6, s.v. 354.
3.ƏHMƏD BƏY CAVANŞİR

«1747-ci ildən 1805-ci ilə kimi Qarabağ xanlığının

siyasi mövcudluğu haqqında»

I
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə H.Məmmədquluzadənin xətti ilə yazılmışdır. Dəftərin üz vərəqində «Otrıvok iz kniqi o politiçeskom suhestvo­vanii Karabaxskoqo xanstvo s 1747 po 1805 qod. Axmed­beka Djevanşir. 2-oe izdanie. Şuşa 1901 q.» qeyd olun­muşdur. 1747-1805-ci illərdə Qafqazda baş verən tarixi ha­disələr barəsindədir.


Ölçüsü: 17x21 sm; həcmi: 9+1 (boş) vərəq; fond 6, s.v. 387*.
Qeyd: Bu qovluğun içərisində müxtəlif xatirələrə dair ayrı-ayrı vərəqlərdə yazılmış bəzi əlavələr vardır.
4.ƏHMƏD BƏY CAVANŞİR

«1747-ci ildən 1805-ci ilə kimi Qarabağ xanlığının

siyasi mövcudluğu haqqında»

II
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə Həmidə Məmmədquluzadənin xətti ilə yazılmışdır. Üzərində yaşıl rəngdə qalın cildi vardır. Vərəqlər nömrələnmişdir. Ümumi dəftərin I vərəqində «O politiçeskom suhestvovanii Karabaxskoqo xanstva s 1747 po 1805 qod. Peçatano 1901 q. qor Şuşa» qeyd olunmuşdur. Əhməd bəy Cavan­şir ön sözdə oçerkin Mirzə Camalın, Mirzə Adıgözəlin, Axund Mirzə Mehdinin və digər şahidlərin hekayətləri əsasında yazıldığını bildirir. 1747-1805-ci illərdə Qafqazda baş verən tarixi hadisələr barəsindədir.


Ölçüsü: 15x20,5 sm; həcmi: 34+21 (boş) vərəq; fond 6, s.v. 462*.
5.ƏKBƏR XAN NAXÇIVANSKİ

«Xurşudbanu Natəvan haqqında xatirələr»
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 21 okt­yabr, 1959-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya və­rəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. XÛX əsr­də yaşayıb yaratmış olan Azərbaycan şairi Xurşudbanu Na­tavan barəsindədir.
Ölçüsü: 20x28,5 sm; həcmi: 11 vərəq; fond 6, s.v. 457*.
6.ƏLİ AZƏRİ

«Xatirələr (Cəlil Məmmədquluzadə haqqında)»
Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi iyun, 1965-ci il, Bakı. İki ümumi dəftərdən ibarətdir. C.Məmməd­qu­luzadə ilə tanışlığından yazır.

I dəftər. Cizgili vərəqlərin hər iki üzünə qara karandaş, qa­ra və göy mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir.
Ölçüsü: 17x20 sm; həcmi: 48 vərəq; fond 6, s.v. 352*.
II dəftər. Cizgili vərəqlərin hər iki üzünə göy mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Sonda belə bir qeyd vardır: «Bakı, iјun, 1965-çi il. duz 44 il».
Ölçüsü: 17x20 sm; həcmi: 24+15 (boş) vərəq; fond 6, s.v. 352*.
Dəftərin arasında Əli Azərinin xatirələrinə dair K.Ta­lıb­za­də ilə A.Zamanovun birgə yazdığı iki rəyi vardır. Birincisi sa­ya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmış və sonunda 31 avqust, 1965-ci il qeyd olunmuşdur. Digəri isə saya vərəqin bir üzünə göy mürəkkəblə yazılmış və sonunda 30 noyabr, 1965-ci il qeyd olunmuşdur.
Ölçüsü: 21x30 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 352*.
7.ƏLİ RAZİ ŞAMÇIZADƏ

«Molla Nəsrəddindən xatirə»
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və hara­da yazıldığı qeyd edilməmişdir. Sarı saya vərəqin bir üzü­nə qara karandaş və bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəq­lər nömrələnmişdir. C.Məmmədquluzadə haqqında olan xa­tirələridir.
Ölçüsü: 22x32,5 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 355*.
Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə