Афаг Ялийева



Yüklə 3,93 Mb.
səhifə11/17
tarix23.01.2018
ölçüsü3,93 Mb.
#21895
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

13.MANDAT
Rus dilində. Yazılış tarixi 23 iyun, 1921-ci il. Saya vərəqə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Sonda mü­dir və katibin imzası ilə təsdiqlənmişdir. ASSR Xalq Maa­rif Ko­missarlığının professional-texniki təhsil şöbəsi tərəfindən H.Məm­mədquluzadəyə verilmişdir.

Məzmunu: Az. XMK-nın professional-texniki təhsil şöbəsinin müvəkkili təyin edilən H.Məmmədquluzadəyə Kəhrizlidə xalçaçılıq məktəbinin açılmasında köməklik göstərilməsi barəsindədir.

Ölçüsü: 17,5x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 394*.
14.SIĞORTA KİTABÇASI
Rus dilində. Yazılış tarixi aprel, 1929-cu ildən – mart, 1930-cu il. Kitabça bənövşəyi mürəkkəblə yazılmışdır. Üzü açıq bənövşəyi rəngdədir. Kitabçanın əvvəlində həm Azərbaycan dilində latın əlifbası ilə, həm də rus dilində ev qulluq­çusunu qəbul etmək barəsində 4 bənddən ibarət şərtlər vardır. Kitabçanın üzərində qara hərflərlə «Azerbaydjanskiy Respublikanskiy Komitet Soü. Straxovaniə. Liüovoy sçёt straxovatelə № 1843. Knijka obcəvleniy № 1743 dlə uplatı straxotçisleniy za domrabotniüu. Po tarifu 2 rub. 15 kop.» qeyd edilmişdr. Hər səhifədə ödəyən tərəf kimi «Mixailova» imzasına rast gəlinir. Aylar üzrə ödənilən məbləğlərin kötükləri saxlanılaraq, özləri cırılıb götürülmüşdür.

Məzmunu: Ev qulluqçusu ilə hesablaşma barəsindədir.
Ölçüsü: 11x8,5 sm; həcmi: 19 vərəq; fond 6, s.v. 410*.
15.SİYAHI
Rus dilində. Yazılış tarixi 1906-cı il, Tiflis. Ayı və günü qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara mürəkkəb­lə yazılmışdır. Sonda qara karandaşla belə bir qeyd var: «1906 qod q. Tiflis. Pisala pod diktovku M.Djalila dlə tiraja kniqi otüa Axmedbeka Djevanşir».

Məzmunu: H.Məmmədquluzadənin atası Əhməd bəy Cavanşirin kitab köşklərinə, müxtəlif şəxslərə, Qori seminari­ya­sında F.Köçərliyə, Astraxanda nəşr olunan «Bürhani-tə­rəq­qi» qəzetinin redaksiyasına, «Qeyrət» mətbəəsinə göndə­rilən kitablarının siyahısıdır.
Ölçüsü: 15,5x44 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 407*.
16.SİYAHI
Rus dilində. Yazılış tarixi 1934-cü il. Ayı, günü və harada ya­zıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə bə­növşəyi mürəkkəblə yazılmışdır. H.Məmmədquluzadə et­di­yi tərcümələrin siyahısını tutmuşdur.

Məzmunu: Bəhriyanın sifarişi ilə «Azərbaycan türk nağılla­rı» kitabı üçün tərcümə etdiyi 19 hekayənin adları bildirilir.
Ölçüsü: 17x20,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 407*.
17.SİYAHI
Rus dilində. Yazılış tarixi 12 iyul, 1944-cü il, Bakı. Ciz­gili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. H.Məm­mədquluzadə gördüyü işlərin siyahısını tutmuşdur.

Məzmunu: AzOZFAN-ın sifarişi ilə 1931-ci ildən Əhməd­bəy Cavanşir və 1934-cü ildən Molla Nəsrəddin haqda xa­tirə yazmağa başladığını, Mirzə Cəlilin «Poçt qutusu», «Yan tütəyi», «Rus qızı» hekayələrini, V.Luqovskinin sifarişi ilə «Antaloqiə» üçün Azərbaycan şairlərinin şeirlərini, pro­fessor Bəhriyanın sifarişi ilə 19 hekayə, «İnqilab ədəbiy­yatı» jurnalında dərc olunan N.Nərimanov haqda hekayəni, Mir Cəlalın «Voskresnıy çelovek» əsərini, 1935-ci ildən isə «Literaturnıy Azerbaydjan» jurnalı üçün tərcümələr et­diyini bildirir.
Ölçüsü: 17x20,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 407*.

18.ŞƏHADƏTNAMƏ
Vərəqin yarısında Azərbaycan dilində ərəb əlifbası ilə, digər yarısında isə həmin mətn rus dilində. Yazılış tarixi 8 fevral, 1903-cü il, Tiflis. Şəhadətnamə Ruhani İdarəsinin sədri, Zaqafqaziya Şeyx-ül-İslamı A.A.Axundzadə, idarənin üzv­ləri A.A.Sultan Hüseynbəyov, A.Qazızadə, katib H.Hə­sən­zadənin imzaları ilə təsdiqlənmişdir. Zaqafqaziya Şiə Ru­hani İdarəsi tərəfindən Şuşa qəzasının Kəhrizli kəndində ya­şayan Həmidə xanıma verilmişdir.

Məzmunu Əhməd bəy Cavanşirin İbrahimbəyin qızı Xeyran­sa xanımla birgə nikahından olan Həmidə xanımın 1872-ci il, 24 dekabrda anadan olması təsdiqlənir.
Ölçüsü: 22x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 391*.
19.ÜZVÜLİK BİLETİ
Rus dilində. Yazılış tarixi 2 iyun, 1939-cu il, Bakı. Bilet bə­növşəyi mürəkkəblə yazılmışdır. Tünd qırmızı rəngdə qalın cildi və içərisində H.Məmmədquluzadənin şəkili var. Cil­din üzərində gümüşü hərflərlə «Soöz Sovetskix Pisate­ley SSSR» həkk olunmuşdur. Sədrin imzası və möhürü ilə təsdiqlənmişdir. Azərbaycan SSR Sovet Yazıçılar İttifaqı tərəfindən H.Məmmədquluzadəyə verilmişdir.

Məzmunu: Həmin İttifaqın üzvü olduğunu bildirir.
Ölçüsü: 7,5x5,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 400*.
20.ÜZVÜLİK BİLETİ
Rus dilində. Yazılış tarixi 13 sentyabr, 1954-cü il, Bakı. Bilet bənövşəyi mürəkkəblə yazılmışdır. Tünd qırmızı rəngdə qalın cildi və içərisində H.Məmmədquluzadənin şəkili var. Cildin üzərində qara hərflərlə «Soöz Sovetskix Pisateley SSSR. Literaturnıy Fond SSSR» həkk olunmuşdur. Sədrin imzası və möhürü ilə təsdiqlənmişdir. Azərbay­can SSR Sovet Yazıçılar İttifaqının Ədəbiyyat fondu tərəfindən H.Məmmədquluzadəyə verilmişdir.

Məzmunu: 1939-cu ildən həmin fondun üzvü olduğunu bil­dirir.
Ölçüsü: 9,5x6,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 404*.
21.VƏSİQƏ
Rus dilində. Yazılış tarixi 1 mart, 1946-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Qara rəngdə mürəkkəblə yazılmış­dır. Qırmızı rəngdə qalın cildi var. Cildin üzərində qara hərf­lərlə «Soöz Sovetskix Soüialistiçeskix Respublik. Udostoverenie k medali» sözləri və gerb həkk olunmuş­dur. Vəsiqəyə H.Məmmədquluzadənin şəkili yapışdırıl­mışdır.

Məzmunu: Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən Həmidə xanımın əmək qəhrəmanı medalına layiq görül­düyü üçün verilmişdir.

Ölçüsü: 8x10,5 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 403*.
22.VİZİT VƏRƏQİ
Rus dilində. Saya vərəqin bir üzünə qara rəngdə makina ça­pı ilə yazılmışdır.

Məzmunu: Adı, familiyası və Şuşa qəzasında torpaq sahibi – Kəhrizlidə mülki olduğu məlum olur.
Ölçüsü: 9x4,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 405*.
UŞAQLARINA AİD SƏNƏDLƏR
1.ARAYIŞ
Rus dilində. Yazılış tarixi 7 dekabr, 1929-cu il, Bakı. Sa­ya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Ara­yış redaktor əvəzi Ə.Nəzminin, katib Dobrodeyevin imza­ları və «Molla Nəsrəddin» jurnalı idarəsinin möhürü ilə təs­diqlənmişdir.

Məzmunu: Tələbə olan Midhətin atası C.Məmməd­qu­lu­za­dənin həqiqətən «Molla Nəsrəddin» jurnalının redaktoru ol­duğu bildirilir.
Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 434*.
2.ARAYIŞ
Azərbaycan dilində latın əlifbası ilə və rus dilində. Yazılış tarixi 31 avqust, 1939-cu il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Sənəd Azərbaycan Dövlət Tibb İnstitutunun tələbə işləri katibinin imzası və mö­hü­rü ilə təsdiqlənmişdir. Azərbaycan SSR Xalq Səhiyyə Komis­sarlığı tərəfindən Ənvərə verilmişdir.

Məzmunu: Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi ol­duğu bildirilir.
Ölçüsü: 21x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 438*.
3.DOĞUM ŞƏHADƏTNAMƏSİ
Rus dilində. Yazılış tarixi 3 oktyabr/noyabr, 1911-ci il, Tif­lis. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Surətdir. Şəhadətnamə Zaqafqaziya Şiə Ruhani İdarəsinin Şeyx-ül-İslamı Pişnamaz-Zadə, idarənin üzvləri Polad-Zadə və Hüseyn-Zadənin imzaları ilə təsdiqlənmişdir. Sənəd 20 may, 1930-cu ildə Bakı Natoriat Kantorunun imzası və möhürü ilə təsdiqlənmişdir. Sonda «İsklöçitelğno dlə predstavleniə v şkolu. Dlə druqix üeley ispolğzova­no bıtğ ne mojet» qeyd olunmuşdur.

Məzmunu: Zaqafqaziya Şiə Ruhani İdarəsi tərəfindən C.Məmmədquluzadənin qanuni arvadı sayılan H.Məmməd­qu­luzadədən 18 mart, 1908-ci ildə oğlu Midhətin anadan ol­du­ğu və həmin ildə idarənin 16 №-li ştat mollası tərəfindən do­ğum qeydiyyat kitabında qeydə alındığı göstərilir.
Ölçüsü: 21,5x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 432*.
4.DOĞUM ŞƏHADƏTNAMƏSİ
Rus dilində. Yazılış tarixi 3 oktyabr/noyabr, 1911-ci il, Tif­lis. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə ya­zılmışdır. Şəhadətnamə Zaqafqaziya Şiə Ruhani İdarəsinin Şeyx-ül-İslamı Pişnamaz-Zadə, idarənin üzvləri Polad-Za­də və Hüseyn-Zadənin imzaları və idarənin möhürü ilə təs­diqlənmişdir.

Məzmunu: Zaqafqaziya Şiə Ruhani İdarəsi tərəfindən C.Məm­mədquluzadənin qanuni arvadı sayılan H.Məm­məd­qu­luzadədən 18 mart, 1908-ci ildə oğlu Midhətin anadan ol­du­ğu və həmin ildə idarənin 16 №-li ştat mollası tərəfindən do­ğum qeydiyyat kitabında qeydə alındığı göstərilir.
Ölçüsü: 20x29,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 433*.
5.DOĞUM ŞƏHADƏTNAMƏSİ
Rus dilində. Yazılış tarixi 3 oktyabr/noyabr, 1918-ci il, Tiflis. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Şəhadətnamə Zaqafqaziya Şiə Ruhani İdarəsinin Şeyx-ül-İslamı Pişnamaz-Zadə, idarənin üzvləri Polad-Zadə və Hüseyn-Zadənin imzaları və idarənin möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: Zaqafqaziya Şiə Ruhani İdarəsi tərəfindən C.Məmmədquluzadənin qanuni arvadı sayılan H.Məmməd­qu­luzadədən 18 mart, 1908-ci ildə oğlu Midhətin anadan ol­du­ğu və həmin ildə idarənin 16 №-li ştat mollası tərəfindən do­ğum qeydiyyat kitabında qeydə alındığı göstərilir.
Ölçüsü: 21,5x31 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 433*.
6.DOĞUM ŞƏHADƏTNAMƏSİ
Rus dilində. Yazılış tarixi oktyabr/noyabr, 1911-ci il, Tiflis. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Şə­ha­dətnamə Zaqafqaziya Şiə Ruhani İdarəsinin Şeyx-ül-İs­la­mı Pişnamaz-Zadə, idarənin üzvləri Polad-Zadə və Hüseyn-Za­dənin imzaları və idarənin möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: Zaqafqaziya Şiə Ruhani İdarəsi tərəfindən C.Məm­mədquluzadənin qanuni arvadı sayılan H.Məmməd­qu­luzadədən 11 may, 1911-ci ildə oğlu Ənvərin anadan oldu­ğu və həmin ildə idarənin 17 №-li ştat mollası tərəfindən do­ğum qeydiyyat kitabında qeydə alındığı göstərilir.
Ölçüsü: 20,5x32 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 437*.
7.QİYMƏT KİTABÇASI
Rus dilində. Yazılış tarixi 23 dekabr, 1929-cu il. Kitabça bə­növşəyi mürəkkəb və qara, qırmızı, göy karandaşla yazıl­mışdır. Boz rəngdə qalın cildi var. Kitabça sonda üzərində «Azerbayd. Soüial. Sov. Respubl. Azerbaydj. Politexniç. İnstitut im. Azizbekova. Prolet. Vsex stran soe­din.» sözləri həkk olunan qəhvəyi rəngdə surquçla möhürlən­mişdir.

Məzmunu: Midhət Məmmədquluzadənin 1928-ci ildən Əziz­bəyov adına Azərbaycan Politexnik İnstitutunun tələbəsi olduğunu bildirir.
Ölçüsü: 10,5x16,5 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 436*.

8.MƏKTUB
Rus dilində. Yazılış tarixi 8 sentyabr, 1930-cu il, Don-Ku­bansk. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Kadrlar şöbəsinin müdirinin imzası ilə təsdiqlənmişdir. Don-Ku­bansk Dövlət Çay Donanması tərəfindən Azərbaycan Döv­lət Politexnik İnstitutuna yazılmışdır.

Məzmunu: Don-Kubanska ezamiyyətə göndərilən Midhət Məmmədquluzadə təcrübəsini bitirdiyi üçün sərəncamlarına göndərildiyi bildirilir.
Başlanır: Azerbaydjanskiy Qosudarstvennıy…

Bitir: … napravləetsə v Vaşe rasporəjenie.

Ölçüsü: 21x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 435*.
9.RƏY
Rus dilində. Yazılış tarixi 11 aprel, 1930-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Bir səhifədə eyni mətn iki dəfə təkrarlanmışdır. Tikinti Komitəsinin sədri Lobaçev, kollektivin partiya katibi Qabuyevin imzaları və Komitənin möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: Azərbaycan Politexnik İnstitutunun tələbə-praktikantlarının tikintidə fəhlələr arasında apardıqları ictimai işlər sadalanır və həmin tələbələrdən bir neçəsinin, o cüm­­lədən Midhət Məmmədquluzadənin daimi ictimai işə cəlb olunması barəsindədir.
Ölçüsü: 36x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 435*.
10.RƏY
Rus dilində. Yazılış tarixi 6 sentyabr, 1930-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Baş texnikin (adı oxunmur: «A.Fad…ə») imzası və möhürlə təsdiqlənmişdir.

Məzmunu: Don-Kubanskda təcrübə keçmiş Azərbaycan Po­litexnik İnstitutunun tələbəsi olan Midhət Məmmədquluza­dəyə işin öhdəsindən layiqincə gəldiyinə görə müsbət rəy verilmişdir.

Ölçüsü: 35x22 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 435*.

11.SİYAHI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 4 fevral, 1922-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili və­rəqin bir üzünə bənövşəyi karandaşla yazılmışdır.

Məzmunu: Midhətin müxtəlif yerlərə sərf etdiyi yol xərclərinin siyahısıdır.
Ölçüsü: 11x17,5 sm; həcmi: 2+1 (boş) vərəq; fond 6, s.v. 435*.
12.VƏSİQƏ
Rus dilində. Yazılış tarixi 14 yanvar, 1932-ci il, Bakı. Sa­ya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Komitənin sədri Rza-Zadə, elmi katib Feldberqin imzaları və Komitənin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Ener­getika Komitəsi tərəfindən Midhət Məmmədquluzadə­yə verilmişdir.

Məzmunu: Moskvada keçiriləcək Su Təsərrüfatı üzrə Ümum­ittifaq Konfransda Komitənin təmsilçisi olduğunu bildirir.

Ölçüsü: 21x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 435*.
13.VƏSİQƏ
Azərbaycan dilində kiril əlifbası ilə və rus dilində. Yazılış tarixi 12 may, 1942-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Vəsiqə bənövşəyi mürəkkəblə yazılmışdır. Qəhvəyi rəngdə qalın cildi var. Üzərində «AMİ» həkk olunmuşdur. ATİ-nun direktorunun, katibinin imzaları və İnstitutun mö­hü­rü ilə təsdiqlənmişdir. Azərbaycan Tibb İnstitutu tərəfindən Ənvər Məmmədquluzadəyə verilmişdir.

Məzmunu: İnstitutda həkim vəzifəsində işlədiyini bildirir.

Ölçüsü: 9,5x7,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 439*.

DİGƏR SƏNƏDLƏR
1.AKT
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 7 may, 1911-ci il, Kəhrizli. Cizgili vərəqin hər iki üzünə qara mü­rək­kəblə yazılmışdır. Sənəd 3 nəfərin adları (Əlibala Abbasov, Gülyaz, Əli Əsgər Abbasov) ilə təsdiqlənir.

Məzmunu: Kəhrizlidə Novruz bayramında Həmidə xanım ilə birgə kəmərxəttə çəkdiyi xərc barəsindədir.
Ölçüsü: 13x21 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 392*.
2.ARAYIŞ
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 6 okt­yabr, 1929-cu il, Ordubad. Cizgili vərəqin bir üzünə bənövşə­yi mürəkkəblə yazılmışdır. Ordubad Rayon İcraiyyə Komi­təsinin hesabdarının imzası ilə təsdiqlənmişdir.

Məzmunu: Ordubad RİK-si tərəfindən təyin edilmiş İbn-Yə­min Allahverdiyevin Ordubadın bütün idarələrindən «Mol­la Nəsrəddin» jurnalına 162 manat məbləğində abunə top­laması və Komitənin hesabında pul olmadığı üçün bir neçə gündən sonra ödəniləcəyi göstərilir.

Ölçüsü: 22x24,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 505.
3.ÇAĞIRIŞ
Vərəqin birində Azərbaycan dilində ərəb əlifbası ilə və hə­min mətn digər vərəq də isə Azərbaycan dilində latın əlif­bası ilə. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Hər səhifədə «Molla Nəsrəddin»in rəngli şə­kili var. Dəvət müsamirənin fəxri sədrləri S.Ağamalı oğlu və G.Musabəyov, məsul müdirləri C.Bağırov, B.Əliyev, A. Şə­rifzadə tərəfindən edilmişdir. Üzərində bənövşəyi rəngdə «Azərbaycan Sosialist Şura Cümhuriyyəti»nin möhürü və qa­ra mürəkkəblə «Mamedbekovoy Mina x..» şəklində qeyd vardır.

Məzmunu: 1923-cü il, çərşənbə günü, mayın 2-də hökumət Rus Opera teatrında (sabiq Mayılov) «Yeni türk əlifba komitəsi» və «Bakı ali darülmüəllimin türk müdavimləri» nəfinə təşkil olunan «Molla Nəsrəddin gecəsi»nə dəvətnamədir.
Ölçüsü: 18x13 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 446.
4.DƏVƏTNAMƏ
Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi 1 iyun, 1967, Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.

Məzmunu: Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi­nin C.Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley sərgisinin açılışına dəvətnamədir.
Ölçüsü: 13,5x9 sm; Həcmi: 2 səhifə; fond 6, s.v. 594*.
5.DƏVƏTNAMƏ
Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi 5 iyun, 1967, Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.

Məzmunu: C.Məmmədquluzadənin anadan olmasının 100 il­liyi münasibətilə M.F.Axundov adına Lenin ordenli Azərbay­can Dövlət Akademik Opera və Balet teatrında keçirilə­cək təntənəli yubiley gecəsinə dəvətnamədir.
Ölçüsü: 13,5x8,5 sm; Həcmi: 1 səhifə; fond 6, s.v. 594*.

6.İCMA QƏRARI
Rus dilində. Yazılış tarixi 6 avqust, 1922-ci il, Kəhrizli. Ciz­gili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Sə­nəd 90 nəfərin imzası, Kəhrizli İcraiyyə Komitəsinin sədri Cəmil Ağalarovun imzası və komitənin möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: Kəhrizlidə 1922-ci il, 25 iyulda keçirilən ic­las­da çəyirtgələrin əkin sahələrinə vurduğu ziyan nəticəsində məh­sulun az olmasına görə vergini ödəyə bilməyəcəkləri ba­rəsindədir.
Ölçüsü: 21x32 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 450.
7.QƏBZ
Rus dilində. Yazılış tarixi 4 iyul, 1925-ci il, Bakı. Saya və­rəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Heydər Şah­taxtinskinin imzası ilə təsdiqlənmişdir.

Məzmunu: H.Şahtaxtinskinin 1925-ci ilin aprel ayında sax­lanma üçün votçina sahibi kimi C.Məmmədquluzadəyə ve­rilən bütün əmlakı, pulları və qızıl əşyaları tam şəkildə özü­nə qaytarıldığı bildirilir.
Ölçüsü: 35x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 501*.
8.QƏBZ
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 19 yan­var, 1927-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya və­rəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. «Stalin» adına klub müdirinin imzası ilə təsdiqlənmişdir.

Məzmunu: «Molla Nəsrəddin» jurnalı redaksiyasının mü­vəq­qəti istifadə üçün apardığı «Əkinçi» qəzetinin komplektlə­rini geri aldığını bildirir.
Ölçüsü: 15x17,5 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 504.

9.QƏBZ
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qırmızı mürəkkəblə yazıl­mışdır. Quba klub müdirinin imzası və möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: Bu ilin 18 noyabrında keçiriləcək «Şah Abbas» tamaşasına ümumi məbləğin 25%-ni təşkil edən 31 ma­nat 30 qəpik ayrıldığı bildirilir.
Ölçüsü: 20,5x16 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 504*.
10.M.CAVANŞİRİN QEYDLƏRİ
Rus dilində. Yazılış tarixi 28 dekabr, 1841-ci il. Harada ya­zıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə qa­ra mürəkkəblə yazılmışdır. Sonda H.Məmmədqulu­za­də­nin xəttilə qara karandaşla «Zametki pokoynoqo brata Mame­da Djevanşir» qeyd olunmuşdur.

Məzmunu: Moskva Müsəlman Dərnəyinin öz tələbələrinin qarşısına qoyduğu vəzifələr, gördüyü işlər və referat üçün islamla bağlı 7 müxtəlif mövzu adları barəsindədir.
Ölçüsü: 13,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 449*.
11.MANDAT
Rus dilində. Yazılış tarixi 5 avqust, 1921-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mü­rək­kəblə yazılmışdır. Komitənin məsul müdiri Həsən Səfəro­vun imzası və möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: «Ədalət» İran Kommunist Partiyasının Naxçıvandakı Ölkə Komitəsi tərəfindən məxfi bağlama aparan Mirzə Ələkbər Məmmədquluzadəyə Xudafərin körpüsü vasitəsilə Qaradağa getmək üçün verilmişdir. Üzərində tapança olduğu bildirilir.

Ölçüsü: 17,5x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 451.

12.MANDAT
Vərəqin bir üzündə Azərbaycan dilində ərəb əlifbası ilə, di­gər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi 23 okt­yabr, 1921-ci il, Bakı. Azərbaycan dilində yazılan mətn qa­ra mürəkkəblə, rus dilində olan mətn isə qara rəngdə makina çapı ilə saya vərəqə yazılmışdır. ASSR Xalq Komissarlar Şurasının sədri M.Əfəndiyevin, işlər müdiri B.Bəh­ra­­movun imzaları və Şuranın möhürü ilə təsdiqlənmişdir. ASSR XKŞ-sı tərəfindən Mirzə Ələkbər Məmmədquluzadə­yə veril­mişdir.

Məzmunu: Cəbrayıl qəzasına – Koryaginə iranlı qaçqınlara kömək etmək məqsədi ilə ezam olunduğunu bildirir.

Ölçüsü: 21,5x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 452*.
13.MANDAT
Rus dilində. Yazılış tarixi 15 dekabr, 1921-ci il, Bakı. Sa­ya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazıl­mışdır. Məsul katibin, işlər müdirinin imzaları və Partiyanın möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: İran Mərkəzi Kommunist Partiyası tərəfindən Mirzə Ələkbər Məmmədquluzadənin Naxçıvan Ölkə Komitə­sinin sərəncamına ezam olunması barəsindədir.
Ölçüsü: 22,5x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 452*.
14.MƏHƏMMƏD TEYMURUN FƏRMANI
Türk dilində ərəb əlifbası ilə. Yazılış tarixi h. 1188-ci (1774) il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə köndələn şəkildə qara mürəkkəblə yazılmışdır. Üzə­rində Məhəmməd Teymurun möhürü vardır.
Ölçüsü: 28,5x43 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 464*.

15.PROQRAM
Parçanın bir tərəfində Azərbaycan dilində ərəb əlifbası ilə, digər tərəfində isə həmin mətn rus dilində. Bakı. Çəhra­yı rəngdə olan parçanın bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.

Məzmunu: Dəniz Cəmiyyətinin (Ticarət donanmasının) za­lında A.Kamarlinskinin cümə günü, 17 dekabr, 1910-cu il­də keçiriləcək «Cavanlar məişəti» tamaşası barəsindədir.
Ölçüsü: 25x37 sm; həcmi: 1 ədəd; fond 6, s.v. 326*.
16.PROQRAM
Vərəqin bir tərəfində Azərbaycan dilində ərəb əlifbası ilə, digər tərəfində isə həmin mətn rus dilində. Bakı. Saya və­rəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmış­­dır. Qaf­qaz müsəlman-müəllimləri qurultayının proqramıdır (sədr: N.Nərimanov; komissiya üzvləri: Həsən bəy Məlikov, A.Cəfərov, A.Həsənov, F.Ağayev; komissiyanın katibi: Y.Əfən­diyev).

Məzmunu: Avqust ayının 15-də keçiriləcək Qafqaz müsəlman müəllimləri qurultayının iki hissəli proqramıdır. Qurultayla bağlı «Kaspi» qəzetində H.Məlikova, «Həyat» qəzetində N.Nərimanova və «İrşad» qəzetində F.Ağayevə müraciət oluna biləcəyi haqda qeyd vardır.
Ölçüsü: 44x34 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 331*.
17.PROQRAM
Kitabçanın bir tərəfində Azərbaycan dilində ərəb əlifbası ilə, digər tərəfində isə həmin mətn rus dilində. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. «Nəşri-maarif» cəmiyyətinin müsəlmanlar arasında apardığı maariflənmə işinin xeyrinə təşkil olunmuş tədbir H.Z.Tağıyevin təşkilatçılığı ilə keçirilmişdir. Kitabçanın bir küncündə qırmızı lent vardır.

Məzmunu: 1908-ci il, şənbə günü, dekabrın 13-də axşam saat 8-də Bakı İctimai İclas zalında keçiriləcək Birinci Müsəlman Gecəsinin proqamıdır. S.M.Qəniyevin bir aktlı «Beri da pomni» və Şeqlovun bir pərdəli «Jenskaə çepuxa» komediyalarının məzmunu verilmişdir.
Ölçüsü: 8x13 sm; həcmi: 6 vərəq; fond 6, s.v. 509*.
18.PROQRAM
Azərbaycan dilində kiril əlifbası ilə. Bakı, 1967. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.

Məzmunu: Azərbaycan SSR Elmlər Akademiyasının C.Məm­mədquluzadənin anadan olmasının 100 illiyinə həsr edil­miş elmi sessiyasının proqramıdır.
Ölçüsü: 11x21,5 sm; Həcmi: 7 səhifə; fond 6, s.v. 594*.
Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə