Афаг Ялийева


PEREVOD OTKRITOQO PİSĞMA «MOLLA



Yüklə 3,93 Mb.
səhifə14/17
tarix23.01.2018
ölçüsü3,93 Mb.
#21895
1   ...   9   10   11   12   13   14   15   16   17

6.PEREVOD OTKRITOQO PİSĞMA «MOLLA

NASREDDİNA» K ŞEYX-ULĞ-İSLAMU
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Saya vərəqin hər iki üzünə qara karandaşla yazıl­mışdır. Başlıqda «Perevod otkrıtoqo pisğma «Molla-Nas­red.» k Şeyx-ulğ-İslamu» qeyd olunmuşdur. C.Məm­məd­quluzadənin «Molla Nəsrəddin» jurnalında 1907-ci il, 22-ci sayında «Molla Nəsrəddin» imzası ilə dərc olunan «Qaf­qaz Şeyx-ül-İslamına iki dənə açıq məktub (əvvəlinci mək­tub)» məqaləsinin Azərbaycan dilindən tərcüməsidir. Həmidə xanım ədib haqqında rus dilində yazdığı «Xatirələrim» əsəri üçün tərcümə etmişdir.
Ölçüsü: 23x27,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 178*.
7.PEREVOD OTKRITOQO PİSĞMA «MOLLA

NASREDDİNA» K ŞEYX-ULĞ-İSLAMU.

VTOROE PİSĞMO «MOLLA NASREDDİNA»

K ŞEYX-ULĞ-İSLAMU. ARMƏNSKİE İ

MUSULĞMANSKİE JENHİNI
Hər iki üzü yazılmış 8 vərəqli cizgili şagird dəftərində Hə­midə xanımın C.Məmmədquluzadə haqqında rus dilində yazdığı «Xatirələrim» əsəri üçün tərcümə etdiyi 3 məqalə vardır. Sonda bir vərəq boş saxlanılmışdır.

I məqalə. Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Vərəqin hər iki üzünə qara mürəkkəblə ya­zılmışdır. Başlıqda «Perevod otkrıtoqo pisğma «Molla Nas­reddina» k Şeyx-ulğ-İslamu» qeyd olunmuşdur. C.Məm­mədquluzadənin «Molla Nəsrəddin» jurnalında 1907-ci il, 22-ci sayında «Molla Nəsrəddin» imzası ilə dərc olu­nan «Qafqaz Şeyx-ül-İslamına iki dənə açıq məktub (əvvə­linci məktub)» məqaləsinin Azərbaycan dilindən tərcü­məsidir.
Ölçüsü: 17x20 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 178*.

II məqalə. Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Başlıqda «Vtoroe pisğmo Molla Nasreddina k Şeyx-ulğ-İslamu» qeyd olunmuşdur. C.Məmməd­qu­lu­za­dənin «Molla Nəsrəddin» jurnalında 1907-ci il, 22-ci sa­yın­da «Molla Nəsrəddin» imzası ilə dərc olunan «Qafqaz Şeyx-ül-İslamına iki dənə açıq məktub (ikinci məktub)» mə­qa­ləsinin Azərbaycan dilindən tərcüməsidir.
Ölçüsü: 17x20 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 178*.
III məqalə. Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Vərəqin hər iki üzünə qara mürəkkəblə ya­zılmışdır. Başlıqda «Statğə iz jurnala «Molla Nasreddin» za 1907 q. № 20. Armənskie i musulğmanskie jenhi­nı» qeyd olunmuşdur. C.Məmmədquluzadənin «Molla Nəs­rəddin» jurnalında 1907-ci il, 20-ci sayında dərc olunan «Er­məni və müsəlman övrətləri» məqaləsinin Azərbaycan di­lindən tərcüməsidir.
Ölçüsü: 17x20 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 178*.
Həmin dəftərin 7-ci vərəqinin hər iki üzünə bənövşəyi mü­rəkkəblə yazılmış bir qeyd vardır. Başlanğıcı həm ingilis, həm də rus dillərindədir. Qeyd Tiflisdə bir müsəlmanın köhnə fikirlərə, adət-ənənələrə, inanclara qarşı mübarizə aparmaq məqsədilə həftəlik jurnal nəşr etdirməsi barəsindədir.
Ölçüsü: 17x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 178*.
8.POÇTOVIY ƏHİK

I
Rus dilində. Yazılış tarixi, harada və kim tərəfindən tər­cü­mə olunduğu qeyd edilməmişdir. C.Məmmədquluzadənin «Poçt qutusu» hekayəsinin Azərbaycan dilindən tərcüməsidir. Pərakəndə cizgili dəftərxana vərəqlərinin hər iki üzünə qa­ra karandaşla yazılmışdır. Səhifələr nömrələnmişdir. 1-ci sə­hifədə «Poçtovıy əhikc», «Rasskaz Djalila Mamed-ku­li-zade» sözləri qeyd olunmuşdur. Əsər üzərində qara ka­ran­daşla təshih işi aparılmışdır.


Ölçüsü: 22x36 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 35*.
9.POÇTOVIY ƏHİK

II
Rus dilində. Yazılış tarixi 30 may, 1934-cü il. Harada yazıldığı qeyd edilməmişdir. C.Məmmədquluzadənin «Poçt qu­tusu» hekayəsini Azərbaycan dilindən Həmidə Məmməd­qu­luzadə tərcümə etmişdir. 6 saya və 6 müxtəlif ölçülü ciz­gili pərakəndə vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə ya­zılmışdır. Səhifələr nömrələnmişdir. 1-ci səhifəsində «Pe­revod s törskoqo soç. «Molla Nasreddina»», «Poçto­vıy əhik», son səhifəsində isə «30 maə 1934 q.», «Q.x. Mamedkulizade» sözləri qeyd olunmuşdur. Əsər üzərində bənövşəyi mürəkkəb və qara karandaşla təshih işi aparılmışdır.


Ölçüsü: 21x30–22x41 sm; həcmi: 12 vərəq; fond 6, s.v. 36.
10.PRİЁM
Rus dilində. Yazılış tarixi 21 may, 1936-cı il. Harada yazıl­dığı qeyd edilməmişdir. Nağıl Həmidə Məmmədquluzadə tə­rəfindən Azərbaycan dilindən rus dilinə tərcümə edilmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə ya­zılmışdır. Səhifələr nömrələnmişdir. Sonda «Perevela Qa­mida xanum M.K.Z. 21-qo maə 1936 q.» qeyd olunmuşdur. Əsə­rin müəllifi göstərilməmişdir.
Ölçüsü: 14,5x21 sm; həcmi: 10+1 (boş) vərəq; fond 6, s.v. 384*.

11.RUSSKAƏ DEVUŞKA
Rus dilində. Yazılış tarixi may, 1934-cü il, Kürdəmir. C.Məmmədquluzadənin «Rus qızı» hekayəsini Azərbaycan di­lindən Həmidə Məmmədquluzadə tərcümə etmişdir. Ciz­gili dəftərxana vərəqlərinin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. 1-ci səhifəsində «Rus­skaə devuşka», «perevod iz soç. «Molla Nasreddina», son səhifəsində isə «perevela Qamida x.», «1934 q. May. Kördamir» sözləri qeyd olunmuşdur. 13-cü vərəq ya­rı­dan eninə kəsilmişdir. Əsər üzərində bənövşəyi mürəkkəb və qara karandaşla təshih işi aparılmışdır.
Ölçüsü: 21x35 sm; həcmi: 13 vərəq; fond 6, s.v. 61.
12.SKAZKA O XANUME-SOROK BUTONOV
Rus dilində. Yazılış tarixi 20 fevral, 1941-ci il. Harada ya­zıl­dığı qeyd edilməmişdir. Nağıl Həmidə Məmmədquluzadə tə­rəfindən Azərbaycan dilindən rus dilinə tərcümə edilmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Vərəq­lər nömrələnmişdir. Sonda «1941, 20-qo fevralə. Pereve­la s Azerbaydj. Q.x.Mamedkulizade» qeyd olunmuşdur. Əsərin müəllifi göstərilməmişdir.

Ölçüsü: 20,5x30,5 sm; həcmi: 37 vərəq; fond 6, s.v. 459*.
13.SKAZKA PRO İLĞƏSA
Rus dilində. Yazılış tarixi 6 fevral, 1941-ci il, Bakı. Nağıl Həmidə Məmmədquluzadə tərəfindən Azərbaycan dilindən rus dilinə tərcümə edilmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. Sonda «6-qo fevr. 1941 q. q. Baku. Perevela s Azerbaydjanskoqo Qamida x.M.» qeyd olunmuşdur. Əsərin müəllifi göstərilməmişdir.

Ölçüsü: 20,5x30 sm; həcmi: 22 vərəq; fond 6, s.v. 460*.
14.UÇЁNIY AQRONOM
Rus dilində, avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Pərakəndə 4 ağ və 3 sarı saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nöm­rələnmişdir. 1-ci səhifədə «Uçёnıy aqronom», onun al­tın­dan «(rasskaz)» sözləri qeyd olunmuşdur. Əsər üzərində bə­­növşəyi mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır.
Ölçüsü: 26x34 sm; həcmi 7 vərəq; fond 6, s.v. 43.
15.FLEYTA
Rus dilində. Yazılış tarixi may, 1934-cü il. Harada yazıldığı qeyd edilməmişdir. C.Məmmədquluzadənin «Yan tü­tə­yi» hekayəsini Azərbaycan dilindən Həmidə Məmmədqulu­zadə tərcümə etmişdir. Pərakəndə cizgili vərəqlərin bir üzü­nə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmiş­dir. 1-ci səhifəsində «Fleyta», «Ən tötəqi», «rasskaz iz s. «Molla Nasreddina»», son səhifəsində isə «Perevela Qamida x.», «1934 q. May» sözləri qeyd olunmuşdur. Əsər üzərində bənövşəyi mürəkkəb və qara karandaşla təshih işi aparılmışdır.
Ölçüsü: 21x35 sm; həcmi: 12 vərəq; fond 6, s.v. 57.


DİGƏR MATERİALLAR


1.BAYATILAR
Azərbaycan dilində kiril əlifbası ilə və rus dilində. Yazılış tarixi 1944-cü il. Ayı, günü və harada yazıldığı qeyd edil­məmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəb və qa­ra karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. Bir şa­gird dəftərindən ibarətdir. Üzərində qara karandaşla «Baətı» qeyd olunmuşdur. Həm özünün, həm də digərlərinin di­lin­dən eşitdikləri bayatılar Həmidə xanımın xətti ilə yazıl­mışdır.
Ölçüsü: 16x20 sm; həcmi: 4+1 (boş) vərəq; fond 6, s.v. 453*.
2.DİN HAQQINDA MƏQALƏ
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1 may, 1926-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Əsər ağ sapla bir-birinə tikilmiş saya (14) və cizgili (6) vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səhifələr nöm­rələnmişdir. 6-cı səhifədən sonrakı səhifəyə nömrə vurul­mamış və sonradan 7-lə davam etdirilmişdir. Sərlövhəsi yoxdur. Dini mövzudadır. Əlyazmanın sonunda «1 may 1926. Məşədi Əbdülkərim» sözləri yazılmışdır. Bir çox səhi­fələrin kənarında köndələn şəkildə mətnə əlavələr edilmişdir. Əsər üzərində təshih işi aparılmışdır.
Ölçüsü: 18x22,5 sm; həcmi: 20 vərəq; fond 6, s.v. 68*.
3.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Əziz Şərifə cavab»

I
Rus dilində. Yazılış tarixi noyabr, 1936-cı il. Harada yazıl­dığı qeyd edilməmişdir. Pərakəndə cizgili dəftər vərəqləri­nin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nöm­rələnmişdir. Sonda «Qamida x. Mamedkulizade. Noəbrğ, 1936 q.» qeyd edilmişdir. Ə.Şərifin «Literaturnıy Azer­baydjan» jurnalının 53-cü səhifəsində dərc olunan «K 30 letiö pervoqo törkskoqo satiriçeskoqo jurnala «Mol­la Nasreddin»» adlı məqaləsinə etiraz cavabıdır.



Məzmunu: Ə.Şərifin «Mirza Djalil v 1910 qodu vıqod­no jenivşisğ na boqatoy vdove stal ostıvatğ k svoemu jurnalu» fikrinə ilk olaraq, onların 1910-cu ildə yox, 1907-ci il 15 iyunda evləndiklərini bildirmiş, jurnalın nəşri ilə bağlı öz xatirələrində yazdığını və həmin xatirələrlə bəra­bər C.Məmmədquluzadənin ona yazdığı məktubları da AzOZFAN-a verdiyini bildirir.

Ölçüsü: 17x21 sm; həcmi: 7+1 (boş) vərəq; fond 6, s.v. 387*.
4.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Əziz Şərifə cavab»

II
Rus dilində. Yazılış tarixi 11 noyabr, 1936-cı il, Bakı. Ciz­gili dəftər vərəqlərinin bir üzünə bənövşəyi mürəkkəblə ya­zılmışdır. Vərəqlər nömrələnmişdir. Dəftərin sonunda «Qa­mida x. Mamedkulizade. 11 noəbrə, 1936 q., q. Baku» qeyd edilmişdir. Ə.Şərifin «Literaturnıy Azerbaydjan» jur­nalının 7-8-ci nömrələrində dərc olunan «K 30 letiö per­voqo törkskoqo satiriçeskoqo jurnala «Molla Nas­reddin»» adlı məqaləsinə etiraz cavabıdır.



Məzmunu: Ə.Şərifin «Mirza Djalil v 1910 qodu vıqodno jenivşisğ na boqatoy vdove stal ostıvatğ k svoemu jurnalu» fikrinə ilk olaraq onların 1910-cu ildə yox, 1907-ci il 15 iyunda evləndiklərini bildirmiş, jurnalın nəşri ilə bağlı öz xatirələrində yazdığını və həmin xatirələrlə bəra­bər C.Məmmədquluzadənin ona yazdığı məktubları da ötən il Az.OZFAN-a verdiyini bildirir.

Ölçüsü: 17x21 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 414*.
5.«İZHARİ-TƏŞƏKKÜR» ADLI MƏLUMAT
«İzhari-təşəkkür» adlı məlumat «Molla Nəsrəddin» imzası ilə yazılmışdır. Azərbaycan dilində kiril əlifbası ilə. Saya və­rəqrin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. «Ölü­lər» tamaşasında oturan müsəlman qadınlarının göndər­dik­ləri töhfəyə görə minnətdarlıqdır.
Ölçüsü: 20x29 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 356*.
6.«MOLLA NƏSRƏDDİN» ADLI MƏLUMAT
«Molla Nəsrəddin» adlı məlumat «Açıq söz» qəzeti, 11 ap­rel, 1916-cı il, № 156 dərc olunmuşdur. Azərbaycan dilində kiril əlifbası ilə. Saya vərəqrin bir üzünə qara rəngdə ma­kina çapı ilə yazılmışdır. Məcmuənin müdiri C.Məm­məd­qu­luzadənin Bakıda olduğu, kağız aldıqdan sonra Tiflisdə jurnalın nəşrinə davam edəcəyi bildirilir və bu işdə müvəffəqiyyət dilənir.
Ölçüsü: 20x29 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 356*.
7.NAĞILLAR52
«Baftaçı Şah Abbas». Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 1936-cı il, Balaxanı. Saya vərəqin bir üzü­nə qara rəngdə makina çapı ilə yazılmışdır. Vərəqlər nömrələn­mişdir. Sonda «Toplayanı: Ə.H.Tahirov. Söyləyəni: Bala­xanı – Tonus Bəhram oğlu» qeyd olunmuşdur. Üzərində cid­di təshih işi aparılmışdır.

Ölçüsü: 22,5x32 sm; həcmi: 12 vərəq; fond 6, s.v. 461*.

«İlyasın nağılı». Azərbaycan dilində latın əlifbası ilə. Yazı­lış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərə­qin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Vərəq­lər nömrələnmişdir. Üzərində ciddi təshih işi aparılmışdır. Əsərin müəllifi göstərilməmişdir.

Ölçüsü: 22,5x32 sm; həcmi: 20 vərəq; fond 6, s.v. 461*.
«Qırx qönçə xanım». Azərbaycan dilində latın əlifbası ilə. Ya­zılış tarixi 16 oktyabr, 1937-ci il. Harada yazıldığı qeyd edil­məmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina ça­pı ilə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Sonda «De­yə­ni: Kərbəlayi Həsən Yusif oğlu. Toplayanı: Baqi Hüseynov» qeyd olunmuşdur. Üzərində ciddi təshih işi aparılmışdır.

Ölçüsü: 22,5x32 sm; həcmi: 22 vərəq; fond 6, s.v. 461*.
8. «ÖLÜLƏR» HAQQINDA MÜXTƏLİF

MƏQALƏLƏR

I
««Ölülər» və onun tənqidçiləri haqqında bir mütaliə» adlı mə­qalə Kazımoğlu53 imzası ilə yazılmışdır. Azərbaycan dilin­də kiril əlifbası ilə. Saya vərəqlərin bir üzünə qara rəngdə ma­kina çapı ilə yazılmışdır. «Ölülər»in ilk tamaşası haqda ya­zılan məqalələrə (N.Vəzirov, N.Nərimanov, S.Qənizadə, H.Ca­vidin müsbət fikirlərinə) öz yaxşı münasibətini bildirir.
Ölçüsü: 20x29 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 356*.
II
««Ölülər» və onun tənqidçiləri haqqında bir mütaliə. (dü­nən­ki sayından mabəd)» adlı məqalə Kazımoğlu imzası ilə ya­zılmışdır. Azərbaycan dilində kiril əlifbası ilə. Saya vərəq­lərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Əv­vəlki məqalənin davamıdır. «Ölülər»in ilk tamaşası haq­da yazılan məqalələrə öz fikrini bildirir.
Ölçüsü: 20x29 sm; həcmi: 5 vərəq; fond 6, s.v. 356*.
III
««Ölülər» haqqında» adlı məqalənin müəllifi Hacı İbrahim Qasımovdur. Azərbaycan dilində kiril əlifbası ilə. «Bəsi­rət» qəzeti, № 94. Saya vərəqlərin bir üzünə qara rəngdə ma­kina çapı ilə yazılmışdır. Mirzə Cəlilin «Ölülər»i ölü fikirləri dirildəcək qədər mahiranə bir üsulda yazdığını bildirir.
Ölçüsü: 20x29 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 356*.
IV
«Ölülər» adlı məqalə «Seyrçi» imzası ilə dərc olunmuşdur. Azərbaycan dilində kiril əlifbası ilə. «Yeni iqbal» qəzeti, 2 may, 1916-cı il, № 297. Saya vərəqlərin bir üzünə qara rəng­də makina çapı ilə yazılmışdır. Müəllif Kefli İsgəndərin müs­bət surət kimi verilməsinə etirazını və eləcə də aktyorla­rın oyunundan narazı qaldığını bildirir.

Ölçüsü: 20x29 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 356*.
V
«Ölülər» haqqında təsirat» adlı məqlə «Bir nəfər» imzası ilə dərc olunmuşdur. Azərbaycan dilində kiril əlifbası ilə. «Açıq söz» qəzeti, 2 may, 1916-cı il, № 174. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. «Ölülər»in ilk tamaşası haqqında deyilmiş fikirlərə (S.Qənizadə, H.Ca­vid, N.Nərimanov, N.Vəzirov, Ü.Hacıbəyov) yekun vu­raraq yazır: «Allah insanı fikirləşmədən danışan, ideyanın nə olduğunu bilməyərəkdən ideyabazlıq edən münəqqidlərdən hifz etsin».
Ölçüsü: 20x29 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 356*.
9.RZA ŞAHVƏLƏDOV

«Molla və kəndçilər»

I
Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi və hara­da yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qa­ra rəngdə makina çapı ilə yazılmışdır. Vərəqlər nömrələn­mişdir. Üz vərəqində «Molla və kəndçilər. Kəndli həyatından götürülmüş bir pərdəli inqilabi dramadır», sonunda isə «Əsər: Rza Şahvələdov» qeyd olunmuşdur.


Ölçüsü: 20,5x29,5 sm; həcmi: 14 vərəq; fond 6, s.v. 463*.
10.RZA ŞAHVƏLƏDOV

«Molla və kəndçilər»

II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. 1 dəftərdən ibarətdir. Səliqəlidir. Üz vərəqində «Molla və kəndçilər. Kəndli həyatından götürülmüş bir pərdəli inqilabi dramadır» və «Əsər: Rza Şahvələdov» qeyd olunmuşdur. Üzərində «Razreşeno Azlitom 8.XII.1925 q. №__ Politredaktor Axundzade» sözləri həkk olunmuş bə­növ­şəyi rəngdə ştampı var.


Ölçüsü: 18x22 sm; həcmi: 9 vərəq; fond 6, s.v. 463*.

11.SEYİDLƏR
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. Başlığında «Seyidı. İstoriə prejnix vremёn» qeyd olunmuşdur. Müəllifi məlum ol­mayan hekayə Həmidə xanımın xətti ilə yazılmışdır. Natamamdır.
Ölçüsü: 20x30 sm; həcmi: 5 vərəq; fond 6, s.v. 458*.
12.TƏMSİLLƏR
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və hara­da yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzü­nə qara mürəkkəblə yazılmışdır. Vərəqlər ağ sapla bir-bi­ri­nə tikilmişdir. Müəllifi və tərcüməçisi göstərilməmişdir. 13 təm­silin tərcüməsi nəzmlə yazılmışdır. Təmsillərin adları: «Kir­pi və dovşan», «Sazanda», «Bülbül və eşşək», «Qazlar», «Meymun və eşşək», «Qarğa və bülbül», «Tülkü və qar­ğa», «Tülkü və qurd», «Əkinçi və pinəçi», «Tülkü və üzük», «Yolçu və tülkü», «Qarğa və sağsağan», «Tənbəl əkin­çiyə tənə».
Ölçüsü: 18x22,5 sm; həcmi: 10+4 (boş) vərəq; fond 6, s.v. 455*.

FOTOŞƏKİLLƏR


1.C.MƏMMƏDQULUZADƏ BİR NEÇƏ NƏFƏRLƏ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. C.Məmmədqu­lu­zadənin uşaqlıq dövrünə aiddir. İki naməlum şəxs stulda əy­ləşmiş, Mirzə Cəlil isə onların arasında ayaq üstə durmuş­dur. Qəhvəyi rəngdədir. Şəkilin arxasında bənövşəyi ştamp­da rus dilində «Fotoqrafiə Jozefa Ter-Zaxarən» qeyd edil­mişdir.

Ölçüsü: 6,5x10 sm; s.v. 362.


2.C.MƏMMƏDQULUZADƏ OĞLU MİDHƏTLƏ
Çəkiliş tarixi qeyd edilməmişdir. Bərdə. C.Məmmədqu­lu­zadə üzərində xalça olan taxtabənddə oturmuş, oğlu Midhət isə onun yanında ayaq üstə dayanmışdır. Midhətin uşaqlıq vaxtıdır. Şəkil çox bozarmışdır.

Ölçüsü: 6x9 sm; s.v. 365*.


3.C.MƏMMƏDQULUZADƏ OĞLU MİDHƏTLƏ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. C.Məmmədqu­lu­zadə stulda oturmuş, oğlu Midhət isə ayaq üstə yanında du­raraq əlindən tutmuşdur. Həmin şəkildən 3 müxtəlif ölçüdə var.

Ölçüsü: 8,5x14 sm; 9,5x12 sm; 7,5x12,5 sm; s.v. 366.


4.C.MƏMMƏDQULUZADƏ TABUTDA54
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. C.Məmmədqu­lu­zadənin tabutu ətrafında 6 nəfər ailə üzvləri dayanmışdır.

Ölçüsü: 11,5x9,5 sm; s.v. 374.


5.C.MƏMMƏDQULUZADƏ TABUTDA
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. C.Məmmədqu­lu­zadənin tabutu ətrafında 6 nəfər ailə üzvləri dayanmışdır. Şə­kil qəhvəyi rəngdə kartondan olan çərçivəyə yapışdırılmışdır.

Ölçüsü: 38,5x27,5 sm; s.v. 374.


6.C.MƏMMƏDQULUZADƏNİN AİLƏVİ ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. Evdə çəkilmiş ailə­vi şəkil C.Məmmədquluzadə ilə birlikdə 6 nəfərdir.

Ölçüsü: 11,5x10 sm; s.v. 365*.


7.C.MƏMMƏDQULUZADƏNİN AİLƏVİ ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. C.Məmmədqu­luzadə çəmənlikdə 5 nəfər ailə üzvləri ilə birgə yerdə oturmuşdur. C.Məmmədquluzadə baş tərəfdə əyləşmişdir. Şəkil sa­rı rəngdə kartondan olan çərçivəyə yapışdırılmışdır.

Ölçüsü: 24,5x19,5 sm; s.v. 365*.


8.C.MƏMMƏDQULUZADƏNİN AİLƏVİ ŞƏKLİ
1926-cı il, İsa bulağı. C.Məmmədquluzadənin 8 nəfər ailə üzvləri ilə birgə şəklidir. C.Məmmədquluzadə əlində əsa or­tada durmuşdur.

Ölçüsü: 11,5x10 sm; s.v. 365*.


9.C.MƏMMƏDQULUZADƏNİN KƏHRİZLİDƏKİ EVİ
Çəkiliş tarixi qeyd edilməmişdir. Kəhrizli. Kəhrizlidəki bir mərtəbəli evinin şəklidir. Həyətdə ağaclar var. Bir-bi­rin­dən az fərqlənən eyni ölçülü 2 şəkildir.

Ölçüsü: 12x9 sm; 2 ədəd; s.v. 375*.


10.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
7 oktyabr, 1908-ci il, Tiflis. Şəkilin arxasında qara mü­rək­kəblə rus dilində «Doroqoy Qamide i bolğnomu sınu Mid­xatu. 7 oktəbrə, 1908, q. Tiflis» qeyd edilmişdir.

Ölçüsü: 10,5x14,5 sm; s.v. 358*.


11.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
1900-cu il, Tiflis. Şəkilin arxasında bənövşəyi mürəkkəblə Azərbaycan dilində latın əlifbası ilə «Mirzə Cəlil, Tiflis 1900» qeyd edilmişdir.

Ölçüsü: 11,5x17,5 sm; s.v. 358*.


12.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. Balaca konvertin içə­risindədir.

Ölçüsü: 4,5x7 sm; s.v. 359*.


13.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.

Ölçüsü: 6x8,5 sm; s.v. 359*.


14.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.

Ölçüsü: 8,5x11,5 sm; s.v. 359*.


15.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.

Ölçüsü: 9x11,5 sm; s.v. 359*.



16.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.

Ölçüsü: 12,5x18 sm; s.v. 359*.


17.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.

Ölçüsü: 10,5x17 sm; s.v. 359*.


18.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.

Ölçüsü: 18x24 sm; s.v. 360.


19.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.

Ölçüsü: 6x9 sm; s.v. 361*.


20.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.

Ölçüsü: 6x8,5 sm; s.v. 361*.


21.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. C.Məmmədquluzadənin son vaxtlarının şəklidir.

Ölçüsü: 9x12 sm; s.v. 361*.


22.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.

Ölçüsü: 9x13 sm; s.v. 361*.


23.C.MƏMMƏDQULUZADƏNİN TƏK ŞƏKLİ
1931-ci il. Çəkiliş yeri qeyd edilməmişdir. Keçirdiyi iflic xəs­təliyindən sonra olan şəklidir.

Ölçüsü: 11,5x18 sm; s.v. 361.


24.HƏMİDƏ XANIM AİLƏ ÜZVLƏRİ

VƏ QOHUMLARI İLƏ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. Şəkildə Həmidə xa­nım, Ənvər, Midhət və Münəvvərdən əlavə, şəkilin arxasın­da naməlum xətlə qeyd edilmiş daha 3 nəfər – C.Məm­məd­quluzadənin qohumu Teymur Kəngərli, Səadət xala və bir yaşlı qadın vardır.

Ölçüsü: 8,5x6 sm; s.v. 369*.


25.HƏMİDƏ XANIM UŞAQLARI İLƏ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. Şəkildə Həmidə xanım, Ənvər və Midhət üzərinə palaz salınmış taxtabənddə otur­muşlar. Onların arxasında balaca bir oğlan da (üzü çox boz düşdüyündən kimliyi məlum deyil) dayanmışdır.

Ölçüsü: 8x5,5 sm; s.v. 373*.


26.HƏMİDƏ XANIMIN TƏK ŞƏKLİ
Oktyabr, 1935-ci il, Bakı.

Ölçüsü: 8,5x13 sm; s.v. 364*.


27.HƏMİDƏ XANIMIN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.

Ölçüsü: 16,5x23,5 sm; s.v. 364*.


28.HƏMİDƏ XANIMIN TƏK ŞƏKLİ
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir.

Ölçüsü: 19,5x24 sm; s.v. 364*.



29.KOLLEKTİV ŞƏKİL
Çəkiliş tarixi qeyd edilməmişdir. Şuşa. Kollektiv çəkilən şə­kildə Ənvər, Midhət, Rəşid və Muraddan əlavə daha 5 nə­fər var.

Ölçüsü: 14x9 sm; s.v. 369*.


30.KOLLEKTİV ŞƏKİL
Çəkiliş tarixi və yeri qeyd edilməmişdir. Azərbaycan zi­ya­lı­larının kollektiv çəkilən şəklində 6 nəfər var. Onlardan 4-ü stulda oturmuşdur: S.M.Qənizadə, Mirzə Cəlil, Əli İs­gən­dər Cəfərov və adı qeyd olunmayan daha bir nəfər. 2-si isə oturanların arxa tərəfində ayaq üstə dayanmışdır: Qur­ban­əli Şərifov, Ö.F.Nemanzadə. Şəklin yuxarı hissəsində fars dilində belə bir qeyd vardır: «Tərəqqixahane-İran Mirzə Cə­lil modire Molla Nəsrəddin».

Ölçüsü: 14x9 sm; 2 ədəd; s.v. 372*.


31.KOLLEKTİV ŞƏKİL
1907-ci il, Şuşa. Kollektiv çəkilən şəkildə 27 nəfər var. On­lardan 8-i əllərində tar, kaman və qarmon oturmuş, 19-u isə ayaq üstə durmuşlar: Həmidə xanım, doktor Kərim bəy Meh­mandarov, Adila Mehmandarova, Rəşid bəy Mehmandar­ov, Baqatürb Əlverdov, Ağalar Əlverdov, Ələkbər Axundov, Olqa Qriqoryevna Sipyaqina və onun qardaşı Pyotr, Mi­na xanım Davatdarova, Cavad Orucov, Mir Həsən Vəzirov və s. Şəkil göy rəngdədir.

Ölçüsü: 16,5x20 sm; s.v. 373*.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə