“agbank” AÇiq səhmdar cəMİYYƏTİNİN 31 dekabr 2014 cü IL tarixinə Maliyyə Hesabatları



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix17.09.2018
ölçüsü3,18 Mb.
#69022
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

20

 

Müştərilərin cari hesabları və depozitləri 

 

2014  



AZN’000  

 

2013  

AZN’000  

Cari hesablar və tələb depozitləri 

 

 

 



Fərdi müştərilər 

 47,657    

 41,396  

Korporativ müştərilər 



 52,313    

 42,088  

 

 

 



 

Müddətli depozitlər 

 

 

 



Fərdi müştərilər 

 195,014    

 188,385  

Korporativ müştərilər 



 35,247    

 25,539  

 

 330,231    



 297,408  

 

31 dekabr 2014-



cü il tarixinə kreditlər və Bank tərəfindən verilən tanınmamış kredit alətləri üçün 

girov kimi xidmət edən müştəri depozitlər balansı Bankda 30,787 min AZN (2013: 26,843 min AZN) 

təşkil etmişdir. 

31 dekabr 2014-

cü il tarixinə Bankın, hesab qalıqları kapitalının 10 %-dən artıq olan altı müştərisi 

(2013: on müştəri) olmuşdur. Həmin hesab qalıqların 31 dekabr 2014-cü il tarixinə cəmi məbləği 

53,875 min AZN təşkil etmişdir (2013: 77,938 min AZN). 

21

 

Sair 

borc öhdəlikləri və subordinasiya borc öhdəlikləri 

 

2014  



AZN’000  

 

2013  

AZN’000  

Subordinasiya borc öhdəlikləri 

 8,391    

 9,066  

Sair borc öhdəlikləri 

 

 



 

Azərbaycan İpoteka Fondu 

43,034 

 

36,802 



Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 

36,619 


 

28,590 


Azərbaycan Respublikası Mərkəzi Bankı (ARMB) 

6,006 


 

10,010 


Alman-

Azərbaycan Fondu (AAF) 

1,127 

 

1,277 



Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 

 



OPEC-


in Beynəlxalq İnkişaf Fondu 

 



642 

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 

 

47 



Cəmi sair borc öhdəlikləri 

86,793 

 

77,377 

 

95,184 

 

86,443 

(a)

 

Subordinasiya borc öhdəlikləri 

Beynəlxalq Maliyyə Korporasiyası 

Kiçik və orta ölçülü müəssisələrə kreditlərin verilməsi məqsədi ilə 10,000 ABŞ dolları məbləğində 

kredit xəttini almaq üçün 5 may 2009-cu il tarixində Bank BMK ilə subordinasiya borc öhdəlikləri 

haqqında müqavilə bağlamışdır ki, həmin xətt üzrə kredit Banka iki tranş ilə veriləcək. 31 dekabr 

2014-

cü il tarixində sözügedən ödənilməmiş borcun məbləği 4,167 min ABŞ dolları təşkil etmişdir 



(2013: 6,506 min ABŞ dolları). Borc altı bərabər yarımillik hissə ilə ödənilməlidir. Birinci ödəniş 15 

sentyabr 2014-

cü il tarixinə nəzərdə tutulur. 12 noyabr 2010-cu il tarixində Bank kredit xətti üzrə 

məbləği 5,000 min ABŞ dolları olan ikinci tranşı ləğv etmişdir. Bankın yuxarıda qeyd olunan kredit 

sazişində nəzərdə tutulan müəyyən xüsusi şərtlərə riayət etməsi tələb olunur. 

 

44 




AGBank Açıq Səhmdar Cəmiyyəti 

31 dekabr 2014-

cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər 

 

21 

Sair borc öhdəlikləri və subordinasiya borc öhdəlikləri, davamı 

(a) 

Subordinasiya borc öhdəlikləri, davamı  

Bank 


müflisləşdiyi  təqdirdə,  subordinasiya  borc  öhdəlikləri  Bankın  bütün  digər  öhdəlikləri  tam 

həcmdə ödənildikdən sonra ödəniləcəkdir. 



Çingiz Əsədullayev  

Bank öz kapitalını artırmaq üçün 20 iyun 2013-cü il tarixində Çingiz Əsədullayevlə (Bankın birbaşa 

nəzarətedici tərəflərindən biri) illik faiz dərəcəsi 12% olan, 2019-cu ilin iyun ayına qədər ödəniləcək 

6,000 min AZN məbləğində iki əlaqəli kredit müqaviləsi imzalamışdır. 31 dekabr 2014-cü il tarixinə 

bu müqavilə əsasında ödənilməmiş borcun məbləği 5,017 min AZN (2013: 5,017 min AZN) təşkil 

etmişdir.  Çingiz  Əsədullayevdən  borc  götürülmüş  vəsaitlər  üzrə  Bankın  riayət etməli  olduğu  hər 

hansı xüsusi şərt mövcud deyil. 

(b)

 

Sair borc öhdəlikləri 

Azərbaycan İpoteka Fondu 

Fiziki şəxslərə veriləcək ipoteka kreditlərin ilkin maliyyələşdirilməsi məqsədi ilə Bank ARMB-nin 

nəzdində  yaradılmış  Azərbaycan  İpoteka  Fondu  ilə  17  fevral  2006-cı  il  tarixində  müqavilə 

bağlamışdır. Həmin proqram çərçivəsində kredit vəsaitləri Banka 1-4 faiz illik dərəcəsi ilə verilir, 

Bank isə həmin vəsaitləri müəyyən edilmiş tələblərə cavab verən borcalanlara illik faiz dərəcəsi 4-8 

faiz hüdudunda olan faiz dərəcəsi ilə verir. 31 dekabr 2014-cü il tarixinə Bankın Fondun qarşısında 

borcu 2044-cü ilin avqu

st ayındək ödəniləcək 43,034 min AZN (31 dekabr 2013-cü il: 36,802 min 

AZN

) təşkil etmişdir. AİF-dən borc götürülmüş vəsaitlər üzrə Bankın riayət etməli olduğu hər hansı 



xüsusi şərt mövcud deyil. 

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu 

Kiçik və orta ölçülü müəssisələrin maliyyələşdirilməsi məqsədi ilə Bank, Azərbaycan Respublikası 

İqtisadi İnkişaf Nazirliyinin nəzdində yaradılmış Sahibkarlığa Kömək Milli Fondu ilə 27 sentyabr 

2004-


cü il tarixində kredit müqaviləsini bağlamışdır. Həmin proqram çərçivəsində kredit vəsaitləri 

Banka 1.0 faiz illik dərəcəsi ilə verilir, Bank isə həmin vəsaitləri müəyyən edilmiş tələblərə cavab 

verən borcalanlara illik faiz dərəcəsi 7.0 – 8.0 faizdən yüksək olmayan faiz dərəcəsi ilə verir. 31 

dekabr 2014-cü il 

tarixinə Bankın SKMF qarşısında borcu 2024-cü ilin dekabrınadək ödənilməli olan 

36,619 min AZN (31 dekabr 2013-

cü  il:  28,590  min  AZN)  təşkil  etmişdir.  SKMF-dan borc 

götürülmüş vəsaitlər üzrə Bankın riayət etməli olduğu hər hansı xüsusi şərt mövcud deyil. 



ARMB  

Bank ARMB ilə iki müqavilə imzalamışdır. Birinci müqavilə illik faiz dərəcəsi 5.5% olan 2,000 min 

AZN məbləğində borc vəsaiti almaq üçün 19 dekabr 2012-ci il tarixində bağlanmışdır. Borcun ödəniş 

tarixi 2014-

cü ilin avqust ayında nəzərdə tutulur. İkinci müqavilə illik faiz dərəcəsi 5.25% olan 8,000 

min AZN məbləğində borc vəsaiti almaq üçün 2 aprel 2013-cü il tarixində bağlanmışdır. Borcun 

ödəniş tarixi 2015-ci ilin mart ayında nəzərdə tutulur. ARMB-dan borc götürülmüş vəsaitlər üzrə 

Bankın riayət etməli olduğu hər hansı xüsusi şərt mövcud deyil. 



 

 

 

 

 

45 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə