Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə6/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   2   3   4   5   6   7   8   9   ...   228

 

 

19 



Allahın  Elçisi!”  Dedi:  “Bilirsənmi,  Allahın  qulları  üzərindəki  haqqı  nədir?” 

Dedim:  “Allah  və  Onun  elçisi  daha  yaxşı  bilir!”  Dedi:  “Allahın  qulları 

üzərindəki  haqqı,  qulların  Ona  ibadət  edib  heç  kəsi  Ona  şərik  qoşmamaları-

dır”.  Bir  qədər  getdikdən  sonra  yenə:  “Ey  Muaz  İbn  Cəbəl!”  deyə  çağırdı. 

Dedim:  “Buyur,  əmrinə  müntəzirəm,  ey  Allahın  Elçisi!”  Dedi:  “Bilirsənmi, 

qulları  bunu  yetirəcəkləri  təqdirdə  onların  Allah  üzərindəki  haqqı  nədir?” 

Dedim:  “Allah  və  Onun  elçisi  daha  yaxşı  bilir!”  Dedi:  “(Ona  heç  nəyi  şərik 

qoşmayan) qullarına əzab verməməsidir”. (Buxari 5967, Muslim 47, 152) 

 

 



 

 

19.  Muaz    demişdir:  “Mən  Peyğəmbərlə    birlikdə  onun  Ufeyr  adlı 



uzunqulağına minmişdim. (Mən Peyğəmbərin  tərkində ikən) o dedi: “Ey Muaz, 

bilirsən Allahın qulları üzərindəki haqqı və qulların da Allah üzərindəki haqqı 

nədir?”  Mən:  “Allah  və  Onun  rəsulu  daha  yaxşı  bilir!”  dedim.  O  buyurdu: 

“Allahın qulları üzərindəki haqqı, qulların Ona ibadət edib heç kəsi Ona şərik 

qoşmamalarıdır.  Qulların  Allah  üzərindəki  haqqı  isə,  Ona  heç  nəyi  şərik 

qoşmayan  qullarına  əzab  verməməsidir.”  Mən  dedim:  “Ya  Rəsulullah,  bu 

xəbərlə camaatı müjdələyimmi?” O buyurdu: “Müjdələmə, (yoxsa) onlar (buna) 

arxayın olacaqlar.” (Buxari 2856, Muslim 44, 153) 

 

 



 

 

20. Ənəs  rəvayət edir ki, Peyğəmbər  Muazla  birlikdə dəvənin tərkində 



ikən:  “Ey  Muaz!”  deyə  çağırdı.  (Muaz):  “Buyur,  əmrinə  müntəzirəm,  ya 

Rəsulullah!” deyə cavab verdi. (Peyğəmbər) yenə: “Ey Muaz!” deyə çağırdı. O: 

“Buyur, əmrinə müntəzirəm, ya Rəsulullah!” deyə cavab verdi. Bu hal üç dəfə 

təkrar olduqdan sonra Peyğəmbər  dedi: “Allahdan başqa ibadətə layiq haqq 

məbud  olmadığına  və  Muhəmmədin  Allahın  elçisi  olduğuna  sidq  ürəkdən 

şəhadət  verən  elə  bir  kəs  yoxdur  ki,  Allah  ona  Cəhənnəm  odunu  haram 

etməsin.”  (Muaz)  dedi:  “Ya  Rəsulullah!  Bunu  insanlara  xəbər  verimmi  ki, 

sevinsinlər?”.  Peyğəmbər:  “Belə  olduğu  təqdirdə  (buna)  arxayın  olacaqlar.” 

Muaz  günaha  batacağından  qorxub  ölümündən  qabaq  bu  haqda  (insanlara) 

xəbər verdi. (Buxari 128, Muslim 47, 157) 

 



 

 

20 



 

 

İmanın Şöbələri



 

 

 



 

21. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İman altmış və bir 



neçə  şöbədən  ibarətdir.  Həya  da  imanın  şöbələrindəndir.”  (Buxari  9,  Muslim 

50, 161) 

 





 

22. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  ənsardan olan qardaşına (həddən 



ziyadə) həyalı olmamağı nəsihət edən bir kişinin yanından keçərkən demişdir: 

“Onu burax! Çünki həya imandandır.” (Buxari 16, 24, Muslim 52, 163) 

 

 



 

23. İmran İbn Husayn  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Həyalı olmaq 

(insana) ancaq xeyir gətirər!” (əl-Buxari 6117, Muslim 53, 165) 

 

 

 

İslamın Əhkamlarının Fərqlənməsi Və Onlardan Hansının 

Daha Üstün Olmasının Bəyanı 

 

 



 

 



24. Abdullah  İbn Amr    rəvayət edir  ki,  bir  nəfər  Peyğəmbərdən   soruşdu: 

“İslam  (xislətlərindən)  ən  xeyirlisi  hansıdır?”  Peyğəmbər:  “Sənin  yemək 

yedirtməyin, tanıdığına və tanımadığına salam verməyin.” (Buxari 12, 28, 6236, 

Muslim 56, 169) 

 

 

 



 


 

 

21 



25. Əbu Musa  rəvayət edir ki, (əshabələr) soruşdu: “Ey Allahın elçisi! Hansı 

müsəlman  daha  fəzilətli  sayılır?”.  Peyğəmbər    dedi:  “Dilindən  və  əlindən 

müsəlmanlara zərər dəyməyən (müsəlman).” (Buxari 11, Muslim 59, 172) 

 

 

 

Bu Xislətlərlə Vəsflənənin İmanın Şirinliyini Dadmasının 

Bəyanı

 

 

  



 

26.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kimdə  (bu)  üç şey  olsa, 



imanın  şirinliyini  dadmış olar:  Allahı  və  Onun  elçisini    başqalarından  daha 

çox  sevmək;  adamı  yalnız  Allah  üçün  sevmək;  Cəhənnəmə  atılmağı 

xoşlamadığı  kimi,  küfrə  qayıtmağı  da  xoşlamamaq.”  (Buxari  16,  21,  6941, 

Muslim 60, 174) 

 

 

 

Peyğəmbəri  Övladdan, Valideyindən Və Bütün 



İnsanlardan Çox Sevməyin Vacibliyi 

 

 



 

27. Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Canım Əlində olan Allaha 

and  olsun  ki,  sizdən  biriniz  məni  valideynindən,  övladından  və  bütün 

insanlardan çox istəməyincə, iman gətirmiş olmaz.” (Buxari 15, Muslim 62, 63, 

177, 178) 

 

 

 

Özünə İstədiyin Xeyiri Qardaşına İstəməyin İmanın 

Xislətindən Olmasına Dəlil 

 

 



 



 

 

22 



 

28. Ənəs   rəvayət edir ki, Peyğəmbər    buyurdu: “Biriniz özü üçün istədiyini 

(müsəlman) qardaşı üçün istəmədikcə, (tam şəkildə) iman etmiş olmaz.” (Buxari 

13, Muslim 64, 179) 

 

 

Qonşuya, Qonağa İkram Etmək, Xeyir Danışmaq, Susmaq – 



Bütün Bunlar İmandandır

 

 



 

29.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  Allaha  və 



Axirət gününə iman edirsə, qonşusuna əziyyət verməsin. Kim Allaha və Axirət 

gününə  iman  edirsə,  qonağına  yaxşı  baxsın.  Kim  Allaha  və  Axirət  gününə 

iman  edirsə,  ya  xeyir  danışsın,  ya  da sussun.”  (Buxari  6018,  6136, Muslim  68, 

183).  


 

 

 



30.  Əbu  Şureyh  əl-Adaviyy    rəvayət  edir  ki,  Peyğəmbər    bu  hədisi 

danışarkən iki qulağım və iki gözümlə gördüm: “Kim Allaha və Axirət gününə 

iman  edirsə,  qonşusuna  ikram  (hörmət)  etsin,  Kim  Allaha  və  Axirət  gününə 

iman  edirsə,  qonağına  ikram  etsin”.  Ondn:  “Ya  Rəsulullah!  Qonağa  İkram 

nədir?”  deyə  soruşdular.  Peyğəmbər:  “Gecə  və  Gündüzdür”  dedi.  Qonaq 

qalmaq üç gündür, üç gündən sonra olan ikram isə sədəqədir.  Kim Allaha və 

Axirət  gününə  iman  edirsə,  ya  xeyir  danışsın,  ya  da  sussun”.  (Buxari  6019, 

6138, Muslim 3255, 4610)  

 

 

 

İman Əhlinin İmanda Bir-birilərindən Fərqlənməsi Və 



Yəmən Əhlinin Bu Barədə Üstünlükləri 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə