Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə17/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   13   14   15   16   17   18   19   20   ...   84

 
37
Ürəyim bulandı. Köhnə Riqa divanının gərgin yaylarını  cırıltı ilə boşaldıb cəld ayağa qalxdım. Vanna otağına qayıdıb 
unitaza əyildim. Qusa bilmədim. Gözlərim sulanmışdı, ürəyim tez-tez döyünürdü. Bir müddət nəfəsimi dərib, üzümə su 
vurdum, otağa qayıtdım. Burada ən sevdiyim yer olan pəncərə kənarına yaxınlaşdım.  
Oktyabr ayı bu il yağışlı, küləkli gəlmişdi. Qəmgin, eyni zamanda coşqun yağış yağırdı.  İri damcılar son bahar marşı 
çalaraq  şiddətlə asfaltı döyəcləyirdilər. Boz səma, soyuq küləyin hücumlarından sifətini turşutmuşdu. Küçədə  tək-tük 
adam gözə dəyirdi. 
İnsanın nə istədiyini bilməməyindən daha işgəncəli heç nə  təsəvvür etmirəm. Oxumağa kitablarım, zəng vurmağa 
dostlarım, sevgilim, həmkarlarım var - bəs nəyi gözləyirəm? Niyə oxumağı gözləyən kitablardan birini əlimə 
götürmürəm? Niyə heç kimə zəng vurmuram, görüşüb sıxıntılarımdan bir az olsun azad olmaq istəmirəm? Öz ovqatımla 
insanların qanını qaraltmaq istəmirəm bəlkə? Yox, bu belə deyil. Axı  mən hisslərimi ustalıqla gizlətməyi, biruzə 
verməməyi bacarıram. 
Ümumiyyətlə zahirən çox sakit, təmkinli adamam. İstənilən hissi, ya da emosiyanı oynamağa da hazıram, təki 
ətrafımdakı insanlar müəyyən situasiyada istədiyim reaksiyanı göstərsinlər. Əslində bu, çox vaxt onların da xeyrinə olur. 
Düzdür hisslərimi sevsəm də, emosiyalar hərdən özümə ziyan vurur. Hiss mənim nəyəsə qarşı şüurlu münasibətimdirsə, 
emosiyalarım tamam fərqlidir - güclü, dəyişkən və  səbatsızdır. Bir an üçün hansısa hadisə zamanı üzə  çıxan qeyri-
adekvat və dərk edilməmiş reflekslərimdir. 
Xeyr, mən demirəm ki, hisslərlə yaşamaq daha asandır. İstənilən hiss zamanla öz təravətini, dərk edilmə şiddətini, hətta 
cazibədarlığını da itirir. Çox güman ki, romantik duyğuların zamanla zəifləməsi da bundandır. Emosiylar isə narkotik 
kimidir mənim üçün. Onlar daha maraqlı  və  kəskindir. Ola bilsin anlıq gəlib, tez də sönürlər, amma emosiyalarla 
yaşamaq daha maraqlıdır. Mənim kimi adamlar hər yerdə və hər zaman fərqində olmadan emosiya axtarışında olurlar. 
Odur ki, tələb-təklif qanununa uyğun olaraq emosiyaların tacirləri və istehlakçıları var. 
Pəncərəmdən açılan mənzərəni sevirəm. Bir istiqamətli avtomobil yolu, marketlər, dayanacaq, maşın yağlama mərkəzi, 
qadın salonu – insanların gündəlik yaşantısını, tələbatlarının ödənmə  və pul qazanma prosesini müşahidə etməyimə 
imkan verir mənə pəncərəm. Küləyin qaldırdığı paltarının balaqlarını aşağı endirməyə çalışan orta yaşlı bir qadın, sola 
baxa-baxa yolu keçib yaşadığım doqquzmərtəbəli binanın altında gözdən itdi. Ürəkbulanmam hələlik keçmişdi. 
Pəncərədən bayıra baxmaq, gördüklərim barədə düşünmək deyəsən kömək edirdi mənə. İndi də gənc sevgili ya da evli 
cütlük yolu keçir. Onlar da maşınlardan ehtiyatlı olmağa çalışırlar. Ekstrasensor hadisələrin burulğanında yaşayan, 
metafizik inanışları rasional ağlı üstələyən, fövqəlbəşərə inanan bu adamların arasında insan özünü çox cılız, lazımsız 
hiss edir. Dəfələrlə olub ki, dostlarla oturub bu insanları müzakirə edəndə, bircə cümlə ilə söhbəti yekunlaşdırmışıq – 
onlar bizdən xoşbəxtdirlər. Xoşbəxtdirlər, çünki ayda bir dəfə verilən bayram, iki günlük tətil, bayram axşamı dənizkənarı 
parkda atılan fişənglər və pulsuz, kütləvi konsertlər - bunların xoşbəxt olmasına kifayət edir. Əzablı ifadə naxış kimi həkk 
olunsa da boz sifətlərinə, xoşbəxt olduqlarını deyib, şükür içində yaşayırlar. “Allah bundan pisini göstərməsin. Buna da 
min şükür” sözləri ilə təsəlli tapırlar. 
Mənə elə  gəlir bütün bəşəriyyət keçib bundan. Şükür zaman-zaman, bütün insanlığın yırtıcı kimi, acgözlüklə udduğu 
xırda amma doydurucu qida olub. Mənim ölkəmin insanları haralardasa uzaqlarda, onlardan daha pis yaşayan, daha çox 
əzilən xalqların olduğunu bilib, şükür edirlər. Telekanallar ölkədəki problemləri bir kənara qoyub, qonşu ölkələrdə, uzaq 
şərqdə, Avropada, Amerika qitəsində baş verən faciələri, səfaləti, təbii fəlakətləri, aclığı, yoxsulluğu, böhranları qabardıb 
hamıya bir ağızdan “bizə min şükür” dedirdir. Qocalar övladlarının, yaxınlarının öhdəliyindədir, ona görə  də 
müavinətlərinin az olması onları narahat eləmir. Məmurlar rüşvət piramidasında hərə öz yerində bərqərar olub, ona görə 
də maaşlarının azlığı onlar üçün dərd deyil. Bir sözlə sistem mükəmməl qurulub. Mükəmməl sözünün bu situasiyada 
işlədilməsi nə qədər doğrudur, bilmirəm, amma başqa əvəzedici ifadə tapmaqda da çətinlik çəkirəm. 
Daha nə yazıb, nə danışasan? Qələm əhli olan dostlarımdan da tez-tez soruşuram bunu. Razılaşırlar mənimlə: “Düzdür, 
təkrarçılığa yol veririk. Amma deyilməmiş heç nə qalmasa da, biz yazmaqdan və danışmaqdan başqa heç nə 
bacarmırıq...”  
Onsuzda heç nəyin düzəlməyəcəyinə dair inanc kök salıb ürəklərində. Siyasi hakimiyyət ölkədə elə bir vəziyyət yaradıb 
ki,  əllərini aşağı salıb, səssiz-səmirsiz, dəhşətlə baş verənlərə tamaşa etməkdən başqa  əlac qalmayıb. Bu unikal 
sistemin eybəcərliyi həm də ondadır ki, hər şeyin, o cümlədən mübarizənin və ümidin də mənasızlığına inandırıb əhalini. 
Bu telefon zəngi məni əzablı yalnızlıqdan qurtarmağa hesablanıb görəsən? Ola da bilər, olmaya da. Displeyə baxıram. 
Zəng vuran Rənadır. 
- Nəhayət,  şahzadəm məni yad elədi – səs tonumu elə bacarıqla dəyişdim ki, elə bil bayaqdan kefim saz, damağım 
çağdır. 
Rənanın səsi isə kal gəldi: 
- Demə-demə. İndicə oyanmışam. Səhər beşə qədər kinoya baxdıq – xəttin o başından əsnədiyini duydum. 
- Kiminlə baxmısan? 
- Ləman gecə bizdə qalmışdı.  İkiyə  qədər oturduq yemək yedik, bir az içdik. Sonra da dedim daha gecdir, bizdə qal, 
səhər gedərsən. 
Ləman Rənanın ən yaxın rəfiqəsidir. Bir dizayn şirkətində art-direktor işləyir.  
Bu sualın cavabı mənim üçün bir o qədər əhəmiyyətli olmasa da: 
- Çıxıb gedib, yoxsa yanındadı? – soruşdum. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə