Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə15/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   11   12   13   14   15   16   17   18   ...   84

 
31
Bəlkə də haqlıdır. Hələ öz evimə öyrəşməli, Sevillə bolluca söhbət etməli, bir çox məsələyə aydınlıq gətirməliyəm. Heç 
olmasa qəzadan əvvəlki son iki-üç ilim barədə məlumatlı olmalıyam. Sevillə necə, nə üstə boşandığımızı, onun kimə və 
nə üçün ərə getdiyini, biz boşandıqdan sonra tanış olduğum qadınları, Rənanı... Bəs Toğrulla necə olub qəzaya 
düşmüşəm? Bu da aydın deyil mənə. Sevil Rasimdən də boşandığını deyir. Niyə, nə üstə boşanıblar? Bəs biz bundan 
sonra necə, harda yaşayacağıq – bir evdə, yoxsa? Oğlumuzun taleyi necə olacaq, dərsləri necə oxuyur? Ən çox da 
ölkədə nələrin dəyişdiyini, çevrilişin necə baş verdiyini bilmək istəyirəm. Bəli, indi özüm də görürəm ki, çox şey dəyişib, 
amma bunları anlamaqdan ötrü zehnimi xeyli yormalı, beynimin qaranlıq dəhlizlərinə işıq salmalıyam. Sevil də bu işdə 
yeganə köməkçim, dostumdur. Axı ondan və  oğlumdan savayı kimim qalıb bu həyatda?  Ən yaxın dostlarım, hətta 
sevgilim də bu dünyadan köçüblər. Belə baxsan elə mən də köçmüşəm. Yaddaşım bərpa olunmayacaqsa, bu cür ot kimi 
yaşamağın nə  mənası? Zöhrab da, Sevil də deyirlər düzələcəyəm, hər  şey yaxşı, hətta  əvvəlkindən də yaxşı olacaq. 
Onlara inanmaqdan başqa əlacım yoxdur, inanmağa məhkumam. Amma düzəlməyəcəyəmsə, ölənə qədər belə yarımçıq 
yaşamaqdansa, indidən ölmək yaxşıdır. 
Ölüm. Mən onun astanasındaydım, sağalmağım  əsl möcüzədir. Ölümdən başqa çıxış yolu qalmayanları indi necə  də 
başa düşürəm. Necə də yaxından duyuram bu qorxunc qərarı verərkən, ölümə gedərkən onların hansı hisslər keçirdiyini. 
Kim, ağlı başında hansı adam boş yerə özünə  qıyar, ömrünə son qoyar? Düzdür, hər birimizin zaman-zaman ölüm 
barədə fikirləşdiyimiz, hətta ölümü arzuladığımız anlar olur. Lakin onun soyuq nəfəsini üzümüzdə hiss etdiyimizdə, necə 
də  bərk-bərk sarılırıq həyata! Hələ görüləcək işlərimizin, deyiləcək sözlərimizin, yaşanılacaq duyğularımızın qaldığını 
xatırlayırıq. O anda hamısı bir-bir yadımıza düşür, gözümüzün qabağından keçir. Hətta uzaq keçmişdə qalan, çoxdan 
unutduğumuz səhnələr də canlanır şüurumuzda.  
Hələ ki, bu küçə, bu bina, bu blok mənə heç nə demirlər, bununla da əslində məhv edirlər məni, dəli edirlər. Bəs bu lift? 
Xəstəxanadakı kimi geniş, işıqlı, güzgülü və  təmiz deyil. Darısqal kabin, sıxılan ruhum, yerə ya da tavana baxmaq 
zərurəti, divarlardakı yazılar.  Əlbəttə, zəhləm gedir bu darlıqdan, dözmək olmur ona. Tanışdır bu duyğu mənə, çox 
tanışdır. Mənzilin qapısı isə daha çox düşür yadıma. İçəri addım atan kimi yaddaşımda bir qığılcım çaxır – mən bu evi 
tanıyıram! Valideynlərimi də xatırlayıram. Hə, bu evin içində atama, sonra da anama dair xatirələr qırıq-qırıq da olsa şəkil 
alır yaddaşımda. 
Soyunmaqda mənə kömək edən Sevil bir yandan diqqətlə  məni izləyir.  Şərfdən, gödəkcədən, ayaqqabılardan bir-bir 
azad oluram. Evi gəzmək, görmək üçün tələsirəm. Sevilə də deyirəm bunu. Ürəkdən gülür: 
- Guya evlər nə boydadı ki? 
Əvvəl vanna otağının qapısını aralayıb içəri boylandım, sonra ardıcıllıqla mətbəxə, yataq otağına keçdim. Xatirələr 
hafizəmdə bulanıq canlanır, mənə  əzab verir, istəyirəm başımı  bərkdən divara vurum bəlkə köməyi oldu, beynim 
işləməyə başladı, yada saldım hər şeyi. Yox, bunun mənə nə faydası? Əşi olsun, hələlik bu da bəsimdir. O vaxt faciə 
olardı ki, bu evə qarşı tam laqeyd qalardım. Qonaq otağına girəndə əvvəl pəncərəni və boz tül pərdəni gördüm. Hə, mən 
bu pəncərənin qarşısında dayanıb küçəyə baxıram. Tez-tez dayanıb baxıram. Sanki kənardan özümü görürəm indi, 
özümə tamaşa edirəm. Müdhiş hissdir, qorxuludur. Bəs bu divan? Keçib əyləşirəm və... bu cırıltı necə  də tanışdır, 
doğmadır! Bu masa, bu servant. Servantdakı kitablar - dünya və rus klassikası, müasir ədəbiyyat. Çərçivədə şəkil. Ayağa 
qalxıb cumdum şəkilə doğru, əlimə götürdüm. Əlbəttə, dərhal tanıdım atamı.  
Sevil qapının çərçivəsinə söykənib mənə baxırdı. 
- Yaxşısan?  
- Hə, narahat olma. 
- Acsansa yemək var, mama toyuqlu aş pişirib. Qızdırım? 
- Yox, çox sağ ol. Çay varsa içərəm – çərçivəni yerinə qaytarıb dedim.  
- Suyu elə indicə qoydum qaynamağa. 
Bilmirəm, mənə nə oldusa, özümü halsızca divana buraxıb mızıldandım:  
- Gəl otur yanımda, qurban olum. 
- Can, mən sənə qurban olum. – cəld gəlib yanıma oturdu, əlini yanağıma qoydu. – Doğrudan yaxşısan, ağrın zadın 
yoxdu?  
- Yaxşıyam, doğrudan yaxşıyam – otağa diqqətlə nəzər yetirərib dedim. – Bircə yada sala bilsəm. 
- O da düzələcək, narahat olma. Aa, qəfədan qaynayır. Sən televizora bax, mən sənə çay dəmləyim – televizorun 
pultunu mənə verib yanağımdan öpdü, mətbəxə qaçdı. 
Sevil bax deyirsə, baxaram. Televizoru yandırdım.  
Yadıma düşür ki, “əvvəlki həyatımda” televizor həvəskarı olmamışam. Nədənsə bu xatirə güldürdü məni. Ədalətsizliyə 
bax - xatırlamalı o qədər vacib şey qala-qala, mən keçmiş  həyatımda televizora olan münasibətimi yada salıram. 
Kanalların birində Azərbaycan dilinə dublyaj olunmuş xarici film göstərirdilər. Başqa bir kanalda isə cizgi filmi. Üçüncü 
kanalda debat gedirdi – studiyadakı yuvarlaq, qara masanın arxasında iki nəfər qonaq və yüngül-məzac qadınlara xas 
sırtıq təbəssümü olan aparıcı qız əyləşmişdi. Debatın mövzusunu ekranın sol alt küncündən oxudum – “Demokratiyanın 
sərhədləri”. Qonaqlardan biri - dazbaş, danışanda xəfifcə pəltəkləyən, əlli yaşlarında kişi - yumruqlarını birləşdirib stolun 
üstünə qoymuşdu və monoton səslə danışırdı:  
- Biz bundan sonra, demokratiyanı  çərçivəyə salmaq yox, onun sərhədlərini daha da genişləndirmək barədə 
düşünməliyik.  İllər boyu Milli rejimi xalqın təməl hüquq və azadlıqlarını boğdu. Xalqımız demokratiyanın nə olduğunu 


 
32
hardan bilsin axı? Azad seçkinin nə olduğunu hardan bilsin? Ona görə  də siz, Əlövsət bəy, demokratiyanın 
sərhədlərindən danışanda mənə elə gəlir ki, onu məhdudlaşdırmağı nəzərdə tutursunuz. 
Əlövsət bəy deyilən orta yaşlı adamın nazik bığı, iri və ucuiti qulaqları vardı, gözləri də qəzəblə parıldayırdı. Əl-qolunu 
ölçərək opponentinə etiraz etməyə başlayanda, bayaq danışan qonaq daha da qızışdı. 
- Nədi, bəlkə düz demirəm!? 
Aparıcı qız, əsəblərə toxunan, nazik, cüyültülü səsi ilə:  
- Arif bəy, Əlövsət bəyin də bu barədə fikrini eşitsək pis olmaz. Siz ittiham səsləndirdiniz, onun isə cavab vermək hüququ 
var – dedi. 
Arif məcburiyyət qarşısında “əlbəttə, buyursun” deyəndən sonra, Əlövsət boğazını arıtlayıb: 
- Arif bəy, siz məni düzgün başa düşmədiniz. Mən məhdudlaşdırmaqdan danışmıram. Sadəcə olaraq sizin təklif etdiyiniz 
hüdudsuz azadlığın sonu elə seksual inqilabdır – pafosla dedi. - Bizim ölkədə isə bunun üçün əsas yoxdur. Hələ bu 
misallardan ancaq biridi, başqa arqumentlər də gətirə bilərəm. 
- Seksual inqilaba əsas yoxdursa, niyə narahat olursunuz? Seksual inqilab süni ola bilməz axı. Əgər cəmiyyət buna hazır 
deyilsə, o barədə heç danışmağa dəyməz. Amma hazır olandan sonra heç birimiz bunun qarşısını ala bilmərik – nə siz, 
nə mən. Odur ki, bu kontekstdə islama, milli dəyərlərə istinad etmək yersizdir. Onsuzda Milli rejimi dinə və milli mənəvi 
dəyərlərə iyirmi ildən artıq apelyasiya etdi. Biz də bunun axırını gördük də.  
- Xahiş edirəm, dəqiqə başı Milli rejimi-Milli rejimi deməklə, söhbətin istiqamətini sapdırmayın. Bu gün Milli rejimi yoxdur 
ki?! Devirmisiniz, əcəb eləmisiniz, amma xahiş edirəm dürüst olun. Sizin dərdiniz Avropa dəyərləri, demokratiya deyil. 
Siz hamınız, sizin hökumətiniz Avropalı missionerləri bura yığıb xalqımızın  əxlaqını pozmaq istəyirsiniz. Gəlin xalqa 
hesabat verin – deyin görüm, Avropadan aldığınız qrantlar hara sərf olunur, nəyə sərf olunur? O gün də sizin nazirliyin 
əməkdaşı deyirdi ki, kimsə Azərbaycanda ilk peşəkar porno film çəkmək istəsə, biz bunu yalnız alqışlaya bilərik.  
Arif əsəbi halda qımışıb, əlləri ilə “bu nə deyir?” mənasında jest elədi: 
- Baxın, biz despotik, avtoritar iqtidarı devirib, onun qalıqları üzərində demokratik sistem təsis etməyə çalışırıq. 
Missionerin, porno filmin buna nə dəxli, siz nə danışırsınız? 
Bu məqamda özünü ağıllı göstərmək istəyən aparıcı müdaxilə edib Arifə özü sual verdi: 
-  Əlövsət bəyin söylədiklərində heçmi haqlı  məqamlar yoxdur? Əvvəlki rejimə görə, indi biz bütün milli-mənəvi 
dəyərlərimizdən vazmı keçməliyik? Razıyam, Milli rejimi bu dəyərləri gözdən salmışdı, şitini çıxarmışdı, amma bundan 
sonra bizim işimiz bunları doğru istiqamətdə inkişaf etdirmək olmamalıdırmı? Şəxsən mən özümü müsəlman sayıram və 
düşünürəm ki, bizə seksual inqilab lazım deyil. Porno film də həmçinin.  
Arif aparıcının sözünü kəsdi:  
- Seksual inqilabdan bizim opponentlərimiz danışır, biz yox. 
Qız təslim olmaq niyyətində deyildi: 
- Bəs siz azad seksdən danışanda, opponentləriniz nə deməlidir? 
Arif yenə qımışıb, “mən hara düşmüşəm, bunlar nə qanmaz adamlardır” tərzində əlini buladı: 
- Siz nə danışırsınız ay xanım? Azad seks nədir? Seksin qeyri-azadı da olur? Hə? 
Aparıcı gözlərini döyərək:  
- Nə necə olur? - soruşdu. 
- Azad olmayan seks necə olur? Onu soruşuram. 
- ... 
- Azad olmayan seks, partnyorlardan birinin, ya da ikisinin iradəsinin xaricində baş verən, onlardan birinin, ya da ikisinin 
istəmədiyi seksdir. Məsəlçün, zorlama - azad olmayan seksdir. Yoxsa, normal seks əlbəttə ki, azad olmalıdır. Siz 
ümumiyyətlə nə danışdığınızı bilirsiniz? Müsəlmansınızsa öz dininizə uyğun yaşayın, sizə kim mane olur? Amma bizim 
dövlətimiz sekulyar dövlətdir, Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə də mənim geniş anlamda başa düşdüyüm 
insan hüquq və azadlıqlarını, sizin seksual inqilaba, seksə, beldən aşağı mövzulara endirməyiniz məni çox 
təəssüfləndirir...” 
Sevil, buğlanan iki fincanla otağa girib yanıma yaxınlaşdı.  
- Bunlara baxırsan? Bezdiriblər ee. 
Fincanımı onun əlindən götürüb: 
- Hə, maraqlı gəldi nəsə. Gic-gic danışırlar. Kimdir ki, bunlar? - soruşdum. 
- Bu Arif Mövsümovdur, mədəniyyət nazirdi, inqilabı edənlərdən biridir. Niyazi Salayevin yaxın dostudur. Əbülfəz Quliyev 
isə müxalifət partiyasının deputatıdır. Çevrilişdən sonra parlament seçkiləri keçirildi, bu çoban da deputat seçildi.  
- Nə müxalifət partiyası? 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə