Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə23/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   19   20   21   22   23   24   25   26   ...   84

 
45
müsabiqəsinin finalına dəvət etmişdi. O axşam qonşular, Nadirin dörd ay əvvəl rəqs etməyə başladığı təzə tərəf müqabili 
Zümrüdü ilk dəfə səhnədə görəcəkdilər. Gördülər də. Qeyri-adilikdən uzaq, standart bədən quruluşuna malik, uzun qara 
saçlı, qartal burunlu, kifayət qədər eybəcər, lakin məharətli rəqqasə idi Zümrüd. Ən azından yuxarıdan, arxa sıralardan 
belə görünürdü. Belorus, Gürcü, Moldovan, Qazax cütlüklərinin ardından meydançaya atılan Nadir və Zümrüdün çıxışı 
həqiqətən də uğurlu alınmışdı. Birinciliyi Moldova qazansa da, bizimkilərə ikinci yeri vermişdilər.  
Müsabiqədən sonra evə qayıtmaq üçün əl oyunları sarayının qarşısında dayanan taksilərdən birinə minməyə hazırlaşan 
Toğrulu, Nadir qolundan tutub saxlamışdı: 
- Hara belə? 
- Ooo Nadir, əzizim, təbrik edirəm.  
Toğrul Nadiri qucaqlayıb hər iki yanağından öpdü. Yanında dayanmış sevgilisi Afətə başıyla salam verdi. Bu səmimi 
təbrik, Nadirlə sevgilisinin gözlərindəki sual dolu ifadəni yox etmək əvəzinə, daha da artırdı.  
- Təbrik nədi alə? Hara gedirsən? 
Toğrul çiyinlərini dartdı. Zorakı gülümsədi. 
- Hara gedəcəm. Əlbəttə evə. 
Nadir, sanki “bu gicbəsər nə danışır?” demək istərcəsinə sevgilisinə baxdı. Afət də qaşlarını çatıb başını bulayır, 
olduğundan ciddi, bir az da nigaran görünməyə çalışırdı. 
- Ev nədi alə? – Nadir, latın-amerika rəqslərinin peşəkar ifaçısına yaraşmayacaq dərəcədə, Bakının avara-kriminal 
ləhcəsində danışırdı. - Elə şey yoxdu, bizimlə gəlirsən. Hamı Bəh-Bəh Kluba gedir!  
- Mənim orda nə işim var axı ay Nadir? Siz gedin yeyin-için də.  
- Gijdəmə. İlqarnan Mənsur da gəlirlər. 
Şit zarafatları ilə hamını boğaza yığan, adındakı  “ə” hərfindən utandığı üçün şəxsiyyət vəsiqəsində rüşvət verib adını 
“Mansur” yazdıran və hər kəsdən, onu məhz bu adla çağırmasını tələb edən sırtıq Mənsurla, alkoqolik İlqarı məhəllədə 
onsuzda hər gün görən Toğrul üçün, Nadirin sözləri arqumentdən çox əks-arqumentə oxşayırdı. Ağzını açıb “dərslərimi 
oxumalıyam” qəbilindən bir bəhanə uydurmağa hazırlaşırdı ki, sarayın xidməti qapısından çıxaraq özünün Lexus 
avtomobilinə sarı gedən Zümrüdə sataşdı gözləri. 
Duruxdu. 
Rəqqasə isə on beş metr aralıda dayanmış  tərəf müqabilini görüb ayaq saxladı, ağır-ağır onlara yaxınlaşdı. Salamsız 
kəlamsız: 
- Nadir, gəlmirsən? – soruşdu. 
Qızın Afətlə Toğrulu görməməzlikdən gəlməsi onların diqqətindən yayınmadı. Nadir əvvəl tutuldu. Bir sevgilisinin əyilən 
sifətinə, qığılcım saçan gözlərinə, bir də Toğrula baxdı. Qərarsız dilləndi: 
- Zuma sən get. Biz taksi ilə gələrik, yolundan qalma. Toğrulu dilə tuturam. – deyib əli ilə qonşusunu göstərdi. 
Bayaqdan Toğrula tərəf baxmayan Zümrüd, tilsimlənmiş gənclə birinci dəfə göz-gözə gəldi. Başdan ayağa onu süzüb, 
təzədən üzünü Nadirə çevirdi. 
- Gəlin bir yerdə gedək. Nə fərqi var? Dostun da gəlsin. 
Toğrul udqundu. Ona daha əvvəl tanış olmayan qeyri-adi gizilti bürümüşdü vücudunu. Zümrüd rəqs edərkən ona yuxarı 
sıralardan, uzaqdan tamaşa edəndə, qıza qarşı zərrəcən maraq oyanmamışdı onda. İndi isə, sanki ovsuna qapılmışdı. 
- Gedək, gedək. Bəsdi naz elədiniz.  
Nadir, maşınına tərəf getməyə hazırlaşan Zümrüdə: 
- Bəs valideynlərin? Onlar gəlmirlər? 
Zümrüd zərif barmaqlarını yüngülcə alnına toxundurub əsəbi halda: 
- Onların tusovkada nə işi var? Maşına görə deyirsənsə, papa öz maşını ilə gəlmişdi. Getdilər evə. Hə? Gedirik ya yox? 
Bayaqdan evə getmək, dincəlmək, bəlkə bir az kitab vərəqləmək istəyən Toğrulun soyuqluq ifadə edən üzü, bürünc 
heykələ oxşayırdı. Zümrüdün arxasınca, qız hara desə, ora getməyə hazır idi.  
Zümrüd başını buladı. Rəsmi təbəssümlə, dəvətkar  əda ilə Toğrula baxdı. Gəncin buz kəsilmiş sifəti ifadəsiz olsa da, 
gözləri heyranlıq və itaət saçırdı. 
Zümrüdün şeytani təbəssümü ilk qığılcım olmuşdu. 
Toğrula illər uzunu dağ çəkəcək alovun ilk qığılcımı. 
 


 
46
Zümrüd 
 
 
 
Bu hadisədən təxminən iki ay sonra, Toğrul məni, daha doğrusu bizi, Zümrüdə təqdim etdi.  
Gələcək həyat yoldaşımla yenicə görüşməyə başladığımız günlərdi. Tumurcuqlu, noğullu, səmənili Novruz bayramında 
tanış olduğum Sevillə, həmin ilin cırhacırlı yayında Zaqatalaya üz tutmuşduq. Sevilin oxuduğu Slavyan Universitetindən 
on beşə yaxın tələbə sifətlərini turşudub, aralarına düşmüş yad elementi, yəni məni tərs-tərs süzməkdə olsunlar, bizim 
gözlərimiz heç nəyi, heç kəsi görmürdü. Rus dili və ədəbiyyatı fakültəsinin qısqanc oğlanlarının, ağzından “semiçka” iyi 
gələn paxıl qızlarının iynəli ifadələri, üstüörtülü məzəmmətləri bizim eşidə, duya bilməyəcəyimiz qədər aşağı desibellərdə 
efirə gedirdi. 
Onsuz qala bilməyəcəyimi Zaqatala dağlarında anladım. Dodaqlarından düşməyən təbəssümünü, yanaqlarında  şirin 
çökəkliklər əmələ gətirən qəmzələri tamamlayırdı. Ona sataşmaqdan də həzz alırdım: 
- “Səni sevirəm Sevil” demək çox uzun alınır, icazə ver bir dəfəlik “Üç “S”” deyim qurtarsın getsin. Mən “Üç S” deyəndə, 
sən nə demək istədiyimi başa düş. 
O da əsəbiləşir: 
- Mənə “Üç S” demək lazım deyil! Biədəb səslənir. Ondansa heç nə demə. Bildin?! – deyir, sonra da özü qəhqəhə ilə 
gülürdü.  
Sevgilimlə fəxr edirdim. Qaşqabaqlı olmadığı, elə hey güldüyü üçün xoşbəxt idim. Saçlarını qısa kəsdirirdi, mən də hər 
dəfə ona uzunsaçlı qızları daha çox bəyəndiyimi deyib ilişirdim. 
- Saçlarını uzatsan, bəlkə sənə evlənməyi təklif edərəm.  
- Evliliyimiz bu şərtə bağlıdısa, onda çox gözləyərsən. 
Evlilik söhbətlərinin yersiz olduğunu ikimiz də bilirdik. Ailə planları qurmaq üçün hələ çox tez idi. İkimiz də üçüncü kursda 
oxuyurduq. Sevil atasını, mənsə anamı erkən yaşlarda itirmişdik. O da ailənin bircə övladı idi, mən də. Odur ki, ikimizin 
də valideynləri övladlarının izdivacını arzulayırdılar. Düzdür, Sevilin anası  hələ çox gənc olduğundan, qızının məzun 
olmasını gözləyə  də bilərdi. Mənim atam isə  həm yaşlı, həm də  şəkər xəstəsiydi. Dayanmadan nəvədən, gəlindən 
danışıb, məni  əsəbiləşdirmək  ən sevimli məşğuliyyəti olmuşdu. Atamı çox istəyirdim, amma universitetə daxil olandan 
sonra, artıq öz bildiyim kimi yaşayacağıma, onun göstərişləri ilə oturub durmayacağıma qərar vermişdim. Özümə 
verdiyim sözü atamla da bölüşmüşdüm. Kişi həmişəki kimi, mənə tərs-tərs baxıb üzünü televizora çevirmişdi. Bu isə, o 
demək idi ki, “sonra söhbət edərik, indi isə mənim düşünmək, öz lehimə arqumentlər fikirləşmək üçün zamana ehtiyacım 
var”. Mən də acı-acı gülüb, qapını çırpıb çıxmışdım evdən. 
İki həftə olardı Zaqataladan isti, boğanaqlı, səs-küylü, tor-tozlu Bakıya qayıtmışdıq. Fəvvarələr meydanında, özümüzü 
sərin kafelərin birinə yenicə vermişdik ki, Toğrul zəng vurub bizi Anadolu restoranına  şam yeməyinə  dəvət etmək 
istədiyini bildirdi. 
- Səni Zümrüdlə tanış edəcəm. Qızlar da bir-birini tanısınlar. 
- Əla fikirdi, - dedim. Telefonu qırağa tutub Sevilə: - Toğrul bizi restorana dəvət edir. Zümrüdlə tanış etmək istəyir. 
Sevil gülümsünüb razılıq bildirdi. 
- Axşam neçədə? – soruşdum. 
Xəttin obiri başında Toğrul iki-üç saniyə tərəddüd edib dilləndi: 
- Yeddidə. Problem yoxdu ki? 
- Yox, yox. Bizə uyğun vaxtdı. Axşam görüşərik. 
- Oldu. Sevilə salam de. 
Axşama qədər vaxt öldürməliydik. Azərbaycan kinoteatrında gündüz seanslarının birinə bilet aldıq. Film bizi 
maraqlandırmırdı. Gənclik ənənəsinə sadiq qalaraq arxa sıraların birində əyləşib film boyu öpüşmüşdük. Hətta o gün ilk 
dəfə əndazəni aşıb Sevilin döşlərinə toxunmuşdum. Müqavimət göstərməməyi məni ruhlandırmışdı. Əyilib məmə giləsini 
öpmüşdüm. Vulqarlıqla sərhədləşən bir “xi-xi” qopmuşdu dodaqlarından. Tez geri çəkilib qabaqda oturan üç-beş adamın 
bizə tərəf baxıb baxmadığını yoxlamışdım. Heç kəsin bizimlə işi yox idi.  
- Niyə güldün? – soruşdum pıçıltı ilə. 
- Qıdığım gəldi.  
- Öyrəşsən yaxşı olar.  
- Doğrudan? – qaşlarını çatıb baxmışdı mənə işvə ilə.  
- Yüz faiz. 
- Yaxşı. Amma ağını çıxartma. Zaqatalada məni ürkək-ürkək öpürdün. Sevişməyimiz kinoteatra qalıb? 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə