Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə22/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   18   19   20   21   22   23   24   25   ...   84

 
43
da alın yazısıdır. Anaları ilə parka gələn bacı-qardaş əllərində ağac budaqları ilə sərçələri qovalayır. Ola bilsin Özgür də 
indi anası ilə gəzməyə çıxıb. Əslində bu gün uşağı mən gəzdirməli idim, amma kefsizəm.  
Bu il birinci sinfə başlayan oğlum, təsəvvür etdiyimdən də ağıllı, müdrik uşaqdır. Bir həftə əvvəl gəzməyə aparmaq üçün 
onu anasından götürdüyümdə, boynuma sarılıb məni bərk-bərk qucaqlamışdı, mən də saçlarından anasının  ətrini 
duymuşdum. Fast-food-lardan birində çox xoşladığı kolbasalı pizzanı yeyə-yeyə  mənim bitib-tükənməyən suallarıma 
cavab verməli olmuşdu. Mənimlə məktəb, sinif yoldaşları barədə ilk təəssüratlarını bölüşəndən sonra, ondan böyüyəndə 
kim olmaq istədiyini soruşmuşdum. “Mən böyümək istəmirəm axı” demişdi mənə gözlərini döyə-döyə. Valideynlərinin 
boşanmasına, atasının onları tərk etməsinə şahid olmuş balam da bilir ki, aldığı bu zərbə ilk və son deyil. Bəlkə də altıncı 
hissi ilə həyatın pusquda dayandığını və böyüyəcəyi “təqdirdə” ona daha ağır zərbələr endirəcəyini başa düşür. Həmin 
günün axşamı “Özgür müdrik uşaqdır” demişdim Rənaya, o da mənimlə razılaşıb “xoşbəxt atasan” demişdi. Daha 
soruşmadım ondan, oğlunu həftədə bir dəfə görən ata necə xoşbəxt ola bilər? 
Bir il əvvəl Sevillə yollarımız ayrılanda, ondan ötrü bu qədər xiffət çəkəcəyim ağlıma gəlməzdi. Əsla ayrılmaq istəmirdim 
yoldaşımdan, oğlumu itirmək istəmirdim, amma yeni, müstəqil və azad həyatın cazibəsi məni təhrik etmirdi desəm, ağ 
yalan olar. İndi isə hər ikisi üçün darıxıram, özü də çox. Özümlə baş-başa qalanda daha da güclənir sıxıntım. Etiraf edim 
ki, bu ayrılıq labüd olmuşdu. Bir evdə yaşayan bir-birinə yad iki insana çevrilmişdik və günü-gündən kəskinləşən 
münasibətlərimizə körpə Özgür də şahid olur, psixikası zədə alırdı. “Ərlik vəzifələrin bir yana, tutaq ki, onlar mənə heç 
gərək də deyil. Bəs hər gün evə gecə yarısından tez gəlməyən, uşağını görməyən atadan ata olarmı?” Sevilin bu sualı 
qarşısında ya susur, ya da səsimi başıma atırdım – bunların heç biri də, onun haqlı suallarına cavab olmurdu. 
Düz bir il mübahisələrlə, dava-dalaşla, qışqırıqlarla keçdi və bu vəziyyət artıq qatlaşılmaz həddə çatanda, Sevil hamımız 
üçün ağır olan boşanma qərarını verdi. 
Göy üzü get-gedə qatılaşır, qaranlıq hər yeri bürüyürdü. Hiss edirəm ki, yoğun bir boruya dolan şiddətli küləyin 
uğultusuna bənzər qulağımdakı  mənşəyi naməlum çılğın səslər başgicəllənməmi daha da artırır. Qafatasımın içində 
sanki çoxminlik izdihamın çıxardığı rabitəsiz, ahəngsiz səs-küy var. “Toğrula zəng vurummu görəsən?” – ovucumda 
tutduğum telefona baxıb düşündüm. “Boşdursa, işi yoxdursa mütləq gələr. Hərçənd ki, bazar günləri də pasient qəbul 
edir.”  
- Toğrul salam. 
- Salam, salam. Necəsən? Hardasan? 
“Hardasan” sualını vermək adətidir, bu da mənim çox xoşuma gəlir. Özü zəng edib harda olduğumu soruşsa başa 
düşmək olar, amma mən zəng edəndə də bu sualı eşidirəm.  
- Bayılda, evin yanında.  
- Parkdasan?  
- Aha. 
- Planın nədi? Gəlim yanına?  
Beş ay əvvəl atasının ona hədiyyə etdiyi Honda CR-V işimizi xeyli asanlaşdırıb. Ən azından taksilərə pul tökmürük. 
- Bu gün xəstən olmayıb? 
- Səhər qəbul edib yola salmışam. O dəfə gələn kök arvad vardı ha, məktəb direktoru. 
- Hə. 
- İki kanalını təmizlədim. Birində də kistası var, hələ xeyli əlləşəcəm. Bilmirəm bu arvad məndən qabaq stomatoloqda 
müalicə alıb, yoxsa baytarda. Yəni indi boşam, gələ bilərəm – Toğrul siqnala basaraq kiminsə ünvanına yağlı söyüş 
göndərdi “Sür də ay oğraş! Sənin var-yoxunu...” 
Özümü saxlaya bilməyib güldüm: 
- Bu maşın sənin axırına çıxacaq. Əsəb xəstəsi olmusan. 
- Özüm ölüm düz deyirsən. Bir-iki ay da belə getsə dəlixanalıq olacam. Hə, nədi? Gəlim harasa gedək? 
- Gəl də, gəl. Görək neynirik. 
- Bir az da veyllən parkda, on beş dəqiqəyə ordayam.  
 


 
44
Toğrul 
 
 
 
Bizimki birtərəfli, qarşılığı olmayan sirdaşlıqdır desəm, münasibətlərimizə  ən dəqiq xarakteristikanı vermiş olaram. O, 
yalnız qulaq asmağı bacarır. Elədir, gərək mən danışım, o qulaq assın. Yeganə adamdır ki, mənim kimi danışmaqdan 
ziyadə dinləməyə üstünlük verən adamı saatlarla danışdıra bilir. Özü isə... Çox zaman, suallarıma həvəssiz cavab 
verəcəyini bildiyimdən, soruşmaq istədiyimi də soruşmuram, “sonraya” saxlayıram.  
Sonranın gəlməyəcəyini bilə-bilə. 
Öz dərdini özü üçün o qədər sakrallaşdırıb, üstünü mövhumatlarla o qədər qaplayıb ki, hər an, hər yerdə arxadan ona 
hücum çəkməyə, xəyanət etməyə hazır insanların olduğuna inanmağa başlayıb. Fürsət düşəndə  də dostluğun 
mənasızlığından, gərəksizliyindən danışır. Sanki özünü buna inandırmaq istəyirmiş kimi - dostluğa hansı  mənaları 
yüklədiyini dəqiqləşdirmədən - dostluğun “boş söhbət” olduğunu və ən məhrəm sirrini yalnız özü ilə bölüşə bildiyini deyir. 
Yenə də, bütün məsuliyyətim və səmimiyyətimlə deyə bilərəm ki, Toğrul ən yaxın dostumdur. Səbəbini bilmirəm. Daha 
doğrusu hansı  məziyyətlərinə görə  həyatımda bu qədər yüksək mövqeyə sahib olduğunu, nə üçün ona bu qədər 
bağlandığımı deməkdə çətinlik çəkirəm. Əslinə qalsa zövqlərimiz, dünyagörüşümüz, ümumiyyətlə həyata münasibətimiz 
bir-birindən kəskin olmasa da, xeyli dərəcədə  fərqlənir. Yəni ilk baxışda bir-birinə tamamilə zidd, uzlaşmaz insanlarıq. 
Bundan əlavə, mənim nəzərimdə Toğrul başdan ayağa mənfi keyfiyyətlərlə təchiz olunub. Bu halda, bizi bu qədər yaxın 
edən hansı ortaq dəyərdir görəsən? Mən hələ də bu sual üzərində düşünməkdəyəm. Toğrul isə... Dediyinə görə bu suala 
cavab axtarmağın mənası yoxdur, çünki bu sualın rasional, məntiqli cavabı təbiətdə mövcud deyil. 
Nə  mətbuat  əhli olan dostlarımı, nə  də  həmkarlarımı Toğrul qədər özümə yaxın bilmirəm. Halbuki birincilərlə ortaq 
dəyərləri bölüşür, məişətdən siyasətə  qədər hər  şey haqda danışır, müzakirə edirik. İkincilərlə isə universitetdən 
başlayan və Toğruldan  əlavə iki stomatoloqla da, indiki iş yerimiz olan Asiadent klinikasında davam edən yaxın 
münasibətimiz var. Bəs Toğruldakı hansı cövhər çatışmır bu insanlarda? Ağzıbütövlük? Dinləmə qabiliyyəti? Sədaqət? 
Yersiz və lazımsız məsləhətlər verməmə bacarığı? Susmaq lazım gələndə susmaq istedadı? Özünü ağıllı, çoxbilmiş 
göstərməməsi? İnanmadığı, anlayışı olmadığı mövzularda naqqallıq etməməsi? Hansı biri? Mənə yaxın insanların hansı 
birində bu keyfiyyətlərin olub-olmadığını yoxlamış, sınaqdan keçirmişəm? Hansı birinə mənə Toğrul qədər yaxın olmaq 
şansı tanımışam?  
Heç birinə. 
Deməli, Toğrul haqlıdır - bizim dostluğumuzun səbəblərinin rasional, məntiqli izahı mövcud deyil təbiətdə. 
Adamın sözünü kəsmədən sona qədər qulaq asması  və deyəcəyi bir söz yoxdursa, bunu açıq etiraf etməsi məni hər 
zaman heyran edib. Etirafı da elə səmimi, elə ürəkdən edir ki, bunun özü belə ən təsirli yardım, ən faydalı məsləhətə 
çevrilir. Toğrulun məharətlə imitasiya etdiyi daxili sakitliyinə və ən çətin anlarımda belə, məni yüngülləşdirən, sıxıntılarımı 
unutduran ironiyasına tez-tez ehtiyac duyuram. Bu gün olduğu kimi. 
Məni narahat edən mənfi keyfiyyətlərinin başında isə, Toğrulun müstəqil insan olmaması, bir çox amildən - yaşına və 
istedadına yaraşmayan – asılılığı  gəlir. Gözünü açandan isti ailə ocağı görməsi, ana nəvazişi və ata qayğısı ilə  əhatə 
olunması nəticəsində, həyatda bərkə-boşa düşməməsi əlbəttə onun günahı deyil. Lakin potensialı və imkanları olduğu 
halda, bu günə qədər özünün heç nə əldə edə bilməməsi, hətta əldə etməyə yanaşmaması - məni çox karıxdırır. Şəhər 
mərkəzində atasının ona hədiyyə etdiyi iki otaqlı  mənzildə  sərgərdan həyatı yaşaması, gecələr dost-tanışını atasının 
aldığı maşına doldurub, pullarını barlarda, diskolarda səpələməsi, zaman-zaman sükan arxasına içkili oturması kənardan 
onun haqqında yanlış təsəvvürlərin yaranmasına - başıboş, infantil adam imicinin formalaşmasına gətirib çıxarır. Halbuki, 
bir mən bilirəm onun ürəyindəki təlatümü, beynindəki fırtınanı, daxili diskomfortunu, sonu görünməyən iztirablarını.  
Əlləri də  qızıldır Toğrulun - bunu klinikadakı  hər kəs təsdiqləyir. Mükəmməl həkimdir, peşəkardır. Di gəl ki, 
qazandığından on qat artıq qazana biləcəyi, pasientlərinin sayını gündə birdən-ikidən, dördə-beşə çıxara biləcəyi halda, 
hər şeyi boş verib, bütün fikrini, enerjisini “o”na sərf edir – “ilahəm” dediyi Zümrüdə.  
Toğrulun ailəsindən bəlkə də iki yüz dəfə var-dövlətli ailənin qızı olan Zümrüdü ən bahalı restoranlara dəvət etməyə, ona 
qiymətli hədiyyələr almağa pul çatdırmayanda da atasına, anasına üz tutur. Xroniki pulsuzluqdan əziyyət çəkən Toğrulun 
tez-tez atasından pul “qoparması” onu zərrəcə narahat etmir. 
“Rüşvətxorun pullarını xərcləyirəm də! Bunda pis nə var?” 
Rüşvətxor dediyi, Gömrük Komitəsində müfəttiş  işləyən, doğrudan da korrupsiya piramidasında sağlam mövqeyə  və 
nüfuza malik atası, postsosialist-avtoritar sistemin on minlərlə sadiq qulluqçusundan biridir. Toğrul müxalif ritorikadan 
uzaq olsa da, atasından söhbət düşəndə, sanki özünü təmizə  çıxarmaq, atasının günahlarını bölüşmək istəmədiyini 
sübut etmək üçün, onun ünvanına “murdar korrupsioner”, “büdcə  oğrusu”, “yaltaq məmur” kimi ifadələr işlədir. Sözün 
düzü, bir-iki dəfə atası ilə necə və hansı tonda danışdığına da şahid olmuşam - əsəbi, soyuq və kifayət qədər nəzakətsiz. 
Ailədə bir bacının bir ərköyün qardaşı olan Toğrula hədsiz məhəbbət bəsləyən valideynləri, ona hər şeyi, hətta özlərinin 
dediyi kimi “göz görə-görə” oğullarını “uçuruma aparan”, gəlinliyə bir nömrəli namizəd Zümrüdü də bağışlamağa 
hazırdırlar. Təki Toğrulun könlü xoş olsun. 
Onların tanışlığı, biz Tibb Universitetinin üçüncü kursunda oxuyarkən başladı. Toğrulgilin qonşuluğunda yaşayan rəqqas 
Nadir, məhəllədən iki dostu ilə birgə Toğrulu da Bakıda keçirilən MDB ölkələrinin Latın Amerika rəqsləri üzrə 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə