Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə52/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   48   49   50   51   52   53   54   55   ...   84

 
103
Tunelin sonunda iynə ucu boyda işıq görmək intizarı ilə illər uzunu yaşamaq çətindir, bilirəm. Hər adamın işi deyil - yorur, 
tükədir, həvəsdən salır. Lakin intizar yalnız o zaman əsl intizara çevrilir ki, nəticənin hasil olacağına zərrə qədər şübhə 
qalmır. Onsuzda həyatımız başdan ayağa kiçikli-böyüklü intizarlarla dolu deyilmi? Həmişə  nəyisə gözləmirikmi? 
Gözləyirik, çünki intizar mövcudluğun ən radikal modusudur - hər zaman gözləmə mövqeyindəyik, varlığımızın vektoru 
həmişə hərəkətdədir, daim irəliyə yönəlikdir, indiki zamanda qərar qıla bilmir. Bu, bizi otdan, bitkidən, göbələkdən fərqi 
olmayan; sistemə məğlub olmuş, süstləşmiş çoxluqdan fərqləndirən başlıca cəhətdir. 
Bəli, “onsuzda heç nə düzəlməyəcək” deyənlər otdur, bitkidir, göbələkdir. Çünki duyğusuzdurlar, ürəksizdirlər. Düşünə, 
duya, hiss edə və ən əsası özünə hesabat verə bilməyənlərə intizar yaddır, uzaqdır. Çünki ümid etmək yaxud etməmək, 
inanmaq yaxud inanmamaq, bilmək yaxud bilməmək, sevmək yaxud nifrət etmək, sevinmək yaxud qəmlənmək,  əzab 
çəkmək yaxud zövq almaq kimi bütün instinktlər mütləq intizar orbitlidir. Məhz bu səbəbdən biz göbələkləri başa düşürük, 
onlar isə bizi yox. 
İndiki rejimdən daha pisini təsəvvür etmək doğrudan da əxlaqsızlıqdır. Milli rejimindən sonra iqtidara kim gələcək – məni 
bir o qədər maraqlandırmır. Mənim indiki rejimlə obyektiv səbəblərə söykənən, onurğama işləmiş, bütün varlığımı 
bürümüş şəxsi-qərəzliyim var. Onun sadəcə olaraq rədd olub getməsini istəyirəm. Mənim bu iqtidara nifrətimin, iqtidarın 
neft sevgisindən, pul hərisliyindən və gözü qanlı zalımlığından daha şiddətli olduğuna inanıram.  
Bir dəfə Sevil soruşmuşdu məndən: “Tutaq ki, rədd olub getdi. Bəs sonrası?”  
Sonrası...  
Onsuzda bizim kimi adamlar heç vaxt nəticə ilə kifayətlənmir, ondan razı qalmırlar. Hədəfə çatmaq intizarın mahiyyətini 
dərk etmişlər üçün son deməkdir, məhv olmaq deməkdir. Çünki həyat, aramsız olaraq hədəfə doğru qaçışdır.  Əldə 
olunmuş nəticə real deyil, real olan yalnız və yalnız intizardır. 
Yadımdadır, siyasətdən uzaq olan atamın da (ona qorxaq demək daha ədalətli olardı) ümidləri varıydı. Bircə  dəfə 
mənimlə respublika, azadlıq və iqtidar haqqında danışmışdı, o da qəbul imtahanlarına hazırlaşdığım günlərdə.  
O da cəmi yarım saat. 
İslam Millinin TV ekranlarından düşməyən sifəti, illər boyu onun dilindən eşitdiyim mənasız səfsətələri məni artıq 
bezdirməyə başlayır, içimdə yeniyetməlik dövrünə vida etməyə hazırlaşan gəncə xas çılğınlıq baş qaldırır, hər şeyə, ən 
əsası isə sistemə üsyan etmək şövqü yaranırdı. Bir gün dözməyib, özümdən asılı olmayaraq “Nə murdar adamdır bu” 
dedim. Atam da birtəhər mənə baxıb “Amma biz başqa şey gözləyirdik, bilirsən?” demişdi. “Sovet dağıldı, fikirləşdik ki, 
tay bundan sonra hər  şey yaxşı olacaq. Sovetdən qalan bütün pis şeylər çıxıb gedəcək. Amma olmadı. Rus getdi
özümüzünkü gəldi. O, rusdan da betər, rusdan da qəddar oldu”. Soruşdum ki, “Bəs niyə belə oldu?” O da bildiyi kimi 
cavablandırdı bu sadəlövh sualımı. Analitik beyni yox idi kişinin, sadə adamıydı. “Əşi acgözün biridi də” demişdi. “Axır ki, 
Moskvadan canı qurtardı, indi ondan nəsə tələb edən, soruşan yoxdu. O da meydan sulayır. Camaatın başını aldadır ki, 
suverenlikdi, demokratiyadı, azadlıqdı. Cavansan hələ  oğlum, sən dərslərinlə  məşğul ol, özünə gün ağla. Bu ölkə 
düzələn deyil.” 
Özümə “gün ağladımmı” bilmirəm, amma atamın arzuladığı tipdə adam olmadım. Əksinə, ildən-ilə rejimə olan nifrətim 
qar topası kimi böyüyürdü. İkinci kursda oxuyanda, siyasət varlığımın ayrılmaz parçasına çevrilmişdi artıq. Çünki atamın, 
qarşısında aciz qaldığı sualların cavabını özüm tapırdım. 
Anladım ki, Azərbaycan müstəqillik qazanandan sonra cəmiyyətimiz, Sovet dövründə yatıb yuxusunda görə bilməyəcəyi 
dəyişikliklərin gözləntisinə qapılmışdı. Hər  şey – siyasət, mədəniyyət, mənəviyyat – təzələnməliydi, yeni görkəm 
almalıydı. Arzuların çevrəsi genişləndikcə genişlənir, insanlar hələ bir il əvvəl  əlçatmaz kimi görünən xəyalların 
gerçəkləşməsini istəyirdilər. Dəyişikliklərə böyük ehtiyac vardı  və bu ümidləri doğruldacaq, arzu olunan həyat 
modellərinin geniş spektrini cəmiyyətə  təklif edəcək siyasi liderə ehtiyac yaranmışdı. Bu siyasi lider müstəqilliyin ilk 
günlərindən Qərbə inteqrasiyadan, demokratik dəyərlərdən, liberal iqtisadiyyatdan danışan Niyazi Salayev yox, 
Kommunizm dövründə xırda oğurluqlarla kifayətlənən indi isə əlinə bütün ölkəni talan etmək kimi bir fürsət düşən İslam 
(Qulamov) Milli oldu. Sovet imperiyası illərində vahid konstitusiyaya, Moskvanın direktivlərinə riayət etməyə məcbur olan 
İslam Milli, müstəqillikdən sonra “islamın” və “millinin” arxasına sığınaraq xalqa divan tutdu. Allahın və milli-mənəvi 
dəyərlərin köməyi ilə illər uzunu qəsb etdi, soydu, dağıtdı. Xalq da ləbbeyk dedi, şükür dedi, İslam Millini - islamı  və 
millini pənah yeri, ümid yeri bildi. 
Bu gün olduğu kimi, Milli rejiminin ilk günlərində  də sistemin ən böyük dayağı milli-mənəvi dəyərlər, mentalitet, 
ağsaqqallıq institutu və din oldu. Mentallıqla yoğurulmuş demokratiya qısa müddət sonra cəmiyyəti gələcək qarşısında 
qorxu ilə keçmişə duyulan xiffət arasında məngənəyə saldı. “Allahın yer üzündəki kölgəsi” olduğunu açıq-aşkar dilə 
gətirən  İslam Milli mentalitetlə möhtəkirlik edərək daxildə, demokratiya ilə möhtəkirlik edərək isə  Qərbdə özünün 
“suveren demokrat” obrazını yaradırdı. Gündüzlər demokrat qiyafəsində xalqın qarşısına çıxan Milli, gecələr öz 
opponentlərinə mental duzaqlar qururdu. Bir yandan “radikal yox, ənənəvi islam” dediyi dinin, şərqçiliyin arxasına sığınır, 
digər tərəfdən isə  Qərb dairələrinə sübut etməyə çalışırdı ki, Azərbaycanda müxalifət iqtidara gəlsə, Qərbin buradakı 
maraqlarına təhlükə yaranacaq, hətta  şəriət dövləti qurulacaq. İslam Milli, hakimiyyətinin ilk günlərindən müxalifətin 
“Demokratiya, azadlıq, liberal dəyərlər”  şüarları  səsləndirərək güc-bəla ilə keçirməyə nail olduğu mitinqləri ləkələmək 
üçün min bir fənd işlədir, nümayişlərin keçirildiyi meydan və küçələrdən hər dəfə “Lə iləhə illəllah, Muhammədun 
rəsulullah” yazılmış yaşıl bayraqlar, ərəbcə ayələr və duaların həkk olunduğu vərəqələr tapılırdı.  
İndi isə, seçkilər yaxınlaşdıqca yenə  nəzərlərimiz Qərbə çevrilib – Avropadan, okeanın otayından mədəd umuruq. Nə 
vaxtsa azad və  ədalətli seçkilərin keçiriləcəyi ehtimalı,  əsla ehtimaldan o tərəfə keçməyəcəyi üçün, siyasi ömrünün 
yarısını ev dustaqlığında, həbsxana və DTN-nin zindanlarında keçirən Niyazi Salayevin Qərbin dəstəyi ilə hakimiyyətə 
gətiriləcəyinə, bizdə  də Gürcüstansayağı  məxməri inqilabın baş tutacağına inananlarımız az deyil. Bu günlərdə kiçicik 
dedi-qodular,  əhəmiyyətsiz xəbərlər,  ən ağlasığmaz  şayiələr belə azsaylı müxalif qəzetlər və Azadlıq radiosu üçün 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə