Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə48/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   44   45   46   47   48   49   50   51   ...   84

 
94
- Niyə gülürsünüz, başa düşmədim?! Bu nə deməkdir? – yüksək səslə dedi. - Biz burada ciddi məsələ müzakirə edirik, 
sizsə gülürsünüz! Oğlunuz məktəbin nizam-intizamını pozur, sinifdə müəllimə ilə mübahisə edir. “Qənirə ana” şeiri təhsil 
nazirliyi tərəfindən təsdiqlənmiş, dərsliklərə salınmış, məcburi qaydada əzbərlənməli olan şeirdir.  
- Bir dəqiqə - dedim. – Birincisi yavaş danışın, qışqırmaq lazım deyil xanım. İkincisi də ki, Özgür sizə lazım olan cavabı 
artıq verib – onun Qənirə adlı anası yoxdur. Mən də elə bildim nəsə ciddi bir hadisə baş verib. Bir dənə mənasız şeirin 
üstündə çağırmısınız məni bura? 
Sara bir müəlliməyə baxdı, bir mənə. 
- Deməli uşağa belə şeyləri siz öyrədirsiniz?!  
- Bəli, bu mənim tərbiyəmdir. – vulkan kimi partlamağa, Saranın nəhəng masasını, kabinetdəki bütün mənasız portret, 
kitab və suvenirləri qırıb-yıxmağa hazır olsam da, təmkinlə, həm də fəxrlə dedim. - Mənim oğlumun Qənirə adlı anası 
yoxdur. Heç bir lideri, “xalq və millət anası” yoxdur. Mən öz övladımı bu hakimiyyətə, təhsil sisteminizə və ümumiyyətlə 
Qənirə Milliyə düşmən ruhda böyüdürəm. Buna sözünüz var? 
Sara rəng verib rəng aldı. Boğulan kimi oldu.  
- Siz, siz nə danışırsınız? Necə yəni... 
- Bax eləcə - dedim və Ramilə Qurbanovnanın yana qaçmış çənəsinə baxdım. – Mənim oğlum sizin gicbəsər şeirlərinizi 
əzbərləməyəcək!  Əgər təzyiq etsəniz, qiymətlərini kəssəniz, hay-küy salaram. Xəbər bütün ölkəyə, dünyaya yayılar, 
biabır olarsınız. 
Sara qorxdu! 
Qorxdu, çünki ölkədə bircə  nəfər belə narazının olduğu bilinməməli, aşkara çıxmamalıdır.  Şeir  əzbərləmək istəməyən 
şagirdə  məktəbin divarları arasında dözmək olar, amma şeir  əzbərləməyən  şagirdin və atasının təhsil sistemi ilə 
mübarizəsinin kütləviləşməsi, bu növ üsyanlara presedent yaradacağı üçün rejimə sərf edən hadisə deyil. “Qənirə ana” 
şeirini əzbərləməkdən imtina etmiş şagirdə görə rejim, gözünü qırpmadan məktəb müdirini yerindən edə bilər. 
Sara başını endirdi. Ramilə isə qaşlarının altından gah ona, gah da mənə oğrun-oğrun baxırdı. Müdir qərar verməliydi. 
Elə bir qərar ki, nə mənim, nə də müəllimin yanında biabır olmasın, alçalmasın. Mənim hədəmdən qorxub geri çəkilsə, 
xəbər həmin andaca məktəbə yayılacaq, Sara müəllim heyəti və şagirdlər qarşısında başı aşağı olacaqdı. 
Nəhayət dilləndi: 
- Biz ölçü götürəcəyik! Siz məni şantaj edə bilməzsiniz! – bunları deyib, iri döşlü sinəsini şəstlə qabağa verdi. Qorxduğu 
açıq-aydın hiss olunsa da, ötkəm görünməyə məcbur idi. – Bizim məktəbimizdə, dövlətçiliyimizin əleyhinə olan şəxslərin 
övladları təhsil ala bilməzlər! 
Yaranmış tragikomik vəziyyət, artıq məni sıxmağa başlayırdı. 
- Özünüz bilərsiniz - dedim. – Mən gedirəm. Siz isə sözlərimi unutmayın və oğluma gic-gic şeirlər əzbərlətməyin. 
Qapını  sərt çırpıb kabinetdən çıxdım. Özgürün sinfinə yaxınlaşdıqca, ordan gələn uğultu hər addımda böyüyürdü. 
Yadıma düşdü ki, müəllimə sinifdən çıxanda biz də belə edirdik, heç vaxt sakit oturmurduq. Oturmamalıydıq da. 
Aralı qapıdan başımı içəri salıb arı yuvasını xatırladan sinifdə  oğlumu axtardım. Özgür iki qızın qabağında dayanıb 
hərarətlə, əl-qolunu ölçə-ölçə onlara nəsə danışır, qızlar da maraqla ona qulaq asırdılar.  
- Özgür!  
Məni görüb qaça-qaça yanıma gəldi. Dəhlizə çıxdıq.  
- Necəsən oğlum? 
- Yaxşıyam ata. - başını aşağı saldı. 
- Sarayla danışdım. Bundan sonra heç kəs sənə heç nə deməyəcək. Qənirə ana şeirini əzbərləmək lazım deyil. Amma 
dərslərini yaxşı oxumalısan. 
- Bəs mənə iki qoyacaq axı. 
- Qoymayacaq. Danışmışam Ramilə Qurbanovayla. 
- Bəs Rasim? 
Üzümdəki mülayim cizgilər, qəzəbli mimikayla əvəz olundu. 
- Nə Rasim? O nə istəyir? 
- Məni məcbur edir ki, belə şeirləri əzbərləyim. Deyir Qənirə bizim prezidentimizdir, onu çox istəməliyik. O, millətimizin 
anasıdır. 
- Rasim belə deyir? – yumruqlarımı sıxdım. 
- Hə. 
- Bəs anan nə deyir? – maraqlandım. 


 
95
- Mənim yanımda ona heç nə demir. Amma dünən gecə dava elədilər. Otaqdan səsləri gəlirdi. Sonra da Rasim çıxıb 
getdi. 
- Olsun – dedim. – Sən git sinfə, həftənin axırı görüşərik. Yaxşı? 
Boynuma sarılıb öpdü məni. 
“Oğlumdan ayrı qalacaq qədər eşşək adamam” düşündüm. “Yad bir kişinin uşağıma atalıq etməsinə necə razı oluram?! 
Necə?!” 
Pilləkənləri tez-tez düşüb küçəyə çıxdım. Məktəbin hündür, ağır qapısı ardımdan çırpılıb qapanan kimi, əllərim əsə-əsə 
Rasimin nömrəsini yığdım.  
- Eşidirəm. 
- Sənin eşidən qulağını sikim, göt oğlu göt! Bir də xəbər tutsam ki, uşağa şeir əzbərlədirsən, səni doğrayaram! Bildin?! 
- Danışığuva fikir ver... 
- Kəs səsini qoduğ! Mən sözümü dedim – uşağın atası mənəm! Tərbiyəsi ilə mən məşğul oluram! Bəhanə axtarıram ki, 
uşağı alım əlinizdən! Götvərən! Qəhbə oğlu qəhbə! Hardasan indi?  
Telefonu söndürdü.  
Nömrəsini təzədən yığdım, götürmədi.  
İkinci cəhdim də boşa çıxdı.  
Sonda bezib, lakonik mesaj yazdım: “GÖT!” 
İndi mən Rasimi harda tapım salım təpiyimin altına?! Sevilin iş yerinə gedə bilərəm, amma bilmirəm Rasim orda olacaq 
ya yox. Burada, məktəbin qabağında da gözləmək olar. Doğrudan da! Bəlkə bu gün uşağı Rasim götürəcək? Gərək 
Özgürdən soruşaydım. Məktəbə  gələcəksə, onu burdaca gözləyib  əzişdirə bilərəm. Amma uşağın yanında olmaz. 
Ümumiyyətlə uşağın atalığını döyüb evə yola salmaq, uşağa necə təsir edər görəsən? Əlbəttə pis. Çox pis. 
Məktəbdən yüz metr aralanmışdım ki, Sevil zəng elədi.  
- Utanmırsan? Budur sənin qanacağın, tərbiyən? 
Oğraşa bax, zəng vurub arvadına şikayət eləyib.  
- Nədi? Məndən sənə “sukalıq” eləyib? 
- Murad! Onunla sən yox, mən danışmalıyam! Sənin ona nəsə deməyə ixtiyarın yoxdur! 
Qışqırmağa başladım: 
- Söhbət mənim oğlumdan gedir Sevil! Oğlumdan! Rasim haranın poxudur ki, uşağa mən deyənin tərsini deyir?! Hə?! – 
Yoldan keçən qucağı körpəli qadın nifrətlə  mənə baxıb addımlarını sürətləndirdi. Səsimi bir az alçaltdım – Əgər mən 
oğluma kiməsə nifrət elə, kimisə sev deyirəmsə, oğraş ərin gərək dilini götünə soxub sakit otursun. Sözümün qabağına 
söz qoymasın. Məhv eləyərəm onu! 
- Sakit ol. – Sevil özü də bunu çox sakit, təmkinli tonda dedi. – Sakit ol. Məsələni çox böyüdürsən. Axşam görüşüb 
söhbət edərik.  
Sakitləşdim. Sevillə görüşmək perspektivi, məni özümə gətirməyə bəs eləmişdi. 
- Harda görüşək? 
- İşdən neçədə çıxırsan?  
- Həmişəki kimi, altından sonra çıxa bilərəm. 
Məni üzünə həsrət qoyan qadınla görüşmək ehtimalının həzzi başımı gicəlləndirdi.  
- Yeddidə evdə ola bilərsən? – elə bil harasa tələsirdi deyə, sualına tez cavab eşitmək istəyirdi. 
- Hə, ola bilərəm. Necə bəyəm? – Görəsən bunu niyə soruşur? 
- Axşam gələrəm sizə, söhbət edərik. 
Nəfəsim kəsildi, nitqimi itirdim. Necə  yəni? Sevil mənim evimə  gələcək?! Belə  şey olar? Boşandıqdan sonra ilk dəfə! 
Hətta çıxıb gedəndə, əşyalarını özü yox, anası gəlib aparmışdı evdən. İndi isə Sevil evə gəlmək istəyir.  
- Əlbəttə gələ bilərsən. Amma... 
- Nəsə olub? İstəmirsən başqa yerdə görüşək. 
- Yox, yox. Gərək yır-yığış eləyim. 
- Ehtiyac yoxdu. Nə isə, görüşərik. İndi tələsirəm. Hə! Məktəbin qabağında pusqu qurma. Rasim gəlib uşağı götürəcək. 
Problem istəmirəm! Axşam söhbət edərik. 
- Narahat olma, burda dayanmaq fikrim yoxdur. İşə getməliyəm. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə