Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə44/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   40   41   42   43   44   45   46   47   ...   84

 
85
Qorxdum ki, zəng vurar, ADNA-da baş verənlərdən danışar, nəsə soruşar. Ondan zəng gəlsə, bunu Rənaya necə izah 
edəcəm?  
Toğrul içəri qayıdıb, pərişan səslə: 
- Təsəvvür edirsiniz, ölən tələbələrdən biri Zümrüdün qonşusuymuş – dedi.  
Hamımız başımızı qaldırıb ayaq üstə dayanan Toğrula baxdıq. Qarşımızda sanki heykəl durmuşdu - ağzı aralı, saçları 
dağınıq, gözləri kədər dolu bürünc heykəl.  
- Otur görək – dedim. – Otur. 
Oturub telefonu stolun üstünə atdı. Çaydan bir udum içdi. 
- Ölən kimdi? Qızdı, oğlandı? – soruşdum. 
- Oğlandır. Adı Ceyhun. Orta məktəbdə Zümrüdlə bir sinifdə oxuyublar. Rəhmətlik aspiranturanı bu il bitirməliymiş. 
Sənan dizlərinə dirsəklənib, əlləri ilə başını tutdu:  
- Böyük dərddi. 
Rəna siqaret yandırdı. Əvvəl mənə baxdı, sonra ekrana gözünü dikən Toğrula: 
- Gedəcəksən ora? 
Toğrul diksinən kimi oldu. Gözlərini televizordan ayırıb: 
- Hara? – soruşdu. 
- Zümrüdgilin məhləsinə. Yası orda verməyəcəklər? 
Alt dodağını çeynəyə-çeynəyə fikrə daldı. 
- Yəqin verərlər – dedi. – Hə, mən də gedərəm. Amma molla səsi eşitmək istəmirəm də. Ürəyim bulanacaq yenə.  
Sənan başını qaldırdı: 
- Mollasız nə yas? Gərək dözəsən. Biz də Muradla gələrik, tək qoymarıq səni – deyib üzümə baxdı.  
- Əlbəttə - çiyinlərimi dartıb dedim. – Gedərik. Mütləq. 
 


 
86
Hacı Mövsüm 
 
 
 
Bayaqdan qonşu masada tək oturub çay içə-içə televizora baxan saqqallı, köklüyə meylli, barmağında gümüş üzük olan 
oğlan bizə tərəf çönüb: 
- Bağışlayın qardaş – dedi. - Deyəsən ölən uşaqlardan biri yaxınınızdı. Allah rəhmət eləsin.  
Hamımız başımızla “sağ ol” deməklə kifayətləndik. Bircə  Rəna “amin” dedi. Mən də  tərs-tərs baxdım ona. Baxışlarımı 
yaxalayıb güldü. 
- Bəlkə yeri deyil, amma bayaq mollalar haqqında qardaşın dediyi söz mənə çox pis təsir elədi. Bir müsəlman kimi, səhv 
görürəmsə, onu mütləq düzəltməliyəm. Allah haqq və təala bizə bunu fərz qılıb. İslam haqqında yanlış təsəvvürləriniz var 
qardaşlar. 
Onun dolğun, gur, aydın, ahəngdar səsi vardı. Qəribədir ki, bu ahəngdarlıq onun danışığına xüsusi bir məlahət verirdi. 
Elə bil bizi hipnoz etməyə çalışırdı. 
Toğrul gözlərini süzüb “bu hardan çıxdı?” mənasında mənə baxdı. Stəkanlara çay süzən Sənan isə, çaydanı masaya 
qoyub üzünü oğlana çevirdi. 
- Demək istəyirsiniz ki, bu qədər adamın sizin düzəlişlərinizə ehtiyacı var? Yəni biz bilmirik nə danışırıq? 
Oğlan gülümsündü. Mehribanlığı imitasiya etmək istəyirdi, amma daxilən çox qəzəbli idi. İmkanı olsaydı, bəlkə  də 
hamımızı rəcm edərdi.  
- Yox qardaş, məni düz başa düşmədiniz. Sizin xətrinizə dəymək istəmirdim, əstağfirullah!  
Həqiqətən çayxanalar maraqlı  məkanlardır. Azərbaycanlılar çayxanalara hansısa daxili bir çağırışla gəlirlər. Burada 
sakitlik tapır, çiyinlərindəki ağır yükdən azad olub evlərinə qayıdırlar. Çayxanada demək olar ki, darıxmırlar, yorulmurlar; 
əksinə, qayğı və problemlərindən qurtulurlar, xudbinlik enerjisi ilə dolurlar. 
Saqqallı  oğlanın bizim söhbətimizə müdaxilə etməsi məni təəccübləndirmədi. Çayxananın iqlimi tarix boyu intensiv 
dialoqa, ünsiyyətə köklənib: bura danışmaq, həmdəm olmaq, yeni münasibətlər, təmas modusları yaratmaq üçün gəlir 
insanlar.  
Amma Sənana da Sənan deyərlər.  
- Üzr istəməli bir şey yoxdur qardaş. Sadəcə olaraq biz inanırıq ki, ölkəmizin, xalqımızın geri qalmışlığının səbəblərindən 
biri də islamdır. Ona görə “biri də” deyirəm ki, başlıca səbəb kimi indiki hakimiyyəti görürəm. Amma islamın da rolu 
böyükdür. 
Oğlan bir daha gülümsədi. Ağzı qulaqlarına qaçdı, ağ dişləri parıldadı. Yəqin misvaq ağacı ilə sürtür dişlərini. 
- Bilirsinizmi qardaş, islam dininin mollalara, mollaların da islama dəxli yoxdur. Hətta razıyam ki, onlar dinimizin adını 
batırırlar. Amma onların cahilliyinə görə gözəl dinimiz nə üçün məsuliyyət daşımalıdır? 
Sənan doxsan dərəcə çevrilib oğlanın düz gözlərinin içinə baxdı. 
- Bağışlayın, adınız necə oldu? 
- Adım Mövsümdür. Hacı Mövsüm.  
- Çox şad oldum Hacı. Mənim da adım Sənandır. Mollalara gəlincə... 
- Sizi tanıyıram Sənan qardaş. Liberal qəzetində yazırsınız. 
Sənan bu sözlərə təmkinli reaksiya göstərdi.  
- Tanıyırsınızsa, lap yaxşı. Bilirsiniz necədir? Müsəlmanların köhnə adətidir – mollanın islama dəxli yoxdur, terrorun 
islama dəxli yoxdur, baş  kəsməyin islama dəxli yoxdur, cəhalətin islama dəxli yoxdur, balaca qız uşaqlarını arvad 
eləməyin islama dəxli yoxdur. Axı bizə bu söhbətlər maraqlı deyil! Əgər islamın daxilində, müsəlmanlar arasında bu 
qədər ziddiyyət varsa, bu sizin probleminizdir, bizim yox. Bütün islam dünyası it günündədir. Bu faktdır. Siz isə deyirsiniz 
ki, problem islamda deyil, müsəlmanlardadır. Guya onlar haqqın yolunda olsalar, bu gündə olmazlar. Mən isə deyirəm ki, 
problem müsəlmanlarda deyil, məhz elə islamın özündədir. Fikrim sizə aydın oldu? 
Hacı Mövsüm başını əyib-qaldırır, diqqətlə qulaq asırdı. Sənan cümləsini bitirən kimi dedi:  
- Başa düşürəm. Amma biz neynəyək ki, Avropa, Qərb dünyası müsəlmanları belə  zəlil günə qoyub? Müsəlmanlar 
dinlərindən uzaqlaşıblar. Bəli! Həqiqi islamda terror yoxdur, cəhalət yoxdur, molla yoxdur. Quranı oxusanız özünüz də 
bunu görərsiniz.  
Dözməyib söhbətə qoşuldum: 
- Siz hardan bilirsiniz ki, oxumamışıq Quranı? 
Hacı Mövsüm gözlərini bərəltdi: 


 
87
- Oxumusunuz? 
- Əlbəttə oxumuşam.  
- Orada pis bir şeyə rast gəlmisiniz? 
- Əlbəttə rast gəlmişəm.  
- Məsələn Quranda pis olan nədir? 
- Bu barədə danışmağın mənası yoxdur. Çünki, mənim gətirəcəyim istənilən ayə haqqında deyəcəksiniz ki, yox bu belə 
deyil, bunun mənası başqadır, gərək mütləq təfsir oxuyasınız, sonra söhbəti fırladıb hədislərə gətirəcəksiniz, alim adları 
çəkəcəksiniz, peyğəmbərin həyatından danışacaqsınız. Bəlkə düz demirəm? Axı siz müsəlmanların ümumiyyətlə 
polemika mədəniyyətiniz yoxdur. Sizin bütün əks-arqumentləriniz “Sən o ayəni, hədisi, alimin sözünü düz başa 
düşmürsən” deməkdən ibarətdir. Deyirsiniz ayə bəs eləməz, hədislər də var. Hədisdən danışanda deyirsiniz onu da alim 
başa salmalıdır, mənası dərindir. Alimlərinizdən misal çəkirik, deyirsiniz ki, yox bu alimi başa düşmək üçün əlli il oxumaq 
lazımdır, ya da mən bu alimi qəbul etmirəm, başqa alimi qəbul edirəm. Yəni sizi başa düşmək ümumiyyətlə mümkün 
deyil. İslam belə çətin başa düşülən hadisədirsə, bu dinlə mənim nə işim ola bilər? Quranınızı, hədisinizi, aliminizi başa 
düşmək bu qədər çətindirsə, Sənan demişkən, bu sizin probleminizdir, bizim yox. Özü də bir dəfəlik qərar verin – dininiz 
rahat başa düşülən, Quranda yazıldığı kimi “asanlıq” olsun deyə göndərilən dindir, yoxsa cild-cild kitab oxumaqla 
qavranılan dindir?  
Hiss olunurdu ki, bizim kimi adamlara rast gəlməsi, Mövsümü heç açmamışdı. Adətən dindən uzaq olan azərbaycanlılar, 
dindarlar qarşısında kompleksə qapılıb, “namaz qılmıram, amma ürəyim təmizdir”, “əsas odur ki, allahdan qorxuram”, 
“allah mənim ürəyimdədir”, “nə vaxtsa mütləq namaza başlayacam” tipli bəhanələrini işə salırlar. Belələri ilə danışmaq 
dindarlar üçün çox asandır. Çünki özünü müsəlman sayan, amma ibadət etməyən insana Qurandan, hədisdən danışıb 
təsir etmək, utandırmaq, hətta dinə gətirmək olur. Amma indi Mövsüm prinsipial ateistlərə, şüurlu surətdə dindən uzaq 
olan insanlara rast gəlmişdi. Özü də bunlar nə danışdıqlarını yaxşı bilən, mövzudan xəbəri olan, oxumuş adamlardılar. 
- Mən sizinlə qətiyyən razı deyiləm – dedi. – Siz qərəzli danışırsınız. İslam ölkələri pis gündə ola bilər. Mən deyirəm ki, 
bunda müsəlmanlar günahkardır, çünki Quran heç kimə demir ki, geridə qalmış ol, oxuma, nə bilim terroristlik elə. Amma 
siz deyirsiniz ki, yox, islam, Quran özü problemlidir. Mən sizdən sübut istəyəndə isə, onsuzda filan şeyi deyəcəksən, belə 
arqument gətirəcəksən deyirsiniz, mənim yerimə qərar verirsiniz. Məsələn Quranda yazılıb ki “Oxu”! Bu savadlanmağın, 
təhsilin vacibliyinin sübutu deyilmi? Mən bəyəm sizə deyirəm ki, gedin bu ayənin təfsirinə baxın? Açıq-aydın deyilir ki, 
oxu! Bunu başa düşməyə nə var?  
Sənan kinayə ilə gülümsünüb başını yırğaladı: 
- Siz hələ də bizim kim olduğumuzu, bizimlə şablonlarla danışmağın, bizi bər-bəzəkli sözlərlə, şirin nağıllarla aldatmağın 
mümkün olmadığını başa düşməmisiniz deyəsən. O ayədəki oxu, sizin dediyiniz kimi oxumaq, savadlanmaq mənasında 
işlədilməyib. Bu ayədəki oxu, təkrar et mənasındadır. Cəbrayıl gəlib Məhəmmədə deyir ki, “İqra. Bismi rabbikəlləzi 
xaləq”. Yəni səni yaradan rəbbinin adı ilə təkrar et. Özünüz deyirsiniz ki, Məhəmməd savadsız olub. Necə oxuya bilərdi? 
Özü də ki, Cəbrayıl ona hansısa kitab, jurnal göstərirdi ki, ordan nəyisə oxumasını xahiş eləsin? O ayəni “mənim 
ardımca təkrar elə”  şəklində başa düşmək lazımdır. Odur ki, bizə nağıl danışmayın Hacı. Quranda oxumaq, 
savadlanmaq barədə bircə söz deyilməyib.  
- Necə yəni?! Siz nə danışırsınız?! Bəs “Bilmirsinizsə bilənlərdən soruşun” ayəsini necə yozursunuz? 
- Çox asan. Məsəlçün aybaşı, nə bilim dəstəmaz, xurma, dəvə, çoxarvadlılıq, baş  kəsmək, cariyə saxlamaq kimi 
məsələlərdə sualınız yaranarsa, bilənlərə müraciət edin – yəni  əllamələrə,  şeyxlərə zada üz tutun. Bu ayənin mənası 
budur. Yoxsa siz düşünürsünüz ki, bu ayə kompüterini formatlamaq istəyənə deyir ki, “get kompüter ustasının yanına”? 
Mövsüm indi daha da pərt olmuşdu. Başa düşə bilmirdi, bu nə insanlardır ki, belə dərin mövzulardan baş çıxarırlar. O 
hardan biləydi ki, Sənan Türkiyədə dini təmayüllü  İmam-Hatib liseyində  təhsil alıb? Hardan biləydi ki, mən  İslam 
mövzusunda qərb orientalistlərinin və elə müsəlmanların özlərinin yazdıqları, Mövsümün özü ağırlığında  ədəbiyyat 
oxumuşam? Toğrulla Rəna isə susur, diqqətlə bizə qulaq asırdılar.  
Mövsüm boğazını arıtlayıb, onsuzda hamar olan saqqalını tumarladı, çox diqqətlə hazırladığı nitqinə başladı. 
- Azərbaycanda da, bütün islam aləmində  də müsəlmanların  ən vacib məsələsi islamı düzgün təmsil edə bilməmə 
məsələsidir. Bunu bacara bilməyəndə, cahanşümul din olan islam bax belə başa düşülür, dinimizin xalqa çatdırılmasında 
problemlər yaranır. Buna görə  də müsəlman olduğunu iddia edənlər elmləriylə, mədəniyyətləriylə, həyat tərzləriylə, 
hərəkətləriylə islamı düzgün təmsil etməlidirlər. Əks halda dinimizə zərbə vururlar. İndi bunu daha açıq-aşkar görürəm. 
Söhbət bayaq mollalıqdan başladı. Mən də sizə dedim ki, dinimizdə mollalıq yoxdur. Siz isə mənimlə mübahisə edirsiniz. 
Xristianlıqda vaxtlarını ancaq kilsədə keçirən, ərə getməyən, evlənməyən rahibə və rahiblər var. Bunlar dünyəvi heç bir 
işə qarışmazlar. Dinimizdə isə hazırda olduğu kimi nə mollalar sinfi, nə  də dünyadan əl çəkmək məsələsi var. 
Peyğəmbərimizin də bildirdiyi kimi, dünya axirətin tarlasıdır.  
Xalq bəzi şeyləri adət halına gətirib. İndi də bu adətləri din bilib yaşadırıq. Əzizlərim, bunlar din yox, xürafələrdir. Sənan 
qardaş, siz savadlı adamsınız. Gəlin sizin kimi insanlarla əl-ələ verib bu xürafələrdən, bu bidətlərdən azad olaq.  
Sənan heyrətlə Mövsümə baxırdı. Sanki “səhərdən bir Quran söz danışmışam, bunun moizəsinə bax” demək istəyirdi. 
Bu gün baş verən hadisələr nə qədər ağır olsa da, hamı özündə Sənanın sözlərinə gülüşlə cavab vermək gücünü tapdı. 
Mövsüm doğrudan da kimə ilişdiyini hələ də anlamamışdı. 
- Hacı, siz deyəsən məni başa düşmədiniz. Bizim islam dinini reabilitasiya etmək, islah etmək kimi niyyətimiz yoxdur. Biz 
sizin dininizi kökündən rədd edirik, başa düşürsünüz? Bizə sizin xürafələriniz maraqlı deyil. Əsl islam elə Pakistanda, 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə