Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə46/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   42   43   44   45   46   47   48   49   ...   84

 
90
Sənan cəld ayağa qalxdı. 
- Hə, gedək. 
Çayın pulunu ödəmək üçün əlini cibinə saldığını görəndə, “lazım deyil, bizlikdir” demək istəyirdim ki, Mövsüm onun 
əlindən tutdu. 
- Hesab çatıb.  
 
*** 
 
Müsəlmanlarla ateistlərin, inananlarla inanmayanların mübahisələri mənə həmişə mənasız, gərəksiz bir məşğuliyyət kimi 
görünüb. Çünki, irrasional olanla rasionalın toqquşması heç zaman nəticə verməyib, verməyəcək də. Allaha inanmaq 
iman məsələsidir - ya inanırsan, ya inanmırsan. Din də həmçinin - ya qəbul edirsən, ya etmirsən. Sənanla Mövsüm molla 
mövzusunda başlatdıqları mübahisəni demokratiya, liberalizm, dövlətçilik plastına gətirməsəydilər, onlara bu qədər dözə 
bilməzdim. Uzağı on dəqiqə sonra artıq bu söhbətdən bezəcəkdim. İllər  əvvəl özümə söz vermişəm ki, allahın varlığı-
yoxluğu mübahisələrindən uzaq olum. Salamatı elə budur. 
Mövsümkimiləri başa düşmək də çətin deyil – insanlar alternativsiz bir cəmiyyətdə yaşayırlar; rüşvətlə, zülmlə, soyğunla, 
repressiyalarla əhatə olunublar. Mövcud vəziyyətdən narazı olsalar da, çoxunun bu iyrənc rejimə müqavimət göstərəcək 
cəsarətləri, hətta  şüurları yoxdur. Çarəni dinə  sığınmaqda, Allaha ümid bağlamaqda tapırlar. Xilas - bəşəriyyətin özü 
qədər qədim ideyadır. Hamı xilas olmaq, cənnətə düşmək, tanrıya yaxın olmaq, günahlarını  əfv etdirmək istəyir. 
İnsanların  əlindən bu inancı almaq, onları ümidsiz qoymaq deməkdir. Millət ola bilməyən, XXI əsrdə  hələ  də ümmət 
olaraq qalan; dəyərlər sistemi, mentaliteti islamla yoğurulan azərbaycanlıların dini milli olmasa da, milliliyi dinidir. 
Xalqı uçuruma aparan, onu debilləşdirən mentalitetin də; ölkədə hakimiyyəti zəbt etmiş avtoritar Milli rejiminin də 
kökündə azərbaycanlıların şübhəyə, tərəddüdə qapalı olması, inkarçılıq damarının yoxluğu yatır. 
Avropadan, Avropa dəyərlərindən danışırıq ağız dolusu. Danışırıq, amma başa düşmürük ki, inkar olmadan Avropaya 
yaxınlaşmaq da mümkün olmayacaq. Bəli, hər  şey kökündən inkar olunmalıdır. Mən buna inanıram. Di gəl ki, 
Azərbaycan kimi geridə qalmış müsəlman ölkələrində inkar günah sayılır, xəyanət sayılır. Bizim kimi xalqların 
yaradıcılığında inkar yoxdur, ənənəyə  sədaqət var, keçmişə bağlılıq var, bütün iyrəncliklərə  bəraət qazandırmaq adəti 
var.  Ən yaxşı halda tənqidə yol veririk. Heç nəyi dəyişdirməyə qadir olmayan tənqidə. Halbuki tənqid olunası, islaha 
gələsi heç nə qalmayıb ölkədə. Bizimkilər inkarı intihar kimi qavrayırlar nə üçünsə. Son illərdə isə lap gülməli olublar - 
inkarçıları “nihilist” adlandırmağa başlayıblar. Mənasını bildilər, bilmədilər tutuquşu kimi qəzetlərdən, TV-lərdən 
təkrarlayıb tirajlayırlar bu sözü. Özləri üçün “nihilizm” fantomu yaradıb bu fantoma inanmağa, ondan qorxmağa 
başlayıblar. Nə isə. Tanrıya inanmasam da boynuma almalıyam ki, Tanrı  bəzi azərbaycanlılara Avropa təfəkkürü 
verməklə onları əbədi zülmə düçar edir. 
Sənanla Mövsüm bu gündən sonra dostlaşacaqlar. Bundan heç şübhəm yoxdur. Sənan kimisə çənəsinin altında saldı, 
vəssalam. Bir-birlərinə nömrələrini verəcək, arada zəngləşib görüşəcəklər. Tutduğu yolun səhv olduğunu Mövsümə 
sübut etmədən, ondan əl çəkən deyil Sənan. “Bəs birdən tərsinə oldu?” düşündüm və bu ehtimala ürəyimdə güldüm. 
Elə bu məqamda Toğrula zəng gəldi. “Bir dəqiqə” deyib küçəyə qaçdı. Vitrinin qabağında var-gəl edə-edə,  əl-qolunu 
ölçə-ölçə “o”nunla danışırdı. Qoluma söykənib başını çiynimə yaslayan Rəna yorğunluqdan gözlərini yummuşdu. 
Gözlərini açmadan gülümsədi. Mən də gülümsədim. Toğrul isə gah coşub, gah sakitləşib “ona” nəsə başa salmağa 
çalışırdı.  
Yadıma düşdü ki, Toğrul bir dəfə olsun bizim yanımızda Zümrüdlə telefonla danışmayıb. Bircə dəfə də! İstər qanı qara 
olanda, istər sevincindən uçanda – Zümrüdlə mütləq kənarda danışmalı, bütün qulaqlardan uzaq olmalıdır. Onların nə 
haqda danışdığını eşitmək tabudur. Ona görə də mən hər dəfə Rəna ilə onun yanında çəkinmədən telefonla danışanda, 
Toğrul narahat olur. Mən də bundan həzz alıram. 
İşimizə bax! Sevginin nəşəsini, ləzzətini biruzə vermək də ayıb sayılır. Eşqin kədərini, acısını bölüşmək, ayrılıq haqda 
danışmaq,  şeirlər yazmaq, mahnılar oxumaq olar. Amma eşqin sevincini paylaşmaq  əsla!  Əslində bizim ölkədə sevən 
adamın sevinci də, kədəri də məhəbbətinin erotikasından yox, onun platonik kultundan irəli gəlir. Xalqın mentallığı eşqin 
coşqusunu təcrid edir, nalayiq bir davranış kimi pisləyir, sevginin şəhvət komponentini istisna edir. Azərbaycan insanının 
həyatında məhəbbət, özünü sırf  ər-arvadlıq borcu - təbii, fizioloji akt kimi, ailənin dünyaya uşaq gətirmə vasitəsi kimi 
göstərir. Burada da kişilərimiz özlərini elə aparır ki, guya öz halalca arvadları ilə sekslə  məşğul olmurlar. Uşaqlar 
havadan, sudan, uzaqbaşı  məsum öpüşdən  əmələ  gəlir. Ona görə  də, nə vaxtsa Toğrul arvadından danışanda “üzr 
istəyirəm, həyat yoldaşım filankəs” kimi oğraş-oğraş ifadələr işlətsə, təəccüblənmərəm. 
Deyəsən mən mühakimə edirəm axı. Nə borcuma, belə baxanda? Kiməm mən? Kişi həmrəyliyi ilə izah olunacaq qədər 
asandırmı  hər  şey? Axı belə olmamalıdır. Kişilər müxtəlif olduğu kimi, tələbləri də müxtəlifdir. Bir qismi güclü qadının 
sorağındadır, bir qismi zəif, tabe olan qadın axtarır. Amma yenə  də  ləçər, həyasız qadına dözmək, beləsini sevmək 
normal hal deyil. Mən bununla heç vaxt barışa bilmərəm. Qadın, qadın olmalıdır, kişinin qanını qaynatmalıdır, ürəyini fəth 
edə bilməlidir – həyasızlığı ilə yox zərifliyi ilə, qadınlığı ilə. 
ADNA-dakı terror hadisəsi, Hacı Mövsümün gic-gic söhbətləri, indi də Toğrulun məni sövq etdiyi “gender” düşüncələri, 
bir neçə saat əvvəl klinikada başıma gələnləri mənə unutdurmağa hesablanıb elə bil. Şeyla ilə aramızda olanları isti-isti 
başa düşməmişdim. İndi isə... yaşadığım qeyri-adi hadisə bütün dəhşəti ilə, yavaş-yavaş çatır mənə. Mən bu cür təsadüfi 
əlaqələrə öyrəncəli adam deyiləm. Bir qadınla yatmaq, kişinin çiyinlərinə  məsuliyyət yükləyir. Xüsusilə  də Azərbaycan 
kimi ölkələrdə. Bəs bu gün yaşananlar? Bu hadisəni Şeylanın şıltaqlığı ilə izah etməliyəm, yoxsa necə? Əvvəla, nə üçün 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə