Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə54/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   50   51   52   53   54   55   56   57   ...   84

 
106
- Sən görəydin Özgür necə doluxsunub qalmışdı. Uşağı bu qədər sıxma-boğmaya salmaq olar?! Ora məktəbdi, yoxsa 
türmə? 
Sevil Özgürün doluxsunduğunu eşidəndə gərginləşdi, ana instinkti ilə sifətində qəzəb qırışları əmələ gəldi. Bu halıyla da 
gözəldir Sevil.  
- Bunları başa düşdüm – dedi. - Bəs Rasimə zəng vurub təhqir eləməyin nəydi? - Sualı verib əllərini sinəsində çarpaz 
birləşdirdi, başını  əyib dimdik üzümə baxdı. Məndən haqlı olaraq cavab gözləyir,  ərini nə üçün təhqir etdiyimi bilmək 
istəyirdi. 
- Oğlumu yaltaq, kütlədən biri eləmək istəyən adamla başqa nə cür danışa bilərdim? – dedim. – “Qənirə bizim 
prezidentimizdir, ona hörmət eləməliyik” nə deməkdi? Belə oğraşı təhqir eləməyim, neynəyim?  
Sevili yaxşı tanıyıram, qürurlu qadındır. Başqa vaxt olsaydı etiraz edərdi mənə, dalaşardı, Rasimin müdafiəsinə qalxardı. 
Amma indi dinmirdi, elə hey üzümə baxırdı. Saniyələr saniyələri qovaladıqca da mən narahat olurdum.  
- Aydındı. Rasimi söymək üçün yaxşı bəhanə keçmişdi əlinə. Elə deyil? 
Düzdür, Rasimi təhqir etmək, hətta döymək üçün həmişə fürsət gəzmişəm, amma bu gün doğrudan da hiddətlənmişdim. 
Söhbət oğlumdan, onun şəxsiyyət kimi, vətəndaş kimi formalaşmasından və bunların qarşısındakı “Rasim” adlı 
maneədən gedirsə, mən bütün ədavətimi, kinimi, şəxsi intriqa və kaprizlərimi unudub onunla qısqanc sabiq ər kimi yox, 
oğlunun gələcəyini, taleyini düşünən bir ata kimi danışmalıyam. Sevil bu qədərmi pis tanıyır məni?  
- Səhvin var – deyib stula oturdum. – Direktorun, müəllimin dediklərini eşitsəydin, sən də dəli olardın. Beynim əməlli başlı 
çönmüşdü. Özgür də deyəndə ki, Rasim ona şeiri  əzbərlətmək istəyib, lap özümdən çıxdım. Yeri gəlmişkən... dedi ki, 
dava eləmisiniz Rasimlə. Nə məsələdi? 
Sevil çətinliklə də olsa gülümsədi: 
- Nə əclaf uşaqdı bu. Nə var, nə yox hamısını çatdırır sənə.  
- Atasıyam da – dedim. Səsimdəki qürur notları Sevilin diqqətindən yayınmadı. 
- Əlbəttə atasısan. Bundan kimin şübhəsi var? 
- Nə üstündə dava eləmişdiniz?  
- Elə sən nə üstündə ona zəng eləmişdinsə, mən də onun üstündə. 
Yox, mən əslində xoşbəxt adamam - Özgürün anası sarıdan bəxti çox gətirib.  
- “Qənirə ana”?! 
- Həm də “Qənirə ana”. Əsas da, sənin ziddinə getdiyinə görə. İcazə vermərəm ki, uşaq atasından bir şey, atalığından 
isə başqa şey eşidib çaş-baş qalsın. 
Eşitdiklərim məni o qədər sevindirdi ki, qalxıb ona sarılmaq, öpmək istədim. Özümü güclə saxladım. 
- Bunlar uşaqları şikəst edirlər – dedim. – Zombiləşdirirlər. Sən məni başa düşməlisən.  
- Başa düşürəm – sözümü kəsdi. - Rasimlə də elə buna görə savaşdıq. Amma sən yenə də onu təhqir edə bilməzsən! 
Buna haqqın yoxdur. Özünü elə aparırsan ki, guya mən uşağın qayğısına sənin qədər qala bilmirəm, bu vəzifə də düşüb 
sənin çiyinlərinə. Bir dəqiqə! Sözümü kəsmə. Mən Rasimin harda səhv buraxdığını səndən yaxşı bilirəm, bunun qarşısını 
da lazım olanda alıram. O bədbəxt, heç sənin adını da çəkmir qorxusundan. Özgür də, mən də buna icazə vermirik. 
Özgür tez-tez fəxrlə  sənin oğlun olduğunu deyir. Gündə “atam üçün darıxmışam” deyib, onu əsəbiləşdirir. Səhərdən 
axşamacan səninlə  gəzdiyi kafelərdən, mindiyi karusellərdən, getdiyi parklardan, görüşdüyünüz dostlarından danışır. 
Onsuzda Rasimin evdə günü qaradır. Çünki, sən hələ də bizim həyatımızdasan Murad, başa düşürsən? 
- Doğrudan? – udqunaraq soruşdum. Sevil yeganə insandır ki, onun qarşısında aciz görkəm almaqdan çəkinmirəm. 
Hətta bundan xoşum gəlir.  
- Üşümürsən? – soruşdu. 
- Yox, yox – dedim. – Yaxşıdı. Təmiz havadı da. Bilirsən bu pəncərə axırıncı dəfə nə vaxt açılıb? 
Sevil sözlərimi qulaq ardına vurub soruşdu: 
-  İndi məsələ  nə yerdədir? Bu gün Rasimə  məktəbdə heç nə deməyiblər. Mən də nigaran qalmışam. Bilmirəm uşağı 
çıxardacaqlar məktəbdən, yoxsa yox. 
Gözlərimi ondan qaçırdıb: 
- Məsələ yoluna qoyulub – dedim. - Özgürə güldən ağır söz deyən olmayacaq.  
Bu “xoş” xəbəri çox həvəssiz, mızıldayaraq çatdırmağım Sevilin diqqətindən yayınmadı. Ona necə başa salım ki, bu işdə 
Şeyla adlı bir qancığın barmağı var? Mənə baş ucalığı gətirməyən bu hadisəni ona necə danışım? 
- Necə yəni yoluna qoyulub? – şübhə ilə soruşdu. 
- Həll olunub deyirəm də. Yuxarıdan direktora zəng eləyib Özgürü tapşırıblar – güc-bəla ilə gülümsədim ki, bu zəngin 
mənə əzab verdiyini başa düşməsin. 
- Direktora belə bir zəngi kim edə bilər? Axı söhbət Qənirədən gedir! Olmaya prezidentin özü zəng vurub?  


 
107
- Sevil, yalvarıram bu qədər sual vermə də. Problem həll olunub, ya yox? Həll olunub! Bu bəs deyil sənə?  
Çiyinlərini dartıb gözlərini divardakı bir nöqtəyə zillədi: 
- Olsun. Həll olunubsa lap yaxşı. Nə deyirəm ki? 
- İncidin məndən? – ehtiyatla soruşdum. 
- Yoox, niyə inciyirəm – dedi və susdu.  
- Hə? Görürəm ki, nəsə demək istəyirsən. De, gəlsin. Nədir axı səni bu qədər narahat edən? 
Qayğılı gözlərlə üzümə baxıb tez-tez dedi: 
- Deyirəm bəlkə kiməsə ağız açmısan, kiminsə qabağında alçalmısan?!  
- Eeee! Sən də ki! Ağlına gələn şeyə bax! Alçalıb eləməmişəm. Tamam ayrı söhbətdir. Amma yenə də çox sağ ol.  
- Nəyə görə? 
- Ən azından kiminsə qabağında alçalmağımı istəmədiyini bilmiş oldum. Amma onu da bil ki, Özgür üçün lazım gəlsəydi 
alçalardım da. 
Təzədən üzümə, ondan qaçırtmağa çalışdığım gözlərimə şübhə ilə baxdı. Yarım dəqiqəyə yaxın susduq ikimiz də. Artıq 
bir söz deməyin yeri də yox idi. İnadla gözləyirdim ki, susqunluğu  əvvəl Sevil pozsun. O isə, eşitdiklərindən  əlavə 
məndən bir söz çıxmayacağını anlayıb ayağa qalxdı. Ürəyim düşdü – yoxsa getməyə hazırlaşır, nədi? Qapının ağzındakı 
stulda oturduğum, yolu qismən bağladığım halda mənə toxunmadan yanımdan süzülüb mətbəxə keçdi. Mən də 
yerimdən durub onun ardından otaqdan çıxdım. Mətbəxin qapısında dayanmışdı. Pəncərə kənarındakı dibçəkdə solmuş 
bitkini, qazmaq bağlamış tavaları, qazanları, bir yığın boşqabı, yerdə  və stolun üstündəki çörək qırıntılarını, kolbasa-
sosiska parçalarını görüb iki əliylə ağzını tutdu:  
- Bu nədi?! – hayqırdı. 
Dəhlizin divarına söykənib, gərginlikdən dartınmış zərif çiyinlərinə tamaşa edirdim. Sakitcə dedim: 
- Bu, sənin yoxluğundu Sevil. 
Tələsmədən üzünü mənə çevirdi. Cavabımdan razı qaldığını, sözlərimdən təsirləndiyini gözlərindən oxudum. Ona olan 
möhtaclığımın etirafı idi bu sözlər. Daracıq dəhlizdə qabaq-qənşər dayanmışdıq deyə nəfəsini üzümdə hiss edir, özümsə 
nəfəs almağa qorxurdum. Titrəyən  əlimi ona doğru uzatdım, çiynindən yumşaqca tutub ehmalca özümə sarı  çəkdim. 
Müqavimət göstərməməklə məni ruhlandırır, doğru yolda olduğuma, beynimdən və könlümdən nə keçirsə çəkinmədən, 
qorxmadan etməkdə  sərbəst buraxıldığıma işarə verirdi. Ürəyimdə ona minnətdarlıq edərək dodaqlarından öpdüm. 
Öpdüm və qarşılığında daha şiddətli öpüldüm. 
Qadınlar belə yanıqlı öpüşməklə, kişinin daha da irəli gedə biləcəyinin siqnalını verirlər. Mən onu düz başa düşmüşdüm. 
Bundan sonra hər bir kişi nə etməlidirsə, mən də onu edəcəkdim. Həyatımın ən qiymətli yükünü qucağıma qaldırıb, dar 
koridorda ayaqlarını və başını divara vurmamağa etina göstərərək, yataq otağına apardım. Necə əziyyət çəkdiyimi görüb 
güldü. Mənsə onun gülüşünü yarıda kəsib təzədən dodaqlarına  əyildim. Onu yatağa uzandırıb, öpüşməni 
dayandırmadan özüm də yanına uzandım. Bir yandan öpürdüm, bir yandan isə barmaqlarımı boynundan, boğazından 
aşağı sürüşdürüb döşlərinin arasındakı düzənliyə yetişdim.  
Bir anlıq üzünə baxdım. Hər toxunuşumdan ehtizaza gələn Sevilin gözləri yumulmuşdu, kirpikləri titrəyirdi. Vaxtımızın 
çox olmadığını bilə-bilə  tələsmirdim.  Əlimi baldırına qoyub, paltarının balağını yuxarı  çəkdim. Nazik kapron corablar 
baxımlı,  ətirli dərisinin incəliyini, məxməriliyini gizlətdiyindən,  əfsunedici ayaqları ilə  əllərimin arasındakı incə maneəni 
parçalamaq istədim. Ürəyim hər an sinəmi yırtıb bayıra atılmağa hazır idi. Başqa cür ola da bilməzdi – uzun ayrılıqdan 
sonra ilk dəfə onunla sevişəcək, Sevilə sahib olacaqdım. O məndən qaçmayacaq, yox deməyəcək. Bu yuxu da deyil, 
xeyr! Capcanlı uzanıb yanımda, təslim edib özünü mənə. Paltarını cəld hərəkətlə, göz qırpımında özü çıxarıb yerə atdı. 
Ardından da lifçiyini açdı. Qonaq otağından içəri süzülən tutqun işıqda vücudu sədəf bəyazlığına boyanmışdı. Daşlaşmış 
məmə gilələrini növbə ilə öpdüm əvvəl, sonra isə döşlərini bir-birinə sıxıb iki giləni birdən ağzıma aldım. Vəhşiləşmişdim, 
özümü itirmişdim, ondan doymağın mümkün olmadığını bilə-bilə, elə bil doymaq istəyirdim. Mələk saflığındakı bədəninin 
hər bir qarışını öpə-öpə  aşağı enir, bir yandan da döş gilələrini sığallayırdım. Tumanını dişlərimlə  aşağı  çəkməyə 
çalışsam da, çətinlik çəkdiyimi görüb əlləri ilə  mənə kömək elədi. Dizlərinə  qədər enən tumanını, ardından da kapron 
corablarını hövsələsizcə çıxartdım. Hədəfə çatmışdım artıq. Sulanmış laləsinin ləçəklərini barmaqlarımla aralayıb dilimin 
ucunu çəhrayı çiçək yatağına qədər daldırdım. Zəif səslə zarıyaraq sətəlcəm adamlar kimi əzilib büzüldü. Bir, iki, üç, 
dörd, beş... Getdikcə sürəti artırır, onu həzzin zirvəsinə çatdırmaq, bihuş etmək üçün çırpınırdım. Mənə yalvaracağı, “Gəl 
artıq!” deyəcəyi ana qədər onu qıcıqlandırmalı, cırnatmalıydım. Barmaqlarımı döş gilələrində işlətməyə davam edərək, 
dilimi ləçəklərinin qıvrımlarında gəzişdirirdim. Göbəyinin altı artıq nəzarətdən çıxmışdı, alovlanmışdı, hərarət saçırdı. İlahi 
əmanəti dilə gəlib sərtlik, qabalıq, hətta qəddarlıq tələb edirdi sanki. Ayaqlarından və belindən yüngülcə itələyərək Sevili 
üzü üstə çevirdim. Kürəyindən belinə qədər hər bir qarışı öpdüm. Pambıq təpələrinə çatanda isə onları aralayıb dizlərini 
azacıq qatladım. Qarşımda açılan mənzərə, məni huşumu itirmək həddinə çatdırmışdı və... o anda “Gəl də! Gəl! Səni 
istəyirəm!” əmrini eşitdim. 
Ayaqlarının arasına keçib dizlərimlə baldırlarını araladım. Sürətlə içinə daldım. Həzzdən nəfəsim kəsildi, boğazımdan 
çıxan kut zarıltıları, vəhşi qışqırıqlar əvəzlədi. Sevil də başını çılğınlar kimi sağa-sola fırladır, əllərini qaldırıb baldırlarımı 
cırmaqlayırdı. Bu pozadan ikimizin də doyduğunu hiss edən kimi, içindən çıxıb onu arxası üstə çevirdim. Üzünü, 
gözlərinin ifadəsini, məmnunluğunu görmək istəyirdim həm də. Parıldayan saçları dalğalanaraq yanlara dağılanda, 
ağappaq alnı açıldı. Gicgahından axmağa başlayan tər damcısı, nazik xətlə qulaq məməsinə çatıb, boynunun ardında 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə