Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə50/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   46   47   48   49   50   51   52   53   ...   84

 
99
Gülümsədi. 
- Evlisən? 
İndi nə cavab verim? 
- Yox. Boşanmışam. Amma bu gün görüşməliyik. Oğlumuzun bəzi problemlərini həll etmək lazımdır. 
- Oğlun olduğunu bilmirdim. 
“Guya sən nə bilirsən ki, ay qancıq?” düşündüm. 
Ayağa qalxıb masanın altındakı siyirtmədən külqabını özü götürdü. Düşüncəli halda kresloya qayıdıb, ağır-ağır oturdu.  
- Hə, var. Özü də birinci sinfə gedir – dedim. 
- Birinci sinfə gedən uşağın problemləri var? Nə problemi ola bilər axı?  
Əsəbi halda: 
- Səncə nə ola bilər? – soruşdum. – Bu iyrənc rejimdən başqa, kiçikli böyüklü bütün vətəndaşların nə problemi ola bilər?  
Sifətini büzüşdürdü: 
- Yenə başladın? Səndən uşağın problemi nədir soruşuram, sənsə müxalifətçilik edirsən. 
- Bəs desəm ki, bundan sənə nə var? 
Siqareti tutduğu sağ əli ilə havada jest edib: 
- Onda səndən inciyərəm – dedi. – Yox, zarafatsız soruşuram.  
Köks ötürüb yerimə oturdum, masaya dirsəkləndim. 
- Məktəbdə məcbur edirlər ki, Qənirə Milliyə həsr olunmuş şeiri əzbərləsin. Uşaq da əzbərləmək istəmir.  
- Niyə?  
- Necə yəni niyə?  
Şeylanın gözlərindəki səmimi ifadədən məlum olurdu ki, “niyə”sini doğrudan da başa düşə bilmir.  
- Çünki onun mənim kimi atası var. İcazə vermirəm! 
- Bəs məktəbdə nə baş verib? İki alıb? 
Sara yadımda düşdü. Əsəbimdən dişlərimi qıcıdım: 
- İki nədir? Direktor uşağı məktəbdən qovmaqla hədələyir! Bir şeirin üstündə! 
Dodaqlarını büzüb bir müddət susaraq üzümə baxdı. Sonda dilləndi: 
- İndidən niyə şikəst edirsən uşağı? 
“Sən bir bunun həyasızlığına bax!” düşündüm.  
- Şikəst?! Uşağı şikəst edən mən yox, sizin sistemdir!  
Siqareti söndürüb ayağa durdu, yanıma gəldi. Masanın küncündə oturub əllərini dizlərinə qoydu. 
- Bu barədə  səninlə danışdıq o gün. Mənim fikrimcə indiki rejim Azərbaycana  ən sərf edən rejimdir. Bundan yaxşısı 
qurula bilməz. Sus! İmkan ver sözümü bitirim. Bilirsən necədir? Mən səninlə yaxın olmaq istəyirəm. Bunun üçün ilk 
addımı özüm atdım. Amma sən məndən qaçırsan elə bil. Dost olmaq istəmirsən. 
“Nə dostluğu? Nə yaxınlığı? Bu nə danışır? Axmaqdır nədir?” 
- Şeyla, biz iki-üç gündür ki, tanışıq. Özü də mənim sevgilim var. 
Barmağını dodaqlarıma qoydu: 
- Hələ sevgilin ola-ola dünən o cür ehtiraslı sevişdin mənimlə? Gör olmasaydı neynəyərdin, dağıdardın ki məni! 
Deyirəm axı, dünənkinin cəzasını mütləq çəkəcəyəm. Bunun adı poxa düşməkdir! 
Bezgin halda ilə dedim: 
- Dünənki hadisə, sənin təşəbbüsün idi, mənim yox. Olan oldu, keçən keçdi. Bu söhbətə qayıtmağın mənası yoxdur. 
Unudaq getsin. 
- Necə yəni unudaq? Sən nə danışırsan? – masanın üstündən yerə atılıb əllərini cins şalvarının ciblərinə saldı, qarşıma 
dikilib qəzəblə qarışıq kinayəli gözlərini üzümə zillədi. - Biz hələ təzə başlayırıq, sənsə deyirsən unudaq. Mən səndən 
çox şey istəmirəm. Arada bir görüşək, söhbət eləyək... sevişək.  
- Sən nə danışırsan? Nə görüşməyi? Zarafat edirsən? Sən kim, mən kim? 
- Ooo. Nədi? Özünü mənə yaraşdırmırsan, yoxsa məni özünə? 


 
100
- Söhbət bundan getmir – dedim. Sözlər boğazımda tıxanıb qalmışdı. Nə deyəcəyimi bilmirdim. Doğrudan da mənə tanış 
olan situasiya deyildi deyə, özümü necə aparmaq barədə heç bir təsəvvürüm yox idi. – Biz başqa dünyaların 
adamlarıyıq. Dünən sən birinci başladın. Başa düşürsən, sənə qarşı heç nə hiss etmirəm. Səndən qadın kimi xoşum 
gəlmir. 
Qəşş etdi: 
- Ha ha! Xoşun gəlmir? Ona görə dünən vəhşi kimi qayırırdın məni bu stolun üstündə?! – deyib əli ilə masaya möhkəmcə 
vurdu. 
Ona “Sus! Dəhlizdə səsin eşidilə bilər” deməliydim amma heç nə demədim. Psixi xəstə kimi aparırdı özünü, mən də mat 
keçmiş vəziyyətdə ona tamaşa edirdim. Hiddət saçan gözləri qorxuluydu. Bircə onu düşündüm ki, “bu bəla hardan ilişdi 
mənə?” 
- Bir də belə şey olmayacaq! Heç vaxt! 
Başını yırğalayaraq, gözlərini qıydı: 
- Olacaq əzizim. Olacaq. Mütləq olacaq! 
Başa düşdüm ki, məndən əl çəkmək niyyətində deyil və “olacaq” deyirsə, deməli doğrudan da olacaq. 
- Məni hədələyirsən? 
-  Əlbəttə. Belə  də yoza bilərsən. Mən qadın ola-ola sənə görüşməyi, sevişməyi təklif edirəm, sən isə naz edirsən. 
Bilmirsən ki, rədd edilən qadınların intiqamı yaman olur?  
Mən yuxu görürəm, yoxsa bunlar doğrudan mənim başıma gəlir? Yox, yox! Bu bəla da deyil, bu müsibətdir. Hər istədiyini 
əldə etməyə öyrəşmiş, tutduğunu qopardan şıltaq qadına rast gəlmişəm. Görəsən hansı günahlarıma görə belə 
cəzalandırılıram?  
- Razı olmasam neynəyəcəksən? – əsəblə irişərək soruşdum. 
Əllərini aralayıb, gözlərini yarıyacan yumdu, kirpiklərini titrətdi. 
- Nəinki bu klinikada, heç yerdə iş tapa bilməyəcəksən. İşləmək, yaşamaq istəyirsənsə təklifimə yox deməməlisən. 
Nəfəsim kəsildi. Fincanın dibində qalan kofedən iki qurtum içdim. Əlimi cibimə atıb siqaret çıxartdım. Yandırdım. O 
hardasa başımın üstündə dayanıb və  dəqiq bilirəm ki, mənə baxır. Ondan iyrənirəm. Çox iyrənirəm. Birdən yenə  səsi 
gəldi, diksindim. 
- Uşaq neçə nömrəli məktəbdə oxuyur?  
- 20-də – avtomatik dedim və öz səsimi tanımadım.  
Şeyla çantasından telefonu çıxartdı. 
- Adı nədir? 
Mən nə üçün ona cavab verməliyəm? Nə eləmək istəyir? Birdən uşağı da zibilə salar. Amma cavab verdim: 
- Özgür. Özgür Fərəcov. 
- O`key – nömrəni yığıb bir az gözlədi. - Alo, Kəmalə necəsən? Sağ ol cigər, çox sağ ol... Hə, demə-demə.. Ha-ha-ha... 
Kəmiş, 20 nömrəli məktəblə əlaqə saxla... Hə, hə 20 nömrəli. Bir şagirdi tapşırmaq lazımdır. Adı Özgür Fərəcov. Nəsə 
xırda problem yaranıb direktorla, danışıb məsələni yoluna qoymaq lazımdır. Oldu? Hə  də, yaddan çıxarsınlar söhbəti, 
qurtarsın-getsin... Hə, cigər... Oldu... Hə, nəticəni mənə deyərsən a sonra. Öpdüm. – Telefonu təzədən çantasına atıb, - 
Bax belə - dedi.  
- Kimə zəng eləmişdin? – yorğun halda başımı ağır-ağır qaldırıb soruşdum. Taqətim qalmamışdı, çox yorulmuşdum. 
- Atamın köməkçisinə. İki dəqiqəyə həll edəcək hər şeyi. – diqqətlə üzümə baxdı. – Mənə nifrət edirsən? 
- O gün dedim axı - edirəm. Özü də çox. 
Dodaqlarını büzüb, başını endirib-qaldırdı. 
- Lap yaxşı – laqeyd əda ilə dedi. – Özün bilərsən. Mənə sənin sevgin yox, bədənin lazımdır. 
Diqqətlə üzünə baxdım. Gözlərimdə nifrət yox, sadəcə boşluq vardı, özüm də bunu hiss edirdim. Deyəsən o da. 
- Narahat olma, gedirəm.  İşlərim var. Həm də  sən eks-arvadınla görüşməlisən axı. Sabah səninlə maraqlı bir yerə 
gedəcəyik. Xəbərin olsun. Yəni sabaha plan qurma. 
- Necə yəni gedəcəyik? Bu nə tondur? Mənə əmr edirsən? – təzədən qızışdım, səsimi yüksəltdim.  
- Coşma canım, coşma. Sənə əmr eləyən yoxdur. Sadəcə, deyirəm ki, sabah rahat söhbət eləyək. Kabinetdə alınmır. Nə 
isə, zəngləşərik. Sağ ol – dedi və çantasını götürüb çıxdı.  
O gedəndən sonra çənəmi yumruğuma dayayıb külqabıdakı pomadalı siqaret kötüyünə zillədim gözlərimi. Zahirən sakit 
görünsəm də, içimdə sanki vulkan qaynayırdı. Nəsə fikirləşmək lazımdır. Özü də təcili. Bu, belə davam edə bilməz.  
Toğrul elə bil bayaqdan Şeylanın getməyini gözləyirdi. İki dəqiqə keçməmiş otağa girib qapını örtdü. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə