Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə47/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   43   44   45   46   47   48   49   50   ...   84

 
91
mən? Ona kişi qəhətdir? Nə üçün elə ehtiraslı, yanğılı sevişirdi? O heç sevişmə də deyildi - aylardır kişi üzünə həsrət 
qalan, vəhşiləşən bir dişinin erkəyə hücumu idi. 
Çiynimə söykənib mürgüləyən Rənadan utanıram indi. Rəna ilə münasibətlərimin heç bir hüquqi müstəvisi yoxdur. Uzağı 
mənəvi məsuliyyətdən danışmaq olar. Öyrənsə də, bilsə də problem deyil. Yenə də istəmərəm bilsin. Biruzə verməsə də 
inciyəcək. Səyavuş Orucun qızı ilə sevişməyimi başqa cür yoza da bilər. Elə bilər Şeylaya, onun ailəsinə, imkanlarına 
yaxın olmaq istəyirəm, merkantil məqsədlər güdürəm. Nəticədə mən nə Brad Pittəm, nə də George Clooney. Qadınların 
hər addımbaşı “bizi qayır!” deyə üstünə şığıdığı yaraşıqlı metroseksual tiplərdən deyiləm. Amma bu dəfə faktiki belə oldu 
- ilk dəfə idi ki, bir qadın məni zorlamışdı. Müqavimət göstərə bilərdim? Bəlkə də. Amma qorxdum. O anda, mənə tanış 
olmayan hisslərin burulğanındaydım. Bilmirəm belə situasiyalarda kişilər özlərini necə aparmalı, nə etməlidirlər?  
Qərar verdim - bu gecə Rənagildəyəm. Hər ikimizin də üzərimizdəki stressi atmağa ehtiyacımız var.  
Toğrul isə hələ də danışır. Daha doğrusu dəqiqələrdir ağaca söykənib Zümrüdə qulaq asır.  
Güzgü effektli pəncərədən məni görmür. 
Mən isə onu görürəm.  


 
92
Qənirə ana 
 
 
 
Sevişəndən sonra tir-tap yatağa sərilib ağır-ağır nəfəs alanda, tərləyib susayanda çətin bir işin öhdəsindən gəlmiş, 
fövqəladə missiyanı yerinə yetirmiş qəhrəman kimi hiss edirəm özümü. Hətta hasil olan nəticədən qürur duyuram desəm 
yeridir. Gülməlidir bilirəm, amma qadını  həzzin zirvəsinə çatdırmaq, mənə görə  əsl qəhrəmanlıqdır. Orqazma çatan 
qadınların üzündə yaranan bic, şıltaq, eyni zamanda məsum ifadəyə heyranam. İndi də  Rəna pişik balası kimi mənə 
qısılıb, başını sinəmə qoyub. Mən onun, o da mənim ürək döyüntülərimizi dinləyirik. Mahnılarda qəlblərin “bir 
vurmasından” oxunsa da, indiyə qədər Rəna ilə mənim ürəklərimiz eyni ritmdə, sinxron döyünməyib.  
Seksdən sonra dəqiqələr boyu sürən sükutu həmişə Rəna pozur – ya kofe içməyi təklif edir, ya da onun üçün siqaret 
yandırmağımı istəyir. Danışmasa, bax beləcə sinəmdə uzanıb qalsa bəlkə  də saatlarla susaram. Nə bilim. 
Sınamamışam. Axı sevişəndən sonra nə haqda danışmaq olar? Uzaqbaşı, ikinci dəfə təhrik olmaq üçün əllərimi, ya da 
dilimi işə sala bilərəm.  
Nə üçün qadınlar, kişilərin sevişəndən sonra üzlərini çevirib yatmalarına gileylənir? Nə yalan deyim, məndə  də olur 
hərdən – çox yorğun olanda, üstəlik çılğın bir eşq gecəsi yaşayanda, qadının atəşli yuvasından azad olan kimi, göz 
qapaqlarım özlüyündən qapanır. Bu gecə isə tələsmirəm yatmağa. Baxmayaraq ki, stressli, yorucu bir gün keçirmişəm - 
yuxum gəlmir.  
Nə üçün gəlmədiyini də bilirəm - çünki Şeylanı düşünürəm. Rənaya bu barədə heç nə deməyəcəm, danışmayacam, 
bölüşməyəcəm onunla. Buna ehtiyac duymuram. Bəs özüm-özümə hesabat verməliyəm ya yox? Bu gün nə etdiyimi, 
niyə etdiyimi, bu vicdan əzabı və qorxu hissi ilə daha nə qədər yaşayacağımı düşünmüşəmmi? Bəli, qorxu hissi ilə, çünki 
Şeyla kimi bir qadınla yatmağın məsuliyyəti ağırdır. Gec-tez bunun cəzasını ödəyəcəyimi bilirəm.  
Sabah saat üçdə növbəti prosedura üçün klinikaya gəlməlidir. Nə edim görəsən? Bəlkə başqa həkimə həvalə edim onu? 
Yox - bununla nə özü, nə də Azər razılaşmayacaq.  
Maraqlıdır, görəsən sabah nə haqda danışacaq mənimlə? Bir-birimizin üzünə necə baxacağıq? Bir qadınla təsadüfən 
sevişib, səhərisi hər  şeyi unutmaq, bu hadisəni bir daha xatırlamamaq mümkündürmü? Bir suala da cavab verməli, 
özümlə dürüst olmalıyam – bunun davam etməsini istəyirəmmi? Cavabım dünəndən hazırdır - yox, istəmirəm. Qeyri-adi 
heç nə tapmadım onun sevişmə tərzində – nə nəfəsi, nə döşləri, nə də öpüşməyi yaddaqalan olmadı. Bəlkə də özümü 
belə spontan əlaqəyə hazırlamamışdım deyə, Şeyla ilə seks olduqca sönük, mexaniki göründü mənə. 
Yuxuya da elə bu düşüncələrlə qərq oldum.  
 
*** 
 
Filmlərdə səhər obaşdan dodaq-dodağa öpüşən cütlükləri görəndə ürəyim bulanır – guya yuxudan oyananda bunların 
ağzından iy gəlmir, nəfəsləri gül qoxuyur. Səhər Rəna çiynimə toxunub, sonra da əyilib yanağımdan öpəndə, ağlıma 
gələn fikir bu oldu. Yuxu sərsəmi olan adamlarda qəribə assosiasiyalar yaranır.  
- Mən getdim işə. Çıxanda qapını çırparsan. Mətbəxdə hər şey hazırdı.  
- Sağ ol – dedim. – Sənə yaxşı yol. 
Qapının örtüldüyünü eşidib saata baxdım - doqquza qalırdı. Yuxum qaçmışdı. Ayağa qalxıb telefonumu açdım, su 
proseduralarını bitirib mətbəxə keçdim. Qaynadılmış sosiskanın, yumurtanın üstü salfetlə örtülmüşdü. Vam ocaqda 
pəsdən fit çala-çala çaynik loqquldayırdı. Nescafe hazırlayıb oturdum, sosiskadan bir dişləm aldım. Zəng gəldi.  
Displeydə istənilən adamın adını görməyə hazır idim, bircə Sevilin adından başqa. Amma zəng edən oydu. Səhər-səhər 
xeyrola? Ürəyim tez-tez döyündü:  
- Sabahın xeyir – səsi rəsmilikdən uzaq, səmimi idi. 
- Sabahın xeyir. 
- Narahat eləmədim? – çəkinərək soruşdu. 
- Yox, nə danışırsan. Oyanmışdım.  
- Bu gün məktəbə gedə bilərsən? 
Həyəcanla: 
- Nəsə olub? – soruşdum. 
- Səhərdən zəng vururam sənə, telefonun bağlıdır. Müəllimə bayaq dedi ki, müdir sizi görmək istəyir. Soruşdum bəs nə 
olub, dedi Özgür özünü pis aparır, dərslərini oxumur, nə bilim, mübahisə edir. Mən də işə getməliyəm, iclas var bu gün. 
Dedim atası gələr bir azdan. Sən gedə bilərsən? 
Özümü saxlaya bilməyib, acıqla: 


 
93
- Bəs Rasim hardadı?  
- Rasim?! Uşağın atası sənsən, yoxsa Rasim? Sənə maraqlı deyil oğlunun məktəbdə hansı problemləri var?! – təmkinlə 
danışırdı amma sadaladığı arqumentlər güllə kimi deşib keçirdi beynimi. 
- Axı  həmişə  məktəbə Rasim gedirdi. Sən də razı olurdun. Ona görə soruşdum. - Yersiz sözlərimdən ötrü peşman 
olmuşdum. Sevili sancmaq üçün münasib zaman deyildi. Nə axmaq adamam. - Əlbəttə gedərəm, problem yoxdur. Saat 
neçədə olmalıyam orda? 
- Nə qədər tez getsən, o qədər yaxşıdır. 
- Yaxşı, narahat olma. Bir azdan çıxıram. Zəngləşərik. 
Məktəbə çatanda, saat ona on beş dəqiqə qalırdı. Özgürün sinfinin olduğu ikinci mərtəbəyə yüyürərək qalxdım. Qapıya 
yaxınlaşanda, sinif rəhbəri Ramilə Qurbanovnanın səsini eşitdim. Rus dili dərsi keçilirdi. Ramilə Qurbanovna, hansısa 
şairin Bakı haqqında şeirini oxuyur, uşaqlar da onun ardınca təkrarlayırdılar: 
“Нет на свете города мне ближе, 
Хоть немало видел на веку – 
Я хотел бы жить в Париже, 
Если б не было такой земли – Баку!” 
Məni gülmək tutsa da sifətimə ciddilik qatıb aralı qapını taqqıldatdım. Müəllimə məni görüb təlaşlandı: 
- Hə, sizsiniz? Bu dəqiqə. Uşaqlar, sakit oturun indi gəlirəm! Səsiniz çıxmasın! 
Bütün  şagirdlər kimi, Özgür də kimin gəldiyini görmək üçün üzünü qapıya çevirdi. Göz-gözə  gəldik. Lakin gəlişimə 
sevinmək yerinə, elə bil məni görüb narahat oldu. Üzündə nigaran ifadə sezdim. Onu belə  sınıxmış görmək ürəyimi 
sızlatdı. “Görəsən nə baş verib?” düşündüm. 
Ramilə Qurbanovna dəhlizə çıxdı. 
- Salam. Zəhmət olmasa müdirin otağına keçək. 
Müdirin otağına qədər dinmədən ardınca getdim. Başını aşağı salıb becid-becid addımlayır, arada yanından ötdüyümüz 
siniflərin aralı qapılarından içəri göz atmağı da unutmurdu. Kabinetə yaxınlaşanda, qapını döymədən açdı, məni içəri 
dəvət etdi: 
- Buyurun. 
Şişman məktəb müdiri Sara xanım, bizi görən kimi qabağındakı qalın jurnalı bağladı, eynəyini çıxartdı: 
- Keçin içəri, keçin.  
Səsi soyuq və kobud idi, sifətindən də zəhrimar yağırdı. Məsələdən agah deyildim deyə, Özgürün nəsə ciddi bir şuluqluq 
etdiyini, kiminləsə dalaşdığını, ya da məktəbdə nəsə sındırdığını düşündüm. 
Sara bizə oturmağı təklif etmədən mətləbə keçdi. Ramilə Qurbanovnaya: 
- Danışın. Danışın, atası da eşitsin – dedi və elə bil müəllimənin nə danışacağını özü də bilmədiyindən, dərin maraq 
ifadə edən əda ilə kresloda yerini rahlayıb, Ramilə Qurbanovnaya qulaq asmağa hazırlaşdı. 
Bu dəfə əməlli başlı qorxdum. “Yəqin, bağışlanmaz bir günah işləyib. Atasız böyüyən uşaq belə olar da!”  
Ramilə Qurbanovna alçaq səslə, çəkinərək danışmağa başladı: 
- Bilirsinizmi, deməzdim Özgür nadinc, dərslərini pis oxuyan şagirddir. Amma son vaxtlar bizimlə tez-tez mübahisə edir, 
sözə qulaq asmır, tapşırıqları yerinə yetirmir. Öz davranışları ilə başqa uşaqlara təsir etməsəydi dərd yarı. Amma Özgür 
onlara da pis nümunə olur.  
Qollarımı aralayıb: 
- Birinci dəfədir eşidirəm ki, Özgür özünü pis aparır – təəccüblə dedim. - Anası  həmişə  mənə deyir ki, uşaq  əlaçıdır, 
yaxşı oxuyur. Düzdür, hiperaktivliyi var, amma bu, heç vaxt problem olmayıb axı. Özüm də gündəliyinə tez-tez baxıram.  
Sara gözlərini üzümə zilləyib, həvəssiz mırıldandı: 
- Siz həyat yoldaşınızdan boşanmısınız? 
- Bəli. Amma uşağın tərbiyəsi ilə məşğul oluram. Bunun bizim boşanmağımıza dəxli yoxdur. 
Sara pis-pis qımışıb: 
- O sizə elə gəlir ki, yoxdur. Ramilə xanım, davam edin – dedi və üzünü təzədən müəlliməyə çevirdi.  
Ramilə Qurbanovna əzilə-əzilə danışmağa davam elədi: 
- O gün bütün sinfə ev tapşırığı vermişdim. “Qənirə ana” şeirini. Özgür sabahısı gün dərsə hazırlıqsız gəldi. Soruşdum ki, 
Özgür səndən nə əcəb, dedi ki, mənim Qənirə adlı anam yoxdur, ona görə əzbərləmədim. Vallah çaşdım qaldım. Mən 
onun anasını da, atasını... üzr istəyirəm, atalığını da tanıyıram, çox mədəni adamlardır. Çətin ki, evdə ona belə tərbiyə 
versinlər. 
Sara hirslə gözlərini bərəldib, nifrətlə üzümə baxdı: 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə