Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə55/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   51   52   53   54   55   56   57   58   ...   84

 
108
gözdən itdi. İri, ala gözləri ehtirasdan, arzudan tutqunlaşmış, iki nəhəng dəryaya çevrilmişdi. Bu dəryalar məni özünə 
dartırdı. Bu gözlərin ovsununa təslim olmamaq, cazibəsinə qapılmamaq mümkün deyildi. Bu gözlərdə batmaq, batmaq, 
bir daha çıxmamaq istədim. Bir qolumu başının altına keçirib üzünü üzümə yaxınlaşdıraraq dirsəkləndim, obiri əlimi isə 
yumruq edib yatağa dirəyərək üstünə uzandım. Zarıltısı  şiddətləndikcə, mənim də bu zərif vücuda boşalmaq anımın 
yaxınlaşdığını duyurdum. Həzzin zirvəsinə birlikdə, eyni anda çatmalıydıq.  İkimiz də  təngnəfəs olmuşduq, dalğaların 
sahilə vurduğu balıqlar kimi havanı acgözlüklə udurduq. Sevilin altımda qıvrılmağa başladığını, konvulsiv çırpınışlarının 
artdığını hiss etdim. Artıq yaxınlaşırdı. Mən də gəlirdim. Bax bu dəqiqə, indi qovuşmalıydıq. Az qalıb. Az qalıb. Çatmışıq.  
İkimiz də son dəfə titrəyib sinxron boşaldıq. 
Süstləşib nəm mələfələrə  sərilmiş Sevilin farforlu vücudunda iri tər damcıları parıldayırdı. Yanına uzanıb  əlini tutdum. 
Barmaq uclarından nəbzini duyurdum.  
- Özgür hardadı? 
Sevil boğazını təmizləyib: 
- Rasimlə bulvara getməliydilər – dedi. – Yəqin gəzirlər indi. 
Gic gülmək tutdu məni. Sevil sinəmin qalxıb-endiyini görüb üzümə baxdı. 
- Nə olub? – soruşdu və cavabımı gözləmədən özü də gülməyə başladı. – Sən canın, doğrudan nə olub? 
- Biz səninlə burda nəylə məşğuluq, oğlumuz da atalığı ilə bulvarda gəzir. Əla! 
- Əla deyil. Bu həyatdır. Kim deyərdi ki, nə vaxtsa belə bir şey ola bilər? – Sevil gülməyi dayandırıb köks ötürdü.  
- Sevil. 
- Hə. 
- Səndən bir söz soruşmaq istəyirəm. 
Söz soruşmaq ən təbii haqqım olduğu halda, ondan icazə almağıma təəccüblənibmiş kimi baxdı mənə: 
- Soruş da.  
- Rasim yaxşı sevişir, yoxsa mən? 
- Off. Siz kişilər düzələn deyilsiniz. Onu da, səni də bircə şey maraqlandırır – hansınız daha yaxşı sevişirsiniz. Amma 
başa düşmürsünüz ki, qadın üçün bu suala cavab vermək çox çətindir. Hətta bu barədə danışmaq alçaldıcıdır.  İntim 
sirləri niyə açmalıyam axı? 
Pişik kimi qoynuma soxulub başını sinəmə qoydu. Keçmiş arvadımın saçlarına sığal çəkə-çəkə, bu ölkədə neçə adama 
belə bir həyatın qismət ola biləcəyini düşündüm. Oğlum atalığı ilə bulvarda gəzir, mən isə, yəni uşağın həqiqi atası, öz 
keçmiş arvadımla yataqdayam. Sevil indi ərinə xəyanətmi etdi? Gülməlidir – nə xəyanəti? Kimə və kiminlə xəyanət? Öz 
əri ilə, yaxşı belə deyək, uşağının atası ilə sevişməsi xəyanətdirmi? 
- Bəs səndən uşaq istəmir? – soruşdum. – Yoxsa bu sual da ayıb sayılır?  
- Yox, ayıb sayılmır. İstəyir. Əlbəttə istəyir. 
- İstəyir. 
- Hə, istəyir – dedi və bir müddət susdu, – Amma mən istəmirəm. 
- Niyə? 
- Bilmirəm. 
- Boşan ondan yalvarıram. Qayıt mənə! – son sözlərim özüm üçün də gözlənilməz oldu.  
Dirsəyi üstə qalxıb üstümə uzandı. Amma gözlədiyimin əksinə üstümdə çox qalmadı, sol tərəfə sürüşüb yataqdan düşdü. 
Corablarını, tumanını, lifçik və paltarını götürüb yeyin addımlarla qonaq otağına keçdi. Yoxsa xətrinəmi dəydim? 
Ayağa qalxıb dalıyca çıxdım. Tumanını geyinmişdi artıq, indi də lifçiyini taxırdı. Məni görüb başını qaldırdı. 
- Hə? Nə deyirsən? – soruşdum. – Boşanarsan? 
Divana oturdu. Corablarını ayaqlarına keçirə-keçirə şıltaq gülümsəmə ilə təpədən dırnağa qədər süzdü məni. 
- Qabağımda lüt kişi dayanıb, məndən ərimdən boşanmağımı tələb edir. Əsl kino epizodudur. 
- Yalvarıram bəsdi. Zarafat eləmirəm. 
Corabının ikinci tayını da ayağında tarıma çəkib ayağa qalxdı. Başından paltarını keçirməyə çalışaraq: 
- Özünə gəl. Heç başa düşürsən nə danışırsan? Oyun oynayırıq biz? 
Yanına yaxınlaşıb paltarı geyinməsinə kömək elədim, dağınıq saçlarını  sığalladım və boynunun ardından tutub üzünü 
üzümə yaxınlaşdıraraq dodaqlarından öpdüm. Geyimli bir qadının yanında çılpaq dayanmaq, kənardan doğrudan da 
qəribə görünə bilər. Amma mən, yenidən oyanmışdım deyə, nəsə etməliydim. Daha doğrusu etməliydik. Mənim Sevilim 
belədir – hər şeyi özü başa düşdü. 


 
109
Öpüşərək gəlib divanın kənarında dayandıq. Dodaqlarımdan qopub məni sinəmdən xəfifcə itələdi. Yarı uzanmış 
vəziyyətdə divana sərildim. O qədər sərtləşmişdim ki, elə bilirdim bir toxunuşla boşala bilərəm. Qabağımda diz çökdü, 
dizlərimi araladı. Bir əlini sinəmə dayadı, obiri əli ilə alətimi sıxıb ilıq ağzına götürdü. Pəncərədən  əsən sərin yelin 
üşütdüyü vücudumun yalnız kiçik bir parçası mühafizədə idi indi. Mülayim üşütmə ilə ilıq ağız qeyri-adi kontrast yaradırdı. 
Sevil tez-tez gedib gəlirdi. Zarıdığımı eşidən kimi ağzından çıxartdı və əli ilə işləməyə davam edərək xayalarımı bir-bir 
əmməyə başladı. Bədənimin titrədiyini hiss edən kimi də,  əlinin sürətini artırdı. Boğazımda çıxan “ahhh” naləsi ilə 
şiddətlə göbəyimin üstünə boşaldım. Son dəfə aşağıdan üstə doğru çəkərək, ucunda qalmış damcını əlinə sürtüb qalxdı. 
Vanna otağına keçib, oradan çirkli tumanlarımın biri ilə qayıtdı.  
- Ver, özüm silərəm – dedim. 
Bir yandan silinir, obiri yandan dəhlizdəki güzgünün qarşısında dayanıb makiyajını  təzələməsinə tamaşa edirdim. 
Silindikdən sonra yataq otağına keçib alt paltarlarımı, köynəyimi geyinib otağa qayıtdım. Sevil saçlarını darayırdı. Dəhlizə 
gəlib arxasında dayandım. 
- Bilirsən – dedim. - Sən gedəndən sonra bu evə qadın ayağı dəyməyib. 
- İnanıram – deyib, güzgüdən mənə baxdı. - Doğrudan inanıram. Bilirəm ki, sən hələ də məni sevirsən.  
- Bəs niyə getdin? Nə üçün atdın məni? 
Sevil üzümə elə baxdı ki, elə bil küçədə ondan 8-ci mikrorayona hansı avtobusun getdiyini soruşan adama marşrutu 
başa salmağa hazırlaşır: 
- Bir yerdə yaşamağımız mümkün deyildi artıq. İndi də bu addımı düzgün atdığımı düşünürəm. Peşman zad deyiləm. 
Ülgüc kimi kəsicidir sözləri, çünki həqiqətdir. Düz deyir, mən zərrə qədər dəyişməmişəm ki, peşman olsun. O indi qayıtsa 
da yanıma, hər şey əvvəlki qaydasında davam edəcək. Bəlkə təzə-təzə özümü yığışdırıb Sevilə, oğluma daha çox vaxt 
ayıracam. Məsələn Rasim kimi. Sonra yavaş-yavaş onlara olan marağım, qayğım, diqqətim səngiyəcək. Dostlarımla 
daha çox vaxt keçirib, içki süfrələrində inqilabdan, çevrilişdən, rejimdən danışıb evə gec saatlarda gələcəm. Bunu ikimiz 
də bilirik deyə acığım tutur Sevilə. Amma bir söz deyə bilmirəm. Deməyə ixtiyarım da yoxdur. Onun əri mən deyiləm, 
Rasimdir. Olsun. Amma mən ona daha yaxın olmalıyam, çünki oğlumuz var. Hə, deyəsən əsl şərqlilər kimi düşünürəm. 
Bəli, mən şərqliyəm, çox dözümsüzəm. Onun ərdə olmasına təhəmmül edə bilmirəm. Bacarmıram özümlə. Azərbaycan 
kişisiyəm. Bəs Rasim kimdir? Azərbaycan kişisi deyilmi? O da mənim kimi paternalist cəmiyyətin yetişdirdiyi - oğul, ailə 
kultuna bağlı, patriarxal təfəkkürlü adam deyilmi? Bilmirəm. Boşanmış, özü də uşaqlı bir qadınla evlənəcək qədər müasir 
düşüncəli adamdırsa, deməli mənim kimi deyil. Mən, “kişilik kodeksi”-nin diqtə etdiyi mənfur namus-qeyrət 
paradiqmasının, bu ümummilli refleksiyanın  əsiriyəm. Cəmiyyətin mənim çiyinlərimə, məndən icazəsiz yüklədiyi rolu
vəzifələri icra etməyə məhkumam. Özümdən iyrənirəm. İyrənirəm! 
- Ayda neçə  dəfə  təmizləyirsən evi? – səsi mətbəxdən gəldi. – Gör nə gündədir buralar! Belə  vəziyyətdə necə 
yaşayırsan?! 
Daldığım qəmli düşüncələrdən ayılıb ayaqlarımı mətbəxə sürütlədim: 
- İki-üç aydan bir təmizləsəm böyük şeydir – bu barədə heç danışmaq istəmirdim, amma Sevilə deyinməyi qadağan edə 
bilməzdim. Onun mənimlə yatağa girəcək qədər böyük ürəyi varsa, istədiyini mənə deyə bilər. Lap danlayar, söyər, 
təhqir edər. Ömrümün sonuna qədər ona minnətdar olacağam.  
Nəm əskini götürüb stolun üstünü silməyə başladı. 
- Bu gün gələcəyimi bilə-bilə də təmizləmədin. 
- Düz deyirsən. Eşşəyəm də. 
Gözlərini süzüb baxdı mənə:  
- Nə əcəb tumançaq deyilsən? 
- ... 
- Özü də eşşək niyə olursan? - əskini yaxalayıb plitənin tutacağından asdı, qabları yumağa qoyuldu, - Evləri ona görə 
təmizləmədin ki, gəlib evini təmiz görsəm, normal həyat yaşadığını, hər  şeyin qaydasında olduğunu fikirləşə bilərəm. 
Sənsə belə düşünməyimi istəməzdin, yox? İstəyirdin ki, evləri bu vəziyyətdə görüb ürəyim ağrısın.  
Dinmirdim. Eləcə susub ona qulaq asırdım. Sevil həm düz deyirdi, həm də yox. Ola bilsin onun dediyi “məkrli” planı 
şüuraltımda qurmuşam. Amma mən... Yox, mən bu dərəcədə rola girə bilmərəm. Əşi olsun! Öz düşüncəsində, inancında 
qalsın. Heç mən özüm də onun səhv fikirdə olub olmadığından əmin deyiləm. Bəlkə doğrudan da onun dediyi kimidir? 
Qabları yuyub qurtarandan sonra pəncərə  kənarına yaxınlaşdı ki, oradakı boş siqaret qutularını zibil qabına atsın. 
Gözləri bloknotuma sataşdı. Onu açmağa hazırlaşdığını görüb, pəncərəyə doğru həmlə etdim. 
- Bəs bu nədir? – soruşdu. 
Kobudca dartıb dəftəri əlindən aldım: 
- Baxma. 
- ??? 
- İncimə qurban olum. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə