Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə56/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   52   53   54   55   56   57   58   59   ...   84

 
110
- İnciməyim?! – heyrətlə mənə baxıb çiyinlərini dartdı. 
Bloknot  əlimdə, günahkar adamlar kimi başımı  aşağı salıb dayanmışdım, üzünə baxmağa cəsarət etmirdim. Ona 
“incimə” demək doğrudan gülməli idi. Ona qarşı kobudluq etmişdim və Sevil, haqlı olaraq bu davranışımı anlaya bilmirdi. 
Sonda başımı qaldırıb nəm gözlərinə baxdım. Sevil dolub qalmışdı. 
- Qurban olum incimə. Mən... gündəlik tuturam. 
Üzündəki ifadə dəyişmədi. “Nə olsun? Mən nə yazdığını görə bilmərəm bəyəm?” sualı oxunurdu gözlərindən.  
- Məni düz başa düş. Utanıram. 
Yanıma gəlib belimdən qucaqladı  məni, başını sinəmə qoydu. Bloknotu əlimdən buraxmadan mən də  bərkdən 
qucaqladım onu.  
- Hisslərini göstərməkdən çəkinirsən. – dedi. – Məndən niyə utanmalısan ki?  
- Səndən söhbət getmir. Ümumiyyətlə heç kəsə göstərə bilmirəm. Doğrudan utanıram. Özüm üçün yazıram. 
- Olsun – dedi, gözlərini qaldırıb üzümə baxdı. – Yazıb qurtarandan sonra verərsən oxuyaram.  
- Mütləq – deyib saçlarından öpdüm. - Sənə çox sağ ol demək istəyirəm. Bu günkünə görə. 
- Buna ehtiyac yoxdur – dedi. – Özü də bu barədə danışmaq istəmirəm.  
- Olsun, amma bilirsən ağlıma nə gəldi? 
- Nə? 
- İnsanlar da kompüterlər kimi arada bir resetlənməlidir, yenilənməlidir ki, daha sürətli, daha yaxşı işləsinlər.  
Sevil cingiltili səslə ürəkdən gülüb qaynamağa başlayan qəfədanın altını söndürdü.  
-  İndi başa düşdüm niyə gündəlik tutursan - güclü fantaziyan var. Özü də  məndən ayrılandan sonra, daha da inkişaf 
eləmisən. Bəlkə roman yazasan?  
Taburetə oturub masaya dirsəkləndim.  
- Rəna da elə deyir. 
Soyuducunun qapısını silə-silə, laqeydcə: 
- Rəna kimdi? –soruşdu. 
- Görüşdüyüm qadın. 
- Görüşdüyün qadın. Onu çox sevirsən? 
- Sən Rasimi nə qədər sevirsənsə, o qədər sevirəm. 
- Cığallıq eləmə. 
- Cığallıq niyə olur?  
- Mən Rasimi sevmirəm. 
- Mən isə bilmirəm Rənanı sevirəm ya yox. Səni unuda bilmədiyimə görə, deməli sevmirəm. Amma Rəna çox yaxşı 
insandır.  
- Neçə yaşı var? 
“Qısqanırmı görəsən?” 
- Səndən üç yaş balacadı. 
- Bu evdə də heç vaxt olmayıb. 
- Yox. 
Gözlərimə dik baxıb:  
- Nə isə - dedi. - Sən keç otağa, televizora bax. Mənə mane olursan.  
- Bəlkə qalsın – dedim. – Qalanını da özüm yığışdıraram. 
- Dedim ki, keç get otağa. Gəlirəm indi. 
Qonaq otağına gəlib bloknotu şkafın üstünə qoydum, televizoru açdım. Xəbərlərdə Rövşən Zabitoğlunun “Nə? Harada? 
Nə zaman?” oyunundan fraqmentlər, ADNA-da yerdə yatan cəsədlər göstərilir; ailəsi, dostları daşlaşmış, kədərdən 
çökmüş sifətlərilə mikrofona nəsə deyirdilər. Kanalı çevirdim. Burada da eyni kadrlar, eyni mövzu vardı.  
Mətbəxdə səslər susdu, suyun səsi kəsildi. Sevil qapıdan boylanıb: 
- Tozsoran hardadı? – soruşdu. 


 
111
Yataq otağından, çarpayının altından toz basmış tozsoranı  çıxardıb dəhlizə  gətirdim. Sevil üz-gözünü turşudub onun 
üstünü nəm bezlə sildi, əvvəl mətbəxi, sonra dəhlizi tozsoranladı. Ardından yataq otağına keçib çarpayını  sərdi, çirkli 
paltarları bir yerə topladı, təmizləri isə səliqə ilə şifonerə yığdı. Oranı da tozsoranladıqdan sonra qonaq otağına qayıtdı. 
Dizlərimi qatlayıb divanda oturmuş, bayırlıq paltarda evləri təmizləyən Sevilə baxırdım. Bu mənzərə keçmiş günlərə 
qaytardı məni. Sadəcə olaraq əvvəllər Sevil ev paltarında, xələtdə iş görərdi, indi isə bayırlığındadır. Çünki o, bu evə aid 
deyil. 
Qonaq otağı ilə də işini bitirib, bütün çirkli paltarları paltaryuyana atıb işə saldı. Ardından da mətbəxin, dəhlizin, otaqların 
döşəmələrini sildi. 
Evimi tanıya bilmirdim. Qadına qovuşduğundan, bayram edən evimi. Müasir qadınlar indilərdə  cəmiyyətdəki  ənənəvi 
rollarından, “evdar qadın” statuslarından narazı olsalar da; azadlıqdan, öz haqlarından danışsalar da, səliqə-sahmanı, 
təmizliyi onlardan yaxşı yarada bilən yoxdur. Özləri də bilirlər bunu. Bilirlər necə möhtacıq onlara.  
- Getməliyəm – dedi.  
- Belə tez? 
– Harası tezdi? Saat ondur. Rasim mesaj yazdı ki, evə gəliblər.  
Cəld ayağa qalxıb dəhlizə çıxdım.  
- Gözlə geyinim, yola salım səni. 
- Lazım deyil. Taksiyə minib gedəcəm.  
- Necə yəni? Gözlə mən də... 
Əlini ağzıma qoyub “sss” elədi.  
- Dedim ki, ehtiyac yoxdur. 
Qucaqlaşdıq. 
- Yenə gələcəksən? – ürkəkcə qulağına pıçıldadım.  
- Bilmirəm. Zəngləşərik.  
- Yenə də hər şeyə görə çox sağ ol – dedim və geri çəkilərək gözlərinə baxdım.  
- Dəyməz. Sən də Özgürün işini həll elədiyinə görə çox sağ ol. 
Başımı buladım: 
- Sən nə danışırsan? Söhbət mənim oğlumdan gedir.  
Ehtirasla öpüşdük. Getmək istəmədiyini, əlacı olsa yanımda qalmağa hazır olduğunu hiss edirəm. O da sevir məni. Çox 
sevir. 
- Salamat qal – deyərək, kilidi açdı. 
- Sən də özünə yaxşı bax. Özgürü öpərsən. 
Liftin qapıları açılana, Sevil gözdən itənə qədər baxdıq bir-birimizə. On beş-iyirmi saniyəlik baxışmamız, bir əsrə bərabər 
söhbət kimiydi. O mənə, mən də ona bu gecəyə görə minnətdarlıq edirdik. Qapını bağlayıb mətbəxə  gəldim. Bu dəfə 
tərtəmiz mətbəxə. Buranın həmişə belə  təmiz, səliqəli qalması Sevilsiz mümkün deyil. Taburetə oturdum. Sevilin açıq 
qoyduğu nəfəslikdən mətbəxə dolan sərin meh, uşaqların həyətdə yandırdığı tonqalın qoxusunu da özü ilə içəri gətirirdi.  
Şeyla çıxmırdı yadımdan. Çıxa da bilməzdi – sabaha görüş təyin edib mənə. Harasa gedəcəyik onunla. Getməliyikmi? 
Fərqli dünyaların adamlarıyıq ikimiz də. Bəs məndən nə istəyir? Hardan ilişdim mən bu məxluqa? Bu nə işdir düşdüm? 
ADNA-da baş vermiş hadisə, ona olan nifrətimi daha da artırırdı. Dolaylı da olsa, Rövşənin törətdiyi cinayətdə bu rejimin 
də barmağı vardı. Ömrünü bundan sonra da uzatmaq, xalqa divan tutmaq, cinayətlərinə davam etmək niyyətində olan 
rejimin. Cəmi 5 ay qalıb prezident seçkilərinə. Son günlərdə daha da aqressivləşib, quduzlaşıb Qənirə. Müxalif yönlü 
elektoratın sıralarının günbəgün genişlənməsi yuxusunu ərşə çəkib, gecəsini gündüzünü qarışdırıb. Şeyla da bir yandan 
zəli kimi yapışıb, qopmaq istəmir. Sabah onu yenə görəcəyimi düşünəndə, istər-istəməz əsəbdən dişlərimi qıcıyıram.  
Mən bilirəm nə etmək lazımdır - Toğrulla danışmalı, onunla məsləhətləşməliyəm. Mütləq.  
Nömrəsini yığıb xeyli gözlədim.  
- Salam. 
- Salam. Neynirsən, hardasan? 
- Evdəyəm. Sənə ehtiyacım var. Gələ bilərsən? 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə