Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə49/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   45   46   47   48   49   50   51   52   ...   84

 
96
- Lap yaxşı – dedi. – Özünə yaxşı bax. 
 
*** 
 
Toğrul kabinetimdəki “Tefal” markalı elektrikli çaydandan iri fincana su süzüb, bir qaşıq kofe və şəkəri içində qarışdırdı, 
gəlib qarşıma dikildi. İsti kofedən ehtiyatla bir qurtum içib üzümə baxdı. 
- Nə olub yenə? 
- Heç. Elə belə – gülümsədim.  
- Baş açmaq olmur – kefin kökdü, yoxsa qanın qaradı. 
Baxışlarını üzümdən ayırmadan kresloya əyləşdi. “Şeylanın kreslosuna”.  
- Bu axşam Sevillə görüşəcəm – dedim. 
Toğrul başa düşmədi. Fincanı masanın üstünə qoyub təəccüblə mənə baxdı: 
- Nə olsun ki? Tez-tez görüşmürsünüz bəyəm? 
- Adi görüşdən danışmıram – dedim. – Evimə gələcək. 
- Nə danışırsan? – Toğrul da elə bil həyəcanlandı. Özünü bir az qabağa verib – Aha, danış görüm – dedi. 
- Nə danışım e? Getmişdim bu gün məktəbə, direktorla görüşdüm. Özgür “Qənirə ana” şeirini əzbərləməyib... 
Bütün əhvalatı olduğu kimi ona danışdım.  
- Hə də. Lap yaxşı – dedi. - Gəlsin söhbət eləyin. Sonra da gözlənilmədən – Bəs Şeyla gələcək bu gün? 
- Hə, indilərdə gəlməlidir.  
- Bir söz soruşum. Aranızda nəsə olub? 
Sual elə  qəfil verilmişdi ki, çaş-baş qaldım. Toğrul həmişə belə edir. Qorxuram axırda bu parlaq zəkası özünə  zərər 
versin. 
- Nə mənada? – vaxt qazanmaq üçün soruşdum. 
- Hər mənada.  
Gülə-gülə başımı buladım. 
- Sən nə adamsan! 
- Yəni nəsə olub? – gözləri parıldadı. 
Toğruldan gizlətməyin nə mənası var? 
- Aha. Dünən zorlayıb məni.  
- ??? 
- Hə də - dedim. – Elə o məsələ.  
- Harda?! – gözlərini bərəldib kofedən bir qurtum içdi.  
- Elə burda. 
- Nə danışırsan?! Zarafat eləyirsən? 
- Yox, düz sözümdü. Əşi sonra danışarıq – dedim.  
- Dayan görüm e! – dedi, ayağa qalxdı. – Necə yəni otaqda. Nə vaxt oldu bu? 
- Gündüz. Prosedura gələndə. 
- Əməlli başdı sikişdiniz, yoxsa öpüşmə filan? 
- Nə öpüşmə? Deyirəm zorlayıb məni.  
- Aha. Başa düşdüm – pəncərəyə yaxınlaşıb küçəyə baxdı. – Dünən mən otağa girib sənə terror söhbətini danışanda, 
pörtüb qalmışdın elə bil.  
- Hissiyatına söz ola bilməz – güldüm. 
- Niyə belə iş tutdun? Bilmirsən axırı pis ola bilər? 
- Eee bəsdir! Heç özüm də bilmədim necə oldu. Birinci axırıncı dəfədir. Bir azdan özü də gələcək – köks ötürüb dedim. - 
Görüm özünü necə aparır. 
- Dünəndən heç zəng eləməyib? – Toğrul maraqlanıb təzədən yerinə oturdu. 


 
97
- Yox, eləməyib. 
- Qəribədir. 
- Nə isə. Sənin işlərin necə gedir? 
Gözlərini azacıq qıyıb: 
- Bütün təzə xəbərlər səndədir. Məndə köhnə hamam, köhnə tas. 
- Ayrılmısınız yenə? 
Ağrılı təbəssümlə: 
- Sənin də intuisiyana söz ola bilməz – dedi. - Hə, ayrılmışıq.  İki gün əvvəl telefonu üzümə söndürdü, indi də cavab 
vermir. Nə isə. Düzələr. 
Aha! Düzələcək, gözlə. Zavallı Toğrul, istəməzdim sənə yazığım gəlsin. Yazıq adam olmağa layiq deyilsən çünki. Amma 
neyləyim, özümlə bacara bilmirəm – mənim gözümdə sən hiyləgər, məkrli bir qadının könüllü ayaqaltısından başqa heç 
nə deyilsən. Bu üzdən sənə yazığım gəlir.  
Qapı döyüldü.  
 


 
98
Dilemma 
 
 
 
- Salaaam. 
Olduqca xoşbəxt görünən Şeylanın, salamı da sanki musiqili alınmışdı.  
Toğrul təlaşla: 
- Yaxşı, görüşərik – deyib mənə göz vurdu. Otaqdan çıxdı.  
Üzündəki şit, yersiz təbəssümü ilə insanı hövsələdən çıxaran Şeyla qapını örtüb: 
- Vaxtsız gəlmədim ki? Bəlkə nəsə söhbətiniz vardı? 
- Yox – dedim. – Problem deyil. 
Çantasını masamın üstünə qoyub güzgüyə yaxınlaşdı, çeçələ barmağının dırnağı ilə kirpiklərini hamarladı, dodaqlarını 
bir-birinə sürtdü. Sonra şıltaqlıq saçan gözlərini döyə-döyə mənə baxıb soruşdu: 
- Problem deyil. Poblem yoxdu. Azərbaycanlılar bu sözləri tez-tez işlədirlər, düz demirəm? 
- Nə bilim. Yəqin ki. 
- Həə. Amma problemlər qurtarmır ki, qurtarmır.  
Tələsmədən qapıya yönəldi, cəftəni vurub mənə yaxınlaşdı. Bu yerdə onu saxlamaq, gedib qapını açmaq, ona həddini 
bildirmək lazım gəldiyini düşündüm, amma yerimdən tərpənməyə güc, cəsarət tapmadım özümdə. Dayandığım yerdə 
quruyub qalmışdım; onun rahat, sərbəst hərəkətlərinə heyrətlə tamaşa edirdim. Özünü elə aparırdı ki, elə bil yüz ilin 
tanışlarıyıq. Sonda, özümü toplayıb: 
- Neynirsən? – soruşdum. 
Cavab vermək yerinə, bir göz qırpımında dodaqlarıma öpüş qondurdu.  
“Axı mənim də bir mənliyim var” düşündüm və onu qabaca özümdən uzaqlaşdırıb geri çəkildim. 
- Xahiş edirəm, lazım deyil! – üzümü turşutdum.  
İtaətkarlıqla keçib kresloya oturdu, çantasından siqaret çıxartdı və dəxlisiz sual verdi: 
- ADNA-da olanlar haqqında nə fikirləşirsən?  
Nə hərəkətlərində, nə sözlərində məntiq yox idi. Güclü təsirə malik psixotrop maddə qəbul etmiş, prostrasiya vəziyyətinə 
düşmüş adama oxşayırdı. Bilmirdim ona qəzəblənim, yoxsa gülüm. Qarışıq hisslər keçirirdim. 
- ADNA-da olanlar? Nə bilim. Ev istəyib, verməyiblər, o da intiqam alıb. Bundan artıq nə deyə bilərəm? Özü də ki... 
siqareti yandırmağa tələsmə. Gəl proseduranı bitirək, sonra çəkərsən. 
- Baş üstə - deyib, nə üçünsə sevinclə ayağa qalxdı. 
Həvəssizcə iynəni vuranda, ardından da damaqlarına gel sürtəndə  ağız qoxusunun ilk günkü qədər  şiddətli olduğunu 
hiss etdim, ödüm ağzıma gəldi. Bayaq dodağımdan öpəndə də narahat olmuşdum. 
Salfeti ona uzadıb, dodaqlarını silməsinə gözucu tamaşa edərək pəncərənin qabağına keçdim. Qancıq tez rədd olub 
getsəydi, əla olardı. 
Küçədə gözləyən S-Class Mercedes-in sürücüsü dala-qabağa var-gəl edir, yanğıyla siqaret çəkirdi. Ailəsinə çörək pulu 
qazanmaq üçün min zülmə qatlaşan, bəlkə  də  hər gün alçalan orta yaşlı bu kişiyə ürəyim ağrıdı. O, Şeylanın bütün 
şıltaqlıqlarına vərdiş edib artıq. Bəs mən? Buna məcburammı? Bu qadından nə asılılığım var? O kimdir axı? 
Üzümü qətiyyətlə ona çevirəndə, artıq ayağa qalxmışdı. Krana yaxınlaşıb dodaqlarına yüngülcə su vurdu, salfetlə 
qurulayıb zibilqabına atdı. 
- Mən bir azdan çıxmalıyam – dedim və səsimin titrədiyini hiss etdim. Əgər o da hiss edibsə, çox pis. 
Kresloya əyləşdi, ayağını ayağı üstə aşırtdı. 
- Xəstən olmayacaq bu gün? 
- Yox. İşlərim var, çıxmalıyam – təkrarladım. Sözlərimin inandırıcılıqdan uzaq olduğunu özüm də bilirdim. Deməli belə 
lazımsız yalanlar danışmağı yaxşı bacarmıram.  
Bayaq çəkməyinə icazə vermədiyim siqareti indi yandırdı.  
- İşlərini nə vaxta qurtararsan? 
- Bu gün boş vaxtım olmayacaq. Həyat yoldaşımla görüşməliyəm - bunu elə qürurla dedim ki, elə bil həyat yoldaşımın 
olması fəxr ediləsi, əlahiddə hadisədir.  


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə