Ali Pedaqoji məktəblərdə Azərbaycan tarixinin tədrisində yeni təlim texnologiyalarından istifadənin didaktik, pisixaloji və fəlsəfi əsasları


Keywords: New learning technologies



Yüklə 17,55 Kb.
səhifə2/3
tarix29.11.2023
ölçüsü17,55 Kb.
#139664
növüXülasə
1   2   3
Mikayıllı Mikayıl Məqalə1

Keywords: New learning technologies, methodology, didactics, psychology, philosophy, higher education, teaching process, thinking, cognition

Ali məktəb- müəlliminin qarşısında duran vacib vəzifələrdən biri ali məktəbdə təlim sessiyalarının təşkilində yeni yanaşmaların tətbiq edilməsindədir. Kərimov.Z.H və Əhmədova.N.Ə ali məktəblər üçün hazırladıqları proqramın izahat vərəqində yazırlar: ―Fəal təlim mühitini yaratmaq, onu demokratik şəraitdə idarə etmək, fasilitasiya qaydalarına əməl etməklə müəllim-tələbə əməkdaşlığı əsasında təhsilalanları isitqamətləndirmək, onların müstəqil olaraq öyrənmə prosesinə qoşulmasını təmin etmək lazımdır. [4, s.5].


Təhsil islahatı proqramında təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici təlim metodlarının geniş tətbiqinə diqqət verilməsi tövsiyə edilir. Metodlar içərisində fəal təlim metodları önəmli rola malikdir.
I. Fəal təlim zamanı – öyrənənlər təlim prosesinin tamhüquqlu iştirakçıları olular və elmin yeniliklərini, yeni bilikləri fəal axtarış və kəşflər zamanı mənimsəyirlər.
II. İnteraktiv təlim –qarşılıqlı fəal təlimdir. İnteraktiv dərslərdə debat, diskussiya, əqli hücum və ya qruplarla iş, rollu oyun və s. təlim metodlarıdan istifadə edilir. İnteraktiv təlimin əsas hədəfi tələbələr üçün idrak fəallığını inkişaf etdirə bilən əlverişli öyrənmə və öyrətmə mühiti yaratmaq, onların tədris prosesində özlərini məhsuldar hiss etmələrini təmin etməkdir. Ən vacib məsələ isə fəal interaktiv təlim zamanı tələbələrin yaradıcı fəaliyyəti, idrak fəaliyyətidir.
III. Fəal təlimdə yaradıcılıq böyük əhəmiyyət kəsb edir. Yaradıcılıq hər hansı bir yeniliyin yaradılmasına yönəldilmiş prosesdir. Müasir kurikulumların tələbələrini əsas götürsək Azərbaycan tarixi dərslərində təlim prosesində tələbələrdə idrak fəallığının formalaşdırılması üçün aşağıdakı əlamətlər səciyyəvidir. a) müəllimlərin və tələbələrin birgə fəaliyyəti; b) təlimə müəllim tərəfindən rəhbərlik edilməsi; c) tələbələrin təhsil-tərbiyəsini, inkişafını və formalaşmasını, plana uyğun surətdə təşkil və idarə etmək; ç) təlimdə tamlığı təmin etmək; d) təlimin tələbələrin yaş və inkişafını qanunauyğunlarına müvafiqliyinin təmin edilməsi; e) tələbələrin təlimə yaradıcı mövqeyini stimullaşdırmaq.
Beləliklə, Azərbaycan tarixi üzrə təlim prosesi – müəllimin rəhbərliyi altında tələbələrin fənin məzmunun dərk etməsi prosesidir.
Araşdırmalar göstərir ki, Azərbaycan tarixi üzrə təlim prosesinin planlaşdırılması elmi – məntiqi ardıcıllığa əsaslandıqda təlimdə keyfiyyət dəyişikliyi baş verir. Burada əsasən öyrədici mühitin yaradılması və ondan istifadə edilməsi tələbələrin idrak fəallığının formalaşdırılmasının təşkili və ona nəzarət, fəal dərsin 7 mərhələsinin ardıcıllıqla planlaşdırılması və təlim fəaliyyətinin yaradıcı təşkili və ona nəzarət edilməsi məsələləri əsas götürülür. Ali məktəblərdə də bu 7 mərhələ əsasında seminar və mühazirə dərsləri keçirilə bilər.
İnteraktiv təlimin əsas məqsədi müəllim tərəfindən tələbənin özünün biliklərini kəşf edəcəyi, əldəedəcəyi və quracağı şərtləri yaratmaqdır.
1.Tənqidi təfəkkür – daxil olan məlumatı qiymətləndirmək qabiliyyətidir. Yəni öyrənənə verilən məlumatı onu təhlil edərək müsbət və mənfi cəhətlərini göstərməklə qiymətləndirmək qabiliyyətidir.
2. Didaktik təfəkkür – hadisələrdə ziddiyyətlərin vəhdətini və mübarizəsini, yeniliklərin necə yarandığını görmək və onların inkişaf istiqamətlərini aşkar etmək nəzərdə tutulur.
3. Məntiqi təfəkkür - müqayisə, ümumiləşdirmə, təsnifat və sistemləşdirmə bacarığıdır. Ümumiləşdirmə - cisim və hadisələri ümumi və mühüm xüsusiyyətlərinə görə fikrən birləşdirməkdir. Təsnifat -əşyaları mühüm xüsusiyyətlərinə görə fikrən siniflərə ayırmaqdır. Sistemləşdirmə - obyektləri müəyyən qayda üzrə düzmək. Onlar arasında ardıcıllığı müəyyən etmək, yəni sistemə salmaq deməkdir. Ümumiyyətlə, biliklərin qavranılması, köhnə biliklərlə yeni biliklər arasında sıx bağlılıq başa düşülməlidir.
Ali məktəb tələbələrində tarix dərslərində tələbələrin idrak fəallığının inkişaf etdirilməsi tələbələri yaradıcı öyrənməyə, özünün, gələcəyinin yaradıcısı olmağa təşviq edir. Tələbələrin idrak fəallığının formalaşdırılması, fəallaşdırılması tədris prosesində tələbələrin yaradıcılıq dərəcəsinin yüksəldilməsində son dərəcə vacibdir. Tələbələrdə idrak fəallığının tənqidi, yaradıcı, məntiqi düşüncə proseslərinə sövq etməklə təhrik etmək olar. B. Lahey, L. Lefton, R. Malott, R. Plotnik və digər psixoloji nəzəriyyəçilər tənqidi düşünməyə fikirlərimizi, hisslərimizi və davranışlarımızı aydınlaşdırmaq və inkişaf etdirmək üçün düşünmək və qiymətləndirmək kimi baxırlar. [1, s.97-100].
Ali məktəb tələbələrinin Azərbaycan tarixinin təliminə münasibəti necədir? Tələbələrin təlim fəaliyyətinin psixoloji xarakteristikasının səviyyəsi necədir? Kimi məsələləri aydınlaşdırmağa çalışaq.
Müasir dövrdə, ümumtəhsil məktəblərində şagirdlər demək olarkı bütün fənlərə eyni münasibət bəsləyirlər, lakin ali məktəb tələbələri tədris olunan bütün fənlərə eyni münasibət bəsləmirlər. Tədrsis olunan fənlərə seçici yanaşırlar. Bununla da təlimə münasibət köklü surətdə dəyişir. Bilik və bacarığa tələbat ali məktəb tələbəsinin ən səciyyəvi cəhətidir. Ali məktəb tələbələrinin idraki maraqları geniş, dəyişməz və praktik xarakter daşıyır. Tələbələrin maraqlarının genişliyi onların fəlsəfi və etik problemlərə – maraqlarını artırır. Tələbələrdə qavrayışın xüsusiyyətləri genişliyi ilə fərqlənir. Onlarda seçicilik, mənalılıq, müşahidə, ixtiyari diqqət, cisim və hadisələri sistemləşdirmə bacarığı formalaşır. Diqqətini bir neçə iş arasında bölüşdürmə, hər bir müstəqil işi yerinə yetirərək diqqətli olmaq hissi formalaşır. Tələbələrdə ixtiyari hafizə çoxaldıqca, qeyri-ixtiyari hafizənin çəkisi azalır. Müstəqil işlərin yerinə yetirilməsində anlaşmanın, dərketmənin, analizin, sintezin həcmi çoxalır və genişlənir. Tələbələr plan, sxem tərtib etmək, konspekt hazırlamaq, seminara hazırlaşmaq, mühazirədən əsas fikirləri çıxarmaq və s. hafizələrinin hesabına sahib olurlar.
Ə.Ə.Əlizadə və H.Ə.Əlizadə — təhsildəki yeni pedaqoji-psixoloji təfəkkürün təfərrüatlarını şərh edərək yazırlar: “Yeni pedaqoji təfəkkür klassik pedaqogikanın deyil, “Köhnə” pedaqoji təfəkkürün – durğunluq illəri pedaqogikasının və ya ənənəvi didaktikanın alternative kimi bərqərar olmuşdur. Klassik pedaqogika yeni pedaqoji təfəkkürün əsas qaynaqlarından birini təşkil edir”. [5, s.179].
İxtiyari öyrənmə məqsədəuyğun, planlı, mütəşəkkil olur. Tələbələr əsas bilik və bacarıqlarını həmin ixtiyari öyrənmədə əldə edirlər. Hazırki dövrdə ali məktəblərdə yeni təlim texnologiyalarından istifadə olunur. Ali məktəblərdə təcrübəli tarix müəllimləri seminar məşğələlərində motivasiyanın yaradılmasından istifadə etməklə məşğələdə öyrəniləcək mövzunun aktuallığını, onun zəruri və səciyyəvi cəhətlərini müxtəlif vasitələrlə tələbələrə çatdırırlar. Sözlərdən, sxemlərdən, şəkillərdən və digər simvollardan istifadə edirlər. Motivasiyanın yaradılması onları məqsədə çatmağa təhrik edir. Biliyə maraq, özünün intellektual və mədəni səviyyəsini yüksəltmək istəyi, bacarıqlara yiyələnmək, müstəqil iş kimi verilmiş tapşırıqları yerinə yetirməyə həvəs və s. daxili motivlərdəndir. Psixoloji ədəbiyyatlarda bu qəbildən olan motivlərə təlim situasiyaları deyilir. Bunlar məqsədəuyğun cəlbedici situasiyalar adlanır. Cəlbedici situasiyalar tələbələrin müstəqil işlərində psixoloji motiv, psixoloji əsas rolunu oynayır. [2, s.178-182].
Təlim sistemində idarəetmənin fəlsəfi-metodoloji problemlərinin mühüm aspektləri idrak nəzəriyyəsi ilə obyektiv əlaqə zəminində müəyyənləşir. Pedaqoji ədəbiyyatda təlim prosesi ilə elmi idrak prosesinin müqayisəsində üç nöqteyi-nəzəri fərqləndirmək olar:
1.Bəziləri tərəfindən təlim prosesinin özünəməxsus xüsusiyyətləri lazımınca qiymətləndirilmədən elmi idrak prosesi ilə eyniləşdirilir.
2. Bəziləri tərəfindən təlim və idrak proseslərinin oxşarlığına laqeydlik hiss olunur, onların bir-birindən fərqləri, təlim prosesinin spesifik xüsusiyyatləri qeyd olunur.
3. Bəziləri tərafindən təlim prosesi özünəməxsus xüsusiyyətlǝrǝ malik elmi idrak prosesi kimi qəbul edilir və hər iki prosesin bütün tərəflərinin vəhdətinin əsaslandırılmasına cəhd olunur.
Akademik M.M.Mehdizadə idrak nəzəriyyəsi ilə təlim nəzəriyyəsi arasında olan münasibətlərin şərhi üçün irəli sürülən müddəalar arasında müəyyan fərqlərə, hatta fikir ayrılıqlarına yol verildiyini qeyd edirdi. O, yazırdı ki, bəziləri idrak nəzəriyyəsi ilə təlim nəzəriyyəsini tamamilə eyniləşdirir, bunların arasında olan fərqləri unudurlar, təlim prosesinin təşkilini idrak prosesinin gedişi kimi qələmə verməklə şagirdlərin yaş xüsusiyyətlərini və imkanlarını nəzərə almağ yaddan çıxarır va beləliklə də, əslində didaktikanın özünü inkar etmək dərəcəsinə gəlirlər. [3, s.229-239].
İnsan cəmiyyətləri keçmişdə və indiki dövrdə öyrənmə proseslərinə diqqət yetirmiş və təhsillə maraqlanmışdır. Hər bir filosof və ya təhsil alimi idealizm, realizm, praqmatizm, ontologiya, naturalizm, davranışçılıq və analitik fəlsəfə kimi müəyyən edilə bilən fəlsəfi cərəyanlara müraciət etmiş və üzərində işləmişdir. Sokrat deyir ki, mən heç kimə heç nə öyrədə bilmərəm, yalnız onları düşünməyə vadar edə bilərəm.
Təhsil texnologiyasından istifadənin məqsədi pedaqogikanı təkmilləşdirmək və tələbələrin öyrənməsinə şərait yaratmaqdır. İsmayıl İpək “Öyrənmə və Tədris Mühitləri üçün Təhsil Texnologiyaları Fəlsəfəsində Yeni Yanaşmalar və Trendlər” adlı məqaləsində A.Yanuşevskinin fikrini əsas gətirir. “Təhsil texnologiyası müvafiq texnoloji prosesləri və resursları yaratmaq, istifadə etmək və idarə etmək yolu ilə öyrənmənin asanlaşdırılması və performansın artırılmasının öyrənilməsi və etik təcrübəsidir”. Təhsil texnologiyası öyrənmə fəaliyyətlərinə səbəb olmaq və ya nəzarət etmək əvəzinə öyrənməni asanlaşdırdığını iddia edir. Fasilitasiya öyrənmə mühitinin dizaynını, resursların təşkilini və öyrənmə vasitələrinin təmin edilməsini əhatə edir. Tədris mühitləri üz-üzə, virtual mühitlərdə, eləcə də mikro aləmlərdə, genişlənmiş reallıqlarda, distant təhsil və təlim dizaynlarında ola bilər. Tədris dizaynı tələbələrin təlimi necə keçəcəyinə və yeni texnologiyalarla öyrənmənin ən effektiv metodunun hansı olacağına yönəldilməlidir. Tarixdə bir çox pedaqoq və elm adamları öyrənmə və tədris prosedurlarına, tədris dizaynı və texnologiyasında nəzəriyyələrin inkişafına diqqət yetirmişlər. Bu zaman fəlsəfə bilikləri, həqiqət məlumatları, dizayn materialları və həmçinin dizayn təcrübəsi perspektivləri göstərilmişdir. Dizayn mühitlərində istifadə olunacaq sistem yanaşmaları, əsaslı və yaxud idrak dizayn təcrübələri var. Bütün perspektivlər virtual və real vaxt simulyasiyalarını inkişaf etdirmək üçün texnologiyalara inteqrasiya olunacaq. Bu fəaliyyətlər fəlsəfi perspektivdə öyrənmə mühitləri, rəqəmsal dizaynlar, oyunlaşdırma, virtual reallıq tətbiqləri, inteqrasiya olunmuş elektron təhsil, mobil təlim dizaynı, interfeys dizaynı, motivasiya, vizual dizaynlar, multimedia kimi gələcək tədris dizaynlarının növlərini əhatə edir. [6, s.4-5].

Yüklə 17,55 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə