Analizatorların struktur və funksional təşkili



Yüklə 31,78 Kb.
səhifə8/9
tarix17.05.2022
ölçüsü31,78 Kb.
#87168
1   2   3   4   5   6   7   8   9
serbest ish HEYVAN VE İNSAN FİZİOLOGİYASİ SERBEST İSH HAZİR

Qanın əsas funksiyası. Qan insan orqanizmində qapalı qan damarlarının içərisi ilə hərəkət edir. Qanın miqdarı bədənin kütləsindən, insanın yaşından və digər səbəblərdən asılı olaraq dəyişilir. Orta yaşlı sağlam insanda qanın ümumi miqdarı 5-6 litr olur və bədən kütləsinin 7-8 %-i təşkil edir. Normal şəraitdə orqanizmdə olan qanın hamısı qan damarlarında hərəkət etmir. Qanın təxminən dördə biri qan depolarında -dəridə, dalaqda, qaraciyərdə ehtiyat halında saxlanılır (göstərilən orqanların qan damarlarında). Orqanizmin vəziyyətindən və şəraitindən asılı olaraq məsələn, intensiv fiziki iş zamanı, qanitirmə hallarında ehtiyatda olan qanın bir hissəsi depolardan qovulub ümumi istifadəyə qoşulur. Ümumi qanın 2-2,5 litrinin itirilməsi insan həyatı üçün təhlükəli ola bilər.

Qan orqanizmdə müxtəlif funksiyaları icra edir. Orqanizmdə qanın icra etdiyi funksiyalar qan sisteminin sayəsində mümkün olur. Qan sisteminə qan, qanyaradıcı və qan parçalayıcı orqanlar və tənzimedici aparat (sinir sistemi) daxildir. Qan bir sıra xüsusiyyətlərə malik olmasına görə səciyyələnir: 1) qanın bütün tərkib hissəsi qan damarlarından (qan məcrasından) kənarda yaranır; 2) toxumaların hüceyrəarası maddəsi maye şəklindədir; 3) qanın əsas kütləsi həmişə hərəkətdədir.

Qan maye hissədən – plazmadan, qanın formalı elementlərindən- eritrositlərdən, leykositlərdən və trombositlərdən ibarətdir. Yaşlı adamlarda qanın tərkibinin 45 %-ni formalı elementlər, 55-60%-ni plazma təşkil edir.

Hemoqlobin insanın tənəffüs piqmenti hesab olunur. Hemoqlobini təşkil edən aktiv qrupa- kompleks birləşməyə dörd hem molekulu və zülal daşıyıcısı olan qlobin daxildir. Yaşlı sağlam adamın qanında 120-165 q/l hemoqlobin olur. Bu göstərici kişilərdə 130-160 q/l və qadınlarda 120-150 q/l təşkil edir. Müxtəlif xəstəliklər zamanı hemoqlobinin miqdarı dəyişilir. Qanda olan hemoqlobinin əsas funksiyası oksigen və karbon qazını daşıya bilməkdir. Bundan əlavə hemoqlobin bəzi zəhərli maddələrlə birləşməyə daxil olur. Hemoqlobin bufer xassəli kompleks birləşmədir və bəzi toksinli maddələrlə birləşmə əmələ gətirir. Hemoqlobin O2, CO2 və CO ilə birləşməyə daxil olur. Hemoqlobinin O2 -lə birləşməsi oksihemoqlobin adlanır (HHbO2): oksigenini itirmiş HHbO2 reduksiya olunmuş hemoqlobin (HHb) adlanır. Arterial qanda oksihemoqlobin üstünlük təşkil edir, ona görə də arterial qanın rəngi al qırmızı olur. Venoz qanda ümumi hemoqlobinin 35%-i reduksiya olunmuş hemoqlobinin (HHb) payına düşür. Bundan əlavə hemoqlobinin bir hissəisi amin qrupu vasitəsilə CO2- na birləşir, karboksihemoqlobin (HHbCO2) əmələ gətirir. Nəticədə, hemoqlobin qan vasitəsilə daşınılan CO2-nin 10-20% transport edir. Hemoqlobin karbon iki-oksidlə (CO dəm qazı ilə) olduqca möhkəm birləşmə əmələ gətirir. O2-lə müqayisədə hemoqlobinin CO ilə yaxınlığı daha yüksəkdir, ona görə də CO ilə birləşmiş hemoqlobin oksigenlə birləşməyə daxil ola bilmir. Lakin təmiz oksigenlə nəfəsalma zamanı karboksi hemoqlobin (HHbCO), surətlə parçalanır. Bu üsuldan CO -dan zəhərlənmənin qarşısını almaq məqsədi üçün geniş istifadə olunur.

Güclü öksidləşdiricilər (ferrosianid, bertole duzu, peroksidlər və s.) dəmir elementlərini iki yüklü vəziyyətdən üç yüklü vəziyyətə çevirir (Fe++-dən Fe+++-ə). Nəticədə, hemoqlobinin öksidləşməsi prosesi gedir, möhkəm hemoqlobin O2 birləşməsi yaranır. Bu birləşmə methemoqlobin adlanır. Belə halda oksigenin transport olunması pozulur, bu hadisə insanda kəskin ağırlaşmaya, hətta onun ölümünə səbəb olur.

Son sidiyin yaranmasında reabsorbsiya proseslərin əhəmiyyəti.


İnsanda ifrazat sistemi orqanlarına böyrəklər, dəri, bağırsaq traktı, qaraciyər (öd axarları) aiddir. İfrazat sistemi orqanlarının sayəsində mübadilənin son məhsulları orqanizmdən ekskresiya (xaric) olunur (latınca- excrementum ifrazat deməkdir). Mübadilənin son məhsullarının orqanizmdən xaric olunması. Eyni zamanda bəzi maddələrin zərərsizləşdirilməsi prosesi gedir; orqanizmdə mayenin turşu-qələvi tarazlığı saxlanılır, osmos təzyiqinin səviyyəsi və suyun miqdarı mühafizə olunur. Göstərilən funksiyaların icrasında bir neçə orqan iştirak edir. Məsələn, dəri vasitəsilə natrium xlorid duzu və az miqdarda mineral maddələr, həmçinin də azot saxlayan və azotsuz mübadilə məhsulları orqanizmdən xaric olunur. Beləliklə, ifrazat prosesi maddələr mübadiləsinin bir hissəsidir və orqanizmin daxili mühitinin nisbi sabitliyini saxlayır. İfrazat sistemi orqanları sırasında böyrəklər müstəsna funksiya daşıyır.

Sidiyin tərkibinin müxtəlifliyi və xassələri. İnsan sidiyinin tərkibində zülal mübadiləsinin son məhsulları, sidik cövhəri, sidik turşusu, kreatinin və başqa maddələr olur. Oksidləşməyə uğramayan mübadilə məhsulları, müdafiə əhəmiyyəti daşıyan maddələrin sintez olunması, həmçinin də, qeyri-üzvi duzlar, sidiyin tərkibinə daxildir. Tərkibinə uroxrom, urobulin və başqa maddələr daxil olduğuna görə sidik sarımtıl rəngdə olur. Sidiyin reaksiyası adətən zəif qələvidir, lakin qəbul edilən qidanın xarakterindən asılı olaraq sidiyin tərkibi müəyyən qədər dəyişilir. Diurez ( sidik ifrazı) yeyilən qidanın tərkibindən asılıdır və sutkada 1,5 litrə bərabər olur, sidiyin xüsusi çəkisi 1,010-1,025 arasında dəyişilir. İfraz edilən sidiyin miqdarı azalanda, onun xüsusi çəkisi yüksəlir, bəzən 1,035-ə çatır ki, bu da patologiyaya gətirib çıxara bilər.

Yumaqda süzülmə (filtirasiya) prosesi gedir. Dəqiq şəkildə müəyyənləşdirilmişdir ki, malpigi yumağında kapilyarların divarından qan plazmasının bir hissəsi kapsulun boşluğuna keçir. Kapsuladan alınan mayenin analizi göstərmişdir ki, onun tərkibi qan plazması ilə eynidir, lakin plazmadan fərqli olaraq kapsula mayesində zülal molekulları, yağlar, qlükogen və qanın formalı elementləri olmur. Filtirasiyanın səbəbi kapilyar yumaqdan keçən qanın hidrostatik təzyiqinin yuxarı olması ilə əlaqədardır. Plazma zülalları kapilyar yumağın membranından keçmir və qan məcrasında qalır. Zülallar su ilə birlikdə onkotik təzyiq yaradır. Onkotik təzyiq filtirasiyanı zəiflədir. Qanın kanalcıqlarda və yığıcı borucuqlarda hərəkəti böyrəkdaxili adlanan bir neçə təzyiqin iştirakı şəraitində gedir. Böyrəkdaxili təzyiq də filtirasiyanın sürətini zəiflədir.

Beləliklə, onkotik və böyrəkdaxili təzyiq hidrostatik təzyiqin əksinə təsir göstərir. Buradan belə qənaətə gəlmək olar ki, bütün hallarda filtirasiyanı təmin edən filtirasiya təzyiqi hidrostatik təzyiqin kəmiyyətinin və onkotik təzyiqin və böyrəkdaxili təzyiqlərin kəmiyyətləri arasındakı fərqə əsaslanır. Məməlilərin damar yumağının kapilyarlarında qan təzyiqi 65-90 mm civə sütununa, onkotik təzyiq 25-30 mm civə sütununa, böyrəkdaxili təzyiq -5-7 mm civə sütununa bərabərdir. Filtirasiya təzyiqi hidrostatik təzyiqin səviyyəsindən asılı olaraq dəyişilə bilər: gətirici arteriyanın sıxılması, hidrostatik təzyiqin düşməsinə və çıxarıcı arteriyanın daralması onun ( hidrostatik təzyiqin) yüksəlməsinə səbəb olur. Əgər hidrostatik təzyiq 35-50 mm civə sütununa ensə sidiyin əmələ gəlməsi kəsilir, filtirasiya təzyiqi sıfra enir. Belə bir effekti onkotik təzyiqin və böyrəkdaxili təzyiqin kəskin yüksəlməsi də yarada bilir, yəni sidiyin əmələ gəlməsi kəsilir(dayanır).


Yüklə 31,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə