Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

 

55 


Bütün məhkəmə boyu yerindən tərpənməyən və bircə söz belə söyləməyən Komandir də 

ayağa qalxdı, onun hərbi salamını hərbi salamla cavablandırdı. 

Bu vaxt zalda oturmuş cavanlar da ayağa qalxdılar və Komandirə hərbi salam verdilər. 

Vəziyyəti belə görən hakim özünü itirdi və məhkəməni düz bir həftə təxirə saldı... 

*** 

...  Komandir  danışmayacaqdı,  amma  Uşağın  o  hərəkəti  onu  danışdırdı.  Özü  də  çox 



uzaqdan başladı. 

- Cənab hakim, prokurora sual verə bilərəmmi? 

- Buyurun, sualınızı verin. 

-  Cənab  prokuror,  məni  arvad-uşağı  düşmən  əlində  buraxıb  qaçan  polkovniki 

güllələməkdə ittiham edirsiniz. Adamları zorla döyüşə soxub qırdırmaqda, qanunsuz silahlı dəstə 

yaratmaqda,  rusların  hərbi  hissəsindən  silah-sursat  oğurlamaqda,  day  nə  bilim  nədə  ittiham 

edirsiniz.  İndi  mən  sizdən  soruşuram.  Heç  sizin  qucağınızda  on  səkkiz  yaşında  bir  uşaq,  əmi, 

qoyma  ölüm,  deyə  can  verdimi?  Arvad-uşaq,  dostların  erməni  qradından  gözünün  qabağında 

parça-parça  oldumu?  Dişinlə-dırnağınla  tikdirdiyin  evə  qrad  düşdümü?  Övladı  şəhid  olan 

anaların dırnaqlarıyla üz-gözlərində açdıqları şırımları gördünmü?.. 

Prokuror: 

- Cənab hakim, müttəhim məni təhqir edir. 

Hakim: 

- Müttəhim, sözlərinizə fikir verin, əks halda... 



-  Yoxsa  nə?  Prokuror  mənə  iki  dəfə  güllələnmə  tələb  edəcək?!  Məni  iki  dəfə 

güllələyəcəksiz?!  Mən  könüllü  batalyon  yaradıb  quldurluq  etməmişəm,  baş  kəsməmişəm,  ev 

yarmamışam.  Bu  torpağı  qorumuşam.  Başınızın  üstündəki  o  bayrağı  qorumuşam.  Məni 

güllələnmə ilə qorxutmaq olmaz. Onsuz da neçə ildi nəfə yaşayıram. Ölmək doğulduğun torpağı 

düşmən tapdağı altında görməkdən min dəfə şərəflidi. Allah hansı günahıma görəsə bu şərəfi də 

mənə  çox  gördü.  Mən  həqiqətən  güllələnməyə  layiqəm.  Amma  prokurorun  irəli  sürdüyü 

ittihamlarla  yox.  Məni  güllələmək  lazımdı.  Vaxtında  bu  torpağı  satanları  o  polkovnik  kimi 

güllələmədiyimə  görə.  Məni  güllələmək  lazımdı!  Bu  torpağı  qoruya  bilmədiyimə  görə.  Cənab 

hakim, icazə verin bir sual da verim, sözümü bitirəcəm. 

Hakim: 


- Buyurun. Amma etikaya riayət eləyin. 

- Cənab prokuror, sizin Diyarbəkr valisi Rəşid paşanın məhkəməsindən xəbəriniz varmı? 

... Hakim: 

-  Siz  doktorsunuz.  Öz  paranızla  şəfaxanalar  tikdirib  insanlara  təmənnasız  yardımlar 

göstərmisiniz.  Necə  oldu  ki,  sizin  kimi  humanist  bir  şəxs  sürü-sürü  erməninin  qırımına  yol 

verdiniz? 

Rəşid paşa: 

- Mən doktoram, amma öncə türkəm! Millətimin ermənilər tərəfindən qətliam edilməsinə 

bir türk kimi dözəmməzdim. 

Hakim: 


-  Əvvəl-əvvəl  göstəriş vermisiniz ki,  qocalara və uşaqlara dəyməsinlər. Sonradan nədən 

bu göstərişinizi pozdunuz, onların da öldürülməsini əmr etdiniz? 

Rəşid paşa: 

-  Bir  gecə  ilan  vurmuş  kimi  yuxudan  ayıldım.  Axı  bu  uşaqlar  da  böyüyüb  erməni 

olacaqdılar və bizim balalarımızı süngüyə keçirəcəkdilər. 

Hakim: 


- Heç vicdan əzabı çəkirsinizmi? 

Rəşid paşa: 

-  Qətiyyən!  İndi  siz  mənə  deyin  görüm,  Andronikin  adamlarının  Qarabağda,  Şuşada 

mənim  ana-bacılarımın  kürəyində  samovar  qaynatdıqlarından  xəbəriniz  varmı?!  Hamilə 

analarımızın qarnını yarıb bətnindəki körpəni çıxarıb can verməkdə olan ananın gözü qarşısında 



Lit.az 

 

 



56 

başını  üzməyindən  xəbəriniz  varmı?!  Bacı-qardaşlarımızı  bir  daxmaya  yığıb  diri-diri 

yandırdıqlarından xəbəriniz varmı?! Var! Amma onları heç kim mühakimə eləmir... 

Hakim  hökmü  elan  edir:  “Diyarbəkr  valisi  Rəşid  paşa  boğazına  qurşun  sıkılaraq  edam 

edilsin!” 

Gecə  Rəşid  paşa  həbsxanadan  qaçır  və  gəlir  evinə.  Kiçik  bir  məktub  yazır,  sonra 

boğazına  qurşun  sıxaraq  özünü  öldürür.  Məktubda  nə  yazılmışdı:  “Mənim  ölümüm  qurban 

olduğum  Türkiyə  dövlətinə  lazımdırsa,  mən  özüm  özümü  öldürürəm.  İstəmədim  məni  sizlər 

güllələyəsiniz. Çünki gələcək nəsillər sizin övladlarınızın üzünüə tüpürəcəkdilər ki, bunlar Rəşid 

paşanı  güllələyənlərin  övladlarıdır.  Mən  sizin  gələcək  nəsili  o  tüpürcəkdən,  o  töhmətdən  xilas 

edirəm. Onların heç bir günahı yoxdur”... 

Prokurorun nəinki Rəşid paşanın məhkəməsindən xəbəri vardı və heç bilmirdi Diyarbəkr 

hardadı. Və heç bunları bilməyə də borclu deyildi: 

- Nə Diyarbəkr?! Nə Rəşid paşa?! Bunun bizim məhkəmə prosesinə nə dəxli? 

Komandir: 

-  Bəlkə  doğrudan  da  dəxli  yoxdu!  Amma  bu  mənim  son  sözümüydü.  Nə  hökm 

çıxararsınız, qəbulumudu. 

...  Amma  Komandir  səhv  edirdi.  İllər  keçmişdi,  təkcə  bircə  nəfər  belə  Rəşid  paşaya 

güllələnmə hökmü çıxaranların nə övladlarının, nə də nəvələrinin üzünə tüpürməmişdi. Türklər 

özləri Rəşid paşanı çoxdan unutmuşdular. Tək bircə nəfər belə... Tək bircə nəfər belə... Müşfiqi 

güllələyənlərin nə özlərinin, nə də nəsillərinin üzünə tüpürülmədiyi kimi! 

...  Onların  nəsilləri  də  sonradan  vəzifə  sahibi  oldular,  tutdular,  asdılar,  kəsdilər, 

tutuldular, asıldılar, kəsildilər və indi onlardan ikisi də bu məhkəmə zalında İsaq- Musaq quşları 

kimi ötürdü... 

*** 

... Şeytan Övladı əlini atdı Tanrı Övladının saqqalına və rişxəndlə dedi: 



- Budur Şərqin Şekspiri? 

Ətrafdakı Şeytan Övladları qəh-qəhə çəkdilər. Tanrı Övladının isə heç tükü də ürpənmədi 

- saqqalına əl atanlardan, onu alçaldıb təhqir edənlərdən o qədər yüksəkdəydi ki! İsa peyğəmbər 

onu  çarmıxa  çəkənlərə  necə  baxırdısa,  o  da  bu  Şeytan  Övladlarına  elə  baxırdı.  İsa  peyğəmbər 

Tanrıdan onu çarmıxa çəkənlərin bağışlanmasını istəmişdi. 

O  da  peyğəmbər  idi,  amma  onu  bu  ağılla,  bu  kamalla  görcək  babası  Nəsimi  kimi, 

qorxdular peyğəmbər deməyə, çöndülər Şair dedilər. Və indi Şair İsa peyğəmbərdən fərqli olaraq 

ona insanın ağlına gəlməyəcək bu işgəncələri verənlərin bağışlanmasını Tanrıdan istəmirdi. Bir 

də,  əgər  Tanrı  İsa  peyğəmbəri  çarmıxa  çəkənləri  peyğəmbərin  xahişi  ilə  bağışlamamışdısa,  o 

niyə  Tanrının  işinə  qarışsın?!  Və  bütün  bu  işgəncələrə  baxmayaraq  Tanrıdan  küsmür,  Tanrıya 

şəkk etmirdi. Tanrı öz oğlunun çarmıxa çəkilməsinə dözmüşdüsə onun alçaldılıb təhqir olunması 

İsa  peyğəmbərin  əzablarının  yanında  Tanrı  üçün  o  qədər  də  böyük  faciə  deyildi.  Tanrı 

Məhəmməd peyğəmbərin daşlanmasına dözmüşdüsə, onun saqqalının yolunması o daşlanmanın 

yanında heç nə idi. 

İsa  peyğəmbəri  çarmıxa  çəkənlər  2000  ildi  həmin  çarmıxın,  Məhəmməd  peyğəmbəri 

daşlayanlar  isə  1400  ildi  “Qur’an”ın  qarşısında  diz  üstə  düşmüşdülər.  Və  Tanrıdan 

bağışlanmalarını xahiş edirdilər. 

İsa  peyğəmbəri  çarmıxa  çəkənlər  və  çəkdirənlər,  Məhəmməd  peyğəmbəri  daşlayan  və 

daşladanlar  cəhənnəmə  gedən  uzun  və  əzablı  bir  yolda  illərdi  növbələrini  gözləyirdilər.  Onun 

saqqalını yolanları da cəhənnəmə gedən uzun və əzablı bir yol gözləyirdi. 

Heç  Şair  özü  də  cənnətə  gedəcəyinə  inanmırdı.  Düzdür,  həyatında  heç  bir  günah 

işlətməmişdi.  Amma  cənnətə  getmək,  İsa  peyğəmbərlə,  Məhəmməd  peyğəmbərlə  eyni  havanı 

udmaq, eyni sudan içmək, eyni göyün altında yaşamaq üçün həyatda heç bir günah işlətməmək 

çox az idi. 

Amma cəhənnəmə də getməyəcəkdi. O artıq cəhənnəmin içindəydi və Tanrı öz bəndəsinə 

iki dəfə cəhənnəm əzabı göstərməz. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə