Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

 

57 


Cəhənnəmlik  deyildi,  cənnətin  də  yolu  bağlı  idi.  Tanrının  dərgahında  doğulduğu 

torpaqdakı  Əshabu-Kəfə  bənzər  bir  yer  vardı,  amma  nə  o,  nə  də  heç  kim  belə  bir  yerin 

olmasından xəbərdar deyildi. Çünki yer üzünə göndərilən müqəddəs kitabların heç birində bu yer 

təsvir  olunmamışdı.  Bu  kitablarda  yalnız  cənnət  və  cəhənnəm  təsvir  edilirdi.  O  cənnət  və 

cəhənnəm ki, insanlar üçün nəzərdə tutulmuşdu. O isə insan deyildi. Tanrının insan cildində Yer 

üzünə göndərdiyi və artıq öz missiyasını başa vurmaqda olan bir mələyi idi. Və missiyasını başa 

vurduqdan  sonra  babası  Nəsimi  kimi  dönəcəkdi  heç  bir  müqəddəs  kitabda  təsvir  olunmayan 

Tanrının dərgahındakı Əshabu-Kəfə. 

İbrahim  peyğəmbər  özünü  yox,  oğlunu  Tanrıya  qurban  demişdi.  O  isə  məhəbbət  və 

sevgisi  olan  Tanrısına  özünü  qurban  vermişdi.  Tanrı  İbrahim  peyğəmbərin  sədaqətini 

qiymətləndirib oğlu İsmayılı qurban kəsməyə qoymamışdı, mükafatlandırmışdı. Tanrısına özünü 

qurban vermiş Şair isə Tanrıdan heç bir mükafat istəmir və gözləmirdi. Amma o istədi-istəmədi, 

gözlədi-gözləmədi Tanrı onu mükafatlandıracaqdı. Tanrı öz dərgahındakı Əshabu-Kəfdə, babası 

Nəsiminin  yanında ona  əbədi  bir ömür bağışlayacaqdı.  Və Şair ondan neçə il sonra doğulacaq 

Qədir Rüstəmovun səsini də burda görəcəkdi. 

Şair bütün bunlardan xəbərsiz idi. Hələ o dərgaha çox uzun və çox ağır bir yol vardı. Hələ 

Şeytan Övladları bu dörd divarın arasında ona işgəncə verirdilər. Sonra bu Şeytan Övladları onu 

Sibirdəki  Şeytan  Övladlarının  yanına  göndərəcəkdilər.  Sibirdəki  Şeytan  Övladlarının  da 

işgəncələrinə uzun müddət dözməli olacaqdı. 

Hələ  o  günə  vardı,  hələ  oturmuşdu  bir  vaxtlar  Şeytanın  özünün  oturduğu  və  haçansa 

Komandirin  oturacağı  dörd  divarın  arasında  və  ona  işgəncə  verən  Şeytan  Övladlarına  gülürdü. 

Şeytan  Övladları  onun  bu  soyuqqanlılığının  qarşısında  özlərindən  çıxırdılar,  bağırırdılar,  onu 

təpikləməkdən  yorulub  bir  az  istirahət  edirdilər,  sonra  yenə  təpikləyirdilər,  sonra  yenə 

bağırırdılar və yenə yorulurdular. 

Axırda  başlayırdılar  yalvarmağa.  Yalvarırdılar  ki,  bu  ittihama  qol  çək,  sənin  də  canın 

qurtarsın, bizim də... 

O isə qol çəkmək əvəzinə elə gülümsəyirdi, vəssalam. 

Bir dəfə onu dəhlizdə apararkən döyülməkdən yumağa dönmüş Çingiz İldırımı gördü, iki 

Şeytan  Övladı  zorla  sürüyüb  aparırdı.  Bütün  ağrı-acıya  baxmayaraq,  bu  dəfə  onu  möhkəm  bir 

dəli gülmək tutdu. Onu aparan və Çingiz İldırımı  sürüyən Şeytan Övladları çaşıb  qaldılar - bu 

niyə gülür?! Onun niyə güldüyünü isə bir özü bildi, bir də Çingiz İldırım. Baxışları bir neçə an 

üst-üstə düşdü. Və gördü ki, Çingiz İldırım artıq ölməkdə olan baxışları ilə ondan bağışlanmasını 

umur. Müqəddəs kitablarda  yazılırdı ki,  Tanrı  bağışlayanları sevir, bağışlamadı. Çingiz İldırım 

ölməkdə olan baxışları ilə ona yalvara-yalvara yanından keçdi - Əzrayıl da əlində çürümüş alma 

onunla  gedirdi  -  Vətən  xaini  olmaya-olmaya  müstəntiqin  qarşısına  qoyduğu  ittihama,  özünün 

ölüm  aktına  qol  çəkmişdi.  Və  cəmi  iyirmi  dəqiqədən  sonra  Şeytan  Övladları  onu 

güllələyəcəkdilər və Əzrayıl da öz vəzifəsini yerinə yetirib gedəcəkdi. 

Keçəndə  Əzrayıl  dilxor-dilxor  Şairə  baxdı,  rəhmətliyin  oğlu,  o  qolunu  çək,  bir  də  mən 

sənin dalınca Sibirə getməyim! 

Amma  Sibirdə  səbirsizliklə  Əzrayılı  gözləyəndə  özünü  yamanlayırdı  ki,  gərək  Çingiz 

İldırımı bağışlayaydı... 

...  Və  indi  üzü  üzlər  görməkdən  bezib  qaralmış  bu  soyuq  divarlar,  Şairə  verilən 

işgəncələrin  şahidi  olan  divarlar  onun  üçün  də  o  qədər  qorxulu  deyildi.  O,  bu  soyuq  divarları 

əvvəllər  də  görmüşdü,  neçə  il  yoldaşlıq  eləmişdi.  Hamı  kimi  o  da  neçə  il  yoldaşlıq  elədiyi  bu 

divarlarla çox dərdləşmişdi, çox söhbətlər eləmişdi. Düzdür, ilk əvvəllər o qədər asan olmamışdı, 

bir-birlərini  başa  düşməmişdilər.  Amma  sonra  dil  tapa  bildilər.  Dil  tapa  bildilər  deyəndə  o, 

divarların dilini tapdı, bu divarlar əslində insan dilini çoxdan başa düşürdü. 

Və  o,  başqa  məhbuslar  kimi  heç  də  özünə  dərd  etmirdi  ki,  bu  divarlardan  cəmi  bircə 

addım o üzdə azadlıq adlı çox şirin bir şey var - cəmi bircə addım o üzdəki azadlıqda azadlığın 

dadını  çıxara  bilməyənlər  üçün  nə  fərqi!  O  özünü  nə  qədər  azad  görmək  istəsə  də  başı 

açılmamışdı  ki,  azadlığın  kefini  çıxara.  Onu  Kalımadan  azadlığa  daşıyan  qatar  gətirib  odun-



Lit.az 

 

 



58 

alovun,  ağrı-acının  içinə  atmışdı,  qatar  onu  azadlığa  deyil,  şəhid  analarının  göz  yaşlarına 

daşımışdı,  balasının  meyidi  düşmən  əlində  qalan  atanın  qabağında  aciz  qalıb  dəli  olmağa 

daşımışdı.  Bu  göz  yaşlarından,  bu  ah-vaylardan  həm  özünü,  həm  də  göz  yaşı  tökənləri  xilas 

etmək üçün silaha sarılmışdı... 

... Bu da sonu, yenə bu soyuq divarlar... 

Dünya ilə barışmasa da, taleyi ilə barışıb oturmuşdu bu divarların arasında. Bilirdi ki, o 

biri kameralarda yatanlar ruhlarının azadlığı üçün, təsəlli üçün “Qur’an” oxuyur, namaz qılırlar. 

Amma  o,  nə  “Qur’an”  oxuyurdu,  nə  də  namaz  qılırdı.  Çünki  onun  üçün  nə  üz  tutub  namaz 

qılınası qiblə qalmışdı - ermənilər qibləsinə od vurub yandırmışdılar, nə də oxunacaq müqəddəs 

bir  kitab  -  kitabını  da  qapatmışdılar.  Və  oturmuşdu  bu  dörd  divarın  arasında.  Köhnə  tanışı 

Rəisdən xahiş eləmişdi ona bir şahmat versinlər, Rəis də özü evdən bir şahmat gətirmişdi ona. 

Gününün çoxunu öz-özüylə şahmat oynamaqla keçirirdi. 

Hamı  deyirdi  ki,  hətta  qəzetlər  də  yazırdı  ki,  nə  vaxtsa  bura  muzeyə  çevriləcək.  Burda 

yatan məşhur adamları balaca bir millət necə yetişdirə bilmişdi, möcüzəydi. Təkcə son yüz ildə 

bu  divarlar  neçə-neçə  padşah  görmüşdü  -  Stalini  görmüşdü,  Nərimanovu,  Məmməd  Əmini, 

Bağırovu, Elçibəyi görmüşdü. 

Bu  divarlarla  dünyanın  ən  məşhur  şairləri,  bəstəkarları,  yazıçıları  dərdləşmişdi.  Bu 

divarlara öyrəşə bilməyən, bu divarlarla dil tapmayan Salman Mümtazı, Müşfiqi, Əhməd Cavadı 

elə  bu  divarların  arasındaca  güllələmişdilər.  Azərbaycan  Türk  Cümhuriyyətini  quranları  da  bu 

divarların arasında edam eləmişdilər, onu dağıdanları da... 

... Ayna Sultanovanın  saçlarını dibdən qırxmışdılar, sir-sifətində bir sağ-islahat  yox idi, 

əlləri  stulun  arxasında  bağlanmışdı,  ayaqları  da  stulun  qıçlarına.  O  qədər  əzab  vermişdilər  ki, 

artıq  heç  bir  ağrını  hiss  etmirdi,  bütün  yaddaşını  itirmişdi,  özünün  kimliyini  də  unutmuşdu. 

Qarşısında onun kimi işgəncələrə məruz qalan, onun kimi stula bağlanan adamın da əri Həmid 

Sultanov olduğunu da bilmirdi. 

Prometey  kimi  hər  gün  qarğa-quzğunlar  ürəyini  söküb  çıxarır,  didim-didim 

didişdirirdilər... 

...Əzrayılın  əlindəki  alma  artıq  çürümüşdü,  iyi-filan  da  qalmamışdı.  Tanrının  Ayna 

Sultanovaya  verdiyi  ömürə  hələ  çox  vardı.  Əzrayıl  bura  Həmid  Sultanovun  canını  almağa 

gəlmişdi.  Amma  Tanrının  yaratdığı  bir  yaradana  verilən  zülmə,  işgəncəyə  dözə  bilmədiyindən 

nəyə  gəldiyini  unutmuşdu,  Həmid  Sultanov  artıq  Tanrının  verdiyi  ömürdən  çox  yaşayırdı. 

Əzrayıl Ayna Sultanovanı xilas etmək istəyirdi, Əzrayıl olsa da bu qadının çəkdiyi əzablara tab 

gətirmirdi, Tanrının  yazdığı ömürü kəsməyə cəsarət  etmirdi. Sadəcə olaraq bir səlahiyyətindən 

istifadə edib bu yaradılan yaradanın bütün hisslərini almışdı ki, bu işgəncələrə dözə bilsin, necə 

ki, vaxtilə Prometeyə də belə bir yaxşılıq etmişdi. 

Həmid Sultanov bütün işgəncələrə dözürdü, amma gözünün qabağında namusunun belə 

təhqir  olunmasına  dözəmmirdi,  ölmək  istəyirdi,  ölə  bilmirdi.  Gördüyü  bu  vəhşətdən  dəhşətə 

gəlmiş Əzrayıl Tanrının Həmid Sultanovu öldürmək haqqında əmrini təmiz yaddan çıxarmışdı. 

Tanrının  deyil,  şeytanın  qulu  olmuşlar  ərinin  gözü  qabağında  xanımını  zorlayırdılar, 

başına min bir müsibət açırdılar. Əzrayılın mərhəmətindən xanım bunu hiss eləmirdi, amma əri 

bunu  görürdü,  zarıyırdı,  gah  Tanrıya  yalvarırdı,  gah  qarğıyırdı,  gah  Əzrayılı  çağırırdı.  Əzrayıl 

yanında  dayansa  da  nə  onun  yalvarışlarını  eşidirdi,  nə  də  qarğışlarını  -  əlində  çürümüş  alma, 

eləcə quruyub qalmışdı. Əgər Əzrayıl o idisə, bəs bunlar kim idi?! Əgər Tanrı insanların canını 

ona tapşırmışdısa, bəs onda Tanrının ona verdiyi bu səlahiyyəti mənimsəyənlər kimlər idi?! Bu 

işgəncə verənləri nə Faraonun gününə salardı! Amma bu onun ixtiyarında deyildi - hələ onların 

uzun bir yaşamları var idi. Əzrayıl ilk dəfə özünü çox aciz hiss elədi. 

Tanrının  yazısı  ilə  Ayna  xanımın  ömrünə  33  il  2  ay  15  gün  2  saat  11  dəqiqə  qalırdı. 

Deməli,  bu  qadın  hələ  33  il  2  ay  15  gün  2  saat  11  dəqiqə  bu  işgəncələrlə  yaşamalı  idi.  Daha 

Əzrayıl dözə bilmirdi, əlindəki alma da təmiz çürüyüb qurtarmışdı. Və Əzrayıl... 

... Çürümüş almanı Ayna xanıma iylətdi, amma o bu iyi hiss eləmədi, heç əslində almanın 

iyi  də  qalmamışdı,  əlini  atıb  onun  sinəsindəki  ürəyi  qopartdı,  parça-parça  olmuşdu  bu  ürək, 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə