Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

 

49 


quyusu vurulmuşdu, təzə-təzə ağac əkməyə başlasalar da bu ağaclar hələ boy verməmişdi. Bir az 

imkanı  olanlar  bu  cəhənnəm  odundan  az  da  olsa  qorunmaq  üçün  çiy  kərpicdən  daxma  tikib 

girmişdilər  altına  -  belə  daxmalar  alaçıqlara  nisbətən  yayda  sərin,  qışda  da  isti  olurdu.  Əvvəl-

əvvəl  Çadır  Şəhərinin  yaraşığının  pozulduğunu  deyən  sahiblər  bunun  əleyhinə  olsalar  da 

sonradan fikir verməmişdilər. 

İlan-çayanın  içində,  göydən  tökülən  odun  qarsdığı  çadırın  altında  birtəhər  yaşamağa 

öyrəşə  bilsələr  də  -  əgər  buna  yaşamaq  demək  mümkün  idisə,  bu  növbəyə  heç  cür  öyrəşə 

bilmirdilər. Qaçqın malı yeməkdən Bordağa Bağlanmış Buğaya Dönən Məmurlar nə qədər onları 

növbəyə alışdırmağa çalışsalar da xeyiri olmurdu: 

-  Ay  qardaşlar,  ay  bacılar,  ay  camaat,  növbəyə  durun  da!  Bizi  bu  xaricilərin  yanında 

biabır etməyin! 

Amma  kimə  deyirsən,  yenə  növbə  dağılır,  basabas,  səs-küy  -  həm  Bordağa  Bağlanmış 

Buğaya Dönən Məmurların, həm  də özlərinin  yayın tülyanında, qışın sazağında Avropadan iş-

güclərini, arvad-uşaqlarını atıb onlara humanitar yardım gətirmiş bu humanist xaricilərin yanında 

biabır edir, Şərq mədəniyyətini gözdən salırdılar. Elə bil bunlar nizamilərin, füzulilərin qohum-

əqrəbaları yox, hitlerlərin, napoleonların qohum-əqrəbalarıydılar. 

Böyük  Vətən  Müharibəsi  iştirakçıları  yardım  gələndə  elə  bilirdilər  bayramdı,  xeyir-şər 

kostyumlarını  geyir,  bütün  orden-medallarını  da  sinələrinə  taxıb  gəlirdilər.  Amma  sonra 

yuxarıdan tapşırıq gəldi ki, yaxşı deyil, almanlar gələndə orden-medalları taxıb çıxmasınlar. 

-  Kişilərin  sizə  ürəyi  yanır,  durub  o  boyda  yol  gəlirlər  ki,  sizi  ac  qoymasınlar.  Siz  də 

Almaniyanı darmadağın edən o Qələbə medallarını taxıb fors edirsiniz. 

Bundan sonra müharibə iştirakçıları xəcalət çəkdilər ki,  nahaq o vaxt  belə humanist bir 

xalqın  paytaxtını  dağıdıblar.  Hətta  bir  dəfə  Kefli  Çapay  bir  almanı  qucaqlayıb  küçük  sahibini 

yalayan kimi yalamışdı: 

- Sənə də qurban olum, Hitlerə də! 

Yaxşı ki, tərcüməçilər onun sözünü başqa cür tərcümə eləmişdilər. 

Bu  basabasda  birinci  qoluzorlular,  ikinci  qolu  bir  az  zorlular,  sonra  qolu  zorsuzlar,  lap 

axırda isə əldə-ayaqda qalanlar  yardım paylarını alıb dönürdülər göydən tökülən odun qarsdığı 

alaçıqlarına:  iki  kilo  qənd,  iki  kilo  şəkər,  on  litr  neft,  beş  sabun,  on  beş  kilo  un  və  bir  də 

bambalaca kağız kisələrdə beş ədəd gül-çiçək toxumu. 

Bu  gül-çiçək  toxumu  nədən  ötrü  idi,  Allahın  deyil,  insanların  yaratdığı  bu  cəhənnəmdə 

kimə  və  nəyə  lazım  idi,  gül-çiçəyin  içində  böyüsələr  də  artıq  gül-çiçəklik  halları  qalmamış 

camaat bunu başa düşə bilmirdi. Xəbərləri yox idi ki, bu gül-çiçək toxumu Bakıda qaçqınlar və 

imkansızlar üçün olmayan mağazalarda səkkiz, on, hətta on beş dollara satılırdı. Bir az gec də 

olsa axır ki bundan xəbər tutdular və başa düşdülər ki, xaricilər heç də onların fikirləşdikləri kimi 

o qədər də axmaq deyillər. Və bu gül-çiçək toxumu onların işinə əməlli-başlı yaramağa başladı. 

Dünyanın məhvərindən çıxmayan vaxtı Bakıya qonaq gedəndə ətdən, toyuqdan, bir sözlə 

kənd matahından pay aparardılar. İndi bu gül-çiçək toxumu ən yaxşı paya çevrilmişdi. Bakıdan, 

Gəncədən  sifariş  sifariş  dalınca  gəlirdi.  Bir  az  diribaşlar  bu  gül-çiçək  toxumunun  alverinə 

girişərək həm əməlli-başlı qazanmağa başladılar, həm də qaçqınlar və imkansızlar üçün olmayan 

mağazalarda gül-çiçək toxumunun satışına da böyük zərbə vurdular. Pullarını balta kəsməyənlər 

day gül-çiçək toxumlarını bahalı mağazalardan yox, bazarlarda qaçqınlardan almağa başladılar - 

qiymətinə görə yox, qaçqın soydaşlarına ürəkləri yandığın görə. 

Amma Pələngin Anası bu gül-çiçək toxumunu alverçilərə satmırdı, gedirdi Ağcabədidəki 

şəhid qəbristanlığına və bu gül -çiçəyi Pələngin şəhid qardaşlarının məzarlarının ətrafında əkirdi. 

Bu toxumlardan elə qəribə, elə gözəl gül-çiçək çıxmışdı ki, ömürlərində ilk dəfə gördükləri bu 

gözəllik  camaatı  heyrətə  gətirmişdi.  Bundan  sonra  bu  şəhərin  də  imkanlıları  daraşmışdı  Çadır 

Şəhərinə. 

Hər dəfə Şəhidlər Xiyabanına gələndə Pələngin Anasını burda görən və bu gül-çiçəkləri 

onun əkib-becərdiyini bilən Başçı müavinindən soruşmuşdu: 

- Bu hansı şəhidin anasıdı? 



Lit.az 

 

 



50 

- Heç birinin. Onun oğlunun qəbri Qarağacıdadı. 

Başçı kövrəlmişdi və demişdi: 

- Ya bir ştat düzəldin, ya da cibinizdən ona maaş verin. 

Amma Pələngin Anası maaşdan imtina eləmişdi: 

- Sağ olun, bala, lazım deyil. Bunlar hamısı mənim Pələnglərimdi. 

Yenə  göydən  təpələrinə  od  tökülürdü.  Yenə  göydən  təpələrinə  tökülən  bu  odun  altında 

yardım maşınlarının qabağında basabas idi. Yenə Bordağa Bağlanmış Buğaya Dönən Məmurlar 

yalvarırdı ki, onları xaricilərin yanında biabır etməsinlər. Amma kimə deyirsən, xeyiri yox idi ki, 

yox  idi!  Özlərini  də,  bu  yazıq  Bordağa  Bağlanmış  Buğaya  Dönən  Məmurları  da  xaricilərin 

yanında biabır edirdilər. 

Pələngin Anası da özlərini xaricilərin yanında biabır edənlərin arasındaydı. Əvvəllər bir 

neçə dəfə insanlardan hörmət və mərhəmət ümidiylə demişdi: 

- Mən şəhid anasıyam. 

- Burda kim şəhi 

d anası deyil ki?! 

Pələng kimi bir oğulu qurban gedən bir anaya bu qurbanlıq növbəsiz yardım almağa da 

yetmirdi. İlk vaxtlar bundan çox pərişan olsa da sonralar bu keçdi, heç kəsi qınamadı, gördü ki, 

yardıma möhtacların çoxunun balası onun Pələngi kimi qurban gedib. 

Tanrı  İbrahim  peyğəmbərə  oğlu  İsmayılı  qurban  kəsməmək  üçün  qoç  göndərmişdi, 

oğulları qurbanlıq olan bu analara isə səbr və göz yaşları. 

Bu yardım bir adamı xoşbəxt edəcək olmasa da çox vaxt qulağı eşidə-eşidə deyirdilər: 

-Bəxtəvər! Tək arvaddı, bir belə yardımı neyləyir?! 

Və heç kim bilmirdi ki, bu bəxtəvər tək arvad aldığı yardımları Musanın Anasıgillə yarı 

bölür,  onsuz  da  günün  çoxunu  onlarda  keçirirdi.  Musanın  Anasının  yeməyini  bişirir,  suyunu 

gətirir,  Musanın  Qardaşı  evdə  olmayanda  altını  atır,  çimizdirirdi.  Baş-başa  verib  ötən  xoşbəxt 

günlərini xatırlaya-xatırlaya Əzrayılı gözləyirdilər. Əzrayılın da dövlətinin gəlhagəli idi, gül kimi 

sütül-sütül  oğulları  qoyub  hay-hayları  gedib  vay-vayları  qalmış,  heç  kimə,  hətta  özlərinə  belə 

lazım  olmayan  bu  qocaları  neyləyirdi  ki?!  Əzrayılın  yadından  çoxdan  çıxmışdılar.  Allahın  bir 

ucuz ölümü də onlar üçün mataha dönmüşdü. 

Yalnız  gecə  düşəndə  öz  alaçığına  gəlirdi.  Yerinə  girəndə  Rəşid  Behbudovun  Pələngə 

bağışladığı  papağı  qoyurdu  sinəsinə,  ləzzətlə  qoxulayırdı.  Və  səhərədək  gözünün  qabağına 

gətirmək istəyirdi - Pələngi necə çimizdirir, necə əlindən tutub məktəbə aparır, necə səhər-səhər 

döyüşə  yola  salır...  Və  bunları  fikirləşə-fikirləşə  xoşbəxt  olurdu...  Pələng  yanındaydı,  girmişdi 

qucağına, saçlarının qoxusunu hiss edirdi. Bu qoxusunu hiss etdiyi saçları tumarlaya-tumarlaya 

ona gözəl-gözəl nağıllar danışırdı. Gözəl-gözəl nağıllarla Pələngi yatırdıqdan sonra ona yaraşan 

qız axtarırdı. Amma bu boyda Çadır Şəhərində oğluna  yaraşacaq bir qız tapa bilmirdi. Bircə o 

Tarix Müəlliminin qızı idi ki, onu da Musanın Anası gözaltı eləmişdi. 

Kimsə Bakıdan gələn vəzifəlilərə demişdi ki, bu arvadda Rəşid Behbudovun çox qiymətli 

bir xəncəri var. Onlar da adam salmışdılar ki, xəncəri satın alsınlar. 

- Nə qədər pul istəyirsən verirlər. 

- Acından ölərəm, satmaram. O Pələngimin yadigarıdı. 

Və xəncəri həmişə yastığının altında saxlayırdı. Musanın Qardaşına da demişdi ki, ölüb 

eləsəm bu xəncəri Komandir həbsxanadan çıxanda ona verərsən. 

Gün doğanda gecənin o bütün xoşbəxtliyi qucağında yatmış Pələnglə birlikdə yox olurdu, 

bir  cəhənnəm  sabahı  açılırdı.  Bu  sabahlar  ona  görə  cəhənnəm  sabahları  deyildi  ki,  göydən  od 

tökülürdü.  Bu  sabahlar  ona  görə  cəhənnəm  sabahları  deyildi  ki,  gündə  qırx  dəfə 

rastlaşdıqlarından bir-birlərindən iyrənməyə başlamış, eyni yardımı yeməkdən artıq bir-birlərinə 

oxşayan  və  üzlərində  bir  qıça  nur  qalmamış  insanları  görürdü.  Bordağa  Bağlanmış  Buğaya 

Dönən  Məmurları  görürdü.  Bu  payız  ev-eşiklərinə  qayıdacaqları  yalanları  eşidirdi.  Bu  açılan 

sabahlar ona görə cəhənnəm sabahları idi ki, bu sabahlarda bir belə insanın içində Pələng yox idi. 

*** 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə