Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

 

65 


- Çempion! 

Komandir də heç vaxt qonaq getməyəcəyi insanların vizit vərəqələrini etika xatirinə olsa 

da  qəbul  etməmişdi,  qonaqları  pərt  etməmək  üçün  vərəqləri  Rəis  almışdı.  Amma  Komandir 

ayrılanda şahmatı bağışlamışdı onlara. 

Qonaqlar götürmək istəməmişdilər: 

- Olmaz! Belə bahalı hədiyyə qəbul edə bilmərik. 

Rəis də onları başa salmışdı ki, bu millətin özəl bir adəti var, qonağın xoşuna gələn şeyi 

mütləq ona bağışlayırlar, əgər qonaq götürməsə, özlərini təhqir olunmuş sayırlar. Və çox xahiş 

eləmişdi ki, millətin adətinə hörmət eləsinlər. 

Və  qonaqlar  da  millətin  adətinə  hörmət  etməyə  məcbur  olub  Komandirin  hədiyyəsini 

qəbul etmişdilər. 

Gedəndən  sonra  həbsxana  haqqında  gözəl  bir  rapor  yazmışdılar.  Həmişə  avropalıların 

kəskin  tənqidi  ilə  rastlaşan  Böyük  Rəis  raporu  oxuyub  təəccüblənmişdi  və  Kiçik  Rəisi 

çağırmışdı: 

- Rəis, sən neyləmisən ki, bizi belə tərifləyiblər? 

- Mən eləməmişəm, Komandir edib. 

Sonra hadisəni danışmışdı və yenə Böyük Rəisə demişdi: 

- Rəis, vallah, gəl bir yarış keçirək! Görürsünüz də! 

Böyük Rəis: 

- Yaxşı, bir fikirləşərəm. Danışım görüm böyüklər nə deyir. 

Komandir bir dəfə soruşdu: 

-Rəis, mənimlə dostluq eləməyə qorxmursan? 

Rəis də yarızarafat: 

-  Rəhmətliyin  oğlu,  mən də sizinlə bir  yerdə  cəza çəkirəm  də, özü də düz iyirmi səkkiz 

ildi.  Hələ  beş  ilim  qalıb,  sən  məndən  tez  çıxacaqsan.  Fərqimiz  ondadır  ki,  mənim  kameramda 

kondisioner var, bir də şoferim hər günorta mənə peredaça gətirir. 

Azadlığa  buraxılanda  kabinetində  sonuncu  dəfə  Komandirlə  şahmat  oynayan  və  yenə 

uduzan Rəis ayrılanda dedi: 

- Komandir, mən ölüm, hərdən gəl şahmat oynayaq... 

... İndi gözü qalmışdı şahmatda, çayı da soyumuşdu. Hər dəfə səhv gediş görəndə yerində 

qurcalanır,  həmin  azarkeş  kimi  o  da  az  qalırdı  müdaxilə  eləsin.  Birdən  qulağı  arxa  stoldan 

Dünyanın Ən Varlı Şəhərinin adını çaldı. 

-  Yox,  ora  getmədim.  Hiss  etdim  ki,  Qukasyan  ora  getməyimi  istəmir,  mən  də  üz 

vurmadım.  Həm  də  orda  maraqlı  bir  şey  var  ki?!  Daş  daş  üstə  qalmayıb.  Xocalıda  oldum, 

Əsgəranda oldum. Dünyanın Ən Varlı Şəhərinə girən ilk tankın üstündə şəkil çəkdirdim. 

- Bəs Şuşada? 

-  Qukasyanla  qalxdıq  Cıdır  düzünə,  ordan  da  yendik  İsa  bulağına.  Mənə  yaxşı  bir 

qonaqlıq verdi. 

Komandiri  soyuq  tər  basdı,  geri  çevrildi,  üç  nəfər  yaraşıqlı  cavan  oğlanıydı...  Birini 

dərhal tanıdı... 

...  -  Bundan  yazın  dana!  Yoxsa  axtarıb  beş-altı  bağlı  qapı  tapıb  çəkirsiniz,  sonra  da 

qəhbə-şivən salırsınız ki, camaat qaçıb. Nə demək istəyirsiniz? Ermənilərə nakolka verirsiniz ki, 

şəhər boşdu, qorxmayın?! 

- Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm. 

Soyumuş  çayını  götürüb  atdı  yerə,  yeni  bir  çay  süzdü,  bir  qurtum  içdi,  sonra  sözünə 

davam elədi: 

-  Get  də!  Get  o  həkimi  tap,  o  binamusdan  yaz!  Yaz  ki,  biri  canını  verir,  biri  də  canını 

verən  oğulun  anasından  pul  istəyir.  Yox,  bunları  yazmazsan.  Bilirsən  gedib  nə  yazacaqsan?! 

Oğullar  qalacaq  qıraqda,  bayaq  gördüklərini  yazacaqsan.  Yazacaqsan  ki,  cəbhəçilər  quldurluq 

edir, vəzifəliləri soyur, bir-birini qırır, çünki sənin hökumətin bunu istəyir. 

Yurnalist başını buladı: 



Lit.az 

 

 



66 

-  Komandir,  mən  hökumət  jurnalisti  deyiləm.  Hökumət  jurnalisti  olsaydım,  hökumətin 

yanına gedərdim, bura gəlməzdim. 

-  Götür  çayını  iç.  İncimə,  həqiqət  budur.  Oturmusunuz  Bakıda,  burdan  xəbəriniz 

yoxdu.İnsanlar  dəli  kimidilər,  hər  sözdən  havalanırlar.  Qəzetdəki  adi  bir  yalan  adama  erməni 

gülləsindən pis dəyir. Dünən o verilişdən sonra bütün şəhər bir-birinə dəymişdi. Mən olmasam 

uşaqlar gedib  onu studiyanın  qabağında sürüyəcəkdilər. Qaldı müsahibəyə... Bilirsən , dostum, 

müharibədə  üç  cür  adam  var.  Döyüşənlər,  tank  belində  şəkil  çəkdirənlər,  bir  də  müsahibə 

verənlər. Bu boyda şəhərdə iki tank var, birini camaat pul yığıb alıb, Qarağacı qəbristanlığında 

ermənilərin qabağını kəsib. O birini də Mütəllibov göndərib özününkülərə, guya biz nemesik. Ağ 

evin  qabağındadı,  ordakıları  qoruyur.  Şəkil  çəkdirənlər  üçündü,  istəyirsən  get  birini  də  sən 

çəkdir. Bizim batalyondakılar döyüşənlərdi, şəkil yerini də göstərdim. Müsahibə verənlər də Ağ 

evdədirlər,  bilyard  oynayırlar.  Gecə  düşən  kimi  də  qaçırlar  Bərdəyə,  hələ  biri  qrad  səsi 

eşitməyib.  Elələri  var  ki,  heç  Bərdədən  bu  tərəfə  keçməyib,  sürücüləri  gəlib  ezamiyyət 

vərəqlərini möhürləyib gedir. 

- Bunlardan xəbərim var. 

- Xəbərin var get yaz da, niyə yazmırsan?.. 

...  -  Qukasyan  çox  maraqlı  adamdı.  Yaxşı  bir  müsahibə  götürmüşəm.  Bir-iki  günə  çap 

edəcəm. 

... - Nə qədər ruhla  yaşamaq olar? Ruhu topa qoyub atmaq olmur ey! Lənkərandan beş-

altı  könüllü  gəlib,  cavan  uşaqlardı,  od-alovdular.  Srağagün  ikisini  vurdular.  Biri  lap  uşağıydı, 

qucağımda öldü. Can verəndə deyirdi, dayı, qoyma ölüm... 

... - Yerevanda da Köçəryanla görüşdük. 

...  Drakonu  basmışdı  bağrına,  balası  vurulmuş  pələng  kimi  sinəsindəki  hələ  qanı 

qurumamış yaraları yalayırdı... 

... Yerindən qalxdı və qalxmağı ilə bayaqdan Qukasyandan danışanı necə vurdusa oğlan 

arxadakı  stola  dəyib  stolqarışıq  düşdü  yerə  -  bütün  çayxana  səksəndi.  Əlini  atıb  onu  təzədən 

qaldırdı və təkrar vurdu, yıxılısını təpikləməyə başladı. Dostlarına kömək etmək istəyənlərə: 

- Sizin də... 

Hansını  vurdusa  yerdə  qaldı.  Üçünü  də  bir-birinə  qatmışdı.  Heç  kim  yaxın  durmaq 

istəmirdi. Kimsə bağırırdı: 

- Polis! Polis! Polis çağırın! 

Hay-küyə  yüyürüb  gələn  bayaqkı  Əsgər  Köynəkli  Sürücü  onun  qolundan  tutub 

çayxanadan çıxarmağa çalışırdı: 

- Əmi,bu dəqiqə polislər töküləcək. Gəl səni aradan çıxarım. Gəl dana! 

Döydüklərinin  üçü  də  yerdə  zarıyırdı,  hirsi  bir  balaca  soyumuşdu,  gözünə  stolun 

üstündəki fotoaparat sataşdı, götürüb çırpdı yerə. 

Əsgər Köynəkli Sürücü isə qolundan dartaraq yalvarırdı: 

- Di gəl dana! Gəl aradan çıxaq! 

Elə yalvarırdı ki, sanki polislər gəlsələr onu da tutacaqdılar. 

Döydükləri hələ özlərinə gələ bilmirdilər. Çoxdandı belə ürəkdən heç kimi döyməmişdi, 

özünə  ləzzət  elədi,  qolunu  Əsgər  Köynəkli  Sürücünün  əlindən  çıxartdı,  sonra  dəsmalla  əlinin 

qanını  sildi,  üst-başını  çırpdı  və  heç  nə  olmamış  kimi  qayıtdı  öz  stoluna.  Çayxanadakılar 

təəccüblə gah yerdə zarıyanlara, gah da ona baxırdı. Şahmat oynayanlar da dayanmışdılar. 

Çayını içmək istədi, gördü soyuyub, çayçını çağırdı: 

- Dostum, ordan bir çay gətir. 

Əsgər Köynəkli Sürücü: 

- Bu nə təhər adamdı, ə?! 

*** 

- Rəis, uşaqlar bir nəfər tutub gətiriblər. 



- Nə üstə? 

- Şamaxinkadakı çayxanada üç jurnalisti döyüb. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə