Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

 

67 


- Kimi döyüb? 

- Üç jurnalisti. 

Rəis yerindən qalxdı, əllərini bir-birinə vurub şaqqanaq çəkdi: 

- Nə bir edib! Bizi yığıblar boğaza! Hara jurnalistləridi? 

- Rəis, bilmirəm. Amma çox şər adama oxşayırlar. Bayaqdan bəri zəng eləmədikləri  yer 

qalmayıb.  Qolos  Amerika,  Bibisi,  Azadlıq,  nə  bilim  ey,  day  hara.  Bir  qəhbə-şüvən  salıblar  ki! 

Hamısına da deyirlər ki, bizi iqtidar döydürüb. 

- Qələt edirlər. Döyən kimdi? 

- İki sudumisti var, üst-üstə iyirmi il yatıb. 

- Neçə il? 

- İyirmi il! Lap təzə çıxıbmış. 

- Dava nə üstə olub? 

- Bilmirik. 

- Şahid var? 

- Xeyr. 

- Ə, o boyda çayxanada heç kim yox idi? 

- Niyə yox idi, amma heç kim şahid durmaq istəməyib. 

- Yaxşı. Əvvəl o jurnalistləri çağır. 

Yurnalistlər sir-sifətləri dağılmış, üst-başları cırılmış halda hay-küylə girdilər içəri. Rəis 

birini  o  dəqiqə  tanıdı,  Avropanı  suyoluna  döndərən  məşhur  qəzetçilərdən  idi,  “zibilə  düşdük” 

deyə  bərk  dilxor  oldu.  Yalançı  bir  hörmət  göstərərək  yerindən  qalxdı.  Biri  hələ  telefonla 

danışırdı: 

- Bəli, bizi möhkəm döyüblər, fotoaparatımızı qırıblar... 

Rəis: 


-  Ay  yoldaş,  o  telefonu  söndür.  Söndür!  Burdan  çıxandan  sonra  nə  qədər  istəyirsən 

danışarsan. İndi əyləşin görüm nə baş verib. 

Sir-sifəti Lap İt Gününə düşmüş: 

-  Heç  özümüz  bilirik  ki?!  Çayxanada  oturub  çay  içirdik,  o  da  qonşu  stolda  oturmuşdu. 

Özü  də  arxası  bizə  tərəf.  Birdən  yerindən  qalxıb  cumdu  mənim  üstümə,  başladı  döyməyə. 

Uşaqlar istədi mane olsunlar, onları da qatdı mənə. Sonra da sizin işçilər gəldi. 

- Elə durduğunuz yerdə sizi döydü? Heç bir səbəb olmadan? 

Üz-gözü İt Gününə düşmüş: 

-  Nə  səbəb?  Bəy  dedi  də.  Biz  öz  aramızda  iş  söhbəti  edirdik.  O  da  şahmat  oynayanlara 

baxırdı. Qəflətən söyə-söyə qalxdı cumdu bizə. 

Üz-gözü Lap İt Gününə düşmüş: 

- Rəis, mən bilirəm, bu iqtidarın işidir. Bu mənim həyatıma sui-qəsddir. 

Rəis: 

-  Yaxşı,  ağ  eləmə.  Nə  iqtidar,  nə  sui-qəsd!  Evdə  arvadla  dalaşanda  da  günahı  iqtidarda 



görürsünüz. Üç kişi bir adama cavab verə bilməmisiniz! İqtidar qolunuzdan tutmuşdu?! 

Üz-gözü Bir Az İt Gününə düşmüş: 

-  Kor  deyilik  ha!  Görürük  də!  Bayaqdan  oturdublar  müavinin  kabinetində.  Biri  çay 

gətirir, biri şokolad gətirir. Bir azdan kabab-zad da gətirəcəklər. İşçiləriniz də qulağımız eşidə-

eşidə deyirlər ki, yaxşı eləyib bunları əzişdirmisən. 

Üz-gözü İt Gününə düşmüş: 

-  Hələ  yolda  deyirdilər  ki,  rəhmətliyin  oğlu,  döymüsən  qaç  çıx  get  də.  Deyirik  bizi 

ekspertə aparın, aparmırlar. 

Üz-gözü Lap İt Gününə düşmüş: 

- Mən bunu belə qoymayacam, bütün Avropanı bura tökəcəm. 

Rəis hövsələsini zorla basdı: 

-  Yaxşı,  yekə-yekə  danışma.  İqtidarın  işi-gücü  yoxdu,  elə  düşüb  sizin  dalınıza.  Avropa, 

yox bir BMT?! Biz Qrossun sözüylə işləmirik ey, qanunlarla işləyirik,  - deyə stolun üstündəki 



Lit.az 

 

 



68 

məcəllələri göstərdi, - Bu dəqiqə hər şeyi ayırd edərik. Sizi döyüb, qanun necə tələb edirsə, elə 

də cəzasını alacaq. İndi ifadələrinizi alarlar, sonra sizi həkimə apararlar. 

Rəis müstəntiqi çağırdı: 

-  Hələlik  bunların  ifadəsini  al,  denən  onu  da  gətirsinlər.  Siz  də  əl-üzünüzü  yuyun, 

özünüzü bir səliqəyə salın. Kişi dalaşar də. Döyər də, döyülər də. 

Üz-gözü İt Gününə düşmüş: 

- Rəis, bəs həkim? 

- Dedim də, eşitdiniz, indi çağırarlar. Siz hələ gedin ifadələrinizi verin. 

Baş İdarədən zəng elədilər. 

- Deyir səndə çepe olub? 

-  Elə  bir  şey  deyil,  adi  davadı.  Çayxanada  bir  nəfər  üç  adamı  döyüb,  uşaqlar  da  tutub 

gətiriblər. 

-  Ə,  nə  adam?!  Yurnalistdilər  ey!  Biri  də  Avropanı  suyoluna  döndərəndi.  Bir  az  əvvəl 

Ombudsman zəng eləmişdi. Ciddi məşğul ol. Özləri ilə də yumşaq danış. O Avropanı suyoluna 

döndərəndən də lap ehtiyatlı ol, yoxsa bütün Avropanı ayağa qaldıracaq, zəhləmizi tökəcəklər. 

- Onu mən də tanıyıram. Bütün günü 

 Yerevanda, Xankəndində sülənir. Təpəsinin gülləsi əskikdi. 

- Nə yeyib, özü bilər. Sənə deyirəm diqqətli ol. 

- Baş üstə! Narahat olmayın, yoluna qoyacam. 

Yurnalistləri döyəni gətirdilər, ortaboylu, caydağ bir adamıydı, ilan kimi soyuq baxışları 

vardı, üz-gözündən bir etinasızlıq tökülürdü, elə bil dünya vecinə deyildi. Hiss olunurdu ki, çox 

bərkə-boşa düşüb. 

Rəis: 


- Əyləşin. Çay gətirsinlər? 

- Sağ olun. Müavininizin otağında içmişəm,- gülümsədi,- mən polisi bu qədər mehriban 

bilmirdim. 

- İndi danışın görüm nə baş verib, dava nə üstə olub? 

- Rəis, heç nə üstə. Xoşuma gəlmədilər, mən də döydüm. 

- Kim xoşunuza gəlməsə döyürsüz? 

- Hərdən olur. 

- Bəlkə bir az ciddi danışaq? 

- Rəis, mən həmişə ciddi danışıram. Çox danışmağı da sevmirəm. Yenə deyirəm, xoşuma 

gəlmədilər, mən də döydüm. 

- Bilirsiz ki, buna görə sizi azı yeddi il iş gözləyir? 

- Bilirəm. Üstümdə resedivist adı var. Lap on il də verə bilərlər. Nə olar gedib çəkərik. 

-  Ola  bilməz  ki,  siz  bunu  bilə-bilə,  adi  bir  şey  üstə  dava  salıb  gedib  yeddi-səkkiz  il 

yatmağa razı olasınız. 

- Rəis, mən müstəntiqə verdiyim ifadədə də beləcə demişəm. Ayrı bir deyəcəyim yoxdu. 

-  Qulaq  asın,  siz  cavan  adam  deyilsiniz,  qətiyyən  boş  yerdən  dava  salan  adama  da 

oxşamırsınız.  Görüb-götürmüş,  ağır  adama  oxşayırsınız.  Mütləq  bir  səbəbi  var.Bir  də  mənim 

üçün  çox  maraqlıdı,  qaça  biləcəyiniz  halda  qaçmamısınız.  Niyə?  Koroğlu  deyib  igidlik  ondu, 

doqquzu qaçmaqlıqdı. 

- Mən qaçmağı igidlik sayan koroğluların nəvəsi deyiləm. 

- İyirmi il nə üstə yatmısınız? 

- Rəis, görürəm yaxşı oğlana oxşayırsız. Nə özünüzü yorun, nə məni. Hamısı qarşınızdakı 

sənəddə yazılıb. 

Rəis  müstəntiqin  aldığı  ifadəni  yaxına  çəkib  oxumağa  başladı.  Ad-familinə,  doğum 

yerinə  gözləri  sataşanda  duruxdu,  başını  qaldırıb  diqqətlə  qarşısındakına  baxdı,  sonra  bir  də 

oxudu... 

... Bir şəhərdə doğulmuşdular, bir məktəbdə oxumuşdular. Onun idman çantasını daşımaq 

üstündə  sinif  yoldaşlarıyla  o  qədər  tutaşmışdı  ki.  Bu  çantanı  daşımaq  kimin  bəxtinə  düşsə 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə