Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

 

59 


qapqara qanın içindəydi. Və bunu görən Həmid Sultanovun daha Əzrayıla ehtiyacı qalmadı, çox 

rahat bir nəfəs aldı və Tanrının yaratdığı bəndələrdən birincisi oldu ki, əzrayılsız-filansız canını 

tapşırdı.  Əzrayılın  başı  Ayna  xanımı  xilas  etməyə  qarışdığından  Həmid  bəyin  canını  özü  ilə 

götürməyi unutdu, Həmid bəyin canı eləcə qaldı bu divarların arasında. 

Əzrayıl yalnız göy üzünə qalxdıqdan sonra yadına düşdü ki, Tanrının Həmid Sultanovu 

öldürmək  haqqında  əmrini  yerinə  yetirməyib  və  cəzalanacaq,  özü  də  ağır  cəzalanacaq.  Çünki 

ikinci  dəfəydi  ki,  Tanrının  yazısını  pozurdu.  Birinci  dəfə  bu  əmri  Nəsiminin  dərisi  soyulanda 

pozmuşdu,  o  böyük  şairin  canını  bir  saat  əvvəl  almışdı  ki,  Şeytanın  Övladlarının  verdiyi 

işgəncəni hiss eləməsin... 

Əzrayılın dözə bilmədiyi işgəncələri vaxtilə hər gün görən bu divarlar gördüklərini açıb 

danışsaydılar  millət  dəhşətə  gələrdi.  Divarlar  da  milləti  dəhşətə  gətirməmək  üçün  susur  və 

bildiklərini bir dövlət sirri kimi qoruyub saxlayırdılar. 

O da inanırdı ki, bura günlərin birində dünyanın anoloqu olmayan qeyri-adi bir muzeyinə 

çevriləcək və bütün dünya da bu muzeyə tamaşa eləmək üçün Bakıya töküləcək. 

İlk  dəfə  tutulanda  əvvəl-əvvəl  Şuşada  yatmışdı  -  Xan  qızı  Natəvanın  öz  qardaşının 

xatirinə tikdirdiyi həbsxanada... 

... O necə Xan qızı idi ki, Xan oğlu qardaşını Nikolay tutdurmuşdu və Sibirə göndərirdi. 

Xan qızı da Nikolaya ağız açmışdı: 

-  Zati-aliləri,  icazə  verin  Şuşada  bir  həbsxana  tikdirim,  qardaşım  da  cəzasını  həmin 

həbsxanada çəksin. 

Zati-aliləri Nikolay da Xan qızının sözünü yerə salmamışdı, axı o Xan qızı idi... 

... Şuşa son saatlarını yaşayırdı... Generallar camaatı düşmənin qarşısında əliyalın qoyub 

aradan çıxmışdılar, gedib Laçının qaşında dilxorçuluqlarından araq içirdilər. Şəhər boşalırdı. 

Həbsxananın rəisi nəzarətçilərə: 

- Açın qapıları! 

Bütün qapılar açıldı, məhbuslar həyətə töküldülər. 

Rəis: 

-  Ermənilər  artıq  şəhərə  girirlər.  Siz  cinayətkar  olsanız  da  mən  sizi  ölümə  atıb  gedə 



bilmərəm. Bu əclaflıq olar. Hamınız azadsız. Kim canını qurtara bilir, qurtarsın. 

Burdan qaçmağı heç vaxt ağıllarına belə gətirməyən - bu həbsxana tikildiyi 120 ildə cəmi 

bircə qaçış olmuşdu - məhbuslar bir-birlərinə baxdılar. 

Həbsxananın təyinatsız rəisi irəli yeridi: 

-  Rəis,  bir  kişilik  edirsən,  birini  də  elə!  Göstəriş  ver,  həbsxanada  nə  qədər  silah  var 

paylasınlar bizə. Günahlarımızı qanımızla yuyaq! 

Rəis əməliyyat üzrə müavinə baxdı: 

-Nə deyirsən? 

Əməliyyat üzrə müavin: 

- Paylayın silahları! 

Məhbuslar  hamısı  bir  nəfər  kimi  günahlarını  qanlarıyla  yudular,  generalların  qoyub 

qaçdığı şəhəri bir neçə saat qoruya bildilər ki, əliyalın şəhər əhli də bu müddətdə arvad-uşağını 

ikinci Xocalı qətliamından xilas edə bildi... 

...  Özü  də  Xan  qızının  qardaşının  yatdığı  “15”  nömrəli  kamerada.  Və  bu  məşhur 

kamerada yatmaq üçün rəisə babat da pul vermişdi. O illərdə bu, Qarabağda ən çox fors olunası 

bir şey sayılırdı: 

-  Ə  düdük,  sən  mənnən  danışa  bilməzsən  ey!  Mən  Şuşada  onbeş  nömrəli  kamerada 

yatmışam. 

... Allah, sən saxla... 

Bu  hörmətli  kameranı  fərqləndirmək  üçün  qapının  üstündəki  “15”  rəqəmini  də  qırmızı 

rənglə yazmışdılar, baxmayaraq ki, qırmızı hökumətin rəmzi olduğuna görə məhbuslar bu rəngə 

nifrət edirdilər. Və heç kəs də bunun səbəbini bilmirdi ki, bu rəqəmi niyə məhz qırmızı rənglə 

yazıblar. “15” nömrəli kamera rəislərə bütün həbsxana qədər xeyir verirdi. Bu kameraya yemək-



Lit.az 

 

 



60 

içmək  Cıdır  düzündəki  restorandan  gətirilirdi.  Divarlarında  xalı-xalça,  ayaq  altda  gəbəsi  vardı. 

Nəfəsliyindən ləzzətlə Topxanaya tamaşa eləmək, Daşaltı çayının şırıltısına qulaq asmaq olurdu. 

Və  bu  musiqinin  sədaları  altında  gözlərini  yumub  azacıq  da  olsa  özünü  Cıdır  düzündəki  azad 

adamlar  kimi  hiss  edə  bilirdin.  Qısası,  Şuşada  yay  aylarında  bir  mənzilin  aylıq  kirayəsi  100 

manat idisə, bu kameranın aylıq kirayəsi 300 manat idi, özü də adam başına. 

Burda  isə  heç  bir  kameranın  üstündəki  rəqəmi  qırmızı  rənglə  yazmamışdılar.  Hansına 

yazaydılar  ki?!  Hər  birində  nəinki  Xan  qızının  qardaşından,  hətta  özündən  də  məşhur  adamlar 

yatmışdılar.  Hətta  bir  kameraya  bir  neçə  məşhur  adam  şərik  çıxırdı.  Və  bu  adamlar  o  qədər 

məşhur idilər ki, o, bu siyahıya düşmürdü. 

Şuşadakı  “15”  nömrəli  kameradan  fərqli  olaraq  burdakı  bahalı  kameralarda  milli  pul 

işləmirdi, hesab dollarla  gedirdi. O da bahalı kameradaydı,  amma nə puluna, nə də  adına görə 

yox - Rəisi vaxtilə “15” nömrəli kameranın nəzarətçisi olmuşdu. 

Və indi oturmuşdu bir vaxtlar Şairə işgəncə verilən bu bahalı kamerada və heç bilmirdi 

ki,  vaxtilə  Məmməd  Əmin  dünyaya  böyük  bir  pislik  edərək  Stalini  məhz  bu  kameradan 

qaçırtdırıb və sonra həmin o Stalin də Məmməd Əmini elə bu kamerada da döydürüb. 

Oturmuşdu  və  fikirləşirdi  ki,  bura  haçansa  muzey  olsa  da  bu  muzeydə  onun  adı 

olmayacaq, çünki o, məşhurların yanında çox balacaydı. 

... Amma o da, o biriləri də, buranın muzey olacağını yazan qəzetçilər də səhv edirdilər - 

bura  heç  vaxt  muzey  olmayacaqdı.  Pullu  oğlanlardan  biri  günlərin  birində  buranı  satın  alıb 

özəlləşdirəcəkdi  və  sonra  da  sökdürəcək  və  yerində  kvadratı  beş  min  dollara  göydələnlər 

ucaldacaqdı.  Dünyada  ruhların  olduğundan  və  bu  ruhların  onları  rahat  yaşamağa 

qoymayacağından  bixəbər  olanlar  və  ya  belə  şeylərə  inanmayanlar  bu  göydələnlərdən  aldıqları 

evlərdən  xeyir-bərəkət  görməyəcəkdilər.  Bu  ona  satacaqdı,  o  bu  birisinə,  bu  biri  o  birisinə, 

nəhayət, heç kim bu binalardan ev almaq istəməyəcəkdi. Və gecələr bu binalarda indi Şəhidlər 

Xiyabanının  altında  Çəmbərəkənd  qəbristanlığının  yerində  tikilmiş  dörd  göydələn  kimi  işıqlar 

yanmayacaqdı.  Və  günlərin  birində  Bakıda  alababat  bir  zəlzələ  olacaqdı  və  bu  binalar  həmin 

alababat  zəlzələdə çökəcəkdi,  sonra heç kim burda  yeni  binalar tikməyə  ürək etməyəcəkdi.  Və 

şəhər meri burada böyük bir park salacaqdı və bir dənə də xatirə lövhəsi qoyacaqdı... 

Hələ o vaxta çox vardı. Oturmuşdu Şairə Şeytan Övladlarının işgəncə verdiyi divarların 

arasında, fikirləşməkdən yorulub özüylə şahmat oynayırdı... 

*** 


Axşam  saat  səkkiz  xəbərlərində  oxunan  Prezident  fərmanı  Çadır  Şəhərini  Dolu  kimi 

vurdu. Bu qəfil dolunun sevinciylə hamı çadırdan bayıra atıldı. Şəhərdə bir vur-çatlasın başladı 

ki, sanki camaata demişdilər sabah evinizə qayıdırsınız. 

Sonuncu  dəfə  belə  toy-bayram  Türkiyə  futbolda  Dünya  üçüncülüyünü  qazanan  gecə 

olmuşdu.  Camaat  “urrey”  eləyib  necə  çölə  tökülmüşdüsə...  ağlayan  kim,  bayraq  yelləyən  kim, 

tonqal qalayan kim... 

Qəfil  səs-küyə  yuxudan  hövlənək  qalxan  Musanın  Anası  oğlunun  üz-gözündəki  sevinci 

görüb soruşmuşdu: 

- Nə olub, ay oğul? 

- Türklər qələbə çaldılar. 

- Qarabağı aldılar? 

- Nə Qarabağ?! Futbolda ey, dünya çempionatında. 

Musanın Anası başını bulayıb: 

- Allah ayıbınızı örtsün! Mən də elə bildim müharibə qurtardı. 

Ayağı yer tutan da, tutmayan da Pələngin Anasına muştuluğa qaçdı: 

- Prezident Pələngə Milli Qəhrəman adı verdi! 

Alaçığın qapısı açıq idi... 

...  Pələngin  Anası  çarpayıda  üzü  qapıya  uzanmışdı,  alt  kipriklərinin  ucunda  iki  damla 

qurumuş  yaş,  ona  şah  damarından  yaxın  olan  Tanrını  axtaran  baxışları  açıq  qapıdan  görünən 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə