Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

 

41 


Telsizdən Tankçı Vanyanın səsi gəldi: 

- Slışu Komandir! Slışu! 

- Vanya, qırıldıq! 

- Slış, Komandir, jdi! Qırdırma! Çatmışam! 

Komandir məlumat istədi. 

- Ölənlər də var, yaralananlar da. 

- Yaralıları görün ortadan çıxara bilirsinizmi? Medbrat hardadı? 

-  Bakılılardan  biri  həkimiymiş,  medbratla  işləyir.  Amma  uşaqların  birinin  vəziyyəti  çox 

ağırdı. 

- Yaralıları mənim maşınımla yollayın şəhərə. 

*** 

BMP-nin  gizləndiyi  yerin  yüz-yüz  əlli  addımlığındaydılar,  burdan  belə  meşə  qurtarırdı, 



yaxınlaşmaq  çətin  idi.  BMP-dəkilər  çox  arxayınıydılar,  yaxşı  da  yer  seçmişdilər.  Bir  nəfər 

buferin üstündə oturub siqaret çəkirdi. BMP-nin üstündə xaç nişanı da yox idi. Bunların hamısı 

Xankəndindəki  366-cı  polkun  texnikalarıydı.  Verirdilər  ermənilərə.  Yoxlama  gələndə  də 

yığırdılar polkun həyətinə ki, buyurun, hamısı burdadı. 

Drakon: 

- Dörd-beş belə beempemiz olsa Əsgəranı çoxdan şumlamışdıq. 

Pələng: 

- Şerbak birini iki yüz əlli m 

inə satır, gedib alsınlar dana. 

-  Bizə  min  manat  qıymayan,  iki  yüz  əli  minə  beempe  alacaq?!  Davay,  işində  ol.  Vura 

biləssənmi? 

- Anasın ağladacam. 

Pələng bir ağacın arxasında yerini rahatladı. Məsafəni gözəyarı ölçüb-biçdi, səhv etmək 

olmazdı.  Qumbaraatanı  sığallayıb  öpdü.  Adəti  idi,  həmişə  döyüşə  girəndə  silahını  oxşayıb 

öpərdi. 

Bir  dəfə  bir  BPM-ni  vurandan  sonra  sevindiyindən  çaşıb  qumbaraatanı  öpmüşdü. 

Dodaqları necə yanmışdısa, ağız-burnu xeyli sarıqlı qalmışdı. 

İndi onun qumbaraatanı öpdüyünü görən Drakon zarafatla dedi: 

- Ə, o qız deyil ey, dəmirdi. Gözlə, birdən sonra yenə öpərsən. Onda gərək sənə təzə ağız, 

burun alaq. 

Lazım  olan  anı  gözləməyə  başladı.  Bircəcik  mərmisi  vardı.  Və  hər  şey  bu  bircəcik 

mərmidən asılı idi. Bircəcik mərmi, bircəcik sərrast atəş... 

Drakon hiss elədi ki, Pələng çox həyəcanlanır: 

- Özünü toparla! Bax ha, vura bilməsən, səni doğrudan öldürəcəm. Tələsmə. Birinci dəfə 

deyil  ki?  Mən  də  getdim  bir  az  yuxarı,  o  daşı  görürsən,  onun  arxasına.  Mənim  işarəmi  gözlə. 

Yenə deyirəm, qorxma. Vura bilməsən mən həll edərəm. Sən də məni qoruyarsan ki, qumbara 

məsafəsinədək yüyürə bilim, yaxşı? 

Pələng başı ilə işarə elədi ki, yaxşı. 

Drakon kol-kosun içiylə göstərdiyi qaya parçasına tərəf sürünməyə başladı. 

Drakonun qaya parçasına çatanadək keçən beş dəqiqə Pələngə bir saat kimi gəldi. Drakon 

qaya  parçasına  çatdı,  avtomatı  qoydu  yerə,  sonra  çantasından  iki  qumbara  çıxarıb  taxdı 

kəmərinə. Məsafəni ölçdü, qumbaranı atmaq üçün azı otuz-qırx addım qaçmalı idi. Hər anı bir il 

çəkəcək qədər böyük məsafəydi. Gərək bu otuz-qırx addımda vurulmayaydı. Özünü sakitləşdirdi

gücünü tamam yığdı, özünə tam arxayın olandan sonra Pələngə işarə elədi. 

BMP-ni Pələngin gözü yesə də, onu soyuq tər basmışdı. Əlindəkinə çox güvənmirdi. Bu 

biratımlıq qumbaraatanlar o qədər də etibarlı deyildi, dəfələrlə onları pis vəziyyətdə qoymuşdu. 

Əlinin  arxası  ilə  alnının  tərini  sildi,  barmağını  qoydu  tətiyə,  BMP-ni  götürdü  nişana,  amma 

atmadı. Hiss elədi ki, hazır deyil. Yenə də üz-gözünün tərini sildi, yenə barmağını qoydu tətiyə, 

dərindən bir nəfəs aldı, sonra bütün nəfəsini buraxıb bir anlıq dondu və... 



Lit.az 

 

 



42 

... BMP alovlandı. 

BMP-nin vurulduğunu görən Komandir sevinclə bağırdı: 

- Drakon beempeni vurdu! 

Drakon  geri  sürünməyə  başladı.  Pələng  isə  ağaca  söykənib  gözünün  yaşını  silirdi. 

Sürünə-sürünə gəlib Pələngin dörd-beş addımlığına çatan Drakon baş barmağını qaldırıb dedi: 

- Kişisən ey! 

Bu  vaxt  yanan  BMP-nin  arxasından  əli  karabinli  bir  erməni  çıxdı,  dərhal  da  Drakonun 

kürəyini nişan aldı. Hər şey bircə anda oldu - erməninin yanan BMP-nin arxasından çıxması da, 

Drakonu  nişan  alması  da,  Pələngin  çığırması  və  özünü  işığa  atılan  ilan  kimi  Drakona  uçan 

gülləyə atması da, güllə dəymiş Pələngin Drakonun üstünə düşməsi də. Hər şey bircə anda oldu, 

bircə anda... milyard illik tarixin bircə anında, bircə göz qırpımında... 

Drakon güllə səsinə geri çevriləndə erməni ikinci gülləni lüləyə verirdi, macal tapmadı, 

Drakon erməniyə tərəf bir qatar güllə yolladı... 

Tələm-tələsik Pələngi meşənin dərinliyinə sürüməyə başladı. 

Pələng xırıltılı səslə soruşdu: 

- Oğraş məni vurdu? 

- Qorxma, qorxma, boş şeydi. 

BMP-nin  gözlənilmədən  vurulması  erməniləri  çaş-baş  salmışdı.  Bir  neçəsi  yüyürüb 

gəlmişdi  yanan  BMP-nin  yanına,  çaşqın  halda  ətrafa  baxırdılar,  amma  atəşin  hardan  açıldığını 

dəqiqləşdirə bilmirdilər. Meşəni atəşə tutmağa başladılar. Amma Drakon cavab vermədi, Pələngi 

bir az da dərinliyə sürüdü. 

Ermənilər  bir-iki  daraq  boşaltdıqdan  sonra  gördülər  cavab  gəlmir,  dayandılar,  meşəyə 

girməyə ürək eləmədilər, qayıtdılar əvvəlki mövqelərinə. 

Drakon ermənilərin onların ardınca gəlmədiyinə əmin olduqdan sonra dayandı. 

Pələng yenə zarıdı: 

- Oğraş məni vurdu? 

- Ə, dedim ki, qorxma dana! Boş şeydi! 

Pələngi soyundurdu. Güllə sağ döşündən girmişdi. 

Yaranın  ağzını  bağlamaq  üçün  patronun  birinin  mərmisini  çıxartdı.  Barıtından  bir  azca 

tökdü  yaraya  və  yandırdı.  Pələng  fınxırdı,  sonra  bədəni  titrədi,  titrədi  və  sakitləşdi.  Özü  də 

soyundu,  köynəyini  çıxartdı  yaranın  üstünə  basıb  kəməri  ilə  möhkəm-möhkəm  sarıdı,  aldı 

çiyninə. Amma bir az gedəndən sonra yoruldu, gördü gücü çatmır, qoydu yerə ki, bir az nəfəsini 

dərsin. 


Pələng zəif səslə yenə soruşdu: 

- Denən qardaşımın goru haqqı boş şeydi?! 

-  Qardaşımın  goru  haqqı  boş  şeydi.-  dedi  Drakon,  sonra  bir  siqaret  yandırıb  qoydu 

Pələngin dodaqlarına. 

Pələng  siqaretin  bal  kimi  acı  tüstüsünü  zorla  çəkdi  ciyərlərinə,  bu  bal  kimi  acı  tüstü 

ağrılarının üstünə bir sığal çəkdi, bir qurtum da aldı. 

Yara  nə  qədər  bərk  sarınsa  da  qan  dayanmırdı,  gözləmək  olmazdı,  birtəhər  gücünü 

toplayıb yenidən onu belinə aldı, amma Pələng yalvardı: 

- Qurban olum, qoy yerə, sinəm deşilir. Qoy, qoy yerə. 

Qaytarıb ehtiyatla uzatdı yerə və başını da qoydu dizinin üstünə. 

- Qoyma ölüm, qardaş, qoyma. Ölmək istəmirəm. 

Drakonu  qəhər  boğdu,  udqunaraq  içindən  fınxırıb  çıxmaq  istəyən  hıçqırtının  qarşısını 

zorla kəsdi: 

- Dedim ki, qardaşımın goru haqqı boş şeydi. Ə, mən səni heç belə qorxaq bilmirdim. 

- Ölümdən qorxmuram ey! 

- Bəs onda nə sarsaq-sarsaq danışırsan? 

- Arvadın ürəyi partlayacaq. 

- Ə, sarsaq-sarsaq danışma. Bir az da döz ki, səni həkimə çatdıra bilim. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə