Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

 

33 


- Yox, borcluyuq! Mənə görə özünü Drakon kimi bir əjdahanın ağzına atdın. 

Pələngin  söhbətə  qulaq  asmağa  heç  həvəsi  yox  idi.  Həm  də  postda  qaldığı  iki  günün 

yuxusu gözündən tökülürdü: 

-  Rəis,  -  bu  şəhərdə  vəzifəlilərə  rəis  deyirdilər,  -  sözünün  canını  de,  mən  hələ  posta 

gedəcəm. 

-  Yaxşı,  sözümün  canın  deyirsən,  mən  də  sözümün  canın  deyirəm.-  deyə  o,  əlini  atıb 

divanın  altından  bir  çanta  çıxartdı  və  qoydu  stolun  üstünə:  -  Qulaq  as,  burda  ürəyin  istədiyin 

qədər pul var. Bu pulla Bakıdan ev ala bilərsən, maşın ala bilərsən, evlənə bilərsən. Bunu sənə 

gətirmişəm. 

Səhər-səhər  Musanın  anası  üçün  min  manat  qıymayan  nədən  belə  səxavətli  olmuşdu, 

nədən  onun  ayağına  gəlmişdi?  Düzdür,  yaxşılıq  eləməyinə  Pələng  ona  çox  böyük  bir  yaxşılıq 

eləmişdi, biabırçılıqdan, özü də dəhşətli bir biabırçılıqdan qurtarmışdı. Amma Pələngə görə hər 

qəpiyinin qədrini bilən bu adam həmin yaxşılığı bu qədər pulla qiymətləndirmək qabiliyyətində 

deyildi, qəpiyinin qədrini bilən bir belə pulu buna görə çölə atmazdı. Görünür burda nə isə başqa 

bir əmma vardı. 

- Rəis, səni yaxşı tanıyıram, bilirəm pulun da çoxdu, amma sən bu qədər pulu havayı çölə 

atanlardan deyilsən. 

- Havayı niyə, həyatımı qurtarmısan. 

- Rəis, açıq danış, de görüm məndən nə istəyirsən? 

Sözü bir başa demək çətin idi, özü də çox çətin idi. Məsələ çox pis sonuclana, onun üçün 

daha ağır qurtara bilərdi. Hərçənd ki, ona olan olmuşdu, qaradan artıq rəng yoxuydu. Tutar-tutar, 

tutmaz da... Amma necə olur-olsun tutdurmaq lazımıydı, daha uzaqdan gəzişməkdən vaz keçdi, 

birbaşa gəldi mətləbin üstünə. 

-  Yaxşı,  lap  açıq  danışıram,  amma  cavab  verməyə  tələsmə.  Mənə  diqqətlə  qulaq  as. 

Drakonu məndən də yaxşı tanıyırsan. Yaxşı bilirsən ki, anasına qəhbə deyibsə, səni atacaq. Eldar 

Bağırovu  vurdular,  kimə  nə  dedilər  ki,  səni  də  vursalar  kimə  nə  deyələr?!  Müharibədi,  kim 

kimədi? Qorxma, döyüşlərin birində işini gör, arxanda mən durmuşam. 

Pələng  gözlərini  qıyıb  qarşısındakı  adamın  anlaya  bilməyəcəyi  bir  baxışla  onu  süzdü. 

Qarşısındakı  adam  bu  gün  səhər  şalvarını  batıran  adama  oxşamırdı.  Yenə  səhər-səhər 

düşürüldüyü  atın  belinə  qalxmışdı.  Və  bu  atı  daşlı-kəsəkli  yolda  səyirtmək  istəyirdi.  Bu  adam 

pulla hər şeyi almağı öyrənmişdi və hər şeyi də həmişə ala bilmişdi - diplomu da, vəzifəni də, ad-

sanı, xətir-hörməti də, toylarda, yaslarda məclisin yuxarı başını da. Hər şeyi satın ala bilmişdi - 

katibləri də, rəisləri də, prokurorları da, özündən yuxarıları da, özündən aşağıları da. Onun üçün 

bu  dünyada  hər  şey  satılırdı,  hər  şey  alınırdı.  İndi  də  onu  almaq  istəyirdi,  qiyməti  də  özü 

müəyyənləşdirmişdi,  xəsislik  də  eləməmişdi.  Əjdahaları  satın  almağı  bacaran  bir  adam  üçün  o 

çox kiçik bir əşya olsa da, ortaya çox böyük pul qoymuşdu. 

- Hə, nə deyirsən? 

Pələng xeyli bir çanta pula baxdı, bu bir namərdə öz qardaşına güllə atdıracaq qədər pul 

idi,  sonra  yenə  baxışlarını  qaldırıb  qarşısındakını  süzdü.  Onun  təzə-təzə dərk  elədiyi,  təzə-təzə 

qədəm  qoyduğu  bir  duyğunu  -  kişiliyini  satın  almaq  istəyən  bu  adamın  sinəsində  qəşəng  bir 

xəncər  yeri  vardı.  Amma  o,  Rəşid  Behbudovun  bağışladığı  xəncərə  əl  atmadı.  Gözlərinin 

qabağına  Musanın  ayaqları  kəsilmiş  anası  gəldi,  həkimə  verilmək  üçün  qəpik-qəpik  yığdıqları 

pul  gəldi,  Komandirin  barmağından  çıxartdığı  nişan  üzüyü  gəldi,  ətsiz  yedikləri  borş  gəldi... 

Daha  çox  şeylər,  çox  şeylər  gəldi  gözlərinin  qabağına.  Amma  o  çox  şeylərin  içərisində  nə  ev 

vardı, nə maşın, nə də toy. O heç qız sevməyə macal tapmamışdı ki! Və indi qabağına çox şeylər 

gələn  gözlərinin  önündə  bir  çanta  pul  vardı,  ağlına  gəlməyəcək,  yuxusuna  girməyəcək,  bütün 

nəslini xoşbəxt edə biləcək qədər pul. Acı-acı güldü. 

- Hə, nə deyirsən? Bunu Allahdan başqa bir kimsə bilməyəcək. 

Pələng yenə At Belində Olan Adama baxdı, çantadakı pula baxdı, qalxdı ayağa, çantanın 

ağzını örtüb götürdü: 

- Nə deyirəm ki! - dedi və otaqdan çıxdı. 



Lit.az 

 

 



34 

At Belində Olan Adam dərindən nəfəs aldı: 

- Di get, köpəyoğlu! Görək kim kimi şalvarsız qoyur. 

 

*** 



 

Pələng həyətə girəndə gördü anası artırmada əli qoynunda dayanıb intizarla onu gözləyir 

- gecənin bu çağında bu qəfil çağırış arvadı qorxutmuşdu. 

- Bu gecə vaxtı xeyiriydimi, ay bala? 

- Xeyiriydi. 

Girdilər  evə.  Pələng  çantanı  stolun  üstünə  qoyub  açdı.  Anası  pulları  görəndə  matı-qutu 

qurudu, əli üzündə qaldı: 

- Bu nədi, ay bala? Oğurluq eləmisən?- dedi və halsız düşdü çarpayıya. 

-  Oğurluq  nədi,  ay  ana?!  Bakıdan  göndəriblər,  batalyonun  puludu.-  amma  gördü  anası 

inanmadı, and içdi;- Seyid Lazım ağanın cəddi, batalyonun puludu. 

Anası yenə inanmadı: 

- Denən Həzrət Abbas haqqı! 

-  Həzrət  Abbas  haqqı!  İndi  inandın?  -  Sonra  “türk”  adı  gələndə  çiçəyi  çırtlayan  anasını 

həm rahatlatmaq, həm də sevindirmək üçün dedi; - Türklər göndərib. 

Anasının gözləri alacalanıb işıqlandı: 

- Buy, onlara qurban olum! Buy, onların başına dolanım! 

- Sən mənə bir stəkan çay gətir, işim var. 

Türklərin adını eşidəndən sonra rəngi üstünə gələn anası getdi çay gətirməyə. 

“Mənə bir belə verirsə, gör namərdin nə qədər pulu var ey” deyə fikirləşən Pələng əlinin 

arxasıyla pulları sığalladı, elə bil qayçının ağzından indicə çıxmışdı. İlk  dəfə hiss elədi ki, heç 

demə gül kimi, çiçək kimi pulun da öz qoxusu varmış. Və gülün, çiçəyin qoxusu kimi pulun da 

qoxusu ləzzətliymiş. Və gül-çiçək qoxusu verən puldan iki dəst götürüb qoydu qoltuq cibinə. 

Əlində çay otağa girən anası bunu gördü: 

- Onları niyə götürürsən? 

- Lazımdı, -dedi, sonra iki-üç dəstini də götürüb bir qəzetə bükdü verdi anası; - Ala bunu, 

bərk yerə qoy. Müharibədi birdən məni vurub-eləyərlər, lazım olar. 

- Allah eləməsin, ay bala. 

-Biz Allahın yadından çoxdan çıxmışıq. 

-Axmaq-axmaq danışma, ağzın əyilər. 

Pələngin əli havada qalmışdı: 

- Di ala dana, qoy bərk yerə. 

Anası yenə əlini pula uzatmadı: 

- Bəs deyirdin batalyonundu? 

-  Həzrət  Abbas  haqqı  batalyonundu.  Tezdən  aparıb  verəcəm  Komandirə.  Bunlar  da 

mənim payımdı. Mən indiyədək heç sənə yalan danışmışam?! 

Anası pulları alıb qoynuna soxdu, Pələngi də gülmək tutdu: 

-  Amma  yaman bərk  yerə qoydun, ha!- dedi  sonra çantanı  atdı çarpayının altına, tələm-

tələsik  bir-iki qurtum çay  içdi  və evdən çıxdı;-  Sən  yat,  mən Musanın qardaşına bir söz deyib 

gəlirəm. 

Getdi Musanın xalasıgilə. Evə Dolu düşəndən sonra Musanın qardaş-bacılarını xalası əri 

yığıb aparmışdı öz evlərinə. Darvazanı xeyli döydü: 

- Ay dədəm vay, bunlar nə bərk yatıblar, ə! 

Nəhayət, Musanın Xalası Ərinin yuxulu səsi gəldi: 

- Ay kimsən?! 

- Mənəm, Pələngdi. 

Darvaza açıldı, Musanın Xalası Əri gecənin bu gözü Pələngi görəndə elə bildi Bakıdan 

bəd xəbər gəlib, salamsız-kəlamsız soruşdu: 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə