Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

 

35 


- Arvad keçinib? 

- Yox, salamatdı. Musa qardaşına xəbər göndərib, ona görə gəlmişəm. 

- Gəl içəri. 

- Sağ ol, tələsirəm. Zəhmət olmasa çağır. 

Səsə Musanın Qardaşı da artırmaya çıxmışdı, Pələngi görüb düşdü darvazaya tərəf, çatan 

kimi o da soruşdu: 

- Arvad keçindi? 

Pələng girdi onun qoluna: 

- Ə, loxəbər özünüzsünüz. Bir bəri dur görüm. Dayı, sən bizi bağışla. 

Musanın Xalasının Əri: 

- Allah bağışlasın!- deyib girdi həyətə. 

Pələng cibindən iki dəstə pul çıxartdı və uzatdı Musanın Qardaşına: 

- Ala bunları. 

O da Pələngin anası kimi ömründə ilk dəfəydi bu qədər pul görürdü, təəccüblə soruşdu: 

- Bunlar nədi, ə? 

- Korsan? Görmürsən puldu?! 

- Görürəm ey puldu, deyirəm nədi? 

- Bakıdan Musanın dostları göndərib. 

- Ə, nə səfeh-səfeh danışırsan. Musa dünən o boyda Bakıda dərman almağa əlli manat pul 

tapmayıb. Nə dost, hansı dost?! Musanın dostunun biri sənsən, acından günorta durursan. 

Pələng əsəbləşdi: 

- Ə, nə zəhləmi tökürsən?! Dostları olmasın, yaxşı oğlanlar olsun. Götür get evinizi tikdir, 

arvaddan  da  narahat  olma.  Bu  gün  Musaya  pul  göndərmişik.  Nə  gözünü  döyürsən,  ala  dana!- 

dedi və pulları basdı onun cibinə. 

-  Nə  deyirəm,  vallah,  kim  göndəribsə,  Allah  balasını  saxlasın.  Pələng,  eşitdim  bu  gün 

Drakonla dalaşmısan? 

- Boş şeydi, bir balaca dilləşmişik. 

Musanın Qardaşı başını buladı: 

-  Necə  dilləşməyiniz  üz-gözündən  görünür.  Boş  şey  deyil,  söz  Drakonun  ağzından 

çıxıbsa, səni atacaq. Deyirəm, bəlkə sabah gedək Seyid Lazım Ağanın yanına. 

Bu  camaat  üçün  Seyid  Lazım  Ağanın  sözü  “Qur’an”  ayəsi  kimiydi,  heç  kim  keçə 

bilməzdi.  Camaat  Ağanın  şəkillərini  ciblərində  gəzdirir,  maşınlarının  ön  şüşəsinə  yapışdırır, 

evlərinin  ən  görkəmli  yerlərindən  asırdı.  Üzündən  nur  yağan  Ağa  adətən  çox  vaxt  bazarda 

Drakonun mağazasının qarşısında, onun üçün qoz ağacından xüsusi hazırlanmış taxtda otururdu. 

Bazara gələnlərin çoxu onun əlindən öpməmiş, xeyir-duasını almamış bazardan çıxmazdı. Nəzir-

niyazı  olanlar  da  onu  elə  burda  tapardı.  Dükanın  ağzında  bir  qutu  vardı,  bu  qutu  axşamadək 

nəzir-niyazla  dolardı.  Amma  Ağa  əlini  o  nəzir-niyaza  vurmazdı,  bu  nəzir-niyaz  kasıb-kusuba 

paylanırdı.  Təzə  işə  başlayanlar,  ya  bir  vəzifəyə  gedənlər  Ağadan  bir-iki  manat  pul  alardı  - 

bərəkət olsun deyə. 

Bu  günlərdə  bir  Dolu  gəlib  ağanın  on-on  beş  addımlığında  torpağa  sancılmışdı,  amma 

partlamamışdı. Gördükləri möcüzədən əlləri üzlərində qalan camaat Dolu düşərkən heç tükü də 

ürpənməyən Ağanın əlinə-ayağına düşmüşdü: 

- Cəddinə qurban olaq, Ağa! 

Bir an da bütün Qarabağa səs yayılmışdı, hətta xəbər gedib Bakıya da çatmışdı - Ağanın 

cəddi  camaatı  ölümdən  qurtarıb.  Müharibə  başlayandan  bəri  Dolu  döyməkdən  xeyli  öləziyən 

Dünyanın Ən Varlı Şəhərinin bu ən varlı bazarı yenidən qaynamağa başlamışdı - Ağa nə qədər 

bazardadı, cəddi camaatı qoruyacaq. 

Və  indi  Musanın  Qardaşı  çox  gözəl  bilirdi  ki,  Drakon  nəyə  and  içir-içsin,  Ağanın  bir 

kəlmə sifarişi bəsdi. 

- Hə, nə deyirsən, səhər gedək? Sən utanırsansa mən gedim. 

Musanın Qardaşı Pələngin ürəyindən xəbər vermişdi, amma özünü sındırmadı: 



Lit.az 

 

 



36 

- O məni atmaz! Bir sözdü də deyib. Özü də mənim əlimi pişik yeyib?! 

- Yaxşı da, gopa basma. Səhər gedirik, ya yox? 

Pələng gülümsədi: 

- Nə deyirəm, gedək deyirsən, gedərik. 

*** 


Bayaqdan yatmaqdan ötrü ölən Pələngin gözünə səhərədək yuxu getmədi. Və heç bilmədi 

ki, onu yatmağa qoymayan çarpayının altındakı gül-çiçək qoxusu verən bir çanta puldu. Dan yeri 

onun  gözlərində  söküləndə  düşdü  həyətə,  qurşaqdan  yuxarı  yuyundu.  Sonra  evə  qalxıb  ağzına 

bir-iki tikə pendir-çörək qoydu. Anası daş kimi yatmışdı, oyatmağa heyfi gəldi, əyilib sümükləri 

çıxmış qupquru əlindən öpdü və evdən çıxdı. 

Batalyonun həyətində ağız deyəni qulaq eşitmirdi, vurhavuruydu, maşınlara doluşurdular. 

- Hara? 

- Deyirlər ermənilər Gülablıya girib. 

Yüyürdü  Komandirin  maşınına  tərəf.  Əlini  atıb  yerindən  tərpənməkdə  olan  maşının 

qapısını açdı: 

- Komandir, bəs mən?! 

Komandir: 

- Arujeynikə de, silahını versinlər! 

*** 


Yüksəkliyi ələ keçirən ermənilər ovucları içində qalan kəndi güllə yağışına tutmuşdular. 

Göydən  ucuz  ölüm  tökülürdü.  Və  göydən  tökülən  bu  ucuz  ölümdən  canlarını  qurtarmaq  üçün 

arvad-uşaq,  ağsaqqal-qarasaqqal  ayaqyalın,  başıaçıq  üzümlüklərin  arasıyla  üzüaşağı  qaçırdı. 

Körpələrin çığırtısı, qadınların fəryadı tük ürpədirdi. 

Bir  yük  maşını  yolun  ortasında  yanırdı,  ətraf  parçalanmış  meyidlərlə  dolu  idi.  Yolun 

kənarındakı  şah  tutun  budaqlarından  bağırsaqları  çölə  tökülmüş  bir  adam  sallanırdı  və  hələ  nə 

baş verdiyini anlamadan bağırırdı. 

Sürücü  öyüdü,  maşını  saxlayıb  düşmək  istədi,  Komandir  hirslə  boynunun  dalına  bir 

şapalaq vurdu: 

- Sür, köpəyoğlu! Camaat qırıldı! 

İdarənin  qabağında  xeyli  silahlı  əsgər  vardı,  Direktor  birinin  yaxasından  yapışıb 

şapalaqlaya-şapalaqlaya bağırırdı: 

- Hara qaçırsınız, ay qəhbə uşağı qəhbə?! 

Komandir: 

-  Saxla!-  deyib  çığırdı  və  heç  maşının  dayanmağını  gözləmədən  qapını  açıb  özünü  atdı 

yerə, əli ilə də arxadan gələnlərə işarə elədi ki, dayanmayın, qalxın yuxarı. 

Komandiri görən Direktor bir az da ürəkləndi: 

- Ə, binamuslar... 

Komandir əsgəri Direktorun əlindən alıb kənara itələdi: 

- Müəllim, bir dayan görüm. Nə olub? 

- Görmürsən bu binamusları, postu qoyub qaçırlar. 

Komandir  qorxudan  ciyərləri  ağızlarından  gələn,  tozun-torpağın  içində,  tökülüb-itən  bu 

burnu fırtılıqlı əsgərlərə baxdı. 

Onların çoxunu Bakıda küçələrdən tutub milisə gətirir, pulluları buraxır, imkansızları isə 

Müdafiə  Nazirliyinin  adamlarına  təhvil  verirdilər.  Bəzilərinin  üstündə  heç  sənədi  də  olmurdu. 

Bir də görürdün ağlayırdılar ki, vallah, biz uşağıq, orta məktəbdə oxuyuruq. Kim idi baxan? Və 

Müdafiə Nazirliyi də ömründə bircə dəfə də silah görməyən bu burnufırtılıqlı uşaqlara heç bir 

təlim  keçmədən,  döyüşə  hazırlamadan,  hətta  əyinlərinin  ölçüsünə-filanına  baxmadan  əsgər 

paltarı  geyindirib  doldururdular  avtobusa  və  göndərirdilər  ermənilərin  ət  maşınının  ağzına,  elə 

bil  millətin  qəsdinə  durmuşdular.  Belələrinin  çoxu  birinci  döyüşdəcə  güllənin  səsindən  şoka 

düşürdü. 

İmkan düşən kimi bu əsgərlərə baş çəkən Komandir belələrinə az qala yüz dəfə deyirdi: 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə