Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

 

31 


Hələ altdan-altdan başqa şəhərlərə adam  salıb silah aldırırdı  və bu silahların da çoxunu 

ermənilərin mühasirəsindəki kəndlərə göndərirdi. 

Camaat da dünyanın düz vaxtı onun bu şəhərdən qazandıqlarının hamısını halal eləmişdi: 

- Ə, bu Rəis kişi oğlu kişiymiş! 

Artıq geriyə yol yox idi, vardı ey, amma bu yol kişi oğlu kişilik deyildi. 

- Yoldaş Polyaniçko, mən də burda oturan bütün vəzifəlilər kimi rüşvət almışam, özü də 

pis almamışam. Sizin özünüzün də rüşvət almaq stajınızdan sizə yaxşı məlumdur ki, hamımızın 

bir  vəzifəsi  də  rüşvət  almaq  və  aldığımız  rüşvəti  də  yuxarılarla  bölməkdi.  Amma  mən 

başqalarından  fərqli  olaraq  həmişə  pulluların  pulunu  almışam,  yetim-yesirin  yox.  Sizin  o 

dedikləriniz  yetim-yesirlərdi,  pulları  yoxdu.  Olub-qalanlarını  da  satıb  tüfəngdən-zaddan  alıb 

hökumətin əvəzinə bu şəhəri qoruyurlar. 

İkinciyə  bəlkə  də  həyatında  indiyədək  belə  bir  sərt  söz  deyilməmişdi.  Ona  görə  də  bu 

gözlənilməz cavabdan özünü itirdi: 

- Sən kiminlə danışdığının fərqindəsənmi? 

-  Yoldaş  Polyaniçko,  əvvəla,  sən  yox,  siz!  Mən  sizə  siz  deyə  müraciət  edirəm.  Mən  bir 

milis polkovnikiyəm, kimin qarşısında olduğumu da çox gözəl bilirəm. 

Oturanların hamısını soyuq tər basmışdı. Rəisin az-çox köntöy olduğunu bilsələr də, hər 

halda  ondan  ölkənin  ikinci  şəxsinə  bu  qədər  sərt  bir  cavab  gözləmirdilər.  Rəis  taleyini  ortaya 

qoymuşdu və yəqin ki, artıq uduzmuşdu. 

Bayaq  saunanın  kefindən,  indi  isə  hirsindən  pörtmüş  İkinci  yenə  alnının  tərini  sildi  və 

dəsmalı hirslə stola çırpdı, stolda nəsə qırıldı: 

- Mən səni tutduğun vəzifədən azad edirəm. 

Müdafiə  Naziri  nə  vaxtdan  bəri  bir  yerdə  çörək  yediyi  Rəisi  düşdüyü  uçurumdan  xilas 

etmək üçün İkincini sakitləşdirməyə çalışdı: 

- Viktor Petroviç, rəis yaxşı oğlandı, şəhərdə böyük hörməti var, camaat onu eşidir. Gecə-

gündüz səngərlərdədi, güllənin altındadı. Heç ailəsini də şəhərdən çıxarmayıb... 

Səhiyyə Nazirinin Müavini də Müdafiə Nazirinin sözünə qüvvət verdi: 

-  Dünən  idarəsinə  qrad  düşüb,  gözünün  qabağında  iki  milis  işçisi  ölüb.  Çox  böyük 

sarsıntı  keçirib.  Bütün  gecə  özüm  onun  yanında  olmuşam.  Hələ  heç  özünə  gəlməyib,  bu  dəfə 

bağışlayın. Ağsaqqalsınız! Qul xətasız, ağa kərəmsiz olmaz. 

Amma hirindən-hikkəsindən boğazının damarları çıxmış İkincini sakitləşdirə bilmədilər: 

- Eşitmədin? Gedə bilərsən! Mən səni tutduğun vəzifədən azad elədim! 

Rəis təmkinini pozmadı: 

- Yoldaş Polyaniçko, siz partiya işini yaxşı bilə bilərsiniz. Amma görünür hərbi işi yaxşı 

bilmirsiniz. Mən hərbçiyəm.Məni bu vəzifəyə daxili işlər naziri təyin edir və daxili işlər naziri də 

vəzifədən  götürür.  Mən  nazirə  tabeyəm,  sizə  yox.  Nazir  əmr  verər,  mən  də  vəzifəmi  əmrdə 

göstərilən şəxsə təhvil verərəm. 

-  Eybi  yox,  mən  elə  indi  nazirlə  danışaram.  Çiyninə  bir  avtomat  verib  səni  göndərər 

Stepanakertə, gedib Kərkicahanda uçastkovı işləyərsən. 

Rəis: 


- Dedim ki, mən hərbçiyəm. Nazir əmr eləsə sıravi milis işçisi kimi də bu dövlətə qulluq 

eləməyə borcluyam və hazıram. İndi gedə bilərəm? 

- Gedə bilərsən! 

Rəis bu dəfə hərbi salam vermədi, üzünü bir az əvvəl onu müdafiə edənlərə dedi: 

- İkinizə də təşəkkür edirəm. Məni müdafiə etdiyinizə görə yox, belə nakişilərin arasında 

kişiliyinizi qoruya bildiyinizə görə. 

Və  çevrilib  otaqdan  çıxdı,  çıxanda  da  qapının  ağzında  əmrə  müntəzir  dayanmış  At 

Belində Olan Adama dedi: 

- Sənin bu şəhərdən qazandıqlarını burnunun iki deşiyindən tökmək mənə borc olsun. 

*** 



Lit.az 

 

 



32 

Anası Pələngi oyatmaq üçün əlini bir balaca ona toxundurmuşdu ki, uşaq yerindən necə 

dik atıldısa, yazıq arvad qorxdu: 

- Bissimillah! Bissimillah! 

Hövlnak qalxan Pələng: 

- Nə oldu? Qrad başladı? 

- Yox, ay bala, səni çöldə çağırırlar. 

Ağlına birinci o gəldi ki, yəqin Drakondu, haqq-hesab çəkməyə gəlib, rəngi  qaçdı. 

- A bala, sənnən deyiləm?! 

- Kimdi? 

- Rəhmətlik dədəngilin buxaltiridi. 

Toxtadı,  keçdi  yan  otağa,  hər  ehtimala  qarşı  Rəşid  Behbudovun  bağışladığı  xəncəri 

pencəyinin altından qurşadı belinə və çıxdı darvazaya. 

- Qonşu, gecə vaxtı xeyir ola? 

- Xeyir olar, inşallah.Bir gedək bizə, sözüm var. 

- Burda deyə bilməzsən? 

- Hər halda ev yaxşıdı. 

- Gedək deyirsən gedək də. 

İçəri girəndə gördü ki, At Belində Olan Adam yayxanıb divana, qarşısında da bir stəkan 

çay, televizora baxır, televizorda vurhavur konsert gedirdi. 

Uşaq vaxtı televiziyada Livanı göstərəndə dəli olurdu: bir tərəfdə kəndlər, şəhərlər yanır, 

millət qırılır, bir tərəfdə də restoranlar, barlar, göbək rəqsləri. Uşaq ağlıyla fikirləşirdi ki, bu necə 

dövlətdi, bu necə millətdi, belə də müharibə eləmək olar? 

 

Onun üçün, elə hamı üçün müharibə deyilən şey Böyük Vətən Müharibəsi idi - kinolarda 



gördükləri,  kitablarda  oxuduqları,  atalarının-babalarının  vuruşduqları,  qırıldıqları  müharibə. 

Uşaqlı-böyüklü  hamının  ayağa  qalxıb  düşmənlə  döyüşdüyü  müharibə.  Bütün  ölkənin  “Hər  şey 

cəbhə  üçün,  hər  şey  Vətən  üçün”  dediyi  müharibə.  Və  uşaq  ağlıyla  fikirləşirdi  ki,  bəs  bu 

livanlılar niyə demirlər: “Hər şey Vətən üçün! Hər şey cəbhə üçün!” Və heç cür nə onun, nə də 

kimsənin  ağlına  gələ  bilməzdi,  heç  yatsalar  yuxularına  da  girməzdi  ki,  bu  televiziyada 

gördüklərini haçansa həyatda da görəcəklər və yaşadıqları ölkə elə Livan kimi olacaq. Millətin 

bir parası qırılacaq, millətin o biri parası isə öz kefində, öz damağında! Və uşaq vaxtı televizorda 

gördüyü Livan hətta bu ölkənin yanında muştuluq olacaq. 

İndi At Belində Olan Adam yayxanmışdı divana, qarşısında bir stəkan çay və ləzzətlə bu 

millətin olmayan televiziyasında bu millətdən olmayanların vur-çatlasınına tamaşa edirdi. 

İstədi elə qapıdan geri qayıtsın, çevrilib qonşuya baxdı, gördü qonşu əlini atıb boğazına, 

qayıtmadı. 

At  Belində  Olan  Adam  dərhal  hiss  elədi  ki,  Pələng  bu  görüşdən  xoşlanmadı.  Qalxdı 

ayağa, televizoru söndürdü, amma Pələngə yaxınlaşıb əl uzatmağa qorxdu, əli göydə qala bilərdi, 

bu da işləri korlayardı: 

- Axşamın xeyir. Gəl otur, qardaş. 

Amma Pələng oturmadı: 

- Xeyirdimi? 

-  Gəl,  gəl  otur.  Kişisən,  kişi  oğlusan.  Rəhmətlik atanın  da  xətrini  çox  istəyirdim.  Gözəl 

insanıydı. Neçə il bir yerdə işlədik, çox çörək yemişdik. Gəl, gəl otur. 

Pələng atasının adını eşidəndə bir az yumşaldı və könülsüz-könülsüz keçib oturdu. 

At Belində Olan Adam Baş Mühasibə dedi: 

- Bizi tək burax. 

Otaqda ikisi qaldı. 

-  Əvvəla,  sənə  təşəkkür  edirəm,  məni  böyük  bir  biabırçılıqdan  qurtardın.  Ömrü  boyu 

özüm də, balalarım da sənə borcludu. 

- Nə sən, nə də balaların mənə heç nə borclu deyil. 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə