Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

 

47 


Əslində  ermənilər  bu  niyyətlərini  çoxdan  ortaya  qoymuşdular.  Və  batmaqda  olan 

Dünyanın Ən Varlı Şəhəri nə vaxtdan “SOS” siqnalı verən okeanda tənha qalmış gəmi kimi idi. 

Komandir özü də şəhəri kimi tənha qalmışdı: Eldar Bağırovu günün-günorta çağı Bakıda 

güllələmişdilər, Qatır Məmmədi həbsxanada öldürmüşdülər, Allahverdi Bağırovu qumbaraatanla 

vurmuşdular, Şirin Mirzəyevi minaya salmışdılar, General Dəli Ərşadı “Qrad”la parçalamışdılar, 

sağ  və  sol  əlləri  olan  Drakonla  Pələng  də  artıq  yox  idi.  Və  indi  batmaqda  olan  bu  gəmini 

təkbaşına xilas etmək onun gücü daxilində deyildi. 

Neçə vaxtıydı camaatı ruhdan salmaq üçün şəhərə bir şayiə də buraxmışdılar: 

- Şəhəri satıblar! 

Komandir uşaqlara demişdi: 

- Belə sözlərə fikir verməyin. Hələ biz ölməmişik! Nə qədər biz sağıq, erməni bu şəhərə 

girə bilməyəcək. 

İndi deyəsən həmin sağolmanın sonuydu. Komandir də bunu görürdü. 

Hələ döyüşə girməmişdən həmişə dediyi sözləri yenə demişdi: 

-  Bax,  deyirəm  ha,  kim  qorxursa  girməsin,  döyüşdən  qaçsa  özüm  güllələyəcəm.  İndi 

getsə, qınamaram. 

Onsuz  da  çoxdan  nəfə  yaşayan  uşaqlar  bir-birinə  baxmışdılar  və  heç  kim  bir  şirin 

canından ötəri, o canın da artıq elə bir şirinliyi qalmamışdı, min illik töhmətin altına girməmişdi. 

Komandir: 

- Qardaşlar! Bura bizim Çanaqqalamızdı! Day arxa yoxdu! Arxada ana-bacılarımızdı! 

Və  uşaqlar  arxalarındakı  ana-bacılarının  Tanrının  eşitmədiyi  və  ya  eşitmək  istəmədiyi 

dualarına söykənib sonuncu döyüşə girmişdilər. Arxadan kömək gəlməyəcəyi də gün kimi aydın 

idi. Komandir son ümidini təyyarələrə bağlamışdı. Təyyarələr isə gəlmirdi, xəbəri gəlirdi: 

- Mingəçevirdən qalxıblar. Bu dəqiqə erməniləri şumlayacaqlar. 

Xəbərlərdən  iki  saat  çox  keçmişdi,  amma  saat  yarımlıq  maşın  yolunu  təyyarələr  bu  iki 

saata gəlib çıxa bilmirdilər. 

Artıq əli hər yerdən, hətta Tanrıdan da üzülmüş Komandir tez-tez hayqırırdı: 

- Qardaşlar, arxada ana-bacılarımızdı! 

Uşaqlar bu sözləri bütün səngər boyu bir-birlərinə ötürürdülər: 

- Arxada ana-bacılarımızdı... 

- Arxada ana-bacılarımızdı... 

- Ana-bacılarımız... 

Artıq  onlara  ana-bacılarının  Tanrıya  çatmayan  duaları  da  kömək  eləmirdi  -  düşmən 

güllələri  bu  duaları  da  dua  sahibləri  kimi  qızıl  qana  boyamışdı.  Torpaq  oğullarının  qanından 

çiçək-çiçək çiçəkləyib laləzar olmuşdu. Havadan gülün-çiçəyin, bu yaşıl zəmilərin, bu torpağın 

qoxusu gəlmirdi - qan qoxusu gəlirdi. 

Şəhərdən xəbər gətirdilər: 

-Ermənilər Qarağacını götürdülər. Əhmədavar yanır. 

- Yeddiyüzdoqquz topun-tüfəngin götürüb qaçır. 

Komandir dəli oldu: 

- Necə yəni qaçır?! 

- Qaçır də! Qaçır! 

Komandir: 

- Möhkəm dayanın, mən bu dəqiqə qayıdıram. 

Qarağacı  yoluna  çıxanda  dəhşətə  gəldi  -  qoşun  qaçırdı,  özü  də  necə  gəldi.  Küçəyə 

tökülmüş  camaat  vahimə  içərisində  qaçan  əsgərlərə  baxır,  kimi  söyür,  kimi  qarğış  edir,  kimi 

ağlayır,  kimi  də  uşaqlarının  əlindən  tutub  üzüaşağı  qaçırdı.  Bəziləri  isə  bağıra-bağıra  qaçan 

əsgərlərin qarşısını kəsməyə çalışırdılar: 

- Sizə qurban olaq, bu arvad-uşağı qoyub hara qaçırsınız?! 

Amma nə ağlayana baxan vardı, nə yalvarana. Yolun kənarında bir neçə atılmış texnika 

vardı. Tırtılı qırılmış bir tank da yolun kənarındakı evə girmişdi, həyətdə vay-şivən idi. 



Lit.az 

 

 



48 

Maşınını öndə gələn BTR-in qabağına verdi və sıçrayıb düşdü, BTR az qalmışdı maşının 

belinə qalxa. Arxadan gələn texnikalar dayandı. BTR-dəkilər töküldü: 

- Nə qayırırsan,ə? 

- Canınıza azar qayırıram! Hara qaçırsınız? 

-Görmürsən yer-göy dağılır?! Gələn erməni deyil ey, rus ordusudu. 

- Döndərin beteerləri! Döndərin dedim! 

BTR-dən düşən bir zabit onun üstünə yeridi: 

- Çəkil yoldan! Ölmək istəyirsən can sənin, cəhənnəm allahın. 

Əsgərlər də onun üstünə ayaqlandılar. Onu görəndən sonra bir az ürəklənmiş camaat da 

Komandirə qahmar çıxdı, tökülüb yolu bağladılar. 

Komandir isə qabağına keçəni şapalaqlayıb çığırırdı: 

- Dönün köpəyuşağı! Dönün! Yoxsa hamınızı cırıq-cırıq eləyəcəm! 

Əsgərlərin başı üstündən bir qatar güllə buraxdı. 

Bu vaxt bir “Niva” gəlib saxladı, maşından düşən polkovnik sərxoş gözləri süzülə-süzülə 

özündən razı halda dayandı Komandirin önündə: 

- Mənim əsgərlərimi niyə döyürsən? 

- Hara qaçırlar bu köpəyuşaqları? 

- Yaxşı edirlər! Canınız çıxsın, gedin şəhərinizi özünüz qoruyun! 

Ağlı  başından  çıxmış  Komandirin  mübahisə  etməyə  nə  vaxtı  vardı,  nə  hövsələsi, 

polkovniki boğazladı: 

- Qaytar əsgərlərini geri! 

Polkovnik yazılması mümkün olmayan yeddimərtəbəli bir söyüş söyərək əlini silaha atdı: 

- Çəkil, ə! 

Daha Komandir heç özü də bilmədi neylədi: 

- Sənin... 

Tətiyi çəkdi, güllələr polkovniki bükmələyib çırpdı indicə düşdüyü maşına. Polkovnikin 

vurulduğunu görən əsgərlər qorxub indi də ağzı geri qaçmağa başladılar. 

Komandir sıçrayıb qalxdı BTR-ə, avtomatı dirədi sürücüyə: 

- Dön geri, küçük! 

 Komandirin  indicə  gözünün  qabağında  polkovniki  necə  güllələdiyini  görüb  sarısını 

udmuş sürücü udqundu və BTR-i geriyə çevirdi. 

Komandir BTR-in üstündə əllərini Qarağacıya tərəf yelləyə-yelləyə çığırırdı: 

- Arxamca! Arxamca! Qardaşlar! Arxamca! 

Bundan ruhlanan o biri BTR-lər də Komandirin arxasınca tərpəndilər. Camaatın içində əli 

silah tutanlar da qoşuldular geriyə qayıdan əsgərlərə. 

Komandir bir az əvvəl söydüyü sürücüyə indi yalvarırdı: 

- Sür başına dönüm, sür! Sür, sənə qurban olum, tez sür! 

- Komandir, vallah, bundan bərk getmir. 

- Sür, oğul, camaat qırıldı... 

Bu an sanki Komandirin kürəyindən baltanın dalıyla vurdular, səsi də çıxmadı, bircə içini 

çəkə bildi... 

*** 

Kürəsəl istilənmə bu camaat üçün vaxtından 20-25 il əvvəl gəlmişdi və göydən təpələrinə 



od  tökülürdü.  Və  təpələrinə  tökülən  bu  odun  altında  bəzən  az  qala  saatlarla  növbəyə  durmaq 

ömürlərində növbə nə olduğunu bilməyən bu adamlar üçün əsl cəhənnəm əzabıydı. 

Özlərinin  də  bilmədikləri,  bəlkə  də  heç  etmədikləri  və  ya  başqalarının  işlətdiyi  və 

bunların ayağına yazılan hansısa günahlara görə Tanrı cəhənnəmi onlara bu dünyada göstərirdi, 

sadəcə  olaraq  qır  qazanını  tərsinə  çevirmişdi  və  onları  da  yığmışdı  bu  tərsinə  çevrilmiş  qır 

qazanının altına. 

Göydən tökülən oddan kölgələnməyə bir  yer də  yox idi. Bu od çadırı necə qarsıyırdısa 

alaçığa  da  girmək  olmurdu  ki,  heç  olmasa  bir  az  toxtasınlar.  Son  zamanlar  bir-iki  artezian 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə