Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

 

45 


- Can ana! 

... Bu vaxt Pələngin bir parça göy üzündə Tanrını axtaran gözləri güclü bir işıq gördü, bir 

nur gördü - Tanrı Dünyanın bu Ən Gözəl Ölüsünə bir nur kimi, bir işıq kimi göründü - və Pələng 

rahat-rahat gözlərini qapadı... 

... Drakon isə girdi anasının qucağına: 

- Yaman yorulmuşam, ay ana. Qoy bir az yatım. 

-  Yat,  bala,  yat!  Laylay  balam, a laylay.  Laylay  dedim  yatasan,   qızılgülün  içində şirin 

yuxu tapasan. Laylay balam, a laylay... 

... Drakon qızıl qanın içində şirin bir yuxu tapmışdı... 

... Batalyon zirvəni götürmüşdü, bayrağı da sancmışdı. 

Komandir Drakonu basmışdı bağrına, balası vurulmuş pələng kimi onun sinəsindəki hələ 

qanı qurumamış yaraları yalayırdı. 

Qələbə  sevincini  bir  andaca  itirən  uşaqlar  başlarını  aşağı  salıb  sakitcə  gözləyirdilər. 

Gözləyirdilər ki,  bu illərdə ilk dəfə göz  yaşlarını gördükləri  Komandir ürəyini təmiz boşaltsın. 

Nəhayət, Komandiri Drakonun üstündən qaldırdılar və... 

... qızıl qanın içində şirin yuxu tapmış Drakonu qaldırdılar çiyinlərinə... 

Komandir isə min ilin yorğunu kimi arxalarından gəlirdi. Girdilər meşəyə. Cığırla bir az 

getmişdilər ki, dayandılar. 

Komandir səsləndi: 

- Nə oldu? Niyə dayandınız? 

-  Komandir,  bir  ora  bax!  -  deyə  uşaqlar  ağacların  birinin  altında  uzanmış  Pələngi 

göstərdilər və Drakonu yerə qoyub ona tərəf yüyürdülər. 

Dünyanın  Ən  Gözəl  Ölüsü  -  sanki  sinəsində  lalələr  açmışdı  -  ağrıdan-acıdan  uzaq,  üz-

gözündə Tanrı nuru, xoşbəxtcəsinə uyumuşdu, Drakonun pencəyi də başının altında. 

Komandir heç nə deyə bilmədi, sadəcə olaraq üç-dörd saat  öncə qorxub  qaçdığını  zənn 

edərək söydüyü Pələngin - Dünyanın Bu Ən Gözəl Ölüsünün- ayaqları altında dizi üstə düşdü... 

*** 

...  Mağarı  batalyonun  həyətində  qurmuşdular.  Başdakı  gəbənin  üstündə  də  bir  az  əvvəl 



torpağa  tapşırdıqları  qırılan  oğulların  qırmızı  lentlər  bağlanmış  şəkilləri  asılmışdı  -  ortada  da 

Drakonla Pələngin. 

Bütün  şəhər  burdaydı.  Ağ  Evin  möhtərəm  qonaqları  da  təşrif  gətirmişdilər.  Uşaqlar 

əvvəlcə onları yasa buraxmaq istəməmişdilər, Komandir qarşılarını kəsmişdi: 

- Dəyməyin! Günahdı! Yasdan heç düşməni də qovmazlar. 

Komandir yas sahibi kimi oturmuşdu mağarın ağzında, Rəis də yanında. 

Məclisdəkilər o qədər pıçıltıyla danışırdılar ki, elə bil bu boyda mağar bomboş idi, arada 

yalnız  çaxmaqların  çaqqıltısı  gəlirdi,  bir  də  mollanın  “Fatihə”si  eşidilirdi.  Molladan  başqa 

süfrədəki  çaylara  əl  uzadan  da  yox  idi.  Çaylar  buğlanıb-buğlanıb  soyuyurdu.  Çayçı  soyumuş 

çayları dəyişirdi, amma yenə buğlanıb-buğlanıb soyuyurdular. 

Sükutu Komandirin qəfil hönkürtüsü pozdu: 

- Rəis! Belim qırıldı, Rəis! Bu niyə belə oldu, ay Allah! Niyə belə elədin?! 

Rəis onu sakitləşdirməyə çalışdı: 

- Ə, yaxşı, yaxşı! Özünü ələ al, yekə kişisən! Dost var, düşmən var! 

- Rəis, nə dost, nə düşmən! Ə, mən cəhənnəm ey, bu şəhərin beli qırıldı. 

Bu  vaxt  mağara  qarayaylıqlı  bir  qadın  daxil  oldu,  kişi  məclisinə  heç  vaxt  qadın 

girmədiyindən  hamı  çaşdı  -  Pələngin  anası  idi,  əlində  də  bir  çanta.  Dayandı  Komandirin 

qarşısında. 

Komandir  hönkürtüsünü  kəsib  yerindən  dik  qalxdı,  bütün  mağar  qalxdı.  Qadın 

Komandirin  qızarmış  gözlərinə  baxıb  doluxsundu,  yaylığının  ucuyla  yaşarmış  gözlərini  sildi, 

sonra əlindəki çantanı qoydu stolun üstünə. 

- Komandir, uşaq bunu dünən gecə gətirmişdi. Deyirdi ki, türklər göndəriblər. 

Komandir duruxdu: 



Lit.az 

 

 



46 

- Kimlər göndərib? 

- Türklər. Batalyona göndəriblər dedi. Dedi, sabah verəcəm Komandirə. Belə oldu. Götür. 

Komandir  çantanın  ağzını  açdı,  təəccüblə  gah  çantadakı  pullara  baxdı,  gah  Pələngin 

anasına, gah mağardakılara - çiyinlərini çəkdi. 

Pələngin  anası  sonra  əlini  qoynuna  salıb  bir  bükülü  də  çıxartdı,  onu  da  qoydu  stolun 

üstünə: 

- Bunu da mənə verib demişdi ki, ölüb-eləsəm lazımın olar. Nəyimə lazımdı? Ala, bunu 

da  götür!  Göndər  bu  ölən  oğulların  analarına.  -  sonra  üzünü  tutdu  mağardakılara:  -  Hamınıza 

qurban olum! Təki siz salamat olun! 

Və mağardan çıxdı. 

Mağara  yenə  də  bir  qəbiristanlıq  sükutu  çökdü,  heç  kim  bu  sükutu  pozmağa  ürək 

eləmirdi. Çaylar yenə soyumuşdu və Çayçının bu soyumuş çayları dəyişməyə cəsarəti çatmırdı, 

çiynində dəsmal boynunu büküb dayanmışdı mağarın ağzında. 

Və bir anda bütün şəhərə səs yayıldı: 

- Türklər uşaqlara pul göndəriblər... 

- Deyirlər özləri də gəlir... 

- Di gedin, erməni köpəyuşağı! Elə bilirdiniz qardaşlarımız bizi  tək qoyacaqlar... 

Və İkinciyə xəbər çatdı ki... 

... Batalyonun həyətində Türkiyənin bayrağın qaldırıblar! 

...  Batalyonun  həyətində  qaldırılan  isə  Türkiyənin  bayrağı  deyildi,  Drakonun  Pələngin 

qanına hopmuş köynəyiydi... 



---------------------------- 

Lit.az-Azərbaycanın ədəbiyyat portalı

 

 

DOLU 

II Fəsil 

 

*** 



 

Baş qaldıran başsız qalırdı, çarpaz atəşin altında qırılırdılar. Topun-tüfəngin səsi ölən və 

yaralananların  bağırtısına  qarışaraq  tüklər  ürpədirdi.  Əzrayıl  yuxarıdan  dəhşətlə  tamaşa  edirdi. 

İnsanların  onu  da  dəlik-deşik  edəcəyinin  qorxusundan  aşağı  yenməyə  ürək  eləmirdi,  bir  də  ki, 

heç  ona  ehtiyac  yox  idi,  insanlar  özləri  bir-birinin  Əzrayılına  çevrilmişdilər.  Çox  ağır  döyüşlər 

görmüşdülər,  amma  bu  heç  birinə  bənzəmirdi.  Və  bunu  təkcə  Komandir  yox,  uşaqlar  da  hiss 

edirdilər.  Hiss  edirdilər  ki,  bu  onların  son  döyüşüdür.  Və  bu  son  döyüşdə  hər  kəs  öz  ölüsünü 

düşmənə daha baha satmağa çalışırdı. 

Hələ ki Qarqar çayı qanlarının arasına girmişdi. Düşmən minanın qorxusundan texnikanı 

çayın  içinə  soxmağa  ürək  eləmirdi,  əslində  çayda  mina-filan  da  yoxuydu.  Yeganə  körpüdə  isə 

düşmənin  iki tankı  yanırdı  - birini Komandirin özü vurmuşdu və  yolu  kəsmişdi.  Bir neçə dəfə 

tankları yoldan çıxarmağa cəhd etsələr də, uşaqlar aman verməmişdi. 

Düşmən bütün gücünü ortaya çıxarmışdı. Və Komandir görürdü ki, qarşılarındakı heç də 

indiyədək  savaşdıqları  həmişəki  erməni  batalyonları  deyil,  illərin  təlimini  görmüş  nizami  bir 

ordudu.  Komandir  də  nəyi  var  ortaya  tökmüşdü,  amma  başa  düşürdü  ki,  damarlarında  qan 

əvəzinə  qəzəb  axan  bu  uşaqlar  Əzrayıl  olsalar  belə  bu  ordunun  qarşısında  duruş  gətirə 

bilməyəcəklər. 

Komandir neçə dəfə o biri batalyonlarla əlaqə saxlamaq istəmişdisə mümkün olmamışdı, 

telsizlər işləmirdi. Şəhərə xəbər gətirmək üçün gedən uşaqlar da elə bir xəbər gətirə bilmirdilər. 

Qarağacıya xəbər dalınca göndərdiyi Qeyrət Dağarcığı da qayıtmamışdı. Gələn xəbərlərdən bircə 

o aydın idi ki, düşmən üç istiqamətdən hücuma keçib. Savaş başlayandan ilk dəfəydi ki, düşmən 

bütün cəbhə boyu hərəkət edirdi. Niyyətləri açıq idi - şəhəri götürmək. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə