Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

 

43 


Drakon onu yenidən çiyninə qaldırmaq istədi, amma Pələng yenə qoymadı. 

- Dəymə! Qurban olum, dəymə! Deyəsən ölürəm, qoy rahat ölüm. İncitmə! 

Drakon: 

-  Qorxma,  qoymaram  öləsən.  Səni  Əzrayıla  vermərəm.-  dedi  sonra  onu  toxtatmaq  üçün 

zarafata salmaq istədi; - İnşallah, səni özüm öldürəcəm. Özü də bilirsən harda? 

- Bulvarda? 

- Yox, Şuşada, Cıdır düzündə. 

-  Şuşada ölsəydim, uf da deməzdim.- Bir az susdu,  yenidən nəfəsini toplayıb dilləndi;  - 

Görən uşaqlar postu götürdü? 

- Hə, götürdülər. Eşitmirsən bizim avtomatların səsini? 

- Drakon! 

- Haycan! 

- Sən qardaşıyın goru, məni vuracaqdın? 

Qəhərdən boğulan Drakon onun yarasından öpdü: 

- Mənim sənə əlim qalxar?! Özümü atardım, səni yox! 

- Mən də! Yaman soyuqdu. Üşüyürəm, üstümü ört. 

Drakon pencəyini çıxarıb saldı onun üstünə. 

Pələngin bədəni soyuqdan tir-tir titrəsə də dodaqları od tutub yanırdı. Bu od tutub yanan 

dodaqlarını diliylə islatmaq istədi, amma dili yanırdı: 

- Su istəyirəm. 

Yaxınlıqda  bulaq  vardı  və  şəhərdə  istidən  təntiyəndə  pendir-çörəkdən,  yemiş-qarpızdan 

götürüb özlərini verirdilər bu bulağın başına. Yemiş-qarpızı, arağı doldurardılar bu bulağın buz 

kimi  suyuna. Babat  vurandan  sonra bulağın  gözündən beş  daş  götürməyə mərc  çəkərdilər, hələ 

ki, o mərci hər oğul udammırdı, əlləri necə keyiyirdisə... 

Bir  də  görürdün  kiminsə  maşınının  mühərriki  qızdırıb  yolda  qalıb.  Belələrinə  zarafatla 

deyərdilər: 

-  Ə,  qardaş,  özünü  ver  Gülablıya,  Soyuqbulağın  suyundan  doldur,  canın  qurtarsın.  Bax 

biz doldurmuşuq, neçə ildi maşınımız qızdırmır. 

- Bu saat gətirirəm. - deyə Drakon getdi bulağa. 

Ağzını  bulağın  gözünə  dirəyib  doyunca  içdi,  başının  tükü  də,  ayaq  barmaqları  da  suyu 

hiss  elədi.  Sonra  papağını  su  ilə  doldurub  qayıtdı.  Pələngin  sifətində  qan  qalmamışdı.  Sudan 

onun sir-sifətinə, sinəsinə çilədi, dodaqlarını islatdı, amma içməyə vermədi. 

 

Pələng yalvardı: 



- Ver içim, onsuz da ölürəm. 

Drakon  artıq  onun  üz-gözünə  qonmuş  ölümü  görürdü.  Və  onu  da  görürdü  ki,  Pələngi 

ölümün  pəncəsindən  qopara  bilməyəcək.  Pələngin  başını  bir  az  qaldırdı  və  suyu  ehtiyatla  ona 

içirtməyə başladı: 

- İç! 

Pələng suyu qurtum-qurtum içdi, sonra get-gedə sönən bir səslə dedi: 



- Qalanını da tök başıma. 

Drakon qalan suyu da tökdü onun başına, əslində elə bir şey də qalmamışdı. 

-  Həəə...  Məni  bağışla,  Drakon,  sənə  əl  qaldırdım.  Drakon,  anama  deyərsən  Rəşid 

Behbudovun  papağını  da,  xəncərini  də  versin  sənə.  Sən  də  onu  mənim  adımdan  oğluna 

bağışlayarsan. 

- İnşallah, sən özün bağışlayarsan. 

-  Drakon,-  udqundu,  sanki  dilçəyində  ilişib  qalmış  son  sözləri  dartıb  çıxarırdı;-  Heyf... 

Drakon... 

- Can Drakon! 

- Mən qız görmədim ey... 




Lit.az 

 

 



44 

Drakon  onun  başını  bərk-bərk  sıxdı  sinəsinə,  amma  bu  dəfə  dözə  bilmədi,  bayaq 

boğazından qaytardığı fınxırtını bu dəfə saxlamağa gücü yetmədi, hönkürdü... 

Və elə hönkürdü ki, göz yaşından bütün heyfini aldı. 

Amma Pələng nə bu fınxırtını eşitdi, nə də Drakonun göz yaşlarını gördü... 

... Pələng Şuşadaydı... 

Drakon Pələngi uzatdı otların üstünə. Gözləri açıq qalmışdı və ağacların  başı üzərindən 

görünən  bir  parça  aydın  və  işıqlı  göyə  baxırdı  -  Drakon  onun  gözlərini örtməyə  ürək  eləmədi, 

başını  bağrına  basıb  saçlarından  öpməyə  başladı.  Xeyli  belə  oturdu.  Pələngin  bir  az  əvvəl  bir 

damla  qan  qalmayan  və  Drakonun  dünən  əzişdirdiyi  üzü  nura  boyanmışdı,  işıq  saçırdı  -  bu 

dəqiqə  Dünyanın  Ən  Gözəl  Ölüsü  onun  qucağındaydı.  O  da  Dünyanın  Bu  Ən  Gözəl  Ölüsünü 

bağrına basıb ağlayırdı, amma bəbəklərindən göz yaşı axmırdı, qan axırdı, qıpqırmızı qan. 

Amma Pələng nə onun hönkürtüsünü eşidirdi, nə də yanaqlarından axan qıpqırmızı qanı 

görürdü - baxışları ağacların başı üstündə görünən bir parça göy üzünə zillənmişdi və o bir parça 

göy üzündə Tanrını axtarırdı... Kipriklərində də iki damla qurumuş göz yaşı vardı... 

Nəhayət, Drakon Pələngi qucağından yerə qoydu, sonra pencəyini onun üstündən götürüb 

bükdü  və  qoydu  başının  altına.  Əyilib  son  dəfə  onun  yarasından  öpdü,  avtomatı  tulladı  bir 

kənara. Qumbaraları yenidən kəmərinə taxıb yuxarı dırmaşmağa başladı. 

BMP  hələ  tüstülənirdi.  Sürünə-sürünə  gəlib  çatdı  BMP-yə,  bir  az  yorğunluğunu  aldı. 

Burdan  səngərə  qumbara  çatdıra  bilməzdi,  həm  məsafə  uzaq  idi,  həm  də  qollarında  güc 

qalmamışdı,  bir  az  da  yaxınlaşmaq  lazım  idi.  Ehtiyatla  səngərə  tərəf  sürünməyə  başladı. 

Ermənilər güclü atəş altında olduqlarından başlarını səngərdən çıxara bilmirdilər, Vanyanın tankı 

işləyirdi. 

Bütün gücünü yığdı, qalxdı ayağa və: 

- Alın, sizin bajınızı... 

Var gücüylə qumbaranı səngərə qolazladı və ikincini də elə bir sürətlə göndərdi ki, elə bil 

bu iki qumbara birdən atıldı. 

Eyni andaca partlayan iki qumbaranın vahiməsindən - elə bildilər səngərə mərmi düşdü - 

sağ  qalan  ermənilər  cəsədlərin  havada  uçduğu  səngərdən  çıxıb  geri  qaçmağa  başladılar.  Və 

qarşılarında  gözlərindən  qıpqırmızı  qan  axan  Drakonu  gördülər.  Avtomatlar  işlədi.  Drakon  isə 

yalnız əlləriylə qana boyanmış üzünü güllələrdən qorumağa çalışdı və: 

- Ay... 


Drakonun  çiynindəki  mələklər  gördü  ki,  güllələr  onu  son  anda  anasını  çağırmağa 

qoymayacaqlar, özlərini atdılar güllələrin qabağına. Güllələr mələkləri deşik-deşik elədi, amma 

bu bir an kifayət elədi ki, Drakon anasını çağırsın... 

... ana... 

Yaratdığı  dünyanı  onun  iradəsi  əleyhinə  məhvərindən  çıxarmış  insanlara  qəzəblənən 

Tanrı  yorulmuşdu.  Müharibədə  qırılan  bu  günahsız  cavanlar  kimi  o  da  vaxtından  əvvəl 

qocalmışdı.  Qibləsini  azmış  insanların  üzünü  yenidən  qibləyə  çevirmək  üçün  bir  peyğəmbərə 

ehtiyac olduğunu görmüşdü. Və bu peyğəmbəri tapmaq ümidiylə yer üzünə göndərdiyi mələklər 

dünyanın  altını  üstünə  çevirsələr  də  Tanrının  istədiyini  tapa  bilməmişdilər.  Tanrının  da  yanına 

əliboş qayıtmağa qorxurdular. Birdən göy üzü kimi təmiz, Zəmzəm suyu kimi saf, göz yaşı kimi 

dupduru  bir  səs  eşitmişdilər.  Bu  səsi  sahibinin  qanından,  ruhundan  soyub  Tanrıya  hədiyyə 

gətirmişdilər.  Və  artıq  öz  yaratdıqları  ilə  bacara  bilməyən  Tanrı  qəzəbini  soyutmaq,  bir  az 

yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı. Bu səs onu qoymurdu 

ki,  insanları  məhşərə  çəkib  qiyami-qiyamət  gününü  qursun,  şeytan  bayram  eləsin.  Və  Qədir 

Rüstəmovun  səsi  ruhuna  necə  işləmişdisə  Yiyəsiz  Övladların  yalvarışlarını  eşitmirdi.  İndi  də 

eşitməyəcəkdi... 

Qədir  Rüstəmovun  səsi  “ay  ana”  fəryadından  diksindi  və  susdu.  Və  bu  an  Tanrı  da 

Drakonun fəryadını eşitdi. Və yaratdığı bu şah əsərin son arzusunu ürəyində qoymadı... 

... “Ay ana” sədası bir anda cənnəti silkələdi... 

Drakonun anası bu səsə dik atıldı: 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə