Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

 

23 


Lotular da sözlərindən qalmırdılar: 

- Doğrudan da, sənin işin çox çətindi. Biri vedrə istəyir, biri qorşok, biri sabun. 

Həyət qazan kimi qaynayırdı. Kənardan baxana elə gəlirdi ki, hökumətin başbilənləri bu 

qaynar qazanda Qarabağ məsələsini həll edirlər. 

Bura  həm  də  dünyada  nə  baş  verdiyindən  xəbərsiz  camaatın  dünyadan  xəbər  tutma 

yeriydi.  Darvazanın  ağzı  dolu  olurdu.  Şikayətə  gələnlər,  qaçqını,  qaçqın  olmayanı,  uşağı  əsir 

düşən,  evini  Dolu  vuran,  yardım  istəyən.  Bir  də  şəhərə  yolu  düşmüşkən  kəndə  xoş  bir  xəbər 

aparmaq istəyənlər - kimi axtarsan burda tapardın. Qapıdakı növbətçilər də eşitdiklərinin üstünə 

beşini də qoyurdu: 

-  Polyaniçko  gecə  burdaydı.  Kişi  adamdı.  Dedi  az  qalıb,  bu  gün-sabahlıqdı,  Moskva 

bizim tərəfimizdədi. 

- Gecə yoldaş Mütəllibov selektirni müşavirə keçirirdi. Bayaviklərin anasını ağladacaqlar. 

- Müdafiə naziri deyir təzə tanklar almışıq. Budey bundan. 

Darvazanın ağzındakı tankı göstərirdilər. 

- Qorbaçov Aqambekyana deyib, von atsuda... 

- Raisa ermənilərin üzüyünü çırpıb təpələrinə... 

- ... 

Kənddən  gələnlər  də  burda  eşitdiklərinin  üstünə  beşini  qoyub  danışmaq  üçün  sevinə-



sevinə dönürdülər kəndə, şəhərdən gələnlər də çayxanalara. 

- Polyaniçko gecə gəlibmiş. Deyib ki, az qalıb. Moskva bizim tərəfimizdədi. 

-  Mütəllibov  gecə  selektirni  müşavirə  keçirib.  On-on  beş  günə  bayaviklərin  şalvarını 

çıxaracaqlar. 

-Qorbaçov Aqambekyana var-yox söyüşü edib. 

- Şerbakdan təzə tanklar almışıq. 

- Əlisaab müəllim Təşkilat Komitəsində Paqosyanı eşşək kimi döyüb. 

- Polyaniçko Zori Balayanı Stepanakertdən it kimi qovub. 

Bir  mərəkə  də  Ağ  Evlə  üzbəüz  Çayxanaydı.  Bura  da  Bakıdan  gələnlərlə  -  gələcək 

mərkəzikomitəçilərlə  dolu  olurdu.  Anadilçilər,  çənlibelçilər,  yurdçular,  cəbhəçilər,  bozqurdlar, 

demokratlar, sosial demokratlar. 

Hər  tirə  də  şəhərin  say-saytal  oğullarından  birini  yanlayırdı.  Hərdən  də  boş-bekar,  işə-

gücə  yaramayan  adamları  Lenin  meydanına  yığıb  mikrofon  üstə  dalaşa-dalaşa  bir  az  Bakıdakı 

hökumətə,  bir  az  yerli  hökumətə,  bir  az  da  ermənilərə  söyür,  axırda  da  yumruqlarını  havaya 

qaldırıb: 

- Bərk durun, biz burdayıq! - deyib dağılışırdılar. 

Komandir hər dəfə bu Çayxananın önündən keçəndə əsəbləşirdi: 

- Bu şəhəri Sovet hökuməti dağıda bilmədi, amma Bakıdan gələn bu uşaqlar dağıdacaq. 

Bir dəfə maşından düşüb girmişdi çayxanaya: 

- Ə, burda nə sülənirsiniz?! Ya silah götürün qoşulun bu camaata, ya da ... gedin, qoyun 

öldüyümüz  yerdə  ölək.  Yoxsa  bir  gün  sizi  maşına  basıb  aparıb  tökəcəm  Qarqarda  erməninin 

qabağına. 

Elçibəyə də zəng eləmişdi: 

- Bəy!  


Bu uşaqları burdan yığışdır! Gəlib bu şəhərdə oyun oynayırlar, camaatı parçalayırlar. 

Amma bu Bəylik də deyildi. Bəy yaxasını cırsa da xeyiri yox idi. Çünki Bəyin də xəbəri 

olmayan ssenaridə belə yazılmışdı. 

Bakıdan  gələn  vəzifəsizlər  Çayxanada  öz  keflərindəydilər,  Bakıdan  gələn  vəzifəlilər  də 

Ağ Evdə. 

Saunada yorğunluqlarını çıxarıb dincələndən sonra, Şəmkir konyakından bala-bala vurub, 

bilyard masasının arxasında gözəl-gözəl qeybət eləməklə məşğul idilər. Kimini vəzifəyə gətirir, 

kimini  vəzifədən  götürür,  kiminə  də  torba  tikirdilər.  Babat  vurandan  sonra  hətta  bəziləri 

özlərində cəsarət tapıb hökuməti də, partiyanı da söyürdü. Çünki bu hökumət, bu partiya elə bu 



Lit.az 

 

 



24 

bədbəxtləri  də  bədbəxt  günə  qoymuşdu.  Əllərinə  heç  bir  səlahiyyət  verməyib  basmışdılar 

millətin bu söyüş-qarğış yerinə, üzü tüpürcəkli eləmişdilər. 

Ən çox söyən də Səhiyyə Nazirinin Müaviniydi: 

- Belə getsə, bu xalq bizi paza keçirəcək. 

Birincinin Daimi Nümayəndəsi: 

- Sizi bilmirəm, mən day bu camaata yalan danışmaqdan yorulmuşam. Xəcalət çəkirəm. 

Öz  aralarında  belə  danışsalar  da  mitinqlərdə  cəbhəçilərə  də  aman  vermirdilər  -  birini 

cəbhəçilər deyəndə, beşini də onlar deyirdi. Elə çıxışlar eləyirdilər ki, sanki hökumət Xankəndini 

azad etmişdi, indi də Zəngəzuru təmizləyirdi. 

Bu  Bakıdan  tökülüb  gələn  və  bir  yaralı  barmağa  da  işəməyə  qabiliyyətləri  və 

səlahiyyətləri olmayanlar Katibi də boğaza yığmışdılar. 

-  Ay  qardaşlar!  Ay  mənim  canım-gözüm,  əzizlərim!  Bura  niyə  yığılmısınız?  Bir  yaralı 

barmağa da işəmirsiniz! 

- Niyə?! Bəs bu yardımlar nədi?! 

Katibin  ən  zəhləsi  gedən  şey  vardısa  elə  bu  yardımlar  idi.  Yardım  gələndə  az  qala 

havalanırdı.  Bir  də  görürdün  qabaqlarına  Birincinin  Hollivudun  kino  ulduzlarına  oxşayan, 

qırmızı qalstuklu şəkli vurulmuş dörd-beş maşın zurna-qavalla girdi hər küçədə bir sütül oğlanın 

yası  olan  şəhərə.  Gəlib  dayanırdılar  Lenin  meydanında.  Yardım  gətirənlər  Leninin  çoxdan 

yuyulmadığından kir-pas basmış heykəlinin altında bir-iki nitq irad edib, Birincini o ki var öyür, 

salamını  da  camaata  çatdırandan  sonra  yardımpaylama  mərasimi  başlanırdı  -  undan,  kartof-

soğandan, yemiş-qarpızdan. Ermənilərin yandırdığı kəndlərdən qaçıb bu şəhərə pənah gətirənlər, 

artıq  Dünyanın  Ən  Varlı  Şəhərindən  ən  kasıb  şəhərinə  çevrilməkdə  olan  bu  şəhərin  öz 

imkansızları  tökülürdü  meydana.  Bir  mərəkə  qopurdu,  insanlar  insanlıqlarını  itirirdilər.  Lap 

yaxın  günlərədək  mal-mülk  sahibi  olmuş  adamlar  bir  kisə  unun  üstə  yumruq  davasına  çıxırdı. 

Dünənədək  adi  bir  söyüşə  görə  adam  öldürülən  şəhərdə  söyüşün  biri  bir  qəpik,  nə  ağsaqqala 

baxan olurdu, nə arvad-uşağa. 

Katib  insanların  bu  qədər  alçaldılmasına  və  alçalmasına  dözə  bilmirdi.  Pəncərədən  bu 

müdhiş səhnəni seyr edəndə bəzən gördüyü mənzərənin təsirindən özünü saxlaya bilməyib uşaq 

kimi  ağlayırdı.  Axırda  yardımın  meydanda  paylanmasına  qadağa  qoydu.  Tapşırdı  ki,  o  zurna-

qavalı yığışdırsınlar, gələn yardımları şəhər ticarət idarəsinin anbarına təhvil versinlər, ordan da 

birbaşa göndərsinlər erməni mühasirəsində olan kəndlərə: 

- Mənə heç kəsin yardımı lazım deyil. Bu şəhər hələ ölməyib. 

Amma şəhər ölürdü. 

Bu  da  həm  Bakıdakıların,  həm  də  Ağ  Evdəki  vəzifəlilərin  xoşuna  getmədi,  mübahisə 

düşdü. 


Amma Katib geri çəkilmədi: 

- Camaatı dilənçi kökünə salmısınız, indi də qarpız paylamaqla öyünürsünüz. Bu camaata 

qarpız lazım deyil, bu camaata patron lazımdı, avtomat lazımdı, arvad-uşağı qorusun. 

Və  Katib  o  qədər  boğaza  yığılmışdı  ki,  hətta  bir  neçə  dəfə  yuxarıya  zəng  edib  ağzına 

gələni demişdi: 

-  Mən  bilmirəm  bu  bədbəxt  camaatı  yola  verim,  ermənilərlə  vuruşum,  yoxsa 

göndərdiyiniz bu nazirlərə qulluq eləyim. 

Yuxarıdan da demişdilər: 

-  Cəbhəçilər  kimi  danışırsan.  Səni  orda  oturdublar  ki,  sekanın  sözünü  deyəsən, 

cəbhəçilərin yox. 

- Burda cəbhəçi yoxdu. Burda yalın əllə torpağını qoruyan camaat var. Heç bilmirlər Xalq 

Cəbhəsi nə deməkdi, özləri də bombanın altında yaşayırlar. 

- Bilirik, səni o Naxçıvandakı danışdırır, onun kadrısan. Şükür elə ki, hələ səni vəzifədə 

saxlayırıq. 

-  Onun  çörəyini  siz  məndən  çox  yemisiniz.  Darıxmayın,  gildir-gildir  burnunuzdan 

gələcək.  Özü  də  məni  vəzifəylə  hədələməyin.  Bura  mənim  şəhərimdi,  bu  qırılan  camaat  da 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə