Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

 

19 


Rəşid Behbudov konsertləri saxlamışdı: 

- O boyda Amerikada məni soymadılar... 

...  Onda  Amerikada  oğurluq,  quldurluq  baş  alıb  gedirdi.  Adam  ölümünün  biri  bir 

qəpikiydi.  Adamları  küçənin  ortasında  soyurdular.  Belə  şeylərə  görə  Çarlz  Xeyder  aclıq 

eləməkdən əldən düşmüşdü. SİTA hər gün Xeyderin yüz qram arıqladığını Xeyderin xətrinə əlini 

çörəyə uzatmağa ayıb bilən Sovet xalqına çatdırırdı: 

-SİTA-nın  məlumatı.  Çarlz  Xeyder  45-ci  gündür  ki,  aclığı  davam  etdirir.  Dünyanın 

tərəqqipərvər xalqları... 

Dünyanın tərəqqipərvər xalqlarının kapitanı da biz idik. 

İndi o boyda cinayət  yuvası Amerikada Rəşid Behbudovu soymadıqları  halda  bu boyda 

tərəqqipərvər xalq dünyanın ən məşhur xanəndəsinin papağını və xəncərini oğurlamışdı... 

... - Öz doğma şəhərimdə soydular. 

Doğrudan  da  ayıb  olan  bir  şey  idi.  Ağsaqqallar  yığışıb  getmişdilər  Rəşid  Behbudovun 

yanına üzr istəməyə: 

- Sənə ondan da gözəl papaq tikdirərik. Xəncərini qızıldan düzəltdirərik. 

Rəşid Behbudov: 

- Mən itən şeylərin qiymətinin davasını eləmirəm. Mən şərəfimin davasını eləyirəm. Bu 

oğurluq deyil, mənə sataşmaqdı. Özü də dəhşətli budur ki, mənə özümünkülər sataşır. 

Haqqı  da  var  idi.  Çünki  nə  puluna  dəymişdilər,  nə  qızıl  saatına,  nə  də  bir  avtomobilin 

qiyməti olan brilyant üzüyünə, təkcə papağını və xəncərini götürmüşdülər, vəssalam. 

Rəis əvvəl xidmətçilərin hamısını doldurdu KPZ-yə. Babat da döydürdü. 

- Rəis, balalarımız sənə qurban! Seyid Lazım ağanın cəddi haqqı, bizlik deyil. 

-  Rəis,  götürsək  bahalı  şeyləri  götürərik  də.  O  xəncərin  heç  yüz  manat  qiyməti  yoxdu. 

Ondan da gözəl papağı bizim öz ustalarımız yüz-yüz əlli manata tikirlər. 

Rəis  də  görmüşdü  yazıqlar  düz  deyir,  buraxmışdı.  Nə  rəis  indiyə  qədər  belə  qəribə 

oğurluqla rastlaşmışdı, nə də Dünyanın Ən Varlı Şəhəri. 

Hərə bir söz deyirdi. 

- Yəqin dədə-baba düşmənlərinin işidi. 

-  Ə, belə də biabırçılıq  olar? Dünyada bihörmət  olduq.  Ə, bu Rəşid  Behbudova  yox  ey, 

Pənah xana sataşmaqdı. 

Rəşid  Behbudovun  doğulduğu  Bayat  kəndinin  camaatı  da  yığılıb  gəlib  tökülmüşdülər 

Qonaq evinin qabağına: 

- Ya papaqla xəncər tapılacaq, ya da ortaya qan düşəcək. 

Rəis çıxmışdı qarşılarına: 

- Əşi, çıxın gedin xarabanıza, siz hardan çıxdınız?! Qoyun görək başımıza haranın daşını 

salırıq! 

Amma camaat getməmişdi: 

- Onda bəyimizi verin özümüzə. Siz qoruya bilmədiniz, aparıb özümüz qoruyarıq. 

Tüstüsü təpəsindən çıxan rəis bağırmışdı: 

- Ə, sizin də, sizin qonağınızın da... Bu dəqiqə hamınızı soxacam kepezeyə. 

Bundan xəbər tutan Katib dərhal rəisə xəbər göndərmişdi: 

-  Ə,  avara,  bir  çepe  azdı,  birini  də  eləmək  istəyirsən?!  Camaatla  işin  yoxdu.  Get  itən 

şeyləri tap, yoxsa partbiletini alıb verəcəm Rəşid Behbudova. 

Rəis  görmüşdü  vəziyyət  ağırdı,  camaat  da  getmir,  içəri  keçib  Rəşid  Behbudova 

yalvarmışdı: 

-  Sənə  qurban  olum,  iki-üç  saata  tapacam.  Kişi  sözü!  Sən  çıx  bu  camaatı  başa  sal, 

dağılsınlar. Yoxsa şəhər camaatı da bunlara qoşulacaq, vallah, onda məni Sibirə göndərəcəklər. 

Rəşid Behbudov da rəisin Sibirə göndərilməsini istəməmişdi, çıxmışdı həmkəndlilərinin 

qabağına  və  xahiş  eləmişdi  ki,  dağılsınlar.  Söz  də  vermişdi  ki,  mütləq  gələcək  kəndə,  onlarla 

ayrıca görüşəcək, hələ bir konsert də verəcək. 




Lit.az 

 

 



20 

Kövrələn  kim,  ağlayan  kim,  Rəşid  Behbudovu  duz  kimi  yalayan  həmkəndliləri  bundan 

sonra  dağılmışdılar.  Amma  kəndə  qayıtmamışdılar,  gedib  oturmuşdular  Qonaq  evi  ilə  üzbəüz 

çayxanadakı görsünlər axırı nə olur. 

Əli  hər  yerdən  üzülən  rəis  prokuroru  da  götürüb  getmişdi  Bayata,  Azər  Hüseynin 

yeməkxanasına, Drakonu da çağırtdırmışdı ora. 

Rəis: 

- Drakon, bilirsən ki, ikimiz də sənin xətrini çox istəyirik. Sən bizim qardaşımızsan. 



- Xətriniz xoş olsun. 

Rəis: 


- Ölmüşük, bizi yerdən götür. 

- Vallah, mən bilən, ölüləri yerdən götürmək işi ilə Molla Rəşid məşğul olur. 

Prokuror: 

- Zarafat vaxtı deyil. Doğrudan vəziyyət ağırdı. Sənin köməyin lazımdı. Kömək elə, itən 

şeyləri tapaq. 

Drakon: 


- Düzü, mənə də pis təsir edib, şəhərimizə ləkədi. Sizsiz də axtarıram. Bu, oğru işi deyil. 

Oğru işi olsaydı o biri şeyləri də aparardı. Sataşmaq, nə bilim dədə-baba düşmənçiliyi, bunlar da 

boş şeylərdi. Kimin Rəşidlə nə işi? Bu nəsə başqa məsələdi. Uşaqlara tapşırmışam məşğuldurlar. 

Özümün də ağlımda bir şey var. Tapacam. Amma bir şərtim var. 

Prokuror: 

- Buyur! 

-  Mən  söz  verirəm  ki,  itən  şeyləri  tapacam.  Amma  siz  də  söz  verin  ki,  oğrunu 

tutmayacaqsınız. 

Prokuror: 

- Kişi kimi söz verdim. 

Sevdikləri  qızlara  özlərini  yetişmiş  göstərmək  üçün  təzə-təzə  siqaret  çəkməyə  başlayan 

və məktəblərin qabağında dava salmağı özlərinə peşə edən cüvəllağı uşaqlar məsələlərini  ayırd 

eləmək  üçün  Fazil  Müəllimin  Kinoteatrının  arxasındakı  bulvara  yığışırdılar.  Drakon  da  vaxtilə 

bu bulvarda çox məsələləri ayırd etmişdi, çox dalaşmışdı. 

Bulvara adam göndərdi ki, bu cüvəllağı uşaqların avtoritetlərini onun yanına gətirsinlər. 

Bu cüvəllağılar nə qədər özlərindən razı olsalar da dərhal çağırışa gəldilər. 

Drakon məsələni çox kəskin qoydu: 

- Rəşid Behbudovun şeylərini kim aparıb, bir saatdan sonra burda olmalıdır. Kim aparıb, 

niyə  aparıb,  məni  maraqlandırmır.  Heç  kim  də  cəzalanmayacaq.  Amma  şeylər  bir  saata  qədər 

burda  olmasa,  sizin  hər  biriniz  məktəblərinizin  qabağında,  özü  də  dalına  düşdüyünüz  qızların 

gözü önündə eşşək kimi döyüləcəksiniz. Aydın oldu?! Di durun! 

Yarım saat keçməmiş cüvəllağı uşaqlar özləri kimi bir cüvəllağıyla qayıtdılar, papaq və 

xəncərlə bir yerdə. 

- Ə, lotu, bunları neyləyirsən? 

- Drakon əmi, bir dostumla qız üstə mərc gəlmişdik. 

- Yaxşı, bəs bunları necə götürə bildin? 

-  Sinif  yoldaşımızın  nənəsi  Qonaq  evində  xadimədi.  Ondan  öyrənmişdim  ki,  Rəşid 

Behbudov neçədə gəlir, neçədə yatır. Mən də küçədəki palıd ağacından keçdim dama, ordan da 

düşdüm içəri. Gördüm yatıb, sakitcə götürüb gəldiyim kimi də qayıtdım. 

- Adın nədi? 

- Pələng. 

-  Ə,  lotu,  sən  əjdahasan  ki?!  İndi  dur  get.  Amma  yadında  qalsın,  kişi  baş  kəsər,  adam 

öldürər, oğurluq etməz. Oldu? 

- Oldu, Drakon əmi. 

Rəislə  prokuror  təzədən  doğulmuşdular,  amma  Rəşid  bəy  onların  sevincini  gözlərində 

qoydu: 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə