Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

 

21 


- Yox, bunları aparan gəlməlidi! Görüm mənə niyə sataşıb? 

- Rəşid müəllim, Allah haqqı, bir uşaqdı, heç cinayət işi də düşmür. Dostlarının yanında 

lotuluq eləmək üçün aparıb. 

Rəşid Behbudov: 

- Gəlməsə, konsert yoxdu! 

Drakon Pələngi götürüb gəldi Qonaq evinə. 

Pələng: 

- Rəşid əmi, Seyid Lazım ağanın cəddi haqqı, mən də sizin kimi məşhur olmaq istəyirəm. 

Özümün  də  səsi  var,  istəyirsən  oxuyum.  Xoşum  gəldi,  bir  də  uşaqlarla  mərc  çəkdim.  Məni 

bağışla. 

Rəşid Behbudov xeyli güldü, sonra dedi: 

- Oxu, xoşuma gəlsə, səni bağışlayacam. 

Pələng də əlini qoydu qulağının dibinə, qaldırdı ey. 

Rəşid Behbudov onu qucaqlayıb basdı bağrına: 

-  Oğul,  sən  əməlli-başlı  xanəndəsən  ki!  Bax,  mən  də  bu  papağı  da,    bu  xəncəri  də 

bağışladım sənə. 

Şəhər bir-birinə dəydi. Pələng o xəncəri belinə bağlayıb şəhərə çıxa bilməsə də, papağı 

başına  qoyub  Dünyanın  Ən  Varlı  Şəhərində  fors  elədi.  Və  həmin  axşam  konsertdə  Rəşid 

Behbudovla birlikdə “Lalələr”i oxudu - papaq başında, xəncər də belində. 

Səhərisi  günü  Dünyanın  Ən  Varlı  Şəhərinin  özündəndeyən  pullu  kişiləri  Pələngdən  bu 

xəncəri almaq üçün elçini elçi dalınca göndərdilər. Hətta maşın təklif eləyənlər də oldu. 

Pələng: 


- Bunu mənə Rəşid əmi bağışlayıb, heç nəyə dəyişmərəm. 

İndi Rəşid Behbudovun papağını başına qoyan, xəncərini belinə qurşayan Pələng həmin 

xəncərlə Drakonu vursaydı, bu onu o qədər yandırmazdı, nəinki onu yumruqla vurması.  İçində 

vulkan  püskürürdü.  Möhkəm  ağlamaq  istəyirdi,  boşalanadək,  əlləri  yanına  düşənədək,  bəlkə 

onda içindəki vulkanı söndürə bilərdi. 

Gözünün qabağında ən yaxın dostları qırılmışdılar, parça-parça olmuşdular, ağlamamışdı. 

Səngərdə  qucağında  keçinən  qardaşını  torpağa  tapşıranda  da  ağlamamışdı,  ağlaya  bilməmişdi, 

göz yaşı qurumuşdu. Ona görə də içində bircə damla göz yaşı da tapılmadı ki, ağlaya. Gözlərini 

yumub  xeyli  özünü  ələ  almağa  çalışdı,  bir  şey  çıxmadı.  Alnını  üç-dörd  dəfə  maşının  sükanına 

vurdu, bu onun başının ağrısını bir az sakitləşdirdi. Harasa getmək, burdan uzaqlaşmaq istəyirdi, 

amma  getməyə  bir  yer  də  yoxuydu.  Son  qərarını  verdi  -  bu  gecə  Pələngə  atacaq.  Bu  qərardan 

sonra  Pələngə  atmış  kimi  bir  az  toxtadı.  Vaxtını  keçirmək  üçün  maşını  sürdü  şəhərdə  bir  az 

aralıda  yerləşən  Qozlu  bağa  -  Familin  yeməkxanasına.  Dünyanın  öz  məhvərindən  çıxmayan 

vaxtı  şəhər  uşaqlarının  mətəsi  sayılan,  həmişə  qonaq-qaralı  olan  yeməkxanada  indi  boşluq  idi. 

Bircə  stolun  arxasında  altı-yeddi  alayarımçıq  əsgər  geyimli  adam  oturmuşdu  -  könüllülər  idi. 

Ləhcələrindən hiss elədi ki, yerli deyillər, salam verdi. Cavanlar gəlmə olsalar da onu tanıdılar və 

hörmət əlaməti olaraq qalxdılar, süfrəyə dəvət etdilər. 

Təşəkkürünü bildirdi: 

- Nuş olsun!- dedi və bağın lap aşağısındakı stolların birinə getdi. 

Bufetçi tez yüyürüb gəldi, əlindəki dəsmalla stolu təmizləyə-təmizləyə dedi: 

- Rəis, xoş gəlmisən! Nəyünüz belə təksən? 

- Müdiriniz hanı? 

- Bir az əvvəl Katib yuxarı keçirdi, dedi ki, Abdaldakı postun uşaqları iki gündü acdı. O 

da yemək-içmək götürüb getdi Katibin dalınca. Nə istəyirsən, nə gətirim? Haramıdakı uşaqlar bir 

az dombalan göndərib, nübardı, deyim bişirsinlər? 

- Yox, lazım deyil. Bir dənə araq. O qonaqların da pulunu mənim hesabıma yaz. 

- Narahat olma. Müdir tapşırıb, gəlmə könüllülərdən pul almırıq. Bəlkə bir az pendirdən, 

göy-göyərtidən... 

- Olar. 



Lit.az 

 

 



22 

Amma nə qədər elədi araq getmədi. 

 

*** 


 

Komandir postları gəzdi. Lap axırda da çıxdı Abdala. Uşaqlar gileyləndilər ki, iki gündü 

ac-susuzdular.  Yaxşı  ki,  bir  az  əvvəl  Famil  bir  az  şey-şüy  gətirdi,  yoxsa  bu  gecə  də  ac 

qalacaqdılar. 

Komandir zarafata saldı: 

-  Ə,  müsəlman  deyilsiniz?  Elə  bilin  Orucluq  ayıdı.  -  sonra  soruşdu;  -  Drakon  buralara 

gəlməmişdi? 

- Yox. Dünən burdaydı. 

Komandir  bərk  dilxor  oldu,  deməli,  Drakon  gedib,  belə  bir  vaxtda  onları  tək  qoyub. 

Döndü şəhərə. Qarqarın üstündə Şelli Eldarla rastlaşdı. 

- Vəziyyət nə təhərdi? 

- Ağırdı, Komandir! Çox ağırdı! Beş-altı avtomatla nə qayırmaq olar? Dayandoldurumla 

qalmışıq tankın, beteerin qabağında əsir-yesir. Elə söz verirlər. O gün ermənilər az qalmışdılar 

kəndi götürələr. Rəis özünü yetirməsəydi çox pis olacaqdı. Yabayla, baltayla çıxartdıq it uşağını. 

Allahın  patronunu  da  cirəylə  verirlər.  Mal-heyvanın  hamısı  satıb  vermişik  patrona,  bilmirəm 

mal-heyvan qurtarandan sonra neyləyəcəyik. Bizimki lap Molla Nəsrəddinin anekdotuna dönüb. 

Döyüşə əliyalın gedirik, deyirik, bəlkə bir erməni öldürüb silahını götürdük. Silah götürəndə də 

üstündə qırğın düşür, bilmirsən kimə verəsən, kimin xətrinə dəyəsən. 

Komandir güldü, zarafatla çiyninə bir dürtmə vurub dedi: 

-  Bizimki  də  elə  Molla  Nəsrəddinin  anekdotudu,  amma  babatından.  Srağagün  boyda 

babat  trafey  götürmüşük.  Uşaqları  göndər  üç-dörd  avtomat  verim,  bir  dənə  də  yağın  içində 

pulemyot. 

- Mən ölüm?! 

Komandir: 

- Sən niyə ölürsən, ə, ölsün səni istəməyənlər. Bəs Ağ Evdə nə deyirlər? 

Başqa yerlərdə Ağ Ev partiya komitələrinin binalarına deyirdilər - bu şəhərdə isə Qonaq 

evinə.  Bakıdan  ermənilərin  qabağını  almaq  üçün  yox,  camaatın  başının  altına  yastıq  qoymaq 

məqsədilə  göndərilən  bütün  yüksək  vəzifəlilər  də,  yaxın,  ya  uzaq  rayonlardan  kömək  adıyla, 

əslində yüksək vəzifəlilərə yarınmağa gələn rəhbərlər də bura yığışırdı. Bu Ağ Ev ikinci Mərkəzi 

Komitəyə  çevrilmişdi.  Sadəcə  olaraq  bu  ikinci  Mərkəzi  Komitəni  ölkənin  Birincisi  yox,  elə 

İkincisi  idarə  eləyirdi.  “05”  nömrəli  maşınların  biri  girirdi,  biri  çıxırdı.  Alabəzək  telefonlar 

susmurdu. Həyət də həmişə sabahkı toya hazırlaşan bəy evinə oxşayırdı. 

Ağ  Evin  Eşikağası  da  əlində  bir  topa  açar  oturmuşdu  pilləkanın  yanında,  qabağında  da 

pürrəngi  çay,  elə  yorğun-arğın  bir  görkəmi  vardı  ki,  sanki  ölkənin  bütün  problemlərindən  bu 

sorumluydu. 

- Ağcabədidən turac göndəriblər, neyləyək? 

- Verin aşağıda arvadlar təmizləsinlər. 

- Şəmkirdən konyak göndəriblər. 

- Ay uşaq, qoyun zirzəmiyə. 

- Salyandan gəlmişəm, katib ikra göndərib. 

- Qalxın, qoyun soyuducuya. 

- Bu cəmdəkləri neyləyək? 

- Ə, nə bilim neynəyəsiniz, verin aşpaza da. 

Eşikağası  da  hərdən  bir  vaxt  tapıb  təzə  “06”-sında  çayxanaya  da  gəlirdi,  topa  açar  da 

əlindən düşməzdi: 

- Vallah,  yorulmuşam. Billah,  yorulmuşam.  Hər şey  tökülüb mənim  üstümə, mən  yetim 

neyləyim? O gün Polyaniçkoya da deyirəm, Viktor Petroviç, Allahınız olsun, heç olmazsa mənə 

bir həftə vaxt verin dincəlim. Deyir nə danışırsan, sən olmasan biz batarıq. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə