Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

 

25 


mənim  camaatımdı.  Tabut  düzəltməyə  taxta  da  tapmıram.  Tüpürüm  sizin  vəzifənizə.  İşdən 

çıxararsınız,  əlimə  bir  avtomat  götürüb  gedib  oturaram  camaatımın  içində.  Siz  qorxun! 

Darıxmayın, belə getsə bu millət sizi dənizə tökəcək! 

Bütün bunlar haqqında Birinciyə məlumat vermişdilər, üstünə də bir az qoymuşdular. 

-  Yoldaş  Mütəllibov,  O  heç  kimi  saymır.  Həftə  səkkiz-mən  doqquz  Naxçıvandadı.  Öz 

camaatı çörək tapmır, Naxçıvana un göndərir. 

Birinci: 

- Arı pətəyinə çöp uzatmayın. Onsuz da o şəhər qaynayır, daşsa çətin olacaq. Qoyun hələ 

işləsin. Sonra bir şey fikirləşərik... 

- Əlində neçə dənə könüllü batalyon var, özünü general kimi aparır. 

- Viktor Petroviç adam yerinə qoymur. 

- Elə danışır elə bil şəhər ona dədəsindən qalıb. 

- Zəng eləyirik ya telefonu götürmür, götürəndə də, gözünü yumub ağzını açır. 

Birinci: 

- Camaatı qalıdırın üstünə. 

- Öz camaatıdı. 

-  Boş-boş  danışmayın,  öz  camaatı,  özgə  camaatı.  Bir  az  maaşlarını  gecikdirin, 

yanağacağın  azaldın,  görün  öz  camaatı  onun  başına  nə  oyun  açır.  Bəs  ora  it  ilxısı  qədər  adam 

göndərmişəm, nə ilə məşğuldurlar? Gəlmə-yerli davası salın, nə qələt eləyirsiniz eləyin. 

Sonra DTK-nın sədrini çağırmışdı: 

- Sənin bu cəbhəçilərin içində agentlərin yoxdu?! 

- Var Ayaz Niyazoviç. 

- Bəs niyə göndərmirsən o şəhərə? Bu boyda respublika qalıb bir şəhərin əlində. Göndər, 

qoy canları çıxsın, o şəhəri dağıtsınlar. 

- Baş üstə! Böyüklərindən birini vurduraram. 

- Yox, elə olmaz. Sən necə keqebeşniksən?! İşi elə qur ki, özləri bir-birin vursunlar. 

- O da baş üstə! 

...  Birincinin  tapşırığı  elə  həmin  gecə  yerinə  yetirildi.  Ali  Sovetin  iclasından  çıxıb 

Dünyanın Ən Varlı Şəhərinə qayıtmaq istəyən xalq deputatı Eldar Bağırovu 9-cu mikrorayonda 

maşınında vurdular. 

Hadisədən beşcə dəqiqə keçməmiş Respublika Prokurorluğu rəsmi məlumat yayımladı ki, 

deputat Eldar Bağırovu Dünyanın Ən Varlı Şəhərinin könüllü batalyonlarından birinin komandiri 

Yavər vurub... 

... Şelli Eldar Ağ Evdə olmuşdu və həmişə eşitdiyi sözləri yenə eşitmişdi: 

- Bir az da dözün... 

...  -  Boş  şeydi,  Komandir.  Orda  adam  yoxdu,  bircə  o  Səhiyyə  Nazirinin  Müavinindən 

başqa. O gün gəlmişdi kəndə. Məni çəkdi bir kənara, on min manat pul çıxartdı ki, bunu payla 

uşaqlara. Almırdım, yalvardı, dedi ki, ay qardaş, mənim də gücüm buna çatır, bizdən də bir şey 

gözləməyin,  özünüz  başınıza  bir  çarə  qılın.  Bir  az  da  dava-dərman  gətirmişdi.  Bu  gün  yenə 

getmişdim,  deyirəm  camaat  qırılır,  deyirlər  ki,  Mütəllibov  Maskvayla  danışıb,  bu  gün-sabah 

ruslar Yerevanı bombalayacaq. Bunlar elə bilir biz qoyunuq. Bərk dirənəndə də deyirlər ki, get 

Katibdən istə. Deyirəm Katibin topu var, tüfəngi var, tankı var? Katib müdafiə naziridi? Az-çox 

yenə nə əl tutursa, sağ olsun. 

Komandir bir siqaret yandırdı, birini də ona uzatdı. 

- Çəkmirəm, dərd qoyur ki, ayrı şey çəkək. 

- Müdafiə naziri orda yox idi? 

- Ondan nazir olar?! Alkaşın biridi, hələ onu ayıq görən olmayıb. Gör o gün başımıza nə 

gəlib.  Bu  yaxınlarda  Goranboyun  katibi  bir  az  yardım  gətirmişdi.  Dedim,  əmoğlu,  bizə  ərzaq 

lazım deyil, patron lazımdı. Dedi, qardaş, vallah, elə biz də siz gündəyik, amma çalışaram bir şey 

tapım.  Sağ  olsun,  kişi  adammış,  gedən  kimi  bir  buluddağıdan  top  göndərmişdi.  Əsgəranda 

ermənilərin bir beteeri var, bizi  yığıb boğaza. Sənin  dediyin  o nazir özü gəlmişdi, iki nəfər də 



Lit.az 

 

 



26 

topçu  gətirmişdi,  guya  beteeri  vuracaqdılar.  Bizim  Qarağacıdakı  su  qülləsini  vurdular.  Camaat 

boğurdu,  əllərindən  zorla  aldım.  Bunlar  bu  ölkəni  dağıdacaqlar,  bizi  də  boş  yerə  qırdırırlar, 

körpə-körpə uşaqlar hayıf olur. Elə bil bu millətin qəsdinə durublar. 

- Möhkəm ol. Sənki ruhdan düşən oğlan deyilsən. 

- Nə qədər ruhla yaşamaq olar? Ruhu topa qoyub atmaq olmur ey! Lənkərandan beş-altı 

könüllü  gəlib,  cavan  uşaqlardı,  od-alovdular.  Srağagün  ikisini  vurdular.  Biri  lap  uşağıydı, 

qucağımda öldü. Can verəndə deyirdi, dayı, qoyma ölüm. Buna hansı köpəyoğlu dözər?! Atası 

kişi  adammış.  Meyidi  aparmadı.  Dedi,  şəhid  harda  ölübsə,  orda  da  dəfn  olunmalıdı,  oğlum  bu 

şəhərdə ölüb, burda da dəfn eləyin. Dünən basdırdıq. Heç yas vermək üçün rayona da qayıtmadı, 

oğlunun tüfəngini götürüb oturub səngərdə. Nə isə! Səni də yordum. Sənin günün mənimkindən 

yaxşı deyil ha. Bəlkə gedək kəndə, uşaqlar səni görüb bir az ürəklənsinlər. 

- Qalsın ayrı vaxta. Drakonu axtarıram, görməmisən? 

-  Mən  bayaq  şəhərə  gedəndə  Qozlu  bağ  tərəfə  keçdi.  Nahaq  o  namərdə  görə  Drakonun 

xətrinə  dəymisən.  Gərək  qoyaydın  şalvarını  çıxarıb  keçirəydi  başına.  Namərd  oğlu  namərd.  O 

gün  bizim  uşaqlar  gedib  qarajından  bir  az  pulsuz  benzin  götürmüşdülər,  zavqarı  döyüb 

öldürürmüş. İstədim gedib idarənin ortasında salım təpiyin altına, dedim, lənət şeytana, onsuz da 

adımıza yüz söz çıxarırlar. 

Qucaqlaşıb ayrıldılar. Komandir maşına minəndə dedi: 

- Sabah uşaqları göndər, dediklərimi verim. 

Komandir getdi Qozlu bağa, amma Drakonu tapa bilmədi. 

Bufetçi: 

- Komandir, heç çörək də yemədi. Odur ey, arağı da qalıb stolun üstə. Burda ermənistanlı 

uşaqlar çörək yeyirdilər, onlarla getdi. Amma hara getdilər, onu bilmirəm. 

*** 

At  Belində  Olan  Adam  telefonu  götürüb  Rəisi  yığdı.  Xoş-beşdən,  hal-əhvaldan  sonra 



dedi: 

- Rəis, sənə indiyədək bir ətək pul vermişəm? 

Söz Rəisin xətrinə dəydi: 

- Dədəyin pulunu vermisən? 

- Yaxşı, yaxşı, hirslənmə, qulaq as. Yəqin ki, bugünki hadisəni eşitmisən. 

Rəis özünü bilməməzliyə vurdu: 

- Gündə yüz hadisə olur, hansını deyirsən? 

- Sənin agenturan keqebenkindən yaxşı işləyir. Bilirsən nəyi deyirəm. 

- Eşitmişəm. 

- Onu soxdur kepezeyə, eşşək kimi döydür. Özüm ölüm, sənə Bakıda üçotaqlı ev almayan 

kişi deyil. 

-  Ə,  başına  at  təpib,  Drakonu  kepezeyə  soxmaq  olar?  İstəyirsən  mənim  şalvarımı 

çıxarsınlar?! Hələ sağ olsunlar ki, onlar bizi kepezeyə salmayıblar. 

- Onda gəl başqa cür danışaq. 

- Buyur. 

-  Rəis,  Ətağa  cəddi,  günü  sabah  səni  Gəncəyə  rəis  göndərtməyən  alçaq  oğlu  alçaqdı. 

Bakıda da üçotaqlı ev öz yerində. Ürəyindən ayrı nə keçir, ona da hazıram. 

- Nə belə səxavətli olmusan, ə? Sonra? 

-  Rəis,  heç  kim  bilməsə  də  mən  sənin  gücünə  bələdəm.  Əlinin  altında  üç-dörd  yüz 

milisionerin var. Pristupnu mir də səni yaxşı tanıyır. 

- Sözünü de. 

- Bax, yenə deyirəm. Bakıda üçotaqlı ev, Gəncəyə rəis, bir diplomat da pul. 

- Bunu demisən, sözünü de. 

- Onu atdır! 

Elə bil rəisi ildırım vurdu: 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə