Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

 

29 


Komitəni?!  Səhiyyə  Nazirinin  Müavini  düz  deyir,  camaat  üzümüzə  tüpürür.  Yer  yarılsa,  yerə 

girərəm. 

- Niyə girmirsən? Gir də! 

- Yarılmır axı. 

- Mən yararam. 

- Necə məsləhətinizdi. 

Bu  hadisələrin  hansı  sonluqla  bitə  biləcəyindən  heç  özlərinin  də  xəbəri  olmayan  bu 

vəzifəlilər  də  bezmişdilər  hər  şeydən,  axı  bu  millətə  nə  qədər  yalan  danışmaq  olar?  Axı  bu 

milləti nə qədər aldatmaq olar? Camaat üzlərinə deyirdi ki, siz ermənidən pissiniz. 

Bu yazıqlar ermənidən pis deyildilər, onları ermənidən pis eləyən əllərindən buraxmağa 

qorxduqları vəzifələriydi. Onları yığmışdılar bir vəzifə torbasının içinə, ağzını da bağlamışdılar, 

çıxa bilmirdilər bu torbadan. Partlaya-partlaya qalmışdılar bu torbanın içində. Və dözməyib bu 

torbadan  çıxmaq  istəyənlər  olurdu.  Amma  bu  torbadan  çıxmaq  istəyənlərə  elə  bir  başqa  torba 

tikirdilər ki,  bu torba o torbanın  yanında muştuluq  olurdu. Bu torba Bayılın  divarları  kimi  çox 

möhkəm  idi,  sökmək  mümkün  deyildi.  Amma  hərdən  Bayıldakı  torbanı  gözləri  altına  almayıb 

belə yığcam iclaslarda ürəklərini boşaldanlar da olurdu. Və bəzən də bu ürəkboşaltmalar onlara 

baha-başa gəlirdi. Belə iclasların birində  İkincinin üzünə ağ olub  ürəyini  boşaldan bir prokuror 

səhərisi günü Xankəndinə Təşkilat Komitəsinə çağırılmışdı və Komitənin qabağındaca ermənilər 

onu girov götürmüşdülər. 

Hökumət bütün torpedaları işə salsa da bir xeyri olmamışdı. Katib görmüşdü hökumətin 

əlindən bir şey gəlmir, Komandirdən xahiş eləmişdi ki, bu işə qarışsın. Komandir elə həmin gün 

Drakonla  Pələngi  göndərmişdi  Xankəndinə.  Onlar  da  ermənilərin  liderlərindən  birini  gecə 

evindən oğurlayıb gətirmişdilər, soxmuşdular zirzəmiyə. İkinci nə qədər çığırıb-bağırsa da xeyri 

olmamışdı. 

Komandir xəbər göndərmişdi: 

- Ona deyin, proletariatın inqilabda itirəcəyi bircə zənciridi, onu da biz çoxdan itirmişik. 

Bağırmasın, yoxsa onun özünü də oğurlayarıq. 

İkinci görmüşdü bu həna o hənadan d 

eyil  barışmalı  olmuşdu.  Bundan  sonra  Komandir  gətirdikləri  ermənini  prokurorla  dəyişmişdi. 

İkinci də hökumətin şər maşınını işə salmışdı. 

- Cəbhəçilər prokuroru Salatın Əsgərovanın qatili ilə dəyişiblər. 

- Deyirlər prokurorun oğlundan kalan pul alıblar. 

- Ay namərdlər! 

İkincinin tapşırığı ilə qəzetlər bu şayiəni bütün ölkəyə yaymışdı. 

Amma  Komandir  “Qur’an”  götürüb  camaatın  üstünə  getməmişdi:  “Kimin  nə  danışdığı 

mənə maraqlı deyil, özüm ki bilirəm nə var, nə yox”. Heç qəzetlərə də cavab verməmişdi, bilirdi 

ki,  onsuz  da  cavabını  çap  etməyəcəklər.  Bircə  Salatının  anasına  xəbər  göndərmişdi  ki,  ay  ana, 

belə şeylərə inanma. Salatının anası da demişdi ki, ay oğul, mən heç əvvəldən inanmamışdım. 

İkinci Müdafiə Nazirinin ağzından vurdu: 

- Sənin araqdan başın açılır ki, yerə girəsən, yoxsa göyə çıxasan?! 

- Mənim içməyim hökumətə sərf edir. Yoxsa elə bu burnufırtılıqlı uşaqlarla Stepanakerti 

şumlayaram. İnanmırsınız, çəkilin kənara, görün şumlayıram, ya yox. 

İkinci: 

- Səhər nə yemisiniz belə? Hamınız bülbül kimi ötürsünüz. 

Bir nəfər içəri daxil olub dedi: 

 - Viktor Petroviç, rəis gəlib. 

-Gəlsin içəri. 

Salona  girən  Rəis  qapının  ağzında  dayanmış  At  Belində  Olan  Adamı  görəndə  dalağı 

sancdı, amma özünü onda qoymadı, istehzayla dedi: 



Lit.az 

 

 



30 

-  Sən  də  burdasan?  Bəs  deyirlər  sənin  şalvarını  çıxarıblar,  əynindədi  ki!  -  sonra  irəli 

yeriyib  dayandı  İkincinin  önündə,  əlini  qulağının  dibinə  atıb  özünü  təqdim  etdi:  -  Yoldaş 

Polyaniçko, şəhər milis idarəsinin rəisi sizin əmrinizlə gəlib. 

İkinci: 

- Rəis, məndə məlumat var ki, sən cinayətkarları himayə edirsən? 

-Yalan  məlumatdır,  yoldaş  Polyaniçko.  Mənim  ermənilərlə  heç  bir  əlaqəm  yoxdur. 

Buyurub keqebedən öyrənə bilərsiniz. 

- Mən erməniləri demirəm. 

- Mən də ayrı cinayətkar tanımıram. 

İkinci yerindən qalxıb var-gəl eləməyə başladı: 

-  Deyəsən  söz  güləşdirirsən,  özün  yaxşı  bilirsən  mən  nə  deyirəm.  Günün-günorta  çağı 

cəbhəçilər  şəhərin  mötəbər  bir  şəxsinin  evinə  soxulub  pul  istəyirlər,  üstünə  avtomat  çəkirlər, 

döyürlər,  məşğul  olmursan.  Hələ  məlumat  almışam  ki,  üstəlik  onları  işə də  götürmüsən,  rəsmi 

silah vermisən. 

-  Yoldaş  Polyaniçko,  biz  fakt  əsasında  cinayət  işi  qaldırırıq.  Həmin  şəxs  bizə  rəsmi 

müraciət  eləməyib.  Buyursun,  rəsmi  müraciət  eləsin,  biz  də  araşdıraq.  Qaldı  ikinci  məsələyə, 

vəziyyətlə əlaqədar nazirlik bizə bir rota formalaşdırmaq əmri göndərib. Əmrdə də göstərilib ki, 

rota yerli gənclərdən formalaşdırılsın. Mən də sağlam, qabiliyyətli gəncləri rotaya götürmüşəm. 

İkinci gəldi durdu Rəisin qarşısında: 

- Sənə əmr eləyirəm, elə indi get o quldurları həbs elə. 

- Yoldaş Polyaniçko, mən bu əmri yerinə yetirə bilmərəm. 

- Niyə? 

- Onları həbs eləsəm bayaviklərlə kim vuruşacaq, burda oturanlar? 

- Görünür babat pullarını almısan. 

Rəis  gördü  geriyə  yol  yoxdu,  onsuz  da  yuxarıların  alçaldıcı  əmrlərindən,  aşağıların 

söyüşlərindən  boğaza  yığılmışdı,  bu  rəislik  deyildi,  it  əzabıydı,  çəkirdi.  Hər  gecə  Dolunun 

altında kabinetdə yatmaqdan da bezmişdi, məsciddə şəhid yudurtmaqdan da, qulağı eşidə-eşidə o 

şəhidlərin ata-analarının onun və onun kimilərinin ölənlərinin goruna söyüşlərini eşitməkdən də. 

Ömrü  boyu  gözəl-gözəl  istirahət  evlərində,  buz  bulaqların  başında  yeyib-içdikləri  müharibə 

başlayandan gildir-gildir burnundan gəlirdi. Çoxdan tüpürüb gedərdi. Amma dünyanın düz vaxtı 

Dünyanın Ən Varlı Şəhərindən qazandığı pullarla özü də, balaları da dünyanın kefini görmüşdü. 

Nəyi vardı Dünyanın Ən Varlı Şəhərinə borcluydu. Bu şəhərdə qazanmaq üçün başqa  yerlərdə 

olduğu təki kimisə asıb-kəsmək, tutub içəri basmaq, oboxeyislə qorxutmaq lazım deyildi. 

Bu  şəhərdə  camaat  pul  qazanmağı  da  gözəl  bilirdi  və  qazandıqları  pulları  ürəklə 

xərcləməyi də. Bu şəhərdə vəzifəli adamlara pulu az qala zorla verirdilər, özü də işi düşən də pul 

verirdi,  işi  düşməyən  də.  Bir  əlin  verdiyi  pulu  o  biri  əl  bilmirdi.  Qaynayıb-qarışmışdı  bu 

camaata, olmuşdu bu camaatdan biri, oğrusuyla da dil tapmışdı,  doğrusuyla da. Və indi dünya 

məhvərindən çıxanda, onu gözü üstə saxlayan, onu özününkü sayan bu camaatı dar ayaqda əsir-

yesir kökündə qoyub qaçmağı özünə ar bilmişdi, kişiliyinə sığışdırmamışdı. Və bu camaatla bir 

səngərdə yatırdı, nə gecəsi vardı, nə də gündüzü. 

Qorbaçov  silahları  yığmaq  əmrini  verəndə  Ermənistan  bu  əmrlə  gündöyməzini  silib 

atmışdı tualetə. Bizdə isə rəislər daha artıq silah təhvil vermək üçün özlərini öldürürdülər, elə bil 

pambıq planı doldururdular. Amma o, yuxarıdan nə qədər sıxsalar da bir adamın evinə də milis 

göndərmədi. 

Nazirlikdən: 

- Sən o boyda şəhərdən silah tapa bilmirsən? 

- Yoxdu! Neyləyim, özümü silah eləyim?! 

- Nə nağıl danışırsan?! Bazarında avtomat satılan şəhərdə silah tapmırsan? 

-  Bilirsiniz  nə  var?  Əvvəl  ermənilərdən  silahları  yığın,  sonra  mən  sizə  bir  vaqon  silah 

təhvil verim. Mən bu camaatı topun-tüfəngin qabağında əliyalın qoya bilmərəm. 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə