Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

 

27 


-  Oğrac  özünsən!  Bütün  nəslindi!  Binamus  oğlu  binamus!-  dedi  və  telefonun  dəstəyini 

necə  yerinə  çırpdısa,  dəstək  ortadan  qırıldı,  əlini  də  yaraladı;  -  Göpəyoğlu!  Ona  görə  erməni 

anamızı... 

Dalbadal üçüncü zərbəni alan At Belində Olan Adam da dəstəyi tulladı: 

-  Buna  bax  ey,  qudurub.  Elə  bil  kisəynən  pul  verdiyim  adam  deyil.  Eybi  yox,  altda 

qalanın canı çıxsın. Səni uvolit elətdirib bu rayondan it kimi qovdurmasam mən də mən deyiləm! 

*** 

İkinci saunada yayxınmışdı, əlində də bir bardaq “Əsgəran” pivəsi: 



-  Bu erməni  it uşaqları pivə bişirməyi  bacarır də. Çex pivəsinin adı  var, bizim pivələrin 

dadı , - dedi və pivədən bir az tökdü daşların üstə, bir anda içərini pivənin dadlı qoxusu bürüdü, - 

Bəh, bəh, bəh! Hə, indi de görüm işlər necə gedir? 

-  Viktor  Petroviç,  şəhərdə  vəziyyət  çox  pisdi,  başlı  başını  saxlasındı.  Katib  cəbhəçilərlə 

oturub-durur,  əl  altdan  onları  silahlandırır.  Bir  ayağı  da  Naxçıvandadı.  Elə  bu  gün  mənə 

Şerbakdan  yüz  min  manatlıq  silah  aldırıb  gətirdib.  Rəis  də  cinayətkarların  hamısını  yığıb 

qoltuğunun  altına.  Keqebe  də  onlara  işləyir.  Bakıdan,  Şəkidən  hardan  oldu  erməni  tapdırıb 

gətirir,  verir  cəbhəçilərə.  Bu  dəqiqə  cəbhəçilərin  zirzəmisinidə  altı-yeddi  erməni  var.  Özü  də 

deyəsən biri də Şaumyankəndin ya katibidi, ya da qardaşı. 

İkinci süpürgəni verdi ona: 

- Döy görüm. 

At Belində Olan Adam süpürgəni saldı soyuq suya, sudan bir az çilədi İkincinin kürəyinə, 

başladı döyəcləməyə. 

Süpürgənin ləzzətindən İkinci bir az da xoşallandı: 

- Bir az bərk vur. Ayaqlarımın altına döy. Hə, bax belə. Bir az da bərk. Az qalıb, bu gün-

sabah  katibi  o  məsələ.  Birinciylə  danışmışam.  Amma  deyir  elə  edin  ki,  cəbhəçilər  özləri 

qovsunlar. 

-  Dedim  axı,  cəbhəçilər  onu  qovmaz.  Yerli  adamdı,  qohum-əqrəbası  da  çoxdu,  böyük 

nəsildilər. 

- O daşların üstünə bir az da pivə at. Hə, yaxşıdı. Şantaj eləyin. İndi nazirlərlə də ayrı-ayrı 

danışacam. İşləmək lazımdı, işləmək. Onların silahı var, sizin də pulunuz. Pul silahdan yüz dəfə 

güclüdü. Puldan tökün, özlərini özlərinə qırdırın. 

At Belində Olan Adamın əlinə Rəisin torbasını tikmək üçün yaxşı fürsət düşmüşdü: 

- Bu gün bir cəbhəçi üstümə avtomat çəkib məni öldürürdü. Rəisə dedim, tədbir görmək 

əvəzinə məni küçə söyüşləriylə təhqir elədi. Milisin avtomatlarının yarısı cəbhəçilərin əlindədi. 

Bu  müharibə  başlayandan  qoşulub  onlara.  Cəbhəçiləri  yığıb  doldurub  milis  batalyonuna.  Nə 

qədər o burdadı, bu cəbhəçilər meydan sulayacaq, Allah hələ axırını xeyir eləsin. 

- Yaxşı, indi məşğul olaram. 

İkinci  girdi  hovuza,  bütün  yorğunluğunu  tökdü  hovuzun  biz  kimi  suyuna,  təzədən 

doğuldu, hovuzdan çıxıb qurulandı, keçdi salona. Süfrə hazır idi. Nazirlər, nazir müavinləri onu 

gözləyirdilər,  heç  kim  əlini  süfrəyə  uzatmamışdı.  Saunanın  havasından  pörtmüş  sifətindən  qan 

damırdı.  Dəsmalla  alnında  puçurlamış  tər  damlalarını  sildi,  məclisə  bir  nəzər  saldı,  Katibi 

görməyib soruşdu: 

- Katib hanı? 

Səhiyyə Nazirinin Müavini: 

- Getdi Gülablıya. Deyirlər ermənilər orda yaman fəallaşıblar. 

- Bilmirdi gələcəm? 

- Demişdik. 

İkinci hirsləndi: 

- Bu lap qudurub! Sukinsın! 

Süfrəyə mürəbbə düzən Çayçı əl saxladı, bunu bütün şəhər üçün söyüş bildi - bu camaatın 

bir xasiyyəti vardı, hətta sevmədikləri bir həmyerlilərini də başqası söyərdisə qəbul etməzdilər, 

bunu özlərinə sığışdırmazdılar: 



Lit.az 

 

 



28 

- Xahiş edirəm, bizim Katibi təhqir eləməyin. 

Hələ  indiyədək  ağzından  bir  dəfə  də  olsun  “bəli”,  “xeyr”dən  başqa  ayrı  bir  kəlmə 

eşitmədikləri  Çayçının  bu  sözləri  məclisdəkilərin  hamısını  şaşırtdı,təəccüblə  bir-birlərinə 

baxdılar. 

Elə İkincinin özü də gözləmədiyi bu sözlərdən hirslənməkdən daha çox təəccübləndi: 

- Nə dedin? 

- Heç. Dedim ki, xahiş edirəm bizim Katibi təhqir eləməyin. 

İkinci  necə  bağırdısa,  bayırdakılar  da  bu  bağırtını  eşitdilər  və  elə  bildilər  içəridə  nə  isə 

oldu. 


- Rədd oool! 

Çayçı indicə İkincinin qabağına qoyduğu çayı götürdü: 

-  Baş  üstə!  Onda  çayınızı  özünüz  tökərsiniz.  -  dedi  və  salondan  çıxdı,  çıxarkən  də 

əlindəki stəkanı qapının ağzında dayanmış At Belində Olan Adama verdi; - Ala! 

İkincini elə bil ilan vurmuşdu, yerində qıvrılırdı: 

-  Allahın çayçısı da qudurub. Tək bu  yox ey, bütün  şəhər qudurub. Hamısını da o katib 

qudurdub. Mən onu yerində oturdaram. - üzünü tutdu Müdafiə Nazirinə; - Bu sukinsının əlinə bir 

qundağı  qırıq  təklülə  ver,  bas  səngərə.  Burda  artıq-urtuq  yeməkdən  porsuğa  dönüb.  Deyin  o 

Rəisi bura çağırsınlar. 

Heç kəs əlini çörəyə uzatmırdı, hamının iştahı küsmüşdü. İkinci də qarşısındakı yeməyi 

kənara itələdi: 

- Nu davay, indi məlumat verin görək vəziyyət necədi? 

Səhiyyə Nazirinin Müavini: 

-  Yaxşı  deyil,  Viktor  Petroviç.  O  boyda  Təşkilat  Komitəsi  Stepanakertdə  niyə  oturub? 

Ermənilər  gündə  bir  kənd  yandırır.  Bu  şəhərdə  salamat  ev  qalmayıb.  Hər  gün  Ermənistandan 

maşın-maşın bayavik göndərirlər. Deyirlər hələ aralarında zəncilər də var. 

- Mən ordakı vəziyyəti soruşmadım. Siz mənə burdan danışın. 

- Mən də elə burdakı vəziyyəti deyirəm. Burdakı vəziyyət ordan asılıdı. Oranı düzəltmək 

lazımdı... 

İkinci onun sözünü kəsdi: 

- Dedim ki, burdan danışın. Bu boyda hökumət oturmusunuz burda, əlinizdə milis, ordu, 

prokuror.  Şəhəri  oğrular,  quldurlar  idarə  edir.  Hakimiyyəti  əldən  vermisiniz.  Sizi  bura  nəyə 

göndəriblər? 

Səhiyyə Nazirinin Müavini gördü ki, heç kəs başını ağrıtmaq istəmir, yenə özünü verdi 

İkincinin gülləsinin qabağına: 

-Viktor  Petroviç,  burda  oğru-quldur  yoxdu,  arvad-uşağını,  ev-eşiyini  qorumaq  istəyən 

camaat  var,  hər  gün  də  qırılırlar.  Ermənilərin  tankı,  topu,  qradı,  bəs  bu  camaatın  nəyi  var?! 

Berdenkayla vuruşurlar. Yaralılara dərman da çatdırmaq olmur. Camaat adamın üzünə tüpürür. 

Elə gecə olmur ki, şəhəri qrada tutmasınlar. 

- Bir az çox şişirdirsən. Neçə saatdı burdayam, hanı qrad, hanı top? 

- Sizin xətrinizə atmırlar. Siz Əsgəranı üzü yuxarı keçən kimi başlayacaqlar. 

Söz İkincini tərs şapalaq kimi tutdu: 

- İkibaşlı danışma. 

Səhiyyə Nazirinin Müavini geri çəkilmədi: 

- Siz soruşdunuz, mən də olanı dedim. 

İkinci  gördü  nazir  müavini  üzə  dirənib,  daha  dərinə  getmədi,  üzünü  tutdu  Müdafiə 

Nazirinə: 

- Hanı sənin qoşunun? 

Müdafiə Naziri qalxdı ayağa: 

-  Mənim  qoşunum  var?  O  burnu  fırtılıqlı  uşaqları  deyirsiniz?  Onlardan  qoşun  olar? 

Qoşunu  yığıblar  Bakıya.  Heç  bilmirəm  mənim  vəzifəm  torpağı  qorumaqdı,  yoxsa  Mərkəzi 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə