Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   35

 

11 


Günümüz  belədi.  Milləti  əli  yalın  qoyublar  ermənilərin  qabağında  aciz.  Heç  kimdə  hövsələ 

qalmayıb. Xoş gəlmisən. Eşidirəm. 

Yurnalistin qıvrığı bir az açıldı: 

- Sizdən müsahibə almaq istəyirəm. 

-  Dostum,  o  gün  bir  qəhbə  gəlibmiş.  Qırılan  oğullar  qalıb  bir  tərəfdə,  düşüb  bu  şəhərin 

küçələrinə,  axtarıb  harda  bağlı  qapı  var,  onu  çəkib.  Dünən  baxırdım,  deyirdi  camaat  qaçıb. 

Saçından  tutub  başını  soxasan  təzəyin  içinə  ki,  bəs  bu  ermənilərin  qabağını  kim  kəsib? 

Hökumət? Yoxsa sənin dədən? Kim qaçıb, ay qəhbə, hara qaçıb?! O tində gördüyün məktəbdəki 

uşaqları  Amerikadan  gətiriblər?!  Olmadı  də  dostum,  qoyun  öldüyümüz  yerdə  ölək.  Erməni  bir 

tərəfdən,  hökumət  bir  tərəfdən,  siz  də  bir  tərəfdən.  Ə,  ordan  Qeyrət  Dağarcığını  çağırın. 

Hökumət  yoxdu. Var ey, özləri üçündü. Hökumət hökumət olsaydı çoxdan arvad-uşağı burdan 

köçürərdi ki, rahat vuruşa bilək. Adam qeyrətə nə qədər boğular?! Gecə səngərdəsən, səhər gəlib 

görürsən  qrad  gəlib  düşüb  ev-eşiyini  dağıdıb,  ailəni  parça-parça  eləyib.  Sizi  ana  doğub,  bizi 

inək?! Sizinkilər uşaqdı, bizimkilər əcinnə?! Mən özüm ha məcbur eləyirəm  ki,  uşaqlar arvad-

uşağı şəhərdən çıxarsınlar, çıxartmırlar, utanırlar. Deyirlər ayıbdı. Qrad ayıba baxmır ey! Gecə 

burdaydın? 

- Burdaydım. 

- Qradı gördün? 

- Gördüm. 

- Şalvarını batırmadın? 

Gecə  Dolu  başlayanda ilk zərbədən ev necə silkələndisə, elə bildi  zəlzələ oldu.  Yatdığı 

yerdən dik atıldı, tumanpaça özünü pəncərədən bayıra tulladı. Ev sahibi isə heç nə olmamış kimi 

sakitcə onun özünü pəncərədən necə atmasına baxıb güldü. Əvvəlcə uşaqlarını zirzəmiyə endirdi, 

sonra qayıdıb onun şalvarını götürdü, düşdü həyətə və atdı üstünə: 

- Ala geyin, ə! Ayıbdı. Ermənilər qəfil gələrlər, biabır olarıq! 

O da titrəyə-titrəyə soruşdu: 

- Bu nədi? 

- Kanfetdi, ermənilər atır. 

Ev sahibinin özünü belə sakit aparması da onun titrəməsini kəsə bilmədi. Ev sahibi gördü 

ki, yox, qonağı çox pis qorxub, havalanmaq dərəcəsindədi. Gedib bir çabba stəkan araq gətirdi: 

- Ala iç! Ala, utanma. Biz də əvvəllər belə olurduq. 

Arağı  birbaşa  çəkdi  başına,  soğanı  da  alma  kimi  gəmirdi.  Arağın  havası  onu  bir  az 

toxtatdı.  Amma  Dolu  kəsəndən  sonra  yenidən  qayıdıb  evə  girməyə  qorxdu,  oturdu  həyətdəki 

kötüklərin birinin üstündə: 

- Bəlkə bir stəkan da... 

Ev sahibi gedib bir stəkan da araq gətirdi və gülə-gülə dedi: 

- Köpəyoğlunun arağı qradın dərmanıdı. 

İkinci stəkandan sonra özünə gəlib soruşdu: 

- Bəs bu uşaqlardan qorxmursan? 

- Niyə qorxmuram? Adam deyiləm? Arvada deyirəm get kəndə, getmir, deyir səni qoyum 

hara  gedim.  Uşaqlar  da  deyir  anamız  getmirsə,  biz  də  getmirik.  İndi  görürsən  bu  camaat  nə 

çəkir?! 


Gecəni yenidən xatırlayan Yurnalist dedi: 

- Sözün düzü, bərk qorxdum. 

Bu  vaxt  hərbi  formanın  içində  itib-batan,  əlində  tutduğu  tüfəngdən  iki-üç  qarış  böyük 

qarayanız bir uşaq yaxınlaşıb əsgər salamı verdi: 

- Yoldaş Komandir! Sıravi əsgər Qeyrət Dağarcığı sizin əmrinizlə gəlib! 

- Yaxın gəl! Bilirsən bunun neçə yaşı var? On beş. Səngərdən çıxara bilmirəm. On dəfə 

qovmuşam, gedib görmüşəm səngərdədi. Day indi qovmuram. Gedə bilərsən. 

- Oldu!- deyə Qeyrət Dağarcığı yenə əsgər salamı verib çevrilib getdi. 




Lit.az 

 

 



12 

-  Bundan  yazın  dana!  Yoxsa,  axtarıb  beş-altı  bağlı  qapı  tapıb  çəkirsiniz,  sonra  da 

qəhbəşivən salırsınız ki, camaat qaçıb. Nə demək istəyirsiniz? Ermənilərə nakolka verirsiniz ki, 

şəhər boşdu, qorxmayın?! 

- Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm. 

Komandir  soyumuş  çayını  götürüb  atdı  yerə,  yeni  bir  çay  süzdü,  bir  qurtum  içdi,  sonra 

sözünə davam elədi: 

- Get də! Get o həkimi tap, o binamusdan yaz. Yaz ki, biri canını ver, biri də canını verən 

oğulun  anasından  pul  istəyir.  Yox,  bunları  yazmassan.  Bilirsən  gedib  nə  yazacaqsan?!  Oğullar 

qalacaq  qıraqda,  bayaq  gördüklərini  yazacaqsan.  Yazacaqsan  ki,  cəbhəçilər  quldurluq  edir, 

vəzifəliləri soyur, bir-birini qırır, çünki sənin hökumətin bunu istəyir. 

Yurnalist başını buladı: 

-  Komandir,  mən  hökumət  jurnalisti  deyiləm.  Hökumət  jurnalisti  olsaydım,  hökumətin 

yanına gedərdim, bura gəlməzdim. 

-  Götür  çayını  iç.  İncimə,  həqiqət  budu.  Oturmusunuz  Bakıda,  burdan  xəbəriniz  yoxdu. 

İnsanlar  dəli  kimidilər,  hər  sözdən  havalanırlar.  Qəzetdəki  adi  bir  yalan  adama  erməni 

gülləsindən pis  dəyir. Dünən o verilişdən sonra  bütün  şəhər bir-birinə dəymişdi. Mən olmasam 

uşaqlar  gedib  onu  studiyanın  qabağında  sürüyəcəkdilər.  Qaldı  müsahibəyə...  Bilirsən  dostum, 

müharibədə  üç  cürə  adam  var.  Döyüşənlər,  tank  belində  şəkil  çəkdirənlər,  bir  də  müsahibə 

verənlər.  Bu  boyda  rayonda  iki  tank  var,  birini  camaat  pul  yığıb  alıb,  Qarağacıda 

qəbristanlığında ermənilərin qabağın kəsib. O birini də Mütəllibov göndərib özününkülərə, guya 

biz nemesik. Ağ Evin qabağındadı, ordakıları qoruyur. Şəkil çəkdirənlər üçündü, istəyirsən get 

birini  də  sən  çəkdir.  Bizim  batalyondakılar  döyüşənlərdi,  şəkil  yerini  də  göstərdim.  Müsahibə 

verənlər də Ağ Evdədilər, bilyard oynayırlar. Gecə düşən kimi də qaçırlar Bərdəyə, hələ biri qrad 

səsi eşitməyib. Elələri var heç Bərdədən bu tərəfə keçmir, sürücüləri gəlib ezamiyyət vərəqlərini 

möhürləyib gedir. 

- Bunlardan xəbərim var. 

- Xəbərin var, get yaz də, niyə yazmırsan? Dostum, Nitşe deyir ki... 

Nitsşenin adını eşidən Yurnalist - heç özü Nitsşeni oxumamışdı, sadəcə adını eşitmişdi və 

bir də onu bilirdi ki, Hitlerin ən çox sevdiyi filosof olub - təəccübünü gizlədə bilmədi: 

- Siz Nitşeni oxumusuz? Axı mənə dedilər sizin ali təhsiliniz yoxdu. 

- Ali məktəblərdə Nitşe keçirlər ki?! Bir də sənə kim deyib ki, mənim ali təhsilim yoxdu? 

Var. Özü də bilirsən müəllimim kim olub?! Bəy! 

- Universitetdə oxumusuz? 

-  Hə!  Altıncı  kalonda,  düz  il  yarım  Bəy  mənə  dərs  deyib.  Sonra  biri  Bəyin  xətrinə 

dəydiyinə görə başını soxdum tualetə, qovdular, getdim diplomu Kalımada aldım. Nə deyirdim, 

hə. Qulaq as, Nitşe deyir ki, öləcəm, məni bu torpağa basdıracaqsız, sonra bu torpağı mənə görə 

daha  çox  sevəcəksiz.  İndi  biz  nə  qədər  ölürük,  sizlərə  bu  torpağı  sevdirə  bilmirik  ki,  bilmirik! 

Gərək  bu  millətin  yarısı  qırıla  ki,  bu  torpağı  sevəsiniz.  Hələ  onu  da  Allah  bilir  sevəcəksiz,  ya 

yox! Nə isə... Bağışla, dostum, həm başım ağrıyır, həm də işim çoxdu. 

Komandir soyuduğundan bir az da tündləşmiş qapqara çayı bu dəfə yerə atmadı, götürüb 

su kimi çəkdi başına və qalxdı ayağa. 

- İndi mənə müsahibə verməyəcəksiz? 

- Niyə verməyəcəm, verəcəm, dostum. 

- Bəs nə vaxt? 

-  İnşallah.  Xankəndində!-  dedi  Komandir  və  üzünü  tutdu  çayçıya;-  O  Şairi  tapın,  səhər 

buralarda sülənirdi. Qonağı təhvil verin ona. 

Kənarda dayanmış Şair bir az irəli çıxdı: 

- Burdayam, Komandir. 

- Ayıqsan? 

- Komandir, bir baş ki sərxoş deyil, kəs tulla dibindən. Zarafat   eləyirəm, sənin qanununu 

pozub bura sərxoş gəlmək olar? 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə